Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:28

Siyasət

Avropa Məhkəməsi laçınlıların işinə baxacaq

Şriftin ölçüsünü dəyiş - +
Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında «Çıraqov və başqaları Ermənistana qarşı» adlı iddiaya baxacaq.

Məhkəmənin rəsmi saytında yayılan məlumatda bildirilir ki, altı iddiaçı Laçın rayon sakinidir və onlar özlərinin Azərbaycan kürdü olduğunu göstəriblər.

Şikayətçilər iddia ərizələrində bildiriblər ki, Laçın rayonu Ermənistanın işğalına məruz qaldığı üçün onlar öz mülklərindən istifadə edə bilmirlər və Ermənistan hökuməti də onlara dəymiş ziyanı kompensasiya etməyib.

Şikayətçilər qeyd ediblər ki, əgər onlar erməni və xristian olsaydılar, Ermənistan silahlı qüvvələri onları evlərindən qovmazdı. Buna görə də, iddiaçılar Konvensiyanın mülkiyyət və şəxsi həyat toxunulmazlığı maddələriylə yanaşı milli-dini ayrıseçkilik maddəsi üzrə də iddia qaldırıblar.

Məhkəmənin saytında bildirilir ki, iddiaçıların ərizələri 2005-ci il aprelin 6-da Avropa İnsan Haqları Məhkəməsinə daxil olub.

Həmin gün Avropa Məhkəməsində «Sarkisyan Azərbaycana qarşı» işinə də baxacaq. Minas Sarkisyan 1929-cu ildə doğulub və Yerevanda yaşayıb. O, 2009-cu ildə vəfat edib. Onun adından iddianı qadının uşaqları irəli sürüb.

İddia ərizəsində Minas Sarkisyanın Azərbaycanın Şaumyan (indiki Goranboy) rayonunun Gülüstan kəndində yaşadığı və bu ərazinin əhalisinin 82 faizinin erməni olduğu bildirilir. Ərizədə göstərilir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan hərbiçiləri Gülüstan kəndini bombalayıb və bir çoxlarınkı kimi onun da evi dağılıb. Şikayətçilər Konvensiyanın mülkiyyət və şəxsiyyət toxunulmazlığı, o cümlədən milli ayrı-seçkilik maddələri üzrə iddia qaldırıblar.

Minas Sarkisyanın ərizəsi 2006-cı il avqustun 11-də Avropa Məhkəməsinə daxil olub.

Məhkəmə saytının açıqlamasında Dağlıq Qarabağ münaqişəsiylə bağlı da məlumat verilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aydın Haradan: Şəki
01.09.2010 05:14
Belə şeylərə Sabunçu "Məhkəməsi", bağışlayın, Sabunçu Məzhəkəsi daha yaxşı baxa bilər, "prichem" Avropa Məhkəməsi. Bir bu linkə baxın, "ağır cinayətlərin Azərbaycanda "məhkəmə", bağışlayın, məzhəkə yolu ilə ört-basdır edilmə mexanizmi" barədədir: https://sites.google.com/site/ipekchi/99/1001

(Moderatordan da xahiş edirəm orada yazılanları həm də, "Azadlıq" radiosunun redaktorlarının nəzərinə çatdırsın, əgər imkan varsa bu radio tərəfindən də yayılsın)

Kimdən: Agabala
31.08.2010 18:40
Sargsyan Azerbaycana qarsi, Ermenistana qarsi yox.
Sargsyan v. Azerbaijan (no. 40167/06)

Kimdən: Fabien Hardouin Haradan: Toulouse
31.08.2010 18:19
Azerbaycan vatandaşlarının açtıkları bu dava haklı bir durumun göstergesidir. Bu sadece Laçınlılarla sınırlı kalmamalı, işgalden zarar gören bütün Azerbaycanlılar AİHM'de dava açarak, uğradıkları zararları Ermenistanın tazmin etmesini istemelidirler. Eğer AİHM bu davada Azerbaycan vatandaşlarının lehine bir karar verirse bu içtihat(yanılmıyorsam siz "resident" diyorsunuz) oluşturur. Ve zarar gören diğer Azeriler için emsal teşkil edebilir. Herkes hukuklarını bilmeli. Dava yolundan vazgeçmeyin..