Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:44

Dünya

Ərdoğan yaşadığı villanın kirayəsini bankdakı pulunun faiziylə ödəyir

Rəcəb Tayyib Ərdoğan
x
Rəcəb Tayyib Ərdoğan
Şriftin ölçüsünü dəyiş - +
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda yaşadığı villanın kirayəsini bankdakı pulunun faizi ilə ödədiyini bildirib.

TGRT kanalında müxalifətin ittihamlarını cavablandıran Ərdoğan deyib:

«İstanbul bələdiyyə başqanı olduğum vaxt bələdiyyənin möhtəşəm iqamətgahında yaşamadım. Ankarada da Baş nazirə ayrılmış iqamətgahda yaşamadım. Paytaxtda kirayədə yaşayırıq. İstanbulda yaşadığımız ev bir dostumundur. Mən 17 il bir firmanın təmsilçisi olmuşam. Baş nazir olan kimi şirkətimi satdım. Hökumət başçısı olandan sonra dostumun villasına köçdük. Şirkətin satışından əldə etdiyim pul bir özəl maliyyə qurumunda durur. Yaşadığım villanın kirayəsini ordan gələn faiz puluyla ödəyirik. Biz izah etməkdən, onlar iddia etməkdən bezmədi».

Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu deyir ki, Ərdoğanın İstanbulda hər birinin qiyməti 2.5 milyon TL olan 5 villası var. O, Baş nazirdən villaları hansı pulla tikdirdiyini açıqlamasını tələb edir.

«Hovuzlu villa» referendum öncəsi mitinqlərdə Kılıçdaroğlu tərəfindən dəfələrlə gündəliyə çıxarıb.

Ankaranın bələdiyyə başqanı Məlih Gökçək isə K. Kılıçdaroğlunun Çanaqqalada hovuzlu kooperativ villası tikdirdiyini üzə çıxarıb. Kılıçdaroğlu deyib ki, tikintisi davam edən villanın kreditini ödəyə bilmədiyindən onu satır, qiyməti isə 110 min ABŞ dollarıdır.

K. Kılıçdaroğlu seçkini udacaqları halda iqtidarın fəaliyyətinə nəzarət etmək üçün müxalifətə qeyri-məhdud səlahiyyət verəcəklərini deyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Sabir
07.09.2010 14:13
Bir azdan deyecek ki eyin basim geydiyim butun paltarlar ozumun deyil nisye goturmusem,milleti enaimi sayirsan?!Bu adam qelb xestesidir ici pas atmis qaralmis.Qeseng soyus soymeyi bacarir Turk siyasetinde ana soyusunde var yox soyusune qeder ozunu zenginlesdirdi.Bravo!

Kimdən: basmachi Haradan: daxmasindan
30.08.2010 00:44
BuTurkiyede hokumet yollari qizildan dowese de,en ashaqi emek haqqini 10 000 dollar etse de bu turk muxalifeti boqazi cirilanadek danishacaq

Kimdən: Fuzuli Haradan: Azerbaijan
29.08.2010 16:54
Bunlar hec olmasa aylig ve ya illik oz hesabatlarini teqdim edirler.Yalan ve ya gercek o ayri bir sohbetin movzusudur.Hec sen bir azeri naziri gordunmu cixb menim bu qeder varidatim var didiyini?Eger bir gun bu aciglanarsa uze bir Memleket cixar o varidatla.Ona gore Erdoganin neyi var Allah artig elesin.Cunki o gorduyu iwlerle ondan qat-qat maddi yox haa menevi hormete laiq bir insandi.En azindan zaman zaman onun sayesinde muselman,turk oldugumuz yadimiza duwur,ve ferehden Ureyimiz koksumuzden cixir

Kimdən: izzet
29.08.2010 14:59
Erdoganın esi hastane zincirlerine ortaktı sonra sattı.Oglu pırlanta tüccarı ile ortak.Oglunun gemisi var.O villadan 5-6 tane var.Bunlar bildiklerimiz bi de baskalarının üzerinde gozuken varlıkları var.

Kimdən: Xetai Haradan: Azerbaycan
29.08.2010 11:11
Erdoqana hallaldi !!!

Kimdən: ruslan Haradan: bakidan
29.08.2010 00:40
sayin ardogan bu menasiz cixishlari ila gundemde qalmaq isteyir amma dushunsun ki artiq ozunu bitirib

Kimdən: Zaur Haradan: Volgograd
28.08.2010 15:38
men sayin Erdogan beye bildirmek isteyirem ki, i.eliyevnen meslehetlewsin, onda neinki butun turkiye weherlerinde hetda Dubaydada ozunun wexsi villalari olacag.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
28.08.2010 15:11
Sayın R.T.Erdaoğan ne "yazıq" imiş.Heç bunun evi de yoxdur.Belke imkan dairesinde para yığıb,kömek edek.

Kimdən: izzet
28.08.2010 14:54
Erdoganın kiracıyım dedi villa tapuda ogullarının üzerine kayıtlı...
Cavab

Kimdən: Murad Haradan: Ankara
30.08.2010 09:52
ogularinin adina olsaydi muxalifet onu da arasdirib, cixarardi.

Kimdən: mesum Haradan: Nazarbaycan
28.08.2010 13:55
Türkiyenin müxalifeti Türkiyenin ayagina das baglamaqdan basqa hec bir ise yaramir.Anayasa deyismelerine hayir deyecek müxalifete söylenecek sözüm yox.Bas Naziri santaj etmekle cürük Anayasani mühafize edecek müxalifetden ne gözlemek olar.
Səhifə (2)
    Növbəti