Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:29

Verilişlər / Korrupsiometr

11 milyard dollar “itkin” düşüb?

Şriftin ölçüsünü dəyiş - +
İqtisadi Tədqiqatlar Mərkəzi iddia edir ki, 2003-2009-cu illərdə xarici ölkələrdən Azərbaycana gətirilən mallardan 11 milyard dollara qədər pul yoxa çıxıb. Mərkəz apardığı maraqlı bir araşdırmadan sonra bu iddiaya düşüb.

Təşkilatdan verilən məlumata görə onlar Azərbaycanın ticarət tərəfdaşı olan 16 ölkənin səfirliyinə müraciət edərək illər üzrə ticarət dövriyyəsinə aid məlumatları verməyi xahiş edib. Sonra da həmin səfirliklərin verdikləri məlumatları Azərbaycanın Dövlət Statistika Komistəsinin rəsmi rəqəmləri ilə müqayisə edib. Məlum olub ki, məsələn, tutaq ki, Türkiyənin rəsmi sənədlərində Azərbaycana bir ton kağız satıldığı yazılır. Amma eyni kağız Azərbaycanın statistikasında 600 kiloqram kimi qeyd edilib.

Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu AzadlıqRadiosunun “Şəffaflıq” verilişində araşdırmasından belə bir fakt deyir: "Məsələn, Türkiyə məlumat verir ki, 2007-ci ildə Azərbaycana 1 milyard 407 milyon 700 min dollar dəyərində mal göndərib. Amma Azərbaycan tərəfdə həmin il Türkiyədən 624.6 milyon dollar qiymətində mal gəlməsi kimi qeydiyyata salınıb. Bu da o deməkdir ki, təxminən 780 milyon dollar pul qeydiyyata alınmayıb. Deməli, ən azı bu qədər pulun vergisi dövlətdən gizlədilib."

Bu fərqləri üst-üstə toplayan İqtisadi Tədqiqatlar Mərkəzi bildirir ki, 2003-2006-cı illərdə Azərbaycanın 16 ölkə ilə alış-verişində 10 645 900 000 dollar yoxa çıxıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarından o da məlum olub ki, ən çox kənarlaşmalar Türkiyə və Rusiyadan Azərbaycana gətirilən mallardadır. Elə Azərbaycanın ən böyük ticarət dövriyyəsi də elə bu iki dövlətlədir.

Azərbaycanın Gömrük Komitəsində isə bu qədər pulun “itkin düşməsi” iddiasını rədd edirlər. Komitdən bildiriblər ki, Azərbaycanın stastistika idarəsi ilə xarici ölkələrin verdikləri rəqəmlər arasında bu qədər fərqin olması yalnız hesablama metodlarının müxtəlif olmasına görədir.

Amma Qubad İbadoğlu isə bildirir ki, fərqli hesablama metodlarının olduğunu onlar da bilirlər. Amma iki ticarət tərəfdaşı arasında hesab fərqi metoda görə uzağı 10 faiz olar, ondan yuxarısı mümkün deyil. Onların araşdırmalarında isə rəqəmlər arasında fərq 50 faizdən çoxdur. Bu qədər fərq yalnız hesablama metodlarının müxtəlif olmasından yarana bilməz.

Mövzunu "Şəffaflıq" proqramında daha ətraflı dinləyin:
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Aligulu Haradan: Baki
31.08.2010 12:06
Rəhmətlik Heydər Əliyev birbaşa televiziya cəkilişi aparılan bir müşavirədən bir icra başçısından soruşdu ki, sən o toyuğu neçiyə almışdın?Həmin Başçı toyuğu 9 məmmədə alıb 11 məmmədə geydiyyatdan keçirmişdi.Bir ton toyuqda icra başçısı hardasa 2 min AZN pul qazanmışdı və onu da Prezidentə bildirmişdilər!! İndi necə olurki 11 min dollardan prezidentin guya xəbəri olmur!! Bu mümkün deyil!!Adını müxalifət dərnəklər (onlara partiya deməyə adamın dili gəlmir) nədənb iktidarı buna görə məhkəmiyə vermir!!

Kimdən: Emil Haradan: Baki
30.08.2010 16:05
Ay kishi, 11 milyard nedir ki??
Hele Azersunun ve onun bunun firmalarinin olkeye qacaq malla, Gomrukde bir qepik vermeden kecen mallarini men demirem..
Helem her mal uzre kg-na goturulen shapkalari saysaq goresen ne olar???
30-40 milyard cixar ogurlanan pullar..
Bu dovletin budcesi en azindan 40 milyard $ olmalidir. Amma ne goruruk?? 14 milyardliq budce.

Kimdən: Adil Haradan: Baki
30.08.2010 10:43
Bu devlet tamamile rushvet esasinda qurulub. Devlet terefinden dunyada analogu olmayan korrupsiya sistemi yaradilib. Gemrukde bash veren qanunsuzluqlar her bir kese melumdur, lakin hech bir tedbir qerulmur.. Analoji veziyyet Vegi ve diger nazirliklerde mevcuddur. Misal uchun, Vergi Idaresi her bir ish adamini yoxlama adi ile ilde 1 defe devet edir idereye ve hede qorxu gelerek beyuk miqdarda rushet teleb edir ve alir. Bu melumat komputere yerleshdirilir ve hansi ilde hansi shirketden hansi meblegde rushet alinib - butun bu melumat resmi devlet organi olan Vergi nazirliyinde saxlanilir. Hansi devletde bu cur devlet reketi mumkundur ???
Cavab

Kimdən: bezmish
30.08.2010 13:49
beli qardash, dogru deyirsen..audit departamentine gedende (qara bina) adamin ust bashini ele yoxlayirlarki(hec telefonlada iceri girmek olmur) yegin azerbaycan dovlet serhedi bele gorunmur neinki audit departamentinin memurlarinin kabineti...ozleri ele sistem qurublarki sonrada rushvet yigmaga esas olsun..meselen istanbuldan kargo ile gelen tekstil mallar, bine ve sederek ticaret merkezlerinde olan topdan satish- butun bunlarin arxasinda hec bir senedleshme olmur..eziyyet ceken ise geydiyyatdan kecmish vergi odeyicisidir..

Kimdən: Akif Haradan: Bakı
30.08.2010 10:42
Aşkar olunan oğurlanmış 11 milyard dollar vəsait onu göstərir ki, Azərbaycanda korrupsiya dövlət siyasətidir və onun başında təbii ki, dövıət başçısı dayanıb. Belə olan halda bu hakimiyyəti yalnız xalq düşməni adlandırmaq olar və hökuməti məhkəmə məsuliyyətinə cəlb etmək lazımdır. Bu böyük rezonans verəcək və bəlkə onda hakimiyyəti devirmək olar.

Kimdən: mesum Haradan: Elieyriyevlerden
30.08.2010 02:32
Azerbaycandaki dösürovlar yerin dibine girsinler.Bu ölkeni xoruza yüklediler

Kimdən: Aslan Haradan: Baki
30.08.2010 02:27
Azerbaycan Gomruk Komitesi alinmaz qalaya donub,ne vergi ne de ki, bashqa orqanlar Gomruk Komitesinin ishine mudaxile ede bilmirler sadece olaraq gucleri catmir.Olkeye daxil olan erzaq mallari keyfiyyetsiz,vaxti kecmish mallardir ki,monopolist nazirler ve rushvetxor memurlar Azerbaycanda qanunlarin ishlememesinden istifade edib Xalqa istediyi qiymetleri dikte edir.Evezinde elaqedar orqanlar keyfiyyetsiz,vaxti kecmish mallarin Gomrukden nece kecmelerine goz yumub sahibkarlardan, dukan sahiblerinden kulli miqdarda rushvet alib bu mallarin satishina icaze verirler.Son neticede yenede Xalq baha qiymetlere keyfiyyetsiz mallar alir ve zeherlenme hallari bash verir.Nece olurda prezident i.eliyev her il yeni dirnaq arasi ish yerlerinin sayini deqiqlikle bildiyi halda 11-milyard dollarin Gomrukde ogurlanmasindan ve ya itkin dushmesinden bixeber olur.