Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:59

Dünya

ABŞ üçün İraq müharibəsi bitdi

ABŞ ordusu İraqda döyüşü hələ avqustun 7-dən dayandırıb
Şriftin ölçüsünü dəyiş - +
İRAQ SUVERENLİYİNİ BAYRAM EDİR

Avqustun 31-də ABŞ İraqdakı hərbi əməliyyatlarını rəsmən dayandırıb. İraqın Baş naziri Nuri əl-Maliki bu münasibətlə televiziya ilə xalqa müraciətində bildirib ki, onun ölkəsi məhz həmin hərbi əməliyyatlarla müstəqilliyinə qovuşub. O deyib ki, artıq İraq suveren və müstəqil dövlətdir, ölkəni daxildəki terrorçu qruplardan və kənar qüvvələrdən İraqın öz ordusu qoruyacaq.

Avqustun 31-də ABŞ prezidenti Barak Obama da Ağ Evdəki çıxışında İraqda hərbi əməliyyatların sona çatdığını elan edib.

Bu, əslində əməliyyatların dayandırılmasının formal elanıdır. ABŞ ordusu İraqda döyüşü hələ avqustun 7-dən dayandırıb, təhlükəsizliyə nəzarəti bu ölkənin ordusuna vermişdi.

İRAQ VƏTƏNDAŞI ÖZ ƏSGƏRİNDƏN NİGARANDIR

Co Bayden və İraqın Baş naziri Nuri əl-Maliki, 31 avqust 2010
Hazırda İraqda terrorçuların hücumları zəifləsə, zorakılıqlar azalsa da, vətəndaşların bir çoxu ABŞ əsgərlərinin çıxmasından sonra bu ölkədə qanlı toqquşmaların bərpa olunacağından narahatdırlar.

Bağdad sakinlərindən biri olan Nuri əl-Marsumi deyir ki, o, İraq ordusunun döyüş qabiliyyətinə hələ tam güvənə bilmir:

«Vətəndaş kimi mən deyə bilərəm ki, İraqda müharibə hələ başa çatmayıb. İraq ordusu hələ tam hazırlanmadan ABŞ əsgərləri tələsik çıxırlar. İndi İraq ordusunun texnikası və avtomat silahları var, amma bunlar terrorizmlə mübarizə üçün hələ yetərli deyil».

Jurnalist Hassan əl-Timmimi isə hesab edir ki, İraqda yeni seçilmiş siyasətçilər hökuməti formalaşdırıb başa çatdırana qədər vətəndaşlar təhlükəsizliklərindən narahat olacaqlar:

«Ümid edirik ki, artıq müharibə başa çatır və siyasətçilərimiz mümkün qədər tez yeni hökuməti formalaşdıracaqlar. Çox adam üçün yeni hökumətin formalaşması müharibənin sonudur».

CO BAYDEN YENİ HÖKUMƏT QURULMASINA DƏSTƏK ÜÇÜN BAĞDADDADIR

İraqda parlament seçkiləri, mart 2010
ABŞ-ın vitse-prezidenti Co Bayden də bazar ertəsi axşam İraq siyasətçilərinin yeni hökuməti formalaşdırmalarına yardım üçün Bağdada gedib. Bu həm də liderləri ABŞ-ın onları yalqız buraxmadığına inandırmaq üçün bir addım hesab edilir.

Co Bayden ABŞ əsgərlərinin İraqdan çıxması münasibətilə keçirilən rəsmi mərasimdə iştirak edəcək.

İraq parlamentinin deputatı İzz əl-Din Davla da AzadlıqRadiosuna müsahibəsində deyib ki, ABŞ-ın ölkədən çıxması İraqda siyasətçilərin fikir ayrılıqlarını kənara qoyub birləşməyə həvəsləndirməlidir:

«Məncə, ABŞ-ın çıxması İraqdakı bütün siyasi qüvvələrə bir mesajdır ki, onlar özləri daha məsuliyyətli olmalıdırlar. Xalqın seçdiyi blokların təmsilçiləri daha məsuliyyətli davranıb yeni hökuməti mümkün qədər tez formalaşdırmalıdırlar.

İraqda parlament seçkiləri bu qış keçirilib. Amma hələlik nəticələr üstündə fikir ayrılıqları var deyə, ölkənin yeni hökumətini formalaşdırmaq mümkün olmur. Elan edilmiş rəsmi nəticələrə əsasən, İraqın hazırkı Baş naziri Nuri əl-Malikinin partiyası cüzi səs
İraq hərbçiləri nəzarət-buraxılış məntəqəsində, 19 avqust 2010
fərqi ilə keçmiş Baş nazirin blokuna uduzub.

ABŞ ƏSGƏRİ DƏ İRAQDAN ÇIXDIĞINA NARAHATDIR

ABŞ əsgərlərinin bir çoxu da ordunun İraqdan çıxmasından sonra burada təhlükəsizlik şəraitinin pisləşəcəyindən narahatdır. Zabit Tom Trans fikrini bu cür izah edir:

«Bu, sadə bir şey deyil. Biz İraqda nizamı sındırmışıq, indi onu bərpa etməliyik. Mən prezident Obamanın İraqdan geri çəkilmə planlarını başa düşürəm, bu, əla fikirdir. Amma reallıq bundan ibarətdir ki, biz burda olmasaq, çox pis hadisələr baş verə bilər».

2003-cü ildə ABŞ ordusunun İraqa hərbi müdaxiləsi ilə dünyanın nüvə silahı ilə hədələyən diktator Səddam Hüseynin hakimiyyəti devrilsə də, ölkədə zorakılıqlar davam edir. 2007-ci ildə zorakılıqlar ən yüksək həddə çatdığı bir vaxtda İraqda ABŞ hərbçilərinin sayı 170 min nəfərə qədər artırılmışdı.
İndi isə ABŞ əsgərlərinin yalnız 50 000 nəfərlik bir qrupu 2011-ci ilə qədər İraqda yerli ordunun əsgərləri üçün təlimlər keçəcək, həmçinin ciddi həmlələr zamanı İraq ordusuna dəstək verəcək.

Döyüş əməliyyatları dayandırılsa da, İraq ordusuna lazım olarsa, bu ölkədə qalan ABŞ hərbçiləri havadan zərbələrlə yerli əsgərlərə yardım edəcək. Bunun üçün döyüş vertolyotları, qırıcı təyyarələrin bir qismi və yerüstü hədəflərə qarşı raket qurğuları İraqda saxlanır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Afat Haradan: Ukrayna
01.09.2010 20:26
ABŞ üçün müharibə bitsə də,iraglilar üçün hələ bitməyib."Bir dəli bir guyuya daş atdi,yüz ağilli gəldi çixarda bilmədi".Bir də ki,Amerikanin hərbi siyasəti yeddibaşli div üstündə köklənib:Bir ölkədən başini çəkəndə üç-dörd ölkədə peyda olur.Görək növbədə kimlərdir?

Kimdən: Mehdi
01.09.2010 12:13
ABŞ şie ve kürdlere hakimiyyet vermekle İraqin parçalanmasinin temelini qoydu.Bununla isteyine nail oldu ve qelebe qazandı.

Kimdən: Anonim
01.09.2010 10:44
Yenede Amerikan sayagi SHOW. Iraqda yeni bir fitne yaradib kenerdan mushide edecek, sabitliyin yaranmasinda maragi o zaman olacaq ki, Iraqda yasayan butun ehali ve hakimiyyetde olan hokumet onun havasina oynasin. Hal hazirda hokumet amerika havasina oynasada ehalinin ekseriyyeti buna oynamir. Ehalininde oynamasi ucun yeni bir SHOW senarisi yazir.

Kimdən: Anar Haradan: Baki
01.09.2010 10:37
Ne oldu nuve silahi tapdiniz? Bu Sherefsizler nuve silahi deyib muselmanlari qirib bitirirler. Allah Bunlarin Belasin Versin.

Kimdən: Ilqar Haradan: Baki
01.09.2010 08:20
Yazirsiniz terrorcularin hucumu zeifleyib. men tam eksini gorurem.
Sizce Seddam daha cox iraqli oldurub yoxsa ABŞ əsgərləri?
Cavab

Kimdən: Azerbaycanli Haradan: Baki
06.09.2010 19:05
Sənin kimi insanlar heç də bilməsinlər ki bu dünya kef üçün yaradılıb elə sən də mən də cavab verəcəyik o ki qaldı amerikalıların düz iş görmələrinə onda belə çıxır ki Səddam zülm edib bəs Azərbaycanda baş verənlər nədı zülm deyil biri var öldün getdin biri var isə zülm çəkə çəkə ölürsən hansı yaxşıdı hə qoy onda Amerika burdada demokratiya yaradsın
Cavab

Kimdən: Anar Haradan: Bakı
03.09.2010 11:38
Əlbəttə ki, Səddam. Amerikanlar mələk deyil. Amma Səddam daha qəddar idi. O da var ki, İraqı elə qəddarcasına idarə etmək lazımdı. Hamı bilir ki, Amerika ora bəhanə ilə girib. Amma hansı dövlət gücü çatanda, öz maraqlarını təmin etmir ki?! ABŞ da sıradan bir dövlət. Söhbət heç də ordakıların müsəlman olmağından da getmir. Neft lazım idi, Səddam satmırdı. Gəlib alıdılar.

Kimdən: Azerbaycanli Haradan: Baki
01.09.2010 01:33
Inshallah Qiyamət Günü 3 milyon günahsız İraqlını qıran Ordu Allah qabağına çıxacaq və başa düşəcək ki İnsanlıq adına nə qədər Xələl gətirib və bunun cavabı isə Cəhənnəm Əzabı o əzab ki hansını bizim millət edib oyuncaq zarafat İnshallah haqq ədalət öz yerini tapar. Gedin gatillər gedin onsuzda Allahın haqqından qaça bilməzsiz. İnsanın haqqından qaçdız gedin və unutmayın ki Tövbə də var.