Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:09

Rubrikalar / Təbriz Ekspress

İranda milli fəallar ayaqlarından asılır, bədənlərinə elektrik verilir

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Ayət Mehrəlibəyli
«112 gündür qardaşımı tutublar, sonra xanımını tutdular apardılar, 3 yaşında uşaqları atasız-anasız qaldı, sonra da baldızını tutdular. Qardaşıma içəridə işgəncələr verirlər. Təzəlikcə dostlarının bir neçəsini türməyə salıblar, onlar da deyirlər ki, işgəncələrə məruz qalıblar, vəziyyətləri çox ağırdır. Deyirlər bədənlərinə elektrik verirlər, ayaqlarından asırlar, dar qutulara salırlar, ac-susuz saxlayırlar…».

KİŞİLƏRƏ FİZİKİ, QADINLARA MƏNƏVİ İŞGƏNCƏLƏR


Təbrizdə yaşayan Ruhullah Mehrəlibəyli deyir ki, milli fəal olan qardaşı 35 yaşlı Ayət Mehrəlibəyli, qardaşının həyat yoldaşı Zəhra Fərəczadə və qardaşının baldızı Kubra Fərəczadə neçə aydır ki, həbsdədir.

R.Mehrəlibəyli deyir ki, tutulanlara qarşı rəsmi ittiham irəli sürülməsə də, istintaq aparanlar qeyri-rəsmi bildirirlər ki, onlar dövlətə qarşı çıxmaqda təqsirləndirilirlər.

Onun sözlərinə görə, qardaşı Ayət Mehrəlibəyli fiziki, qadın qohumları isə psixoloji və mənəvi işgəncələr altındadır.

R.Mehrəlibəylinin sözlərinə görə, bu, qohumlarının ilk həbsi deyil:

Yunis Süleymani
«Əvvəllər tutulanda ittihamları türkçülük məsələsi üzərində olmuşdu, indi də elə onun üstündə durmaq istəyirlər».

Ruhullah Mehrəlibəyli qardaşına və digər qadın qohumlarına qarşı işgəncələrə son qoyulmasını istəyir.

«QARDAŞIM YARIMCAN BİR ŞEYDİR»

Ərdəbildə yaşayan 28 yaşlı milli fəal Yunis Süleymani də bir neçə aydır ki, həbsdədir.

Qardaşı Yusif Süleymani deyir ki, Yunisin konkret nədə ittiham olunması barədə ailəyə heç nə deyilmir. Ümumi bildirilir ki, Yunis Süleymani dövlətə qarşı çıxıb.

Yusif Süleymani də qardaşının bədəninə elektrik verilməsi kimi işgəncələrə məruz qaldığını deyir: «Qardaşımın vəziyyəti çox pisdir. Getdik, gördük, yarımcan bir şeydir».

Yaşar Həkkəkpur
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur da deyir ki, ETTELAT əməkdaşları həbsdə olan milli fəallardan işgəncələr altında dövlətə qarşı çıxmaqları ilə bağlı etirafedici ifadələr alır:

«Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik vermək, beyin qarışdıran iynələr vurmaq həm insanlığa, həm də islam qanunlarına ziddir.

Ancaq İranın ETTELAT əməkdaşları nə insanlığa, nə də islam qanunlarına məhəl qoymurlar, niyyətlərinə çatmaq üçün heç nədən çəkinmədən fəallara işgəncələr verirlər».

Yaşar Həkkəkpur deyir ki, bu ilin may ayından indiyə qədər 16 milli fəal həbs olunub.

İstintaq orqanları tutulanlara konkret rəsmi ittihamlar verilib-verilməməsini bildirməsə də, onların ailələrinə qeyri-rəsmi deyilib ki, milli fəallar dövlətə qarşı çıxmaqda təqsirləndirilirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Naıle Haradan: Bakı
10.09.2010 20:23
Daima bir sual meni cox dusundrur . Neden biz bu qeder cixilmaz seraitlere dusuruk? Sayimiza gore de dunyada az deyilik . Bu qeder fedaisi olan bir millet neye gore ozunun butov bir dovletini qurub (guneyli guzeyli ) isgalcilarin elinden qurtula bilmir ? Ne mane olur bize ?
Cavab

Kimdən: sss Haradan: tehran
22.09.2010 02:44
savadsizlik, satqinlik, qeyretsizlik, anlamazlik, qorxaxlik ve ...
mence bu sifatlarin icinde lap cox yarashan: quzeylilere qeyretsizlik ve guneylilere savadsizlik ve satqinlikdir. bizim bashimiza her ne gelirse ozumuzden gelir, dushman dushmenligden bashqa ne edabiler ki??

Kimdən: hadi mehemmedi Haradan: Ankara
06.09.2010 12:50
Teessubsuz , ve milletinin Mezlum ogullarina, Pol xerc etmeyen , Dunya ersesinde gerek xar olsun.
Baxin ,Kurdlere-Ermenilere-Farslara ve otanin.
Men ki Bu ,ozumden otaniram . siz nece???!!!
Siz Azerbaycan Diline ,Koltorune , indiyedek ne etmisiniz?
Cavab

Kimdən: Yurdsevər
06.09.2010 16:35
Qardaş, Vetenperverler bacardığını edir.

Bizim başımız erməni məsləsəsi ilə çox qatlıblar ruslar. Amma Təbriz ürəyimizdədir.
Gir heç olmasa youtube-daki kuzeylilerin yazdıqlarına baxın.

Kimdən: sozy anlayan, Tutan Haradan: tehran
06.09.2010 12:46
Bu Qeder Allah Allah Etmeyin, Farslar ve Kurdler kimi ,Sizde oz mezlum milletinize Dayaq olun.
Ellerinizi cebinize Atin ve orekden Bu herekete Yardimci olun.
Ey Yalanchi orek yandiranlar . Aqlamaq ve Sizlamaq yox, Emelde meydanda olun.
Cavab

Kimdən: Savalan
06.09.2010 16:36
Men Guney TV-ye pul kecirmek istedim, amma donatation saytlari baglidir,
De nece komek edek sizlere qardas

Kimdən: Hemid Mistofi Haradan: Amesterdam-Holend
04.09.2010 19:57
Doxtor Cohreqanli Beyin Mektebinde ,Basa chatan , Yetishen, IKINCI ,Bir Chohreqanlidir. Doz heds virdiniz ,o Yurush mehreli beyli cinabidir.
Gene Milletin 3 uncu-4 uncu ,ta ki 100 uncu Chohreqanlisi chox , varidir. Zaman Yetishdirir. baxin , bunlar Candan gechen ikidlerdirler. xaricde ki , bosh ,bosh danishanlar , xaricde ,tv de ,konforanslarda ,danishanlar ,ve menem menem deyenler, bilin ki real mubarize ve savashi icheridekiler aparirlar , ne bizler ve sizler. bizler polumuzdan bele geche bilmirik, qalsin ki canimizdan ,Arvat ,ushaqimizdan gechek.once xaricde kiler ,otansin ,Hamimiz o ikidlerden , gerchek fedayiliqi ,mubarizeni,oyrenek.
bu ikidler Maddi,imdada ehtiyaclari var. buyurun ,Bu meydan da En Azi Yurush beyin balaca oglundan otanalim ve imdad elimizi ,o mesum ushaqa uzaldalim.
sozde yox ,emelde Milletchi olmaq gerekir.!!!
Cavab

Kimdən: aliriza Haradan: dilmac
06.09.2010 06:31
bu faallar 2006inci ilden beri hech faaliyyetleri olmayib tekce yoldashchiliqlari esasinda bu hezineleri veriller.

Kimdən: Araz Turkay Haradan: vancouver-kanada
04.09.2010 02:01
Milletchinin Anlami , milletimiz deyen kimi ,Ne Saqchidir ,Ne Solchu, Yalniz milletchidir, Milletchi. bu nedenle Mehreli beyli ve bashqa Dostlar ki Tek otaxli infiradidedirler, yalniz milletin qorxmaz,Fedayileridirler. kimse onlari menimsemek istemesin. qaldi ki , mehkemede , ve mehkemeden sonra ,Hamiye belli olacaqdir ki , Yurush mehreli beyli ,kimler,ve hanki suchu ile, Elaqeli indiyedek ,Qan ichen Rasist Fars Rejimi Elinde shikence olurlar ve neden yaxalanmishdir?!
Ne Doktor Letif Heseni,ve Ne bashqalari Asla Fars Rejimine Diz chokmeyecekler. Gelen gunler de goreceksiniz, ve bu ikidlere fexr edeceksiniz.
Yashasin Guney Azerbaycanin , milli hereketi , ve sherefli milletchilerin inadiqi, yegane lider D,r Chohreqanli.
yashasin Mehreli beyli , milletimizin qehremani ve onunla beraber bashqa ,Fedayeler.
olum olsun Donyanin Her yerinde ki irqchiliq.

Kimdən: qeriboglan Haradan: almaniya veten hesretiyle
03.09.2010 01:52
allah sizin kömeyinize catsin cenubi ve shimali azeribaycanlilarim neqeder bele sakit dayanmishiq haqimizi axtarmiriq belede didergin yashayacoq allahdan en böyük arzum bizim milletimiz birleshsin birlikde öz vetenimiz azerbaycanda yashayaq cenet olan veten üzüne hesretik allah kömeyimize catsin cenubda yashayan veten perver qardashlarimizla fexir edirem allah pizlerin qarshisina cixarsin bu ishkenceleri

Kimdən: vətəndaş Haradan: bakıdan
02.09.2010 17:25
allah cənublu qardaşlarımıza yardımçı olsun din pərdəsi altında insanlara zülm edənlərə allah özü zülm etsin.mən azərbaycanda yaşayıb burdakı insanları o zülmətə sürükləmək istəyən "din qardaşlarımıza"sual edərdim onlar milləti bu zülmətəmi sürükləmək istəyir və ya onlara bu zülm edilsə dözərlərmi?

Kimdən: Yurdsevər
02.09.2010 10:42
forumda Cənubi Azərbaycannan Qasım adlı user var idi, ağzı köpüklənə-köpüklənə İran rejimini müdafiə edirdi.

indi görəsən oxuyurmu bu məqaləni ya yox?

Kimdən: Təbrizli Haradan: Azadistan
02.09.2010 09:48
Əziz şərh yazan qardaşlar göstərdiyiniz simpatiya üçün çox minnətdaram biz sizin Cənublu qardaşlarınız olaraq bilirik ki sizin özünüzün çox problemləriniz var və onun üçün sizdən bir şey gözləmirik ancaq sizdən umduğumuz urəklərinizin bizimlə olması və nə olursa olsun ümidinzi itirməmənizdir.
Mən inanıram o günə; Bütöv,güclü,başı uca ,azad və demokratiayada yaşayan bir Azərbaycan olacaq.
Orda bir yol var uzaqda,O yol bizim yolumuzdur,Görməsəkdə varmasaqda ,O yol bizilm yolumuzdur.
Mən isə inanıram ki bu bizim taleyimizdir.
Cavab

Kimdən: Yurdsevər
06.09.2010 16:31
İnşallah, qardaş.
hamımız bu yolda ölməyi gərək bacaraq.

Bir problem ondadır ki, Cənublu Azərilər bir az tam oyanmayıblar, yəqin siz razılaşarsınız. Zəncannan, Tehrandan azərilər çox azdır forumlarda.
Əsas odur ki, milli kimliklərinizi itirməyin və torpağı farslara qoyub getməyin!
İran inqilabı zamanı Azərbaycan o qədər aktivlik elədir, 20.000 şəhid verdi, indi tarix göstərir ki, nahaq yerə. Molla rejimi Şah-dan da pis imiş.
Kinoteatrlar məhz Cənubi Azərbaycanda başladı yandırılmağa.

Nə isə. İnşallah, mən də görməsəm, oğlumu elə tərbiyə edirəm ki, bilsin ki, bakı da Təbriz də Zəncan da urmiyə də bizim VƏTƏNİMİZDİR.

Əsas odur ki, xalqı ayıldın qoy kim olduqlarını bilsinlər.
Ərəbə boyun əyməyən xalqımız, farsa da baş əyməməlidir.


Kimdən: sual Haradan: Baku
01.09.2010 17:06
goresen bizde necedir ishgence metodlari?
Cavab

Kimdən: Aydin Haradan: Kanada
02.09.2010 11:36
Güney-də bir məsəl var "Şadlığdan şüvən etmək". Sizdə-də o var?!
Mən bilmirəm Əliyev dövründə işgəncələr necə di, yəqin var, bəlkədə yoxdur. Amma bilirəm kə islamçilik bir tərəfdən, Əliyev nifrəti o biri tərəfdən, sizi də bizim günümüzə salmağdadır. Allah eləməsin o gün gəlsə, mən bilirəm işgəncələr necə olacağ. Sən belə düşünürsən ki Əliyev getsə ondan yaxşısı gələcək? Qorxun pisindən
Cavab

Kimdən: Tural Haradan: Güneydən
07.09.2010 23:13
Əziz Yurdsevər qardaş mən bər "Güney Azərbaycan Türkü" olaraq mənə "İran Azərisi" deyilməsini bir həqarət olaraq qəbul edirəm. Lütfən ən azından siz ki vətənsevər bir Azərbaycanlısınız bu yalnışa düşməyin. Dünyada Azəri adlı nə bir xalq var nə də bir dil. Düşmanlarımız bizə yetərincə vururlar zatən, da özümüz özümüzü vurmayaq. Ən dərin sayğılarımla.
Cavab

Kimdən: Yurdsevər
06.09.2010 16:26
Bizdə də var o məsəl, qardaş!
Dili bir, canı bir bir xalqın məsəlləri necə ayri ola bilər axı.

Amma iran azəriləri nəsə çox az yazırlar bizim forumlarda, yəqin internet problemdir Güneydə.
Səhifə (2)
    Növbəti