Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:05

Verilişlər / İşdən sonra

«Mən ziyalıyam»

Ahmet Şafaq
x
Ahmet Şafaq

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Azadlıq anlayışı Türkiyədə tapdalanmaq durumu ilə qarşı-qarşıyadır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında türkiyəli musiqiçi Ahmet Şafaq deyib. Onun sözlərinə görə, sənətçi yaradıcılığında, düşüncəsində azad olmalı olsa da, son zamanlar bəzi həmkarlarının təzyiqlərə məruz qaldığının şahidi olur:

SƏNƏTÇİ DOSTLARIMA TƏZYİQ EDİRLƏR

«Son zamanlar görürəm ki, Türkiyədə yoldaşlarıma təzyiq edirlər. Sənətçi dostlarıma nazirlər telefon edib «nədən «hayır» deyirsiniz, nədən «evet» demirsiniz» - deyə təzyiq edirlər. Dostlarımdan bir hissəsi çəkindiyi üçün «evet» kampaniyasına qoşulur. Azadlıq anlayışı Türkiyədə tapdalanmaq durumu ilə qarşı-qarşıyadır. Mənim üzüntüm əslində budur. Sənətçilik digər peşələrdən daha çox azadlıq istəyən bir işdir. Sənətçi quşlar qədər müstəqil olmalı, azad olmalıdır. İndi isə təəssüf ki, sənətçilər padşahın himayəsinə girməyə çalışan bir şair kimidirlər. İndiki sənətçilər nə yazıq ki, iqtidarların himayəsinə girib, onların kölgəsində sənət yaradan, dolayısı ilə siyasətin oyuncağı olan duruma gəlirlər. Bu da mənim qəbul edəcəyim bir şey deyildir».

«Kəndimi aydın, ziyalı olaraq hiss edirəm» deyən Ahmet Şafaq bundan xoşbəxt olduğunu da bildirib:

«Ziyalı kəlməsini çox bəyənirəm. Ziyalı işıqlı deməkdir. Mən kəndimi bir ziyalı kimi görürəm, bundan çox xoşbəxt oluram. Son zamanlar Türkiyədə sənətçilik anlayışı tənəzzül etdiyi, ya iqtidara yaltaqlıq edildiyi, ya da şöhrət naminə hərəkət edildiyi üçün özümü sənətçi olaraq görmürəm».

Ahmet Şafak o fikirdədir ki, ziyalının ictimai fikri, siyasəti olmalıdır. O siyasətdə də öz sözünü deməyi bacarmalıdır:

DEMOKRATİYA FƏZİLƏTLİ, ƏRDƏMLİ İNSANLARIN TOPLULUĞUDUR


«Hər kəs siyasət edəcək və etməlidir. Demokratiya da belə şeydir əslində. Demokratiya fəzilətli, ərdəmli insanların topluluğudur. Müasir demokratiya dediyimiz sürəcdə toplumun qırağında, içində bulunan hər kəs mütləq əsildir, şərəflidir və millətin şərəfli bir üzvüdür. Birinci sual budur: sən kimsən? Necə topluma, millətə mənsubsan? Necə idarə olunmaq durumundasan. Demokratiya prosesi budur. Məni necə idarə edilməsinə özüm qərar verirəm. Bu qərarvermə nöqtəsində də özümü ziyalı görmək durumundayam».

Ahmet Şafak Azərbaycan əski yazarlarına heyran olduğunu, Hüseyn Cavid yaradıcılığına pərəstiş etdiyini bildirib. Hazırkı yazarlardan isə Çingiz Abdullayevin detektivlərini sevə-sevə oxuyur. Yazmaqla özünün də arasının yaxşı olduğunu deyən Ahmet Şafak, Azərbaycanda, Türkiyədə baş verən prosesləri yaxından izlədiyini deyir. O cümlədən İran Azərbaycanında baş verənləri:

«Orada ciddi bir mücadilə var. Yəni öz mədəniyyətini, dilini danışa bilməyən insanların əlindən, adi bir futbol komandasının fanatı olmaq haqqını belə alırlar. Dolayısı ilə bu hadisələrə diqqət etmək lazımdır».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Burhan ŞAHİN Haradan: K.KıbrısTürkCumhuriyeti
28.08.2010 19:18
Ahmet Şafak bilgili ve inançlı bir Türk sanatçısıdır, fikirleriyle Türk toplumuna ışık tutan bir aydındır. Ahmet Şafak sayesinde biz Azerbaycan'ımızı ve oradaki millettaşlarımızı daha iyi tanıyor ve anlıyoruz. Ahmet Şafak Türkiye ile Azerbaycan arasında bir medeniyet köprüsüdür. Yavruvatan Kıbrıs'tan; Anavatan Türkiye'mize ve Vatanımızın Kafkas hissesi müstəqil Azerbaycan'a selamlar...

Kimdən: Serkan ErGüzel Haradan: Ankara
28.08.2010 19:14
Ahmet Şafak Türkiye2de ve bir çok dünya ülkesinde tanınan ve çok değer verilen bir sanatçıdır. Ahmet Şafak türk kalabilenleri özünde Türk olanları temsil eden bir sanatçıdır. Yozlaşmış Türk sanatçısı isterseniz öz vatanından kaçan vatanına hakaret eden avrupa yanlısı orhan pamuk u referans alabilirsiniz. Ancak Azerbaycan hala öz be öz Türk'tür. Bu sebeple bizim temsilcimiz, bölünmezliğimizin temsilcisi, Türkiye-Azerbaycan sevdalısı Ahmet Şafak'tır. Bizim bölünmez bütünlüğümüzün devamı için Azerbaycan-Türkiye kardeşliği için, şehidimizin kanı için ayaklar altına alınan gururumuz için Türklük için HAYIR diyoruz

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
28.08.2010 16:14
Davamı. Bu "HAYIR"da neinki,Türkiyenin men deyerdim ki,TÜRK dünyasının taleyi hell olunur.Sizi dinleyerken xeyallara qaldım.Fikirleşdim ki,Azerbaycanın bele senetçisi olsaydı,ne yaxşı olardı.Yadıma Azerbaycanın Güneyinden olan Araz Elses düşdü.Çox teessüf ki,ona Azerbaycan vetendaşlığı verilmediyine göre mecbur olub Qerbe üz tutdu.Halbuki,Araz Elses sazı ve sözü ile Qarabağı AZAD etmeye qadir bir senetçidir.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
28.08.2010 15:56
ALLAH Sizi düyğulandırsın Ehmed bey,meni düyğulandırdınız.Sizi eger bir türküler oxuyan senetçi kimi sevirdimse,analitik cıxışınızı eşidenden sonra fikirdaş kimi vuruldum.Türkiyede referendümla elaqeder,AZERBAYCAN Türkiye haqqında fikriniz menim üreyimce oldu.AZERBAYCAN haqqında fikriniz necedirse,bizlerin de Türkiye haqqında eledir.Referenduma "HAYIR" demeyiniz meni ümüdlendirdi.ALLAH qoysa "HAYIR" deyilecek.Bu "HAYIRIN" xeyirli olması şübehsizdir.

Kimdən: Urmiyeli
28.08.2010 10:18
Ahmed Şafak-la birlikde eşq olsun Şemistan Elizamanlı, Araz Elses, Esat Kabaklı, Mustafa Yıldızdoğan ve bütün xalq ozanlarına

Kimdən: analitik Haradan: ordan
27.08.2010 23:53
ahmet safaki turkiyede necehe nefer taniyir ki? indi orhan pamuk da tezyigle evet deyir:)) adami guldurur beleleri
Cavab

Kimdən: İzah mellim
28.08.2010 11:04
Ola bilsin o qeder taninan deyil. Men oten hefte taninmishlarin Hurriyyet qazetine referendumla baqli reylerini oxumushdum. Bu qazet onun UNLU SANATCİ kimi teqdim etmishdi