Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:28

İqtisadiyyat

Qazaxıstan Azərbaycana köməyə hazırdır

Ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür
x
Ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür
Şriftin ölçüsünü dəyiş - +
Qazaxıstan Azərbaycanın taxıl ehtiyacını ödəməyə və onlara edilən müraciətlərə baxmağa hazırdır. Bu barədə avqustun 30-da keçirilən mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Onun sözlərinə görə, ölkəsinin taxılla bağlı problemi yoxdur.

Səfir deyib ki, Azərbaycanla bu il üçün 500 min ton taxıl ixracı barədə razılaşma var. Azərbaycanın 1 mln. ton taxıla tələbatını nəzərə alan Qazaxıstan əlavə həcmdə taxıl ixrac etməyə hazırdır.

Eyni zamanda səfir taxılda qiymət artımı da olduğunu deyib. Hazırda bir ton Qazaxıstan taxılının qiyməti 230 dollar təşkil edir. Halbuki bu yaxınlarda bu qiymət 160 dollar təşkil edirdi.

Rusiya bu aydan taxıl ixracına qadağa qoyub, o, üzvü olduğu Gömrük Birliyi təşkilatının digər üzvü – Qazaxıstana da analoji addımı atmağı təklif etmiş, amma Qazaxıstan hökuməti taxıl ehtiyatının bol olduğunu əsas gətirib ixrac qadağasına ehtiyac görmədiyini bildirmişdi.

Bir müddət əvvəl Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə AzadlıqRadiosuna demişdi ki, ölkəyə taxıl idxalı əsasən Qazaxıstanın payına düşür.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: "D"
08.09.2010 12:16
azerbaycanda taxil istehsalini artirmaqdansa.. kendlilere stimul vermekdense... bizim bazari genishlendirmekdense ...

Kimdən: Hemid Haradan: Gence
31.08.2010 11:43
Hesab etsekki azerbaycanlilarin en azi 2 milyonu xaricdedir ve bu gun ölkədə təxminən 7 milyon əhali yaşayır(bunada mən az inanıram) o zaman bir ildə bir adam başına lazım olan taxılın mıqdarını (ən coxu-260 kiloqram) 7 milyona vurarsaq o zaman ölkə əhalisinin illik tələbatı 1 milyon 820 min ton təşkil edir.İndi azerbaycan 1,5 milyon tron taxıl alandan sonra yenede 1 milyon alacaqsa o zaman bunun özünün taxilini neyləyəcəkdi?Deməli özünün taxılı yoxdur!!Hər şeydə olduğu kimi taxıl barədə də yalan deyir və yalan yazırlar!!Yalan,Yalan, və yenədə yalan!!!