Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:01

Verilişlər / Kontekst

Daşkəsən işində işgəncə ittihamları

Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib
x
Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsəndəki «N» saylı hərbi hissəsinin zabitlərinin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim Rəşid Hüseynov sədrlik edir. Müttəhimlər kürsüsündə oturanlar mayor Vələd Qurbanov, mayor Vazeh Babayev (hadisə vaxtı yaralanmış), kapitan Fuad Mütəllimov, baş leytenant Rüstəm Əhmədov və kiçik çavuş Əli İmanovdur.

Hərbi qulluqçular bu il yanvarın 28-də həmin hərbi hissədə baş vermiş qanlı olaydan sonra həbs olunublar. Həmin gün Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissədə əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, polkovnik-leytenant Yusif Gümayevi, qərargah rəisi, kapitan Vasif Sadıxovu, baş leytenant Anar Quliyevi və baş gizir Elgün Səmədovu qətlə yetirib, zabitlər Vazeh Babayevi və Samir Abbasovu yaralayandan sonra özlərini öldürmüşdülər.

Avqustun 26-da prokuror Toğrul Hüseynov ittiham aktını elan edib.

RÜŞVƏT, İŞGƏNCƏ, HAKİMİYYƏTDƏN SUİ-İSTİFADƏ

İstintaqı Respublika Hərbi Prokurorluğu aparıb. Zabitlər Cinayət Məcəlləsinin rüşvət almaq, tabeliyindəki çoxsaylı əsgərləri təhqir etmək, döymək və işgəncə vermək, hakimiyyətdən sui-istifadə etmək kimi maddələri ilə təqsirləndirilirlər.

Artilleriya divizionunun komandir müavini mayor Vələd Qurbanova verilən ittihama görə, o, tabeliyindəki bir neçə əsgərin qohumundan rüşvət alaraq həmin əsgərlərin başqa taborlara keçirilməsini təşkil edib. O, həmçinin tabeliyindəki əsgərlərə işgəncələr verməkdə ittiham olunur.

Məsələn, epizodlardan birində göstərilir ki, 2009-cu il avqustun əvvəlində Vələd Qurbanov əsgər Asiman Allahverdiyev onun otağa çağırışına gec gəldiyinə görə Allahverdiyevə «əsgər, sən öldün» deyərək əsgəri yumruq və təpiklə döyüb, ailəsinin ünvanına küçə söyüşləri söyüb.

Ayrı-ayrı tarixlərdə batareyanın gün növbətçiləri təyin olunmuş əsgərlər Babək Məmmədovu və Xəyal Mikayılovu da eyni səbəbə görə - yəni onun çağırışına otağa gec gəldiklərinə görə təhqir edərək döyüb.

YEMƏYƏ YERKÖKÜ QATMAYAN ƏSGƏRLƏRİN AQİBƏTİ

İttiham aktında deyilir ki, Vələd Qurbanov ötən ilin sentyabr ayında divizionun yeməkxanasında sobaçı əsgər Elnur Hümmətov qazanın altını yanacaqla deyil, odunla yandırdığına görə əsgəri cəzalandırıb. Əvvəlcə əsgəri yumruqla, təpiklə döyərək yerə yıxıb, sonra yerdən qaldıraraq divara çırpıb və təpikləməkdə davam edib.

Oktyabr ayının əvvəllərində divizionun yeməkxanasına daxil olarkən aşpaz əsgərlər Şahin Yumuxovun, Rauf Şükürovun və Pərviz Namazovun yeməyə yerkökü qatmamalarını bəhanə gətirərək onları əsgərlərin qarşısına gətirərək təpik və yumruqla döyüb, ailələrinin ünvanına təhqirlər deyib.

Oktyabrın sonlarında qərargah binasının pilləkənləri ilə aşağı düşərkən onunla qarşı-qarşıya gələn əsgər Asiman Allahverdiyevin yaxasından yapışaraq məhəccərə çırpıb, «məni tapdalayacaqsan?» deyərək əsgərə boynundan yumruqlar ilişdirib və onu təpikləyə-təpikləyə pilləkənlərdən aşağı itələyib.

Vələd Qurbanovun ötən il dekabrın 15-də divizionun yeməkxanasında aşpaz əsgər Kazım Vəliyevin keyfiyyətsiz yemək bişirməsini bəhanə gətirərək onu əsgərlərin gözü qarşısında təhqir edərək başına yumruqlar vurmaqda ittiham olunur.

ƏSGƏRİN BAŞINDA SINAN KÜLQABI

Elxan Əzizov
Dekabr ayının ortalarında isə əsgər Azər Babayev sıraya gecikdiyinə görə Vələd Qurbanov əsgərlərin gözü qarşısında onun sifətini yumruqlayıb.

Dekabrın 20-də xidməti otağına daxil olarkən stolun üstünün yığışdırılmamasından qəzəblənərək əsgər Elvin Əliyevə təmizlik işi aparmamasını irad tutub. Stolun üstündəki külqabını əsgərə tərəf tullayıb, külqabı əsgərin başına dəyərək yerə düşüb və çilik-çilik olub. Əsgər əyilərək yerdən külqabı çiliklərini yığmaq istəyib, Vələd Qurbanov əsgərə yaxınlaşaraq boyun nahiyəsindən tutmaqla onu döşəməyə sıxıb və onu yumruqlayıb.

Həmin gün əsgər Bəxtiyar Əliyevə ayaqqabılarını təmizləmək üçün ayaqqabı fırçası və krem gətirməsini tapşırıb, əsgər tapşırığı gec yerinə yetirdiyindən əsgəri döyüb.

Dekabr ayının sonlarında yeməkxanaya daxil olaraq bişmiş yumurtaların içində sınmış yumurta görərək əsəbiləşib, aşpaz əsgərlər Şahin Yumuxovu, Rauf Şükürovu, Pərviz Namazovu növbəti dəfə şillələyib. Dekabr ayının sonlarında əsgər Araz Musayevi divizionun yeməkxanasında sobanın üstündə çörək qızartdığına görə əsgərlərin gözü qarşısında söyərək başına yumruqlar vurub və təpikləyib.

Bu il yanvar ayının əvvəlində əsgər Araz Musayev qərargah binasının giriş pilləkənini bellə palçıqdan təmizləyərkən belin səsinin otaqda eşidilməsini bəhanə gətirərək əsgərin sifətinə yumruq zərbələri vurub.

YATAĞA AYAQQABIYLA KİM ÇIXIB?

İttiham aktına görə, Vələd Qurbanov yanvarın 7-də səhər saat 6 radələrində «qalx!» komandasından sonra əsgərlərin yataqxanasına daxil olarkən əsgərlər Pərviz Namazovun və Azər Babayevin yataqda paltarlı vəziyyətdə uzandıqlarını görərək əsəbiləşib. Hər iki əsgəri yerə yıxaraq döyüb.

Yanvarın 12-də səhər saatlarında xidməti otağındakı çarpayıda yataqda ayaqqabı izləri görərək əsgər Elvin Əliyevi otağa çağırıb, ondan yatağın kimin çirkləndirdiyini soruşub. Əsgər xəbərsiz olduğunu deyəndə «deməli elə sən eləmisən» deyərək əsgərin sol gicgahına yumruq ilişdirib, əsgər səndələyərək yerə yıxılıb. Vələd Qurbanov yerə yıxılmış əsgəri təpikləməklə ürəyini soyudub.

QƏTL NECƏ TÖRƏDİLDİ?

Vələd Qurbanova verilmiş oxşar ittihamların siyahısı uzundur. İttihamlarla bağlı son epizod əsgərlərin hərbi qulluqçuları və özlərini güllələməsi ilə bağlıdır. İttihama görə, o, bu il yanvarın 28-də gündüz saat 4 radələrində artilleriya divizionunun komandiri polkovnik-leytenant Yusif Cumayevdən Daşkəsəndə kirayələdiyi evə getmək üçün icazə alıb. Divizionun idarəetmə taqımının komandiri baş leytenant Rüstəm Əhmədovdan onu komandirin xidməti maşını ilə Daşkəsən şəhərinə aparmasını xahiş edib. Həmin vaxt Rüstəm Əhmədov silah saxlama otağından silahların əsgər yataqxanasına aparılaraq təmizlənməsinə və geri qaytarılmasına nəzarət etməli imiş. O, silahları nəzarətsiz buraxaq Vələd Qurbanovla hərbi hissədən çıxıb.

Manqa komandiri kiçik çavuş Elxan Əzizov və əsgər Sadiq Məmmədov nəzarətsiz olduqlarından istifadə edərək təmizləmək üçün silah otağından aldıqları avtomat silahlarla qisas almaq fikrinə düşüblər. Saat 5 radələrində silah otağından oğurladıqları patronları daraqlara dolduraraq əsgərləri kazarmadan çıxarıblar. Sadiq Məmmədov zabitlər otağına girərək baş leytenant Anar Quliyevi, Vasif Sadıqovu, Elgün Səmədovu güllələyib. Eyni vaxtda Elxan Əzizovsa artilleriya divizionunun komandiri Yusif Cumayevin otağına girərək komandiri qətlə yetirib. Sonra mayor Vazeh Babayevin və kiçik çavuş Samir Abbasovun olduğu xidməti otağa girərək onlara atəş açmaqla hər ikisini yaralayıb. Daha sonra əlisilahlı əsgərlər binadan çıxaraq divizionun ərazisində qarşı-qarşıya dayanıblar, silahları bir-birinin ürəyinə tuşlayaraq atəş açıblar. Hər ikisi hadisə yerində ölüb. İttiham aktında belə deyilir.

DİVİZİON KOMANDİRİNİN SEVİMLİ MƏŞĞULİYYƏTİ

Sadiq Məmmədovun meyitində zorakılıqlar aşkarlanıb
Divizion komandiri Rüstəm Əhmədova qarşı irəli sürülən ittihamlar da kifayət qədər ağırdır. O da tabeliyindəki əsgərlərə işgəncələr verməkdə, əsgərlərdən rüşvət almaqda təqsirləndirilir. Divizion komandirinin əsas işgəncə metodları əsgərləri jim vəziyyətdə saxlayaraq onlara bu vəziyyətdə rabitə dərslərini oxumağı əmr etmək, əsgərləri belə vəziyyətdə saxlayaraq taxta parçası ilə döymək və s. daxildir.

Məsələn, komandir birdəfəlik şampun qablarının bir neçəsini itirdiyinə görə əsgər Talıb Abbasovu yerə yıxaraq təpiklə sinəsinə və mədəsinə çoxlu zərbələr vurub. Özü də eyni səbəbə görə döyülmə hadisəsi ayrı-ayrı tarixlərdə bir neçə dəfə təkrar olunub.

Divizion komandirinin sevimli məşğuliyyətlərindən biri də əsgərlərin yerlə sürünməsinə tamaşa etmək olub. Məsələn, ittihama görə, Elşən Babayevi, Vüqar Əsgərovu və Xəyal Babayevi cəzalandırmaq üçün «döyüşə!» əmri ilə yerə uzandırıb və onları yerdə sürünməyə məcbur edib.

2009-cu ilin dekabr ayının ortalarında səhər düzülüşündə əsgər Bəxtiyar Əliyevi də eyni qaydada cəzalandırıb. Onu yumruqla vurandan sonra «döyüşə!» əmri verərək onu əsgərlərin gözü qarşısında yerə uzandırıb və sürünməyi əmr edib. Əsgər divizion həyəti boyu sürünməli olub.

ƏSGƏR YATAQXANASINDAKI NARALAR NƏ ÜÇÜNDÜR?

Həmin ərəfədə əsgər yataqxanasında əsgərlər Elnur Hümmətov, Azər Babayev silahlarının nömrələrini əzbərdən bilmədiklərinə görə, Vüqar Seyidzadə Xankəndiyə Stepanakert deməsinə görə, Bəxtiyar Əliyev yazıları səliqəsiz yazmasına görə, Fətulla Fətullayev xidməti otağında ona çayı gec süzməsinə görə divizion komandirinin əmri ilə yataqxananın döşəməsində sürünməli olublar. Sonra komandir onları yataqxanadakı naraların altına girib orada uzanmaqla cəzalandırıb.

Əsgərlər Pərviz Namazov, Cavid Allahverdiyev, kəməri boş bağladığına görə Elvin Abdulov, buşlatında rütbəsini bildirən işarə olmadığına görə Mənəf Əliyev, papağında kakarda olmadığına görə Zamin Əhmədov, əsgər geyimi çirkli olduğuna görə Şahin Yumuxov, Elşən Babayev, Faiq Atakişiyev və Coşğun Xəlilov da müxtəlif bəhanələrlə digər əsgər yoldaşlarının gözü qarşısında divizion komandiri tərəfindən döyülüblər və cəza olaraq divizion həyətinin yerində «döyüşə!» əmri ilə uzun müddət sürünməli olublar.

Digər iki hərbçi Vazeh Babayevlə Əli İmanov da eyni əməllərdə ittiham olunurlar.

Hadisədə yaralanan Samir Abbasov prosesdə zərərçəkən kimi dindiriləcək.

Prokuror gün ərzində ittiham aktını elan edib başa çatdırandan sonra hakim məhkəmə iclasını avqustun 27-si saat 11.00-a təyin edib. Təqsirləndirilən şəxslərin sərbəst ifadələri dinləniləcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: menden Haradan: buradan
30.08.2010 12:33
ilahi, bu ki lap musibetdi, yaxsi esgerlikde insan berkimelidi bunu anlayiram, belke esir dusdu o zaman dayana bilsin, amma bu cur etmek olmaz axi, her kesden qehreman cixmaz, bunu bilmek lazimdi, onsuzda gucu quvvesi, vetene sevgisi olan istenilen sexs bir az sohbetden sonra bilinir, bes bu qeder vehsilik niye? guya indi bunlar qeyretlenibler? eksine hamiya nifret edirler, ona goredir ki gunde ata anasin, arvadin qizin oglun baltalayan kisilerin hebsin esiridik? Ayib olsun bize... bele seyleri esidenden sonra men bizim milletden her seyi gozleyirem...allah her birimizin qelbine iman versin ki allahin verdiyi cana qarsi bu cur olmayaq...amin...

Kimdən: qazi Haradan: qarabag
28.08.2010 13:12
Doğrudan da bu məsələ göründüyü kimi deyil. ittiham cəfəngiyyatdir. Cinayətin mahiyyəti açılmayıb. həmin gün ermənilərin ordu günü olub (28 yanvar)?!.Bundan ba.qa bu herbi hissədə qulluq edənlər ədalətsiz olaraq MN tərəfindən cəzalandırılmışlardır. Ağır şəraitdə qulluq edirlər. İndi o herbi hissədə nə bas verir? Kimin xəbəri var? Zabitllərin və əsgərlərin psixolçoji durumu nə vəziyyətdədir. MN-yi problemləri həll etməyib üstəlik bir az da ağırlaşdırıb. Hərbi qanunlara görə herbi hissənin şəxsi heyyəti dagidilib yeniden qurulmaliydi. Nədən bunu etmədilər?
Cavab

Kimdən: bezmsih
31.08.2010 11:33
ay gazi, bu xaraba olkede hech bir gurum "dagidilib, tezeden yigilmir" isteyir lap 100 adam olsun, girilsin, atishma bash versin, fergi yoxdur!! Mudiriyyete, yuxarilara gulden agir soz deyilmir, yuxaridan hech kes cezalanmir. 4-6- ci ve ya 8-ci dereceli kimise tutub cezalandirirlar vessalam. Bildin?

Kimdən: mehman xanlaroglu Haradan: baki
28.08.2010 13:07
Men orduda zabit kimi xidmet etmishem.Ordu kishilik deyil kishiliyin eksi mektebidir.Men bele gordum.Bu yazini oxuyanda tesvir olunan hadiselerin bizim herbi hissenin eyni oldugunu deye bilerem. Soyushden bashqa hec ne oyrenmek mumkun deyil .

Kimdən: fatime Haradan: baki
28.08.2010 03:59
bu Veled lap "azeri boeviki" imish ki!!!

Kimdən: Rasim Haradan: qazax
28.08.2010 01:44
Aparilan istintaq materiallarinai oxuyanda admin gulmeyi gelir bizim bu me hkeme ishcilerine.esgere doyushe komandasi da.jim veziyyeti de verilmelidi.yuxusuna haram da qatilmalidir.bes esgere ne lazimdi? evdeki kimi sigallanmlidi?sabah dushmenle uzu uze qalanda neyneyecekler bu papa ushaqlari.esger ceza gormelidi ki nizam intizamli olsun cetinliye oryeshsin.bizim esgerler yalniz yiyib yatmaq istiyir.olmaz bela.millet ayilin.biz muharibe rejimindeyik.doyush haqda fikirleshmeliyik.zabitleri xirda sheylerle gunahlandirma olmaz.onlar herbi mekteb,akademiya qurtariblar,her cur cetinlikde gorubler.meseleye obyektiv yanashmaq lazimdi.
Cavab

Kimdən: Akif Haradan: Baki
28.08.2010 21:33
Yaxshi olar ki, bilmediyinizi danishmayasiz. Esgere Jim veziyyetini yalnız idman vaxti ala biler, doyushe komandasi ise ancaq telim vaxti verile biler. İntizam Nizamnamesine esasen bunlar ceza kimi tetbiq oluna bilmez! Ancaq Dashkesende bu adi haldi.
Maraqlidi sizin ozunuzu poxlu palchigin ustuyle surundurmekle cezalnadirsaydilar yene de bu cur yazardinizmi.
Cavab

Kimdən: hmmm Haradan: hmmm
31.08.2010 01:15
fikir verme qazaxliya yeiqn herbi bilet alib esgerlikden qalib herbi xidmet uzu gormeyib bahsina gelmeyib deye bele danishir\

birdeki ay qazaxli eger komandirim menle bele davranirsa ond amen muhairbe baxti nece etibar edim komandirime?
Cavab

Kimdən: Rasim Haradan: Qazax
29.08.2010 15:08
siz bu meselede yalniz esgerlerin gozu ile baxmayin.burda ishin ne yerde oldugunu siz deqiq bilmirsiz.esgere doyushe komandasi verildiyine gore hec vaxt cinayet toretmez.o ki qaldi intizam nizamnamesine qardash inan ki eger esgere etdiyi hereketlerin cezasi verilse ordunun 90%i dizbata geder.orduda seviyyesiz zabitler coxdu ve ne etdiklerini bele derk etmirler.bununla yanashi tovleden cixib orduya gelen ismini bele yaza bilmeyen sherefsiz esgerler de var.hansiki sonradan onlar en alcax ishlernen meshguldu.ordu esgerli zabitli ..........yeqin sene her shey aydin oldu.ona gore bu meseleye sethi yanashmayin.

Kimdən: zabit Haradan: baki
27.08.2010 16:27
Ordumuzda bele bir hadisenin bash vermesi menfi haldir. Amma chox maraqlidir ki, niye esgerler mehz onlara ishgence verenleri deyil digerlerini oldurubler.Silah ki, her gun temizlenir.Bezi ittihamlar duzgun deyildir. Meqaleni yazan muellifin ise herbden hech anlayishi yoxdur. Tagim komandirine dvizion kom.deyir ve.s.i. zabitlerin de unvanina qerezli fikirler soylemeyin. Ele zabitler var ki, esgerlerin qaygisina qalir ve ona verilen mevacible dolanirlar. umidinizi oldurmeyin........
Cavab

Kimdən: esger
28.08.2010 03:33
o duzdur, chox yaxshi , insan zabitler de var. Amma hokumetdeki ozbashinalig, gayda-ganunsuzlug, rushvet bir chox saheleri berbad hala saldigi kimi, herbi saheni de, ele bir chox zabitleri ve vezifeli herbchileri de pis gune goyub.

Kimdən: AZERI
27.08.2010 15:50
Ordu kisilik mektebidi sozune menim wubhem yarandi herbi xidmetde olanda , cunki orda yaltaqlarin , komandirin nasqi - alt paltarini yuyanlarinin , mamasini kombatin otaqina salanlarin ve s nece rahatliq icinde xidmeti basa vurduqunu ve terxis olunduqdan sonra yeke yeke herbiden danisdiqlarini cox gormusem ...

Kimdən: yusif oqlu Haradan: baki
27.08.2010 15:41
Ister orduda isterse de cemiyyetde nadanliqlarin bash vermesinin esas sebebi orta ve ali mekteblerde tehsil ve terbiyenin ifrat seviyyede ashaqi olmasindadir. Tesevvur edin en ashaqi bal toplayanlari herbi mekteblere gotururlar.zabitlerin beleleri orduya veteni qorumaq ucun yox varlanmaq ucun obyekt kimi baxirlar.Bu vetenimiz ucun esl falaketdir!!
Cavab

Kimdən: zabit Haradan: baki
27.08.2010 16:32
Sizle tamamile raziyaavadsiz esgeri oyretmek chox chetindir.Bizim millet de oyrencelidir axi chomaga. Vallah vurmasan olmur. Butun bu bash verenlerin en esas sebebi valideynlerin ushaga verdiyi terbiye metodudur. oglan ushagini "yag ichinde uzen boyrek"kimi beslemezler evde. Onu cemiyyetin butun chetinliklerine hazirlamaq lazimdir.Bizim herbi tehsilimiz ise olduqca berbaddir.

Kimdən: antizaur Haradan: baki
27.08.2010 11:59
metnden aydin gorunur ki orda daha biabirchi hadiseler olur. cemiyyet arasina chixmagin chetin olacagini dushunerek bir chox esgerler bunun ustune getmirler. burda sadalanan ishgence ve sindirma usullarindan bashqa men bunlari da saya bilerem: esgerin bashini ayaqyoluna salma (bundan sonra adeten bashi yumaga icaze verilmir ki hami gelen iye gore tanisin onu), ifrazatla esgeri mundarlama (adeten bash ve sifet nahiyelerine), zorlama (bashqalarina nisbeten daha az yayilib), taburetka ile doyme, siqaret kotuklerin yigdirdiqdan sora yemeye mecbur etme, saqqizi tapdaladiqdan sora yemeye mecbur etme, ac qoyma, yemeye girmemishden palchiqda uzandirib elleri palchiqli halda yemeye mecbur etme, corab yudurma, bashqasinin yatagini yigishdirmaga mecbur etme ve s ve ia.......

Kimdən: antizaur Haradan: baki
27.08.2010 11:54
azerbaycan ordusu uchun chox adi sheylerdi.her gun yuxlerle bele hadiseler olur. ferq ondadir ki hamisi bele qetlle sonuclanmir. gorunur, biz dogurdan da dozumlu xalqiq.yoxsa bu qeder tehqire dozmez ve her gune bele qetller torederdik. men 2 il evvel herbi xidmetden qayitmisham ve oz tecrubeme esasen deye bilerem ki burda yazilanlarin esgerler gunde onlarla defe shahidi olurlar. hele de bele iyrenclikler, herbi xidmetchileri sindirmaq prosesi davam edir. hetta zabit zabiti de sindirmaqla fexr eleyir
Səhifə (2)
    Növbəti