Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:03

Verilişlər / 14-24 / Xəbərin olsun!

Tələbələr diplomlarını suda batırdılar

Tələbələr heç nəyə lazım olmayan diplomları suda batırıblar
x
Tələbələr heç nəyə lazım olmayan diplomları suda batırıblar
Şriftin ölçüsünü dəyiş - +
200 rumıniyalı tələbənin Costinesti bölgəsində ali təhsilin keyfiyyətinə diqqətin artırılması üçün yürüş təşkil ediblər.

Aksiya iştirakçısı olan tələbələr şikayətlənirlər ki, bakalavr dərəcəsini bitirdiklərinə görə əldə etdikləri diplomlar əmək bazarına daxil olmaq üçün heç bir əhəmiyyət daşımır. Təşkilatın rəhbəri:

«Bu, etiraz deyil, sadəcə olaraq diplomlarımıza dəyər qazandırmaq üçün yaradıcı bir fəaliyyətdir».

Fəaliyyətin planına uyğun olaraq bütün iştirakçılar məzun papağını geyinib, musiqi ifa edərək aksiya üçün hazırladıqları saxta diplomlarla dəniz kənarında yürüş ediblər. Əsas şüar isə belə olub:

«Heç nə üçün diplom».

Sonra tələbələr heç nəyə lazım olmayan diplomları suda batırıblar. /"Auditoriya" onlayn qəzet/


Bu forum dayandırılıb
Şərhlər
     
Heç bir şərh yoxdur. Birinci sən yaz