Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:49

İqtisadiyyat

Lənkəranda un bahalaşıb

Bir həftə bundan əvvəl 45 kiloqramlıq bir kisə unun qiyməti 16 manat idisə, indi 17 manat 50 qəpiyə satılır
x
Bir həftə bundan əvvəl 45 kiloqramlıq bir kisə unun qiyməti 16 manat idisə, indi 17 manat 50 qəpiyə satılır

Əlaqədar yazılar

Şriftin ölçüsünü dəyiş - +
Lənkəranda unun qiyməti 10 faiz bahalaşıb. Bir həftə bundan əvvəl 45 kiloqramlıq bir kisə unun qiyməti 16 manat idisə, indi 17 manat 50 qəpiyə satılır. Arpanın bir kiloqramı isə bazarda 40-45 qəpiyədir. Qonşu rayonların bazarlarında da unun bahalaşması müşahidə olunur.

Sexlər çörəyin qiymətini saxlasalar da, çəkidə azalma var. 500 qramlıq çörək 450 qrama endirilib. Həftə ərzində rayonlarda iki dəfə çörək qıtlığı yaranıb.

İş adamı Fayıq Cəfərov deyir ki, bu hesabla bahalaşma hələ davam edəcək. Onun fikrincə, 50 kiloqramlıq unun qiyməti 25 manata qalxa bilər:

«Çünki taxıl və un istehsalı inhisarçıların əlindədir. Taxılın qiymətini bazar müəyyənləşdirmir. Qonşu ölkələrdə də taxıl çatışmazlığını nəzərə alsaq, problemin nə qədər ciddi olduğunu görməmək mümkün deyil».

F.Cəfərovun sözlərinə görə, dağlıq ərazilərdə yaşayanlar ilin bu vaxtında bir illik un tədarükü görürlər, nəticədə una tələbat artır. Bunun da yerli bazarlara təsiri olmamış deyil.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fantamaz Haradan: avropa
19.09.2010 23:41
Lenkaranda un bahalasib......bu xeber bize yad deyil,bele xeberler olkenin butun bolgelerinden gelecek.Bu hakimiyyetin seristesiz siyaseti hele bir cox saheleri cokdurecek.bunlar bir ara xaricden taxil getirenler ucun vrgini aradan qaldirmisdilar guya ki taxil bol olsun,amma keyfini yene de taxil biznesi ile mesqul olan memurlar gordu.hokumet cixir mavi ekrana deyir ki,kend teserrufati uucun vergiler qaldirmisiq,guzestli kredit veririk,subsidyalar veririk.amma realliqda kredit verenler sapka isteyir,yerli icra bascilari da is adamlari fermerlerin basina it oyunu acir sonda da ehali istehsalla deyil xirda alvere meillenir.bos qalan biznes saheleri de kecir oliqraxlarin nezaretine onlarda axsam evde barda villada qurduqlari kef meclislerinde mehsulun qiymetini qaldirir ve ya qaldirirlar.

Kimdən: azad Haradan: yasamal
30.08.2010 14:26
Lənkəranda unun baxalaşmasi xəbəri məni cox təəcubləndirdi.Respublikanın hər yerində cörəyin,unun qiymətində bahalanma muşahidə olunmadıgi halda lənkıranda necə ola bilər ki corəyin qiyməti 40-45 qəiyə , unun kisəsi isə 17 manata qalxmisdir.Deməli lənkəranda işbazlar suni bahalıq yaradanlar aktivləşiblər. Bəs bu işbazlarin fəallaşmasına səbəb nədir. Respublikamizda taxil istehsalınin az olmasl ,qonşu MDB olkələrində taxıil tədarukunun aşagı düşməsi:Bəli qeyd etdiklərim verilən statistikaya əsasən düzdür.lakin bunlar un və cörək məhsullarının bahalaşması ücün əsas ola bilməz. Burda qeyd etdiyim kimi başqa amillərin təsirini axtarmaq lazimdır. Məlumdur ki bazar iqtisadiyyatinda bazar özü hər şeyi dəqiq tənzimləyir. Yəni bazarda məhsullarin qiymətləri tələb və təkliflə formalaşlr.Taxıl dövlətin stateji əhəmiyyətli məhsulu oldugu ucun , bu məhsulun əkininə, yigilmasina, tədarükunə , emalına dövlət orqanları daim nəzarət edir ,Buna görədə prezedentin sərəncamı ilə taxıl fondu yaradılmışdır. Azərbaycan dovləti , onun mohtərəm prezedenti İlham Əliyev tərəfihdən həyata keçirilən ardıcıl tədbirlər bir məqsəd daşıyır. Xalq cörək qıtlıgından əziyyət cəkməsin və süni bahalaşma olmasın.Görülən tədbirlər son illər öz gözəl nəticəsini verir və bu iş bu gun də davam edir lakin bir şeyə çox təəsüf edirəm mohtərəm prezedentimizin xalq ucun görduyu boyuk isləri bəzi məsuliyyətsiz, bacarıqsız öz yerində olmayan məmurlarımız kölgə altına salırlar. Məhz buna gorə regionlarda dövlət məmurlarının səriştəsizliyindən, nəzarətsizliyindən sui istifsdə edən işbazlar ,mohtəkirlət un və cörək məhsullarinin qiymətlərini suni şəkildə qaldirataq bahaliq yaradir, bununlada xalqı dövlətdən narazı salmaga calişırlar.Bu işbazlar isə əvəzində milyonlara sahib olurlar.Olkədə lazim olan qədər taxıl ehtiyatı var, əlavə taxıla ehtiyac yaranarsa qonşu olkələrdən taxil idxal etməyə dovlətin hər cur imkani vardır. Buna gun-gundən iinkisaf edən guclu azərbaycan iqtisadiyyati imkan verir.