Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:04

Verilişlər / İşdən sonra

«Cəmiyyət aksiyalara laqeyddir»

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
İndiki iqtidar hakimiyyətinin mənbəyi Azərbaycan xalqı yox, seçki komissiyalarıdır.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Aydınlar» Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi sahələrdə hüquqlarla bağlı vəziyyət bərbad olsa da, Azərbaycan hakimiyyəti bu çatışmazlıqları aradan qaldırmaq istəmir.

İQTİDAR SEÇKİ KOMİSSİYALARINDAN ƏL ÇƏKSƏ...

«İnsan hüquqları ilə bağlı olan məsələ çox bərbad vəziyyətdədir, mətbuat azadlığı ilə bağlı olan vəziyyət də bərbad vəziyyətdədir. Mən hesab etmirəm ki, Azərbaycan hökuməti bunları edə bilmir, sadəcə etmək istəmir. Bu öhdəlikləri yerinə yetirmək istəmir Azərbaycan. Seçki komissiyaları Azərbaycandakı indiki iqtidarın hakimiyyətinin mənbəyidir. İndiki iqtidar hakimiyyətinin mənbəyi Azərbaycan xalqı yox, seçki komissiyalarıdır. İqtidar seçki komissiyalarından əl çəksə, deməli hakimiyyətdən əl çəkmiş olur. İnsan hüquqları ilə bağlı daha çox fikir söyləyən mətbuatdır, jurnalistlərdir. Bəzən siyasilərdən daha çox fikir formalaşdırırlar. Ona görə jurnalistlərə qarşı belə amansız mübarizə aparılır».

Qulamhüseyn Əlibəyli partiyasının niyə məhz «Qarabağ» seçki blokuna qoşulmasına da aydınlıq gətirib.

PARLAMENT QARABAĞI MÜZAKİRƏ ETMƏK İSTƏMİR?
"Biz təkcə öz partiyamızın hesabına aksiya keçirmək istəmirik. Azərbaycan cəmiyyəti bu cür aksiyalara laqeyddir"

«Bizim blok üstünlük qazanarsa, daim Qarabağ məsələsini gündəmdə saxlayan bir blok olacaq. Çünki Qarabağ məsələsi Azərbaycan Respublikasının parlamentində sonuncu dəfə 2001-ci ildə olub. Bu cür vacib məsələni Azərbaycan parlamenti müzakirə etmək istəmir».

Partiya sədri deyib ki, seçki ərəfəsində partiyaların birləşməsi onları bir qədər güclü göstərsə də, seçki bitdikdən sonra həmin blokların yenidən parçalanması partiyaları tükədir.

«Ötən seçkilərdə də biz müşahidə etdik ki, seçki ərəfəsində müəyyən bloklaşma əlamətləri görünür, bloklar yaranır. Seçki qurtardı bloklar dağılır. Bu da istər istəməz həmin o blokda birləşmiş təşkilatların zəifləməsinə gətirib çıxarır. Mən bu fikirlə razıyam. Mən bu seçkidən sonra rəsmi şəkildə Qarabağ blokunun dağılmasını və daimi qalacağını deyə bilmərəm. Bunu zaman göstərər».

MÜXALİFƏT HARDA ZƏİFDİR?

Qulamhüseyn Əlibəyli deyib ki, seçkilərdə iştirak partiyalar üçün vacibdir.

«Bütün seçkilərdə iştirak etmək lazımdır. Biz prezident seçkilərində iştirak etdik. Amma bu o demək deyil ki, biz prezident seçkilərində iştirak etdiksə və seçkinin rəsmi nəticəsi bizim xeyrimizə olmadısa, biz hər şeydən küsüb gedək».

Partiya sədri müxalifət barədə deyilən gücsüz epitetinə də münasibət bildirib:

«O mənada zəifik ki, əhalidə, seçicilərdə nə iqtidara münasibətdə xüsusi üstün rəğbət var, nə də müxalifətə. Həm iqtidarın, həm də müxalifətin özünün seçici korpusu var. Amma çox məhdud seçici korpusudur. Azərbaycanda müəyyən sayda seçici yalnız bir partiyaya səs verəcək».

Qulamhüseyn Əlibəyli «müxalifət satılıb və ya bəzi partiyalar mövqeyini dəyişib» fikrinə də münasibət bildirərək deyib ki, bu cəhdlər od olmayan yerdən tüstü çıxarmaq cəhdləridir:

«Azərbaycanda istənilən partiya haqqında həmin fikri söyləmək olar. Sözdür də, deyirik. Sən iqtidara işləyirsən. Amma od olmayan yerdən tüstü çıxarmağa cəhd edirlər. Başqa partiyalar haqqında deyilən sözlər də mənə elə gəlir ki, od olmayan yerdə tüstü çıxarmağa cəhd etməkdir».

CƏMİYYƏT AKSİYALARA LAQEYDDİR

Partiya sədri deyib ki, aksiya keçirmək xatirinə aksiya keçirmək istəmirlər.

«Bu mitinqlər real alınmır. 100, 150, 200, 300 fəal hesabına kütləvi aksiya keçirmək mümkün deyil. Biz təkcə öz partiyamızın hesabına aksiya keçirmək istəmirik. Azərbaycan cəmiyyəti bu cür aksiyalara laqeyddir. Heç kim gəlmir, ancaq partiya fəalları iştirak edirlər».

Qulamhüseyn Əlibəyli sonda mətbuatda korrupsiya faktları ilə bağlı yazılanlara da münasibət bildirib. O deyib ki, bütün bunlar barədə cəmiyyətə aydınlıq gətirilməlidir.

«Bu cür faktlar çoxdur Azərbaycanda. Azərbaycanda dövlət əmlakı müəyyən bir qrupun əlində cəmləşir. Cəmləşib, daha doğrusu. Və bu cəmləşmə heç bir qanuni əsaslarla olmur. İstər iqtisadiyyatda baş verən oliqarxların hakimiyyəti - yəni inhisarçılıq. İstər sərvətlərin hakim ailənin əlində cəmləşməsi. Bunlar hamısı korrupsiya hallarıdır. Və partiya olaraq hesab edirik ki, bu faktlara cəmiyyətdə aydınlıq gətirilməlidir. Heç olmasa həmin şəxslər cəmiyyətə izahat verməlidirlər ki, bu var dövləti haradan əldə ediblər».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Elvin Haradan: Sumqayit
31.08.2010 17:30
chox pis oldum...

Kimdən: SOSIOLOQ Haradan: Tecavuz altindaolan VETEN
31.08.2010 17:30
Butun gunu bele seylere baxiram, birlik olmuyan yerde hec ne ola bilmez mence... Hansi demokratiyadan danisiriq ?
Prezident _ XXX ler terefinden aldadilir !
Milli Meclis _ Coxlugu XXX ler teskil eliyir !
Metbuat _ XXX in elindedi
Hakimiyyet _ Faktiki idare eden mehz XXX lerdir...
Baxin: Hansi olkede hakimiyyetde prezidentin fikrini beyenmiyen, en azinnan onun hakim oldugu 5 ya ferqi yoxdur (bizde 10 illerdir) nece il olur olsun vaxt erzinde hec olmasa bir nefer olmur ? Ona qarsi cixa bilmir, bizde boyuyunnen kiciyine kimi hami prezidentimizle hemfikirdir nese... Eybi yox olsun ama hamisinda da yoxdaa.. Beyem o Allahdi ? Hakimiyyetin bascisi formal olaraq bu gun Ilham Eliyevdir.. Amma formal olaraq.. Heyder Eliyevin vaxtinda bele deyildi
Evvel vezifesinden qorxan haqqin terefinde kecmirdise, bu gun caninda qorxan nahaqqa fitva verir, qinamagda olmur, haminin yasama huququ var
Men Ilham Eliyeve inaniram ki, bir gun azad bu olkeni idare edecek o XXX leri def ederek !!!

Kimdən: Vətəni viran qoyulmuş Haradan: İşgal altındakı ölkədən
31.08.2010 15:59
Əgər müxalifətin təşəbbüs göstərdiyi mitinq və piketlərdən söhbət gedirsə, məncə cəmiyyət aksiyalara yox, onların təşkilatçılarına laqeyddir! Lütfən, bunu yaptokrat mövqeyi kimi yozmayın. İnsanlar hakimmiyyətə nifrət edir, bir vaxtlar xalqın hakimiyyətini fəraricəsinə qoyub qaçmış müxalifətə isə ən yaxşı halda biganə yanaşır. Sizcə bu müxalifətin nəyə qadir olduğunu gərmək üçün onların qəzetlərdəki çıxışlarına göz yetirmək kifayət etmir? Axı dənizin suyunun duzlu olduğunu bilmək üçün heç də bütün dənizi həzm-rabedən keçirməyə lüzum yoxdur!

Kimdən: Musteqil Haradan: Baki
31.08.2010 15:42
Bosh verin bu cur gulunc aksiyalari. Insanlar aksiya kecirtmekden evvel onlarin agil numayendesi olmalidir.Muxalifet lider secmekde cok cetinlik cekir.Ona göre ki,muxalifetde hal hazirda real lider yokdur olanlarda hakimiyyete yararlanirlar.Hakimiyyet ugurunda mubarize etmek,xalqin sevimlisine cevirilerek hakimiyyete gelmek.
1.Agil,dushunce,etika,medeniyyet.
2.Irade,ezm,siyasi savad,mexanizmi idare etmek qabiliyyetine malik olan.
3.Qeddarliq,hymanist,ehf etmegi bacaran.
4.Xalqini seven,temiz vicdanli insan.
5.Siyasetde yalan danishmagi bacaran insan.
Yoksa aksiyada qishqirmaqla,bagirmaqla hec bir seye nail olmaq olmaz
Kucelerde qishqirmaqla hakimiyyetde gelmek olsaydi,butun insanlar cixib kucede qishqirardilar.
Bu gun Azerbaycan prezidenti Ilham Eliyevin alternativi yoktur.
Cavab

Kimdən: fair Haradan: Baki
31.08.2010 17:00
Duzdur i. aliyevin alternativi yoxdur, amma Azerb. prezidentinin alternativi hemishe VAR.
Cavab

Kimdən: vətənsiz ölü Haradan: Qarabağsız cəhənnəmdən
31.08.2010 16:35
Özünü müstəqil sayan və Müstəqil niki ilə yazan vətəndaş,

Siyasi savaddan danışaraq siz öz siyası savadınızın olmasına əminsiniz? Olsaydı belə fikirlər yazmazdın. Bu ölkədə müxalifəti məhv elədilər.. Necə?

1. Seçki nəticələrinə müdaxilə
2. İqtidara qulluq eləyən seçki komissiyası
3. Zor gücünün tətbiq olunması
4. Demokratiyanın tamamı ilə yox səviyyəsində olması
5.
... daha çox yaza bilərəm. Sənin kimilərin gözündə ideal, demokratik cəmiyyət yaradıblar ki, sən da alternativ namizədin yoxluğundan danışasan.
Düzdür ki, İlham Əliyev savadlıdır...Amma onun ətrafında yığılan savadsız, səviyyəsiz, alçaq, şərəfsiz nazir və dövlət məmurları bu ölkəni virana qoyur. Bəlkə də bunu prezident özü istəyir... Və ya o məmur və nazirlər İlham Əliyevi hələ də hakimiyyətdə saxlayırlar ki, istədikləri qədər talan etsinlər bu ölkəni...

Məndən bu qədər... Əgər hələ də öz fikrindən daşınmamısansa demək ki, sən şəxsi fikir və ideyası olmayan bir insansan...

Kimdən: Nazim
31.08.2010 15:34
cemiyyet hakimiyyetdeki memurlarin zulm ve rehmsizliyinden qorxur. Memurlarin shexsi desteleri ve.s olmasi coxuna bellidir. Burda gurcustan, ukraynadaki kimi sonuna qeder gede bilmezler. Kopoolunun qorxusu cetin sheydi. Yani bir gecede minlerle insani taxil kimi biceller. Hem de, o polise, daxili qoshunlara o sheraiti, maashi keflerinden vermirler ki....