Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:17

Rubrikalar / Qarabağ

Azərbaycandan Ohanyana cavab

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu
x
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu
Şriftin ölçüsünü dəyiş - +
«Ermənistanın müdafiə naziri Seyran Ohanyanın özünü artıq Rusiya Müdafiə Nazirliyinin idarə rəisi kimi aparması gülüncdür».

Bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyanın «Rusiya təhlükənin hardan gəlməsindən asılı olmayaraq Ermənistanın təhlükəsizliyini təmin edəcək» kimi bəyanatına cavab olaraq ANS TV-yə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

«İndi Seyran Ohanyan bəyan edir ki, əgər Dağlıq Qarabağa həmlə edilərsə, bunun qarşısı alınacaq. Özünü artıq Rusiya Müdafiə Nazirliyinin idarə rəisi kimi aparır, bu, gülüncdür. Torpaq bizimdir, işğal olunub. Nəyin bahasına olursa-olsun, erməni separatçıları oradan çıxarılmalıdır. Bu əməkdaşlıq sazişi 2 dövlət arasında imzalanıb, özləri bilər. Bu protokol Azərbaycan Ordusunu nə çəkindirir, nə də onu dayandıra bilər. Belə olan şəraitdə Azərbaycan Ordusu nə üçün öz imkanlarını məhdudlaşdırmalıdır? Biz isə əksinə baxırıq. Belə bir şəraitdə Azərbaycan öz Milli Ordusunu məcburi qaydada müasir silahlarla silahlandırmalıdır», - deyə Eldar Sabiroğlu bildirib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: jurnalist Haradan: APA-dan
26.08.2010 18:58
Salam.

"ATƏT seçkilərlə bağlı tövsiyələr hazırlayıb" və "Azərbaycan Ordusunun əsgəru yaralanıb" xəbərləri APA-nındır. Xahiş edirik istinad edəsiniz.

Kimdən: Patriot Haradan: Bakı
26.08.2010 18:18
Ohanyanlar,Sarkisyanlar hamısı Rusiyanın piyadalarıdır.
Cavab

Kimdən: Tofiq Haradan: Bakı
27.08.2010 12:19
Erməni işğalçıları olan Ohanyan, Sarkisyan və digər dövlət rəhbərləri Rusiyanın oyuncağıdır...Onların provakasyon rəyləri sadəcə insanları çaşdırmaq üçündür. Hər şeyin öz vaxtı vədəsi var. Görək Rusiyanın ayıcığı Azərbayana Cənab Prezident ilə görüşə nə fikirlələ gələcək... Ondan sonra biz ermənistanı qarın ağrısına salan fikirlər verməyə başlayacağıq.