Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:33

Verilişlər / Kontekst

«Məni birdəfəlik azad edin»

Şriftin ölçüsünü dəyiş - +
Avqustun 26-da Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Prosesə hakim Mirpaşa Hüseynov sədrlik edirdi. Eynulla Fətullayev dəmir barmaqlıqlar arasında oturdulmuşdu. İclas başlayan kimi jurnalistin vəkili İsaxan Aşurov vəsatət qaldırdı ki, o, dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərinin yanında əyləşdirilsin.

«MƏNİ BİRDƏFƏLİK AZAD EDİN»

Vəkil İsaxan Aşurov:

- Möhtərəm hakim, Eynulla Fətullayevi qəfəsdən azad edin. Birinci məhkəmə instansiyasında ona qəfəsdə deyil, biz vəkillərinin yanında oturmasına şərait yaradılmışdı. Belə olmasa biz hər dəfə bu və ya digər məqamları dəqiqləşdirmək, mövqemizi aydınlaşdırmaq üçün məhkəməni dayandırıb məsləhətləşmə aparmalıyıq. Üstəlik Eynullanın qəfəsdə əyləşdirilməsi Konvensiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasına ziddir. Belə çıxır ki, Eynulla Fətullayevin günahı var və o, buna görə də qəfəsdə əyləşdirilib. Xahiş edirəm məhkəmə Eynulla Fətullayevin vəkillərinin yanında əyləşməsinə şərait yaratsın.

Hakim:

- Fətullayev, vəkillə razısız?

Eynulla Fətullayev:

- Əlbəttə, azadlığa hər bir insan çıxmaq istəyir. Hörmətli hakim, maraqlı bir kitab var, «Kruqi ada» («Cəhənnəm dairələri») adlanır, eynən həmin kitabdakı kimidir. Qaradağ məhkəməsində olanlar təkrarlanır. (Gülə-gülə) - məni birdəfəlik azad edin.

EYNULLA FƏTULLAYEV YENƏ VƏKİLLƏRİNİN YANINDA


Hakim dövlət ittihamçısı Məhərrəm Mustafayevin də fikrini öyrəndi. Prokuror vəsatətin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

Məhkəmə yerindəcə müşavirə keçirib Eynulla Fətullayevin vəkillərinin yanında əyləşdirilməsi barədə qərarını elan etdi.

Prosesdə həmçinin hakim qərar qəbul edib ki, jurnalistlər məhkəmə iclaslarından 4 dəqiqə video-çəkiliş apara bilərlər.

Sonra Eynulla Fətullayev dedi ki, apelyasiya şikayətinə əlavələri var. Prokurorsa müddətin ötməsini əsas gətirərək əlavələrin qəbul edilməməsini xahiş etdi. Eynulla Fətullayevin qanunlara istinad etməsindən sonra hakim əlavələri qəbul etmək barədə qərar qəbul etdi. Vəkil İsaxan Aşurovun növbəti vəsatəti Qaradağ Rayon Məhkəməsində Fətullayevin işi üzrə keçirilən prosesin protokolları ilə tanış olmağa şərait yaradılması ilə bağlı oldu:

- Qanunda təqsirləndirilən şəxsin protokollarla tanış olmaq hüququ qeyd edilib. Eynulla Fətullayevə belə bir şərait yaradılmayıb. Biz protokollara, məhkəmə stenoqramlarına baxıb tanış olmaqla qeydlərimizi aparmalıyıq. Buna görə bizə vaxt verin.

30 SƏHİFƏLİK PROTOKOL VƏ 5 GÜN

Eynulla Fətullayev də məhkəmədən xahiş etdi ki, 30 səhifəlik protokolla tanış olmasına şərait yaradılsın.

Hakim protokollarla tanış olmaq üçün Eynulla Fətullayevə sentyabrın 1-dək vaxt verdi:

- Şənbə və bazar günləri istisna olmaqla hər gün Bakı İstintaq Təcridxanasından Bakı Apellyasiya Məhkəməsinin binasına gətirilərək protokollarla 5 gün ərzində tanış ola və qeydlərinizi apara bilərsiniz.

Hakimin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi həmin qeydləri Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova göndərəcək və izahat istəniləcək. İsmayıl Xəlilovun izahatları Bakı Apelyasiya Məhkəməsində keçiriləcək iclaslarda araşdırılandan sonra Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı qərar qəbul ediləcək. Eynulla Fətullayev dedi ki, protokollarla Bakı İstintaq Təcridxanasında tanış olmaq istəyir. Ancaq hakim razı olmadı.

«MƏN HƏR GÜN KİV-DƏ TƏHQİR OLUNURAM»

Sonra Eynulla Fətullayev son vaxtlar qəzetlərdə və telekanallarda onun barəsində yazılanlardan, göstərilənlərdən danışdı:

«Mən hər gün KİV-lərdə təhqir olunuram, çox ağır ittihamlarla üzləşirəm, bunu bütün dövlət telekanalları, rəsmi qəzetlər gündəlik olaraq həyata keçirirlər. Statistika aparılıb, son 10 gün ərzində mənim barəmdə 300-dən artıq məqalə dərc olunub. Fürsətdən istifadə edərək mən öz etirazımı bildirirəm».

Hakim:

- Biz KİV-lərə deyə bilmərik ki, bunu yaz və ya yazma. Biz onlara göstəriş verə bilmərik.

Eynulla Fətullayev:

- Sizin göstərişiniz lazım deyil, onlara yuxarıdan göstəriş veriblər. Mən əminəm ki, bu prosesin arxasında İlham Əliyev dayanır. Çünki məhz onun 22 iyul tarixli çıxışından sonra bu kampaniyaya start verildi. Hesab edirəm ki, Azərbaycan hökuməti hər vəchlə məni həbsdə saxlamaq istəyir. Mənim həbsdən çıxmağımdan qorxurlar. Bu, açıq qorxaqlıqdır. Çünki bilirlər ki, mən azadlığa çıxandan sonra azad mətbuat yaradacağam, ciddi siyasi-ictimai fəaliyyətlə məşğul olacağam. Bunu bilirlər və qorxurlar. Mən narkomanam?

Hakim:

- Fətullayev, fikirlərinizi proses zamanı deyərsiniz. Hazırlıq iclası başa çatıb.

Eynulla Fətullayev:

-Hörmətli məhkəmə, bilirsiniz ki, mən öz konstitusion hüquqlarımdan istifadə edərək və bu gün Azərbaycan qanunvericiliyi də buna tam imkan yaradır, mən Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyimi irəli sürmüşəm. Burda bir texniki məsələ var, mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edə biləcək sənəd MSK-ya sənəd təqdim edəndə vacibdir. Xahiş edirəm mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edən sənədin mənə verilməsi ilə bağlı qərar çıxarasınız.

«ŞƏXSİYYƏT VƏSİQƏMİ KİMDƏN İSTƏYİM?»

Sonra Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırıb ki, bu ilin noyabr ayında Milli Məclisə keçiriləcək deputat seçkiləri ilə əlaqədar millət vəkilliyinə namizədliyini irəli sürəcək. Lakin şəxsiyyət vəsiqəsinin olmaması ona bu məsələdə problemlər yaradır:

- Bilirsiniz ki, mən öz konstitusion hüquqlarımdan istifadə edərək və bu gün Azərbaycan qanunvericiliyi də buna tam imkan yaradır, mən Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyimi irəli sürmüşəm. Burda bir texniki məsələ var, mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edə biləcək sənəd MSK-ya sənəd təqdim edəndə vacibdir. Xahiş edirəm mənim şəxsiyyət vəsiqəm, yaxud onu əvəz edən sənədin mənə verilməsi ilə bağlı qərar çıxarasınız.

Hakim:

- Məhkəmə bu məsələyə baxmır.

Eynulla Fətullayev (əsəbi şəkildə):

- Bu mənim hüququmdur, mən öz şəxsiyyət vəsiqəmi istəyirəm. Bəs mən şəxsiyyət vəsiqəmi kimdən istəyim onda? Sual verirəm.

Hakim:

- Məhkəmə hansı qərarı qəbul edəcəksə ondan sonra bu məsələyə baxıla bilər.

Eynulla Fətullayev:

- Müddət bitir axı.

SENTYABRIN 2-DƏ MƏHKƏMƏ BAXIŞIDIR

Hakim Eynulla Fətullayevin son sözlərinə reaksiya vermədən məhkəmə baxışını sentyabrın 2-nə təyin etdiyini və hazırlıq iclasının başa çatdığını elan etdi.

Xatırladaq ki, E.Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi başlanıb. Bu iş üzrə məhkəmə araşdırmaları başlamazdan əvvəl isə Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin barəsində çıxarılmış əvvəlki hökmləri qanunsuz elan edərək dərhal azadlığa buraxılması və dəymiş ziyana görə məhbus baş redaktora 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib. Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Tarlan Haradan: Bakidan
24.09.2010 12:53
Evvela onu deyim ki, Eynulla haqqinda o yana bu yana soz deyib ozunu haqsiz yerde hakim gorenler bilmelidir ki, ishin mahiyyetini, bu prosesi bele bir veziyyete qeder getiren ve bundan sonra da onu oz menafeyi namine aparan guvveler basha dushmelidir ki, Eynullanin bir tek Eynulla olmasiyla her sheyi malalamak mwmkwn deyil. Bu Eynullani hebs etseler de, oldurseler de bashqa Eynullalar var ve olmacaqlar da.... Haqqi demek, danishmaq sheraiti yaradilmirsa, azad secmek secilmek huququ bir terefli olaraq bir kenara atilirsa hansi demokratiyadan, soz azadliqindan danishirsiniz...... Secki qanunvericiliyinin bashina ele oyun qalmayib ki, getirilmesin, burada yalnizca zombi qanunlari ile her shey icra olununr..... Mojaritar ve Proporsional secki sistemi haqqinda tesevvwrlwri olan adamlar bu barede bir shey desin ve fikirleshsinler..... bashqa sheylerle bosh bosh danishmaq, yersiz, ebes ve hetta medeniyyetsizlikdir! Bundan elave hansi olkede 3 kq-dan artiq meyve ve ya bashqa mehsul serhedden kecirilerken bunun qarshisi alinir? buna bir cavab! Monopoliyadan tesevvuru olanlar danishsin! Yoxsa soz salatini duzeldib yedirtmeyi orta mektebin ibtidai sinif shagirdleri de bacarir..... Hansi olkenin vetendashi oz olkesinin daxilinde xarici vetendashlarla ve hetta onlarin ishlediyi ishlerden de agir ishlerde chalishir ve onlardan qat-qat emek haqqi alir? bu milleti kole halina salmaqda nedir meqsed? onu bir bilsem.....

Kimdən: Нурлана Haradan: Бакы
21.09.2010 23:32
Ne vaxta geder Azzrbaycanda insan haglari pozulacag? Soz azadligana bele mahdudiyyetler goyulacag? Oz milletine ve xalgina nifret eden igdidar ne vaxta geder bu milletin ganini iceceksiniz?
Eynulla Fetulayeva Azadlig!

Kimdən: Demos Haradan: Odlar yurdu
14.09.2010 01:34
Bir chox sherhi oxudum, ancaq mene ele gelir biz bir meqami unuduruq, sherhlerin boyuk hissesi "duz edir, sehv edir, satqindi, qehremandi" haqqindadir.Mence detallara eyilerek boyuk shekli unuduruq. Mesele olkedeki Demokratiyanin geldiyi noqtedir. Eynulla ve onun kimi bir cox insanin soz azadligina qoyulan mehdudiyyet, Demokrasiyanin bogulmasina bir isharedi, xahish edirem meseleni bu noqteden nezerden kechirek. Bir olkede azad fikir beyan etmek mumkun deyilse demeli Demosun Kratosundan soz gede bilmez...
Cavab

Kimdən: NAS Haradan: Baki
17.09.2010 22:32
Bizim demos'a bu qeder kratos bes eliyer...

Kimdən: azad Aida Haradan: imishli
09.09.2010 03:08
meni bir defelik azad edin deyendeki,Gardash,insan gerek ozu ~ ozunu azad hiss elesin,then comes time for action

Kimdən: azadAida Haradan: imishli
09.09.2010 02:57
some blood for oil ~ neft ucun biraz qan
hmmmm,cox maraqli ve dushundurucu frazadir
goresen dogrudanda neft ucun ne qederr qan tokulub?..

Kimdən: mona Haradan: baki
08.09.2010 23:29
ne qeder ki icimizde Eynulla kimi xainler var ermeniye ehtiyacizim yoxdur.

Kimdən: Lalə Ordubad Haradan: Bakı
04.09.2010 17:19
mən yazıların bəzilərini oxudum.siyasət elə bir məsələdir ki,kimin haqlı,kimin haqsız olmasını heç kim bilmir.mən sadəcə Eynullanı açıq fikirlərinə və bəzi siyasətçilərdən fərqli olaraq həbsdə olduğuna baxmayaraq fikrini dəyişmir.
Cavab

Kimdən: eva Haradan: sumqayit
15.09.2010 11:40
sadece bedbextin basqa cixis yolu yoxdu

Kimdən: Vətən oglu Haradan: Bakıdan
04.09.2010 08:07
ehhhhhhh Siz saydıqınızı sayın görün məmurlar nə sayırlar....

Kimdən: BOZGURD Haradan: Azərbaycan
03.09.2010 10:40
Qabaqcadan deyim ki, nə iqtidarın əlini yuyuram, nə müxalifətin. Adi bir vətəndaş kimi yazıram. Onu da bilirəm ki, Eynullanı müdafiə edənlər bu saat yazdığımın üstünə düşüb yazacaqlar ki, ay sən də yaltaq iqtidarçısan, ya da gözündən pərdə asılmış adamsan.

Hər iqtidarı söyən qəhraman deyil. Bir şey də deyim, vətəndaş jurnalist olaraq Eynulla Fətullayevin ixtiyarı yox idi on-line müsahibədə yazsın ki, Xocalı qurbanlarının meyitlərini ermənilər deyil, azərbaycan tərəfi dəhşətli hala salıb.
Vətəndaş jurnalist öz qəzetində milləti/dini/əsli bilinməyən publisistlərə bir dılğır ermənini öldürən zabit Ramil Səfərovun adına ləkə vurdurmazdı.

İndi siyasi oyunbazlıqdan uzaq olanlar nəticə çıxarsın özləri üçün.

Kimdən: :nədmiK Haradan: :rəhəŞ
02.09.2010 10:01
Biri Eynullanın xalq tərəfindən dəstəkləndiyini yazıb. Düzünə qalsa onu Bakıdakı gənclər təşkilatlarının uzağı 200 nəfər üzvü dəstəkləyir. Çünki, onu niyə dəstəkləmək lazım olduğunu bu 200 nəfərdən başqa heç kim bilmir. Mən özüm də bilmirəm. Hamı Eynullanı Xocalı hadisələrinin Azərbaycan əsgərləri tərəfindən törədildiyini iddia edən şəxs kimi tanıyır. Onun bundan başqa hansısa bir "xidmət"indən xəbərdar deyilik. Əgər öz qəzetində dərc etdirdiyi "sensasion" məlumatları nəzərdə tutursunuzsa, onda gərək "Yeni Müsavat"ın jurnalistlərinin hamısı həbsdə olaydılar. Deməli səbəb yalnız "etibarlı mənbələrdən" alınmış xəbərlərin dərc olunmasında deyil. Amma o da aydındır ki, narkotik məsələsi quraşdırmadır.
Səhifə (3)
    Növbəti