Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:09

Xüsusi layihələr / Seçkilər-2010

«Blok iqtidara qarşı mübarizə aparacaq»

Şriftin ölçüsünü dəyiş - +
«Artıq 95 dairədə vahid namizədi razılaşdırmışıq». Bu sözləri yeni yaradılan «İslahatçı» seçki blokuna daxil olan Böyük Quruluş partiyasının sədr Fazil Mustafa AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra seçkiyə vahid namizəd siyahısıyla getməyə qərar veriblər:

«Bu seçki bloku da müxalifət bloku olaraq iqtidara qarşı mübarizə aparacaq».

Fazil Mustafa deyir ki, blok digər partiyalara da açıqdır, hətta yeni qoşulmalar olarsa, artıq razılaşdırılmış siyahıya yenidən baxılması da istisna edilmir. Onun sözlərinə görə, bloka qoşulmaq üçün müraciət etmiş «Təkamül» partiyasına müsbət cavab veriblər.

«İslahatçı» seçki blokunu Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyaları təsis edib.
Bir müddət əvvəl başqa müxalif partiyalar da öz seçki bloklarını yaratdıqlarını bəyan ediblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Akif Haradan: Bakı
31.08.2010 14:01
Fazil Musatafayevin bəyanatı sadəlöv insanlara hesablanmış bəyanatdır. Çünki adı olub, özü olmayan bu üç partiya hakinmiyyətin özünün yaratdığı və ona xidmət edən partiyalardır.

Kimdən: Iqtidar Haradan: Eyaletden
30.08.2010 14:57
Meddahlar ozlerine muxalifet deyende adamin qidiqi gelir.OZU DA DEYIRLER OZ AQALARINA QARSHI MUBARIZE APARACAQLAR.
Oyununuz olsun,ay el muxalifetleri!
Cavab

Kimdən: Müxalifətçidən Haradan: Paytaxtdan
31.08.2010 11:32
Ay "əyalətdən" yazan "iqtidar"! Elə iqtidarımız kimi sən də dovşan xislətlisən - o, xalqa qarşı cinayətlərini "demokratiya" pərdəsiylə gizləyir, sən də böhtanlarını "iqtidar" imzasıyla! Mahiyyətiniz isə eynidir... Qaldı "meddah" dediyin adamlara, bu blokda birləşən partiyalarda elə qabiliyyətli və vətənpərvər oğullar var ki, sen və sahiblərin bundan sonra daha 20 il də çalışsaniz, onların bu xalq, bu Vətən üçün etdiklərinin yüzdə birini edə bilməzsiniz. Unutma: bir bitə acıqlanıb köynəyi yandırmazlar!
Cavab

Kimdən: sedaqet Haradan: baki
03.09.2010 11:32
hardadir o qabiliyyetli oglanlar, birinin adini ceke bilersiz? Senin o qabiliyyetli dediyin oglanlarin qabiliyyetini gorduk 90-ci illerin evvellerinde, hakimiyyətdə olduqlari zaman. Adamin sizlere belə sadəlövhlüyünüzə görə yazığı gəlir vallah. Gözünüzü biraz geniş açıb ətrafınıza bir yaxşı-yaxşı baxa bilseydiniz...