Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:08

Verilişlər / Kontekst

«Əsgərə vurulan sillələrin sayı»

Azərbaycan hərbçiləri CENTRASBAT təlimlərində
x
Azərbaycan hərbçiləri CENTRASBAT təlimlərində

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Daşkəsəndə yerləşən hərbi hissədə baş vermiş qanlı olayla bağlı məhkəmə prosesi davam edir.

Bu il yanvarın 28-də əsgərlər Elxan Əzizov və Sadiq Məmmədovun yüksək rütbəli zabitləri və özlərini öldürməsindən sonra MTN və Respublika Hərbi Prokurorluğu hadisə ilə bağlı hərbi hissədə yoxlamalar aparıb, çoxsaylı əsgərlərin incidilməsi faktlarına görə bir neçə zabit həbs olunub.

Avqustun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə davam etdirilən prosesdə müttəhimlər kürsüsündə oturanlar da Daşkəsəndəki hərbi hissənin artilleriya diviziyasının komandir müavini Vələd Qurbanov, divizionun idarəetmə tağımının komandiri baş leytenant Rüstəm Əhmədov, divizionun qərargah rəisi mayor Vazeh Babayev, divizionun 1-ci batareyasının 1-ci atəş tağımının 2-ci top komandiri kiçik çavuş Əli İmanovdur.

İSTİNTAQ SİLLƏLƏRİN SAYINI ŞİŞİRDİB

Keçmiş komandir müavini Vələd Qurbanov ona verilmiş ittihamları qismən qəbul etdiyini dedi. O, 90-cı illərin əvvəlində Türkiyə hərbi ali məktəbində, sonra Hərbi Komandirlər Məktəbində ali hərbi təhsil aldığını bildirdi. Üstəlik, NATO proqramları çərçivəsində Ukraynada hərbi kurslar keçməklə biliklərini artırmasından danışdı. İttihamlara gəlincə, dedi ki, əsgərləri sillələməyini danmır, ancaq istintaq sillələrin sayını şişirdib:

- Mən əsgərləri silləylə vurmağımı danmıram, vurmuşam, demək olmaz vurmamışam, ancaq əsgərə bir sillə vurmuşamsa, istintaq onu şişirdib üç sillə yazıb.

Köməkçi hakim İslam Neymanov:

- Bir tərəfdən Türkiyədə, Bakıda aldığınız ali hərbi təhsildən, NATO proqramları çərçivəsində təcrübənizi artırmağınızdan danışırsız. Digər tərəfdənsə əsgərləri sillələməyinizdən. Bunu necə başa düşək? Siz bilirsiniz ki, Hərbi Nizamnaməyə görə əsgərə əl qaldırmaq olmaz?

Vələd Qurbanov:

- Bilirəm, ancaq əsəbi vaxtlarımda olub.

Sonra Vələd Qurbanova verilmiş ittihamlar üzrə suallar verildi. Epizodlardan birinə görə, Vələd Qurbanov divizionun mətbəxində işləyən aşbaz əsgərləri döyüb. Vələd Qurbanov dedi ki, mətbəxdə natəmizliklə qarşılaşanda, əsgərlər 200 yumurtanı bir dəfəyə qazana töküb bişirəndə, ət oğurluğu edəndə onlara iradını bildirib. Həm də deyib ki:

200 YUMURTANI BİR DƏFƏYƏ QAZANA TÖKƏN ƏSGƏRƏ NEYLƏMƏLİYDİM?


- Möhtərəm hakim, 200 yumurtanı bir dəfəyə qazana tökən əsgərə neyləməliydim? 12 kilo ətin 9 kilosunun sümüyə çıxdığını deyən əsgərlə necə rəftar etməli idim? Mən onları orda yazılan kimi döyməmişəm, ola bilər bir-iki sillə vurmuşam.

Köməkçi hakim İslam Neymanov:

- Əsgər niyə yazmalıdır ki, siz onları döymüsünüz?

- Mənimlə qərəzçilikləri var idi.

- Qurbanov, sizin hərbi hissədəki vəzifəniz nədən ibarət olub? Siz hərbi döyüşə hazırlıq məsələlərinə baxırdınız?

- Bəli.

- Yeməkxanaya nəzarət etmək səlahiyyətiniz var idi?

- Mən rəhbərlik sayılırdım.

- Siz döyüş ərazisinə yaxın bir yerdə yerləşən hərbi hissədə mötəbər bir vəzifəni qoyub yeməkxana işləri ilə məşğul olurdunuz?

Özünü güllələyən əsgərlərdən biri Elxan Əzizov
- ...

BELƏ ÇIXIR Kİ, YOLDAN KEÇƏN BU ƏSGƏRLƏRİ QAPAZLAYIRMIŞ


Sonra Vələd Qurbanov bəzi əsgərlərin ona qarşı qərəzli ifadələr verdiyini dedi. Köməkçi hakim İslam Neymanov bu qərəzçiliyin səbəblərini aydınlaşdırmaq istədi:

- Qurbanov, əsgər komandirinə qarşı niyə qərəzli olmalıdır?

- Bilmirəm.

- Bu qərəzin səbəbi olmalıdır ya yox?

- Mən onlara tez-tez iradlar tuturdum. Pərviz Namazovun ət oğurlaması ilə bağlı Cumayevə də məruzə etmişdim.

- Hansı tədbir görülmüşdü?

- Heç bir tədbir görülməmişdi. Mən rəsmi deməmişdim, qeyri-rəsmi bildirmişdim Cumayevə.

- Qurbanov, əsgərə hərbi xidmətdə döyüşə hazırlıq bilikləri verirlər, təlimlər keçirlər və sair. Mən başa düşə bilmirəm sizin hərbi hissə nə olub elə? 4 nəfərsiniz, hərənizə əsgərləri döyməyinizlə bağlı 35-40 epizod verilib, belə çıxır ki, yoldan keçən bu əsgərləri qapazlayırmış...

MƏN ANCAQ BORC ALMIŞAM, RÜŞVƏT ALMAMIŞAM


Vələd Qurbanova verilən başqa ittihama görə, o, əsgərləri yaxşı yerlərə keçirmək üçün onların qohumlarından rüşvət alıb. Qurbanov bu ittihama belə aydınlıq gətirdi:

- Mən heç kəsdən rüşvət almamışam, borc almışam.

Köməkçi hakim İslam Neymanov:

- Siz əsgər qohumlarından borc alanda bilirdiniz ki, vəzifəli şəxssiniz?

- Bəli.

- Bilirdiniz ki, hərəkətlərinizlə korrupsiya cinayətinə yol verirsiniz?

- Mən ancaq borc almışam, rüşvət almamışam.

Sonra Vələd Qurbanova qanlı olay baş verən günlə bağlı suallar verildi. Qurbanov dedi ki, hadisədən bir az əvvəl Cumayevdən icazə alıb və onun maşını ilə Daşkəsəndə kirayələdiyi evə gedib. Hakimlər onun komandirin xidməti maşını ilə hərbi hissədən çıxmasının və evə getməsinin nə dərəcədə qanuni olmasını soruşdular. Vələd Qurbanov belə cavab verdi:

BUNU ETİK HESAB EDİRSİNİZ?

- Mən özbaşına getməmişəm, mənə Cumayev icazə verib.

Köməkçi hakim İslam Neymanov:

- Siz dediniz ki, Cumayevlə iş münasibətindən başqa həm də şəxsi dostluq münasibətiniz olub...
Qurbanov:

- Bəli, biz həm də ailəvi dost olmuşuq, mən onun uşağının toyunda da olmuşam.

- Siz mətbəxdəki vəziyyəti, hərbi hissəni qanunsuz tərk etməyinizi, bütün pozuntuları aparıb bu gün həyatda olmayan Cumayevə bağlayırsınız. Bilirsiniz ki, o, bu gün həyatda yoxdur və dediklərinizi isbat və ya inkar edə bilməz. Bir tərəfdən də deyirsiniz ki, Cumayevlə 20 ilin dostu olmusunuz. Hətta ailəvi dost. İndi hər şeyi aparıb həyatda olmayan keçmiş dostunuz Cumayevə bağlamaq sizə necə təsir edir? Bunu etik hesab edirsiniz?

- Mən olanı deyirəm.

HEÇ NƏ DEYƏ BİLMƏRƏM

Hakimlər Vələd Qurbanova komandirləri, sonra isə özlərini güllələyən əsgərlərlə bağlı sual verdilər. Qurbanov dedi ki, Elxan Əzizov hərbi hissədə nümunəvi əsgər olub. Əsgər Sadiq Məmmədovu isə tanımayıb.

Özlərini güllələyən əsgərlərin valideynləri Bəyalı Əzizov və Etibar Məmmədov
Hakimlər Vələd Qurbanova bir daha sual verdilər ki, nəyə görə əsgər komandirləri, sonra isə özünü güllələməlidir?

Vələd Qurbanov:

- Mən bunun səbəbini bilmirəm, hadisə baş verəndə də kənarda olmuşam.

Hakim Rəşid Hüseynov:

- Yenə deyirəm, əsgərləri döyməyinizlə bağlı hərənizə 35-40 epizod verilib. Sizsə deyirsiniz ki, hadisənin komandirlərlə əsgərlərin arasındakı münasibətlə əlaqəsi yoxdur. Sizcə əsgərlər komandirləri və özlərini dayandığı yerdə niyə öldürməli idilər?

Vələd Qurbanov:

- Mən heç nə deyə bilmərəm. Mənim hərəkətlərimin hərbi hissədə bu ağır cinayətin törədilməsi ilə əlaqəsi yoxdur, özüm də hadisə yerində olmamışam.

ÖLÜ NECƏ ZƏNG EDƏ BİLƏR?

Sonra komandirləri və özlərini güllələyən əsgərlərin valideynləri zərərçəkmiş kimi dindirildilər. Əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov dedi ki, oğlunun əl izləri silahda olmayıb, üstəlik, hadisə saat 17.00-da baş verib, bundan 15 dəqiqə sonra oğlu yaxın qohumlarından birinə zəng edib:

«Siz deyin, ölü necə zəng edə bilər? Əgər oğlum saat 5-də komandirləri güllələyib sonra da özünü öldürmüşdüsə, evə necə zəng edə bilərdi? O hadisəni mənim oğlum törətməyib, burda üçüncü əl var. Tələb edirəm həqiqət ortaya çıxsın».

Əsgər Sadiq Məmmədovun atası Etibar Məmmədov da dedi ki, oğlunun komandirləri və özünü öldürməsinə inanmır:

«Oğlum bu hərbi hissədən şikayət edirdi. Deyirdi ki, hərbi hissədə nizam-intizam yoxdur, özbaşınalıqdır. İstəyirdi ki, yerini dəyişim. Mənim oğlum hərbi hissəyə gələndən hospitalda olub. O, hələ əlinə silah almamışdı. Necə ürəyə tuşlayıb vura bilərdi?».

Məhkəmə prosesi zərərçəkmişlərin ifadələri ilə davam edir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Musteqil
29.08.2010 12:53
Mən xidmət elədiyim hərbi hissədə Müdafiə Nazirliyinin İdarə rəisinin səviyyəsində komissiya gəlmişdi hərbi hissəyə. Əskər SOÇ getdiyi üçün batalyonun gözü qarşısında onu təpiklə vurdu.
Əskərin günahı varsa, günahın qaupvaxtada çəkməlidir, hamının gözü qarşısında təpiklənməməlidir.

Cavab

Kimdən: Yamen Haradan: Baki
29.08.2010 15:19
Esger herbi hisseni ozbasina terk ederse ona 5 iledek hebs verilmelidir. Sizce esgeri bir sile ve ya dediyiniz kimi tepikle tenbeh etrmek yaxsidir yoxsa 5 il hebs? Yazinanlari oxuyanda ele hiss edirsen ki hami ordudan qacanlari, intizamsizliq edenleri haqli hesab edirler. Kas ki bileydin bu sexsler intizamsizligi nece aradan qaldirardilar. Kenardan baxana doyus asan geler.
Cavab

Kimdən: Yurdsevər
31.08.2010 13:18
Israilin ordusunda bes eskerler niye tepiklenmir?

Kimdən: yamen Haradan: Baki
29.08.2010 00:58
Mesele cinayet toretmis zabiti ya esgeri qorumaq deyil. Mesele ondadir ki. formda dogru ve ya yalan yazilarla butun orduya qara yaxanlar dusunmelidirler ki bu yazilarla dusmenin deyirmanina su tokurler. yaxsi olar ki her kes qasilasdiqi faktlari muvafiq orqanlara bildirsinler ve hamiliqla bu hallara qarsi mubarize aparaq. Ordu bir ailedir. Her bir ailede boyklerin sozunden cixanlar tenbeh olunurlar.
Cavab

Kimdən: rushvetden bezmish
29.08.2010 15:17
a kishi, m"muvafig organ" var bu xarabada? it yiyesini taniyir bu xaraba olkede?

Galdi ki, " dushmenlere" dushmen bizi bu gune salanlardi, bu sistemdir. Kenardan 100 dushmen gelse bir gelet eliye bilmez!!! Bildin?

Sadelovh tovsiyyelerini ise get ushaglara ver!

Kimdən: halk
29.08.2010 00:18
yaziq yuksek rutbeli zabit heyeti,uzun illere "vetene xidmet"le yigdiqlari ulduzlari Sefer silkeleyib tokdu yere.Sonra da herbiden qayidan ushqlar deyir ki,zabitler niye bir esgeri soyende iki de ozlerini soyurler?

Kimdən: dezertir Haradan: las vegas
29.08.2010 00:14
kecen il dashkesende bash veren hadisenin esl sebebi shahidlerin dediyine gore dindir.Yeni o ushaqlar sunni teriqetine mensub muselmanlar olublar ve ibadetde israrli olublar.zabit heyeti ise onlara goz verib ishiq vermirmish ki,namaz qilmayin.Axirda onlar da bele bir sehv qerar verirbler ki,bir birilerini gulllelesinler. Hemin dovrde xidmetde olanlarin dediyine gore hadise bash verenden derhal sonra butun hisselerde namaz qilanlari siradn cixarib tapshiriblar ki,bu gunden namaz dayansin
Cavab

Kimdən: Yurdsevər
29.08.2010 12:47
Sənə bu " Qoğalın nağılın" kim danışdı Las Vegasda?
Cavab

Kimdən: dezertir Haradan: Yene Las Vegas
31.08.2010 00:17
Seni sene gore yox bu milletden olduguna gore sevirem.Ve senin kimi sevgisiz insanlara Amerikada cox el tuturam ki,inkishaf edib VETENE xidmet etsinler,meni sevmesen de olar. Bir meslehetim var ki, AY YURSEVER yurdunu sevirsense,demeli MiLLETINI de sevirsen,eger beledirse gerek pisini de yaxshsini da sevesen.Get yurdu sevmek dersini Elcibeyden al. Seni bagrima basiram,qardashim!!!
Cavab

Kimdən: Dezertiri Sevmirem
30.08.2010 12:50
Hormetli ferari, (ve ya orduda deyildiyi kimi, "Ferrari")
Bu yaxinlarda sechkiler gelir, qardash, onsuz da nagil danishan chox olacaq.

Teklifine gore cox sag ol,

Yurdsever
Cavab

Kimdən: yurdseveri sevirem )
29.08.2010 15:10
YURDSEVER,MEN BAKIDAYAM ARTIQ.XOSUNA GELDISE GEL GORUSHEK SENE DE NAGIL DANISHIM,QAQASH.

Kimdən: Əli Haradan: Daşkəsəndən
28.08.2010 21:52
Esmira xanım,mən Sizin yazdığınızı da oxudum və "Yeni müsavat"ın eyni mövzuda yazdığını yazını da.Bu iki yazı arasında çox böyük fərqlər var.Məsələn, Siz yazırsınız ki,V.Qurbanov ona qarşı sürülən ittihamları qismən də olsa qəbul edib.Ancaq o qəzet yazır ki,ittihamları qəbul etməyib.Siz yazınızda 12 kilo ətin 9 kilosunun sümük olması göstərilib,qəzetdə isə 15 kilo ətin 12 kilosunun sümük olması yazılıb.Sizin yazınızda valideyn deyir ki, hadisə saat 17-də olub və 15 dəqiqədən sonra oğlum kiməsə zəng edib.Qəzet isə yazır ki,saat 18-də zəng edib. Ümumiyyətlə belə məqamlar çoxdur. Siz deyin,indi kimə inanaq,siz düz yazırsınız,yoxsa "Yeni Müsavat"?

Kimdən: Teymur
28.08.2010 19:03
CƏNAB ƏLİ məhz qanlı olayda bildirdiyinizin üstündə olub. Başcısı mayor VƏLƏD QURBANOV olub ki, ƏSGƏRLƏRƏ bilərəkdən silahı veriblər və əvvəlcədən istiqamətləndiriblər. Necə olur ki, birinin bir ay müddətinə evə gəlmliymiş digəri isə 6aydan sonra (səhf etmirəmsə) evə buraxılmalıydı.Hansı ki, 6 aydan sonra evə buraxılan ƏSGƏR silah nə olduğunu bilmirmiş.Bəli ƏSGƏRLƏRİ məhz bu işləri düzüb qoşanlar güllələyib Yaxşı olar foruma cıxarılan yazıları oxuyasan.Burada həpis edilən zabitlərin öz aralarındada ziddiyətlər olduğu ücün qanlı olayın baş verməsi olub.

Kimdən: Əli Haradan: Daşkəsəndən
28.08.2010 16:19
Hörmətli vəkillər və hakimlər! Ölən əsgərlərin valideynləri çox maraqlı ifadələr verib.Mühakimə olunanlara əsgərlərin döyülməsi ilə bağlı hərəyə 35-40 epizod verilib.Sizdən xahiş edirəm, öyrənmək lazımdır ki, ölən zabitlər haqqında da belə epizodlar varmı? Əgər yoxdursa, deməli burada başqa variantlar ortaya çıxır.Yəni valideynlərin dediyi kimi onların övladları qatil ola bilməzlər və onlar bir-birini öldürməyiblər, əksinə onları izi itirmək üçün öldürüblər.Hamımız bilirik ki, insanlar müxtəlif xarakterlərdə olurlar.Orduda xidmət edən zabit və gizirlərin də pisi-yaxşısı var.Ola bilər ki, mühakimə olunanlarla ölən zabit və gizirlər arasında müəyyən problemlər olsun.Bu da ondan ibarət ola bilər ki, ölənlər bu qalan pislərə öz pis,mundar əməllərini həyata keçirməkdə mane olublar.Nəticədə pislər yaxşıları aradan götürüblər və ızı itirmək üşün günahsız əsgərlərə "özlərini" güllələtdiriblər. Bu hadisenin mühakime olunanlardan başqa şahidleri varmı?Hörmətli məhkəmə,bu işde de olsa öz müstəqilliyinizi sübut edin,ədaletli olun,xahiş edirem!Sağ olun.

Kimdən: Yamen Haradan: Baki
28.08.2010 15:36
Eziz form istirakcilari. Haminiz orduda olan rusvetden yazirsiniz. Bes bu rusveti yaradan sebebi niye yazmirsiniz. Eger orduda rusvet varsa bunu yaradan insanlar ozleridir. Cunki hec bir zabit zorla gedib kimdense pul istemir. Rusveti yaradan o insanlardir ki onlar oz usaqlarini basqalarinin usaqlarindan ustun tuturlar ve onlarin sengerde xidmet etmesini istemirler. Cox maraqlidir indi sikayet yazanlar indiye kimi bu faktlari niye huquq muhafize orqanlarindan gizledibler axi bu ozu de cinayetdir.
Cavab

Kimdən: herbchi
29.08.2010 15:22
ay agilli, rushveti yaradan insanlar deyil, Sistemdir!! SISTEM!!

Kimdən: Yamen Haradan: Baki
28.08.2010 15:06
Bir-iki nefer unsurlere gore butun orduya qara yaxmayin. Siz evde rahat yatanda minlerle namuslu zabit-gizir sengerlerde oturur. 38 nefer esgerin et payini ogurlayan esgeri ise doymek lazim deyildi. onu mehkemeye verib veteh xaini kimi hebs etdirmek lazim idi.
Cavab

Kimdən: fatime Haradan: baki
28.08.2010 23:36
chox maraglidir, butun esgerler bu Veledi gochulugda ittiham edir, o ise olmush( ozunu gullelemish) esgeri 9 kilo et ogurlamagda!! Neyleyecek 9 kilo eti bu esger?? Hech olmasa ele yalan danishmalidir ki, inandirici olsun!!
Cavab

Kimdən: Əli Haradan: Daşkəsəndən
28.08.2010 16:37
Eşitməmisən, bir qotur dana bütün sürünü korlayır. İndi bir balaca hərbi hissədə bu qədər "qotur" zabit və gizir varsa deməli Azərbaycan ordusunun 80-90 faizi belələrindəndir.Yaxşıları da var. Ancaq çox azdır. Yaxşılara can qurban! Bir də ki hər şeyə inanmaq lazım deyil. Əsgər 8-9 kiloqram əti oğurlamaz.Oğurlayıb hə edəcək?Valideynlərəmi göndərəcək? Bu inanılası deyil.Desələr ki,əsgər tamah edib 1-2 tikə bişmiş ət və ya 1-2 yumurta oğyrlayıb,buna inan.Ancaq əsgərin 38 nəfərin ət payının oğurlaması ağ yalandır.
Cavab

Kimdən: Yamen Haradan: Baki
29.08.2010 15:22
Axi siz 80-90 faizi harda gorub tanimisinix ki onlar barede qerar cixarirsiniz.

Kimdən: Eloglu.Vetensever Haradan: Heste Veten
28.08.2010 13:54
O Zabit verdiyi isgenceleri dogru olduguna inaniram,cunki men ozum de esgerlikde olmusam ve bele seyler orda her gun bas verir.Sille nedi,hele hec nedi,lopatkanin sapiynan doyurler,ne bilim radionu cirpib bashinda sindirirlar eger tapsalar.En gorxulusu ise "Yat" komandasindan sonra olur isiglar sonur ve gece idmani bashlayir,yataglarin altinda "doyushe komandasi" butun boluk ile kim geride galsa sap inen zerbe alir.Adini da goyurlar "herbi hazirlig" sikayet elesi bir shey yoxdur,ve menasi yoxdur.Brigada komandiri 2000 nefer sexsi heyetin gabaginda "uvolineniyada" tutulan egeri tepikleyir ve elbette ki Boluk komandirleri ve cavuslar bunu kart blans kimi gebul edir.Esgerler eve getse mezuniyyete vay nun halina o geder sey sifaris edirler ki o "zabitler" adam hec getmekde istemir.Bizim bolukde "grija ile olan esger var idi,pulu olmadigina gore ona fikir veren yox idi ,grijajnan turnikde cekinirdi ve hamiynan birlikde kross gacirdi.Boluk komandirleri ozlerini padisax kimi aparirlar ne bilim cayxansiki ayri,koptersiki,uzr isteyirem "Aftafatutani" da var.Ordu curuyub gedir,durust ve yaxsi zabitler cox azdir ve onlari sigisdirirlar.Bu konkret bir hadise ise bele bir ictimayi rezonans alib ancag gullelenme hadisesine gore,amma silleye gore mehkumedirlerse onda efsuslar olsun amma orduda olan zabitlerin coxusunu mehkum etmek lazimdir.dusunce ,munasibet deyismelidir,ictimai kontrol olmalidir,ve veteni sevmek lazimdir oldurmek yox
Cavab

Kimdən: Abdullah Haradan: mexico
28.08.2010 22:47
"Her söylediyin doğru olsun; feqet her doğrunu her yerde söylemek senin haqqin deyil" !
Her esger orduda menfi hal(lar)i gore biler ve buna munasibet de bildire biler, ama dunyaya bildirerek deyil.
Varsa aglin ve mentiqin herbde iken buna imkan tap ve shikayetini bildir.
Yox ekser meqamlardaki kimi, herbde huququn buna catmirsa, bitirende get herbi mehkemeye, veziyyeti izah ele.
Guya sen durub dunyaya beyan edende ne deyishecek?!
Ermenilerin "coreyine" "yag-bal" cekmek kimi bir hereket eliyirsiniz.
HEC KIMIN NE ESGERI INCITMEYE, NE DE
DUSHMENI SEVINDIRMEYE HAQQI YOXDUR!
Səhifə (2)
    Növbəti