Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:26

Dünya

«Tehranın cəlladı»

Səid Mortazavi
x
Səid Mortazavi
Şriftin ölçüsünü dəyiş - +
Rəqiblərindən «Tehranın cəlladı» adını alan İranın sabiq baş prokuroru Səid Mortazavinin toxunulmazlıq statusu ona qarşı ittihamlar irəli sürməyə mane olurdu.

Səid Mortazavi fəaliyyəti dövründə 60-dan çox qəzeti bağlayıb, bir çox siyasi fəalın və jurnalistin həbsinə qərar verib, hətta 2003-cü ildə İranda kanadalı fotojurnalist Zəhra Kazımiyə işgəncələr verilməsində iştirak edib.

Zəhra Kazımi istintaq zamanı ölüb. Mortazavi 2009-cu ildə prezident seçkiləri zamanı Kəhrizakdakı aksiyalarda həbs edilən 3 nəfərin ölümündə də günahlandırılır. O, prezident Əhmədinejadın tərəfdarı kimi tanınır.

İran parlamentinin hesabatında bildirilirdi ki, Mortazavi 147 məhbusun dörd gün 70 kv.m-lik otaqda ventilyasiya və istilik sistemi qoşulmadan, ac-susuz saxlanmasına şəxsən qərar verib.

TOXUNULMAZLIQ STATUSU GÖTÜRÜLDÜ

Amma indi görünür, Tehranın qorxulu keçmiş baş prokuroru öz əzabkeşləriylə görüşəcək. Ali dini lider Ayotalla Xamneyilə əlaqələrinə çox güvənən Mortazavinin üzərindən toxunulmazlıq statusu götürülüb.

Mortazavinin statusunun götürülməsi həm də ali dini lider Xamneyinin zəngindən sonra Əhmədinejadın spiker Əli Laricani və onun İran Ədliyyəsinin rəhbəri olan qardaşı Sadiq Laricaniylə görüşüylə üst-üstə düşüb.

Belə bir fərziyyə irəli surülüb ki, Əhmədinejad rəqiblərinin ittihamlarının qarşısında Mortazavini qurban verib.
Əhmədinejad ədliyyə sisteminə nəzarət etmir
Böyük Britaniyadakı Birmingem Universitetinin İran məsələləri üzrə eksperti Skott Lukas inanır ki, bu iki hadisə təsadüfən üst-üstə düşməyib və Kəhrizak hadisələrinin nəticələrini neytrallaşdırmağa yönəlib.

Kəhrizak etiraz aksiyaları zamanı qaynar nöqtələrdən biri olmuşdu.

ƏHMƏDİNEJAD MƏSULİYYƏT DAŞIMIR

 

Amerika-İran Şurasının prezidenti Huşəng Əmirəhmədi deyir ki, Kəhrizakdakı hadisələr üçün Əhmədinejad məsuliyyət daşımır:

- Mortazavi Əhmədinejadın adamı deyil. O, ədliyyə sistemindədir və Əhmədinejad qətiyyən bu sistemə nəzarət etmir. Cənab Mortazavini o vəzifəyə Əhmədinejad təyin etməyib. Mən bilmirəm, adamlar niyə bu cür fikrə gəliblər. Cənab Mortazavi hökumətin indi ədliyyə mədəniyyəti və təfəkkürünə uyğun gəlməyən addımlar kimi qiymətləndirdiyi şeyləri edib. Onlar indi Mortazavinin fəaliyyətini tədqiq edirlər. Onun Əhmədinejadla heç bir bağlılığı yoxdur.

Əgər bu doğrudan da Mortazivinin siyasi əlaqələrini göstərərsə, onun İran ədliyyə sisteminin labirint dəhlizlərində qorxu yaradan imicinə son qoyula bilər.

/Tərcümə etdi: Səadət Akifqızı/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Araz Turkay Haradan: vancouver-kanada
30.08.2010 23:08
hormetli , Azadliq Radiyusu ve oxucular : Azerbaycan olkesi ve Turkiye olkesi susdugu halda, Bati donyasindan ne beklemek olar...?!
baxmayaraq ki IRAN"FARS" Rejimi qan ichen bir hakemiyetdir , Ancaq buni bilmeliyik ki, insan haqlarinin mudafiye eden "Adi Altinda ki olkeler, Demokretik" olkelerde ozleri , Guney Azerbaycan haqlarindan vaz gechir ve yalniz Ermeni ve Fars olan ve Behayi dinine mensub olan hereketleri tam ve her zaman destekleyerler. bu desteklemek Madi-menevi destekdir. hal bu ki guney Azerbaycan hereketinde olan konulari asla kimse bele MENEVI baximindanda , desteklemir ve choxlu hallarda ekside her terefden baykot olmasi gorunur.. qardashlar ve bacilar insan haqlar yalniz ,Fars olan orgutler,Yehudi-Ermeni-KURD,Behayi , ler uchundur , ve onlara gore qorulmushdurlar. bizler kanada ve Amerika olkelerinde oldugumuz halda burda aydincasina bu ayrisechiligi goruruk.
bu nedenle lotfen bati donyasinin insan haqlarina inanmiyalim.
Cavab

Kimdən: Muslim Haradan: Baki
05.09.2010 14:42
Salam aleykum, mən qardaşın dediyin yaxşı başa düşdüm, o demək istəyir ki, qərbin yalançı demokratiya və insan haqıarın qoruması nağılına inanmayın, qərb ancaq özünə sərf edənlərin haqlarını qoruyur, o Kanadada yaşayır və bunları kənardan çox yaxşı görür, mən onunla tam razıyam. Bizə idxal olunan ancaq əxlaqsızlıq və əyləncədir.
Cavab

Kimdən: sual
31.08.2010 11:51
araz,
ne yazdigini hech olmasa ozun basha dushdun??
Cavab

Kimdən: sehla Haradan: lahor pakistan
02.09.2010 11:25
Allah cezasin versin balalarindan cixsin dogurdanda cellada benzeyir
Cavab

Kimdən: Qara Haradan: Afrika
31.08.2010 13:05
Serf elemedi deyesen???