Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:39

Verilişlər / İşdən sonra

«İlham Əliyev dünyaya meydan oxuyur»

Şriftin ölçüsünü dəyiş - +
«Parlament Azərbaycanda ali qanunverici orqan funksiyasını itirib». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.Onun sözlərinə görə demokratiyanın qalib gəlməsi üçün vahid düşərgə lazımdır.

İNQİLAB HÖKM DEYİL Kİ…

«Beynəlxalq aləm müşahidə edir ki, bütün ölkələrdə demokratiya o zaman qalib gəlir ki, orada vahid bir müxalif düşərgə mövcuddur. Baxaq Ukraynada Narıncı inqilaba, baxaq Gürcüstanda Qızıl gül inqilabına və s. Hökmən deyil ki, bu inqilablar olsun. Bu elə seçki ola bilər, seçki yolu ilə məsələ həllini tapa bilər. Hökmən deyil ki, vahid müxalifət elə gəlib seçkiyə gedir birləşmiş şəkildə və elə burdaca gəlib hakimiyyətə oturur. Xeyr. Hakimiyyətin müxtəlif qanadları var. Bu gün söhbət parlament qanadından gedir. Onun müqəddaratından gedir. Və bildiyimiz kimi parlament Azərbaycanda ali qanunverici orqan funksiyasını demək olar ki itirib».

İLHAM ƏLİYEV MEYDAN OXUYUR

Ərəstun Oruclu deyir ki, güclü müxalifətin olmamasından istifadə edən hakimiyyət dünyaya meydan oxuyur:

Eldar Namazov
«Hakimiyyət daxildə opponentlərinin olmamağına arxayın olaraq, özündə belə bir əminlik yaradaraq artıq üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmır. Yəni İlham Əliyev hakimiyyəti 2003-2007-ci illərdə beynəlxalq aləm qarşısında götürdükləri öhdəliklərin icra olunmasının imitasiyasını, görüntüsünü yaradırdılarsa, bu gün isə onu da yaratmır və demək olar ki, dünyaya meydan oxumaqla məşğuldur. Və dünya bu cür davranışı qəbul etmir».

GÜCLÜ DAXİLİ TƏZYİQLƏR OLMALIDIR

Azərbaycan naminə ictimai forumun prezidenti Eldar Namazov isə deyib ki, beynəlxalq təzyiqin güclü olması üçün ilk növbədə daxili təzyiqlər olmalıdır.

«Demokratiya və insan haqları ilə bağlı, seçkilərlə bağlı beynəlxalq təzyiq o vaxt güclü olur ki, demokratik qüvvələrin özləri güclü olur. Yəni demokratik qüvvələr nə qədər güclü olsa, nə qədər hakimiyyətə gəlməyə hazır olsa, seçkilərdə inamlı bir yaxşı nəticə göstərsə bir o qədər də seçkilərlə bağlı beynəlxalq təzyiq güclü olur. Buna müxtəlif qiymət vermək olar. Güclü beynəlxaql təzyiqin olması üçün gərək Azərbaycanın daxilində Azərbaycanın demokratik qüvvələrinin, ictimaiyyətinin güclü təzyiqi olmalıdır ki, beynəlxalq təzyiq də buna əlavə olunsun».

Elder Namazov onu da deyib ki, növbəti parlament seçkilərindən fərqli bir şey gözləmir.

«Gələn seçkilərlə bağlı mənim gözləntilərim çox deyil. Ona görə ki, uzun müddətdir ABŞ-ın bu bölgə ilə bağlı siyasəti hələ tam formalaşmır. Azərbaycana səfir hələ təyin olunmur».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Demokrat
28.08.2010 19:28
Ay millət!!! Siz hansı söz azadlığından danışırsınız? Millət özü vəhşi heyvanların qaydaları ilə yaşamağa üstünlük verir. Uzağa getməyin, avtomobil yollarını götürün... Hər şey aydınlaşır. Bugünə Azərbaycanda söz azadlığı rüşvət və şərəfsizlik səviyyəsində mövcuddur. El arasında deyilən "atmaq", sadə al-ver və sənəd al-veri. Yəni özünü biraz ağıllı hesab edən vəzifə ALIR və adi arayışı belə pula satır. Qiymətlərdə ki, günü gündən artır.

Kimdən: izzet
28.08.2010 10:22
Aliyev meydan mı okuyor?Aliyevi kimsenin izledigi yok zaten Rusyanın son Ermenistan hamlesinden sonra gıkını cıkartamamıs bir Aliyevi kimse ciddiye almaz.Bundan sonra agzından her "Harp" cıktıgında bunu ic politikada vatandaslarının gururunu oksamak icin oldugunu herkes bilir ona göre davranır.

Kimdən: Yüksəkdəki alçaq Haradan: adıma layiq yerdən
28.08.2010 10:11
O oxuyur biz də onun ARXASINDA ...(.başqa şey fikirləşməyin e.)...sadəcə gizlənmişik!
Qərar sizinkidir ADİL HÖKMDAR
siz də ədalət də, fəzilət də var
Şah sağ olsun! Hər əmrinizə müntəzirik

Kimdən: Məhərrəm AĞALAROĞLU Haradan: Bakı
28.08.2010 00:38
Maraqlıdır, bizim millətin söz azadlığı anlayışı nədən ibarətdir? Çünki Azərbaycanda söz azadlığının olmadığını deyən, prezident İlham Əliyevi Səddam Hüseynə bənzədən şərhçilər bu və bu kimi fikirlərini açıq şəkildə ifadə edirlər, həm də prezident haqqıneda. lakin yenə də ölkədə söz azadlığının olmadığından dəm vurub "dərdlərinə" dərman axtarırlar. Cənablar diktator İlham Əliyev kimi yox, mərhum türkmənbaşı kimi olurdu ki, bir nəfər də olsa nəinki, onun hətta onun ən kiçin ranqlı məmuru haqqında belə tənqidi fikirlər səsləndirə bilmirdilər. Diktator İran prezidenti Mahmud Əhmədinejat kimi olur ki, ölkəsinin furbol matçında Azərbaycan bayrağı qaldırılır deyə insanlar məhbəsəsalınır. Bəylər və bəyimlər yaşadığınız mühitə obyektiv baxın, sonra tənqid edin. hakimiyyət sizin xoşunuza gəlməyə bilər. Fəqət palçıq atım yapışmasa da ləkəsi qalar prinsipi ilə hərəkət etməyin.
Cavab

Kimdən: Akif Haradan: Bakı
28.08.2010 18:36
Cavab olaraq bildirirəm ki, hər hansı bir yazıya şərh verəndə kostruktiv və məntiqli olmaq lazımdır. Bir daha qeyd edirəm ki, İranda da diktatura hökm sürür. Lakin bununla belə qonşu ölkənin prezidenti xalqın sosial problemlərini də həll edir. Bu gün İranda adi çörəyi mağadan borca alan və yaxud acından ölən vətəndaş tapmazsan. Amma bizdə belələri həddindən artıq çoxdur.
Bu qeydlərimlə onu bildirmək istəyirəm ki, İran prezidenti, Azərbaycan rəhbərindən fərqli olaraq arxasında xalqın dayandığına əmin olub beynəlxalq təşkilatlara saymazyana və həm də çox diplomatik siyasətlə yanaşır.
Sonuncu tövsiyyəm isə odur ki, hər hansı fikrinizi ədalət naminə və ümumxalq mənafeyi nöqteyi nəzərdən şərh yazın.
Cavab

Kimdən: Birüzlü Haradan: Cənnətdən
28.08.2010 09:43
Belə getsə uzağı beş ildən sonra bura da Türkmənistanın gününə düşəcək. Bu gün belə bir rejimin "tikintisi" gedir. Bunu başa düşmək çətin deyil.

Şəhərin mərkəzində mitinq keçrilməyə icazə verilmir. Ona görə ki, hakimiyyət bundan qorxur.

Azad seçkilərə... imkan verilmir. Ona görə ki, müxalifətin reytinqi arta bilər.

Pənah Hüseynə azad fəaliyyət göstərməyə imkan verilmir. Çünki o kişi sözün düzünü deyir. Həm də məddah deyil.

Vətənpərvər jurnalistlərimiz qətlə yetrilir və saxta ittihamlarla həbsxanaya salınırlar. Ona görə ki, rejim üçün çox təhlükəli insanlar hesab olunurlar.

Və sairə və ilaxır. Hanı demokratiya Məhərrəm?! Nə vaxta kimi qatığa qara deyəcəksiniz?! Başa düşün, demokratiya olmayanda cəmiyyət\ millət geriləyir, düşmənlər zehni cəhətdən irəli gedir, biz isə yox! Mən belə hesab edirəm ki, bizi qəsdən irəli getməyə qoymurlar, bizim qəsdimiz üçün çalışırlar! Bizdən it kimi qorxurlar! Bəs necə!

Demokratiyanın olmaması xalqa\millətə qarşı xəyanətdir! Problemləri ört-basır eləmək ölmüş heyvan cəmdəyini evdə gizləmək kimi bir şeydir.

Azadlıq Radiosuna təşəkkürlər olsun! Onun vastəsi ilə yenə sadə adamlar öz fikirlərini deyib ürəklərini boşaldırlar! Rejimin imkanında olsaydı bu saytı yerlə-yeksan edərdi!

Sizə də məsləhət verərdim ki, hələ ki gec deyil tüfəngi götürüb xalqın tərəfinə keçəsiz!
Cavab

Kimdən: bezmish
28.08.2010 03:12
her diktatorun oz "siyaseti" var ay agilli Meherrem!!

Ve butun diktatorlar da eyni olmur! Nece ki, 5 barmagin 5-i de eyni olmadigi kimi! Bildin??

Kimdən: Akif Haradan: Bakı
27.08.2010 22:53
İlham Əliyev heç vaxt dqnyaya meydan oxuya bilməz. Dünyaya meydan oxuyanlar Səddam Hüseynin, Yuqoslaviyanın keçmiş prezidenti Karajiçin və digər tiranların aqibətini yadınıza salın. Müasir dövrdə belə diktatorlara qarşı beynəlxalq təçkilatlar daha mütərəqqi mübarizə aparırlar. Məsələn, İranın indiki prezidenti Əhmədinecat BMT-ni, MAQATE-ni və Avropa Birliyini inandırmağa çalışdı ki, onun ölkəsi özünün müstəqilliyindən istifadə edərək dinc məqsədlər üçün atom enerjisi istehsal edir. Onu da nəzərə almaq lazımdır ki, Əhmədinecat daxili siyasətdə öz xalqının maddi rifah halının , güzaranın getdikcə yaxşılaşdırılması üçün çox işlər görür. Heç kəsə də sirr deyil ki, qonşu ölkənin xalqı bizdən yaxşı yaşayır. Bunlara baxmayaraq adlarını çəkdiyim beynəlxalq təşkilatlar İrana qarşı sanksiyalar tətbiq etməyə başladılar və bu tədbirlər getdikcə sərtləşəcək. Nəticədə İran siyasi və iqtisadi cəhətdən dünyadan təcrid olunacaq. Belə tədbirlər bizim ölkəyə qarşı da tətbiq oluna bilər və bu da ədalətli hesab ediləcəkdir.
Cavab

Kimdən: Jee Haradan: Emirat
28.08.2010 03:45
Akif bey, duz buyurursunuz ki, qonshu Iranin prezidenti xalqina gun aglamaga bashlayib. Iran xalqi hech zaman hokumetin qaygisindan narazi olmayib, onlarin isteyi dunyevi olmaq, qadinlara azadliq, serbestlik! Irana sanksiyalar tetbiq edilir, camaat veziyyetden chixa bilir. Eger bize bele sanksiyalar tetbig olunsa, bizlere gun aglamayiblar axi. Xalq chox eziyyet chekecek. Duzdur, xalq dozecek, chunki biz zulme dozen xalqiq. Allah sebr versin! Amma nahaqq rahat qalmir!
Cavab

Kimdən: izahat
28.08.2010 03:18
Iranda molla rejimidir, insanlari kuchede dash-galg edir, edam edir. Kiminse olumune fetva verir, Israile olum oxuyur, butun besheri ganunlari pozur. Bildin?

Azerbaycan ise Iranin etdiyi axmagliglari etmir. Daha sivil yolla firildagchilig, chapib talama heyata kechirir ve diktatura rejimi gurur.

Bildin?

Mahir siyasetchi ve Prezident ogly Ilham Eliyevle molla siyasetinin bir fergi olmalidir ya yox??

Kimdən: Anonim
27.08.2010 21:46
Yashasin Ilham Eliyev.
Cavab

Kimdən: hegg
28.08.2010 03:19
he, "yashasin" ve senin kimilerini chapsin ve talasin!

Kimdən: Anonim
27.08.2010 21:25
Hörmetli:Azerbaycan prezidenti Ilham Eliyev dunyaya meydan yok muxalifete meydan oxuyur.Azerbaycan muxalifeti xalqin dushmeni olaraq qalir

Kimdən: Firdovsi Haradan: Baki
27.08.2010 16:41
Seher axwam televiziyadan seslenen fikirler mene bir yerden taniw gelir. eyer tarixle xususen de Avropa tarixi ile maraqlanan varsa bir qarwilawdirma aparsin indiki Azerbaycanin sisayi tefekkuru ile 17 ci esir Italiyasini
17 ci esir Italiyasin cemiyyetinin duwuncesi "Kral coox yaxwi insandir o xalq ucun ellewir amma yanindakilar ona aman vermeyir" "Kiralin olkedeki oz bawnaliqdan xeberi yoxdur eyer her hansisa bir haksizliqdan xeber tutsa onun kokunu keser" " eyer bu kral getse yerine ondan da zalimi gelecey"
butun bunlar size neyise xatirlarmir?
indi ise geley zeif muxalifet ve analogu olmayan hakimiyyet meselesine. eyer olkede muxalifet berbad veziyyetdedirse bu o demekdir ki hakimiyyetdeki insanlar hamsi peygamber ovledidir ele gozel iwler gorub ki insanlarin konlunu feth edib. ve insanlar bawka birine ehtiyac gormur?
bu absurdur hetda bu doqru olmuw olsa bele insan ovladi her zaman daha yaxwisini ve daha coxunu isteyir.
Eyer bir olkede muxalifet berbad veziyyetdedirse bu o demekdir ki Olkede normal siyyasi muhit yoxdur. Elinizi qoyun (eyer varsa) vijdaniniza duzunu deyin eyer sizin wirketiniz Yeni Musavat qazetine (Men musavat teessubkewi deyilem) reklam verse en cox nece gun faliyyet gostere biler?

Kimdən: Dədəmdən Haradan: Qürubətdən
27.08.2010 12:09
Nə gözəl nəğmə səsi, zənnelədim Xan oxuyur,
Bülbültək cəhcəhi gör, can içində can oxuyur!
Sahibə zam nə gərək, ki onun öz mehdisi var,
Gah xoxan gəldi deyir, gah da ki xortdan oxuyur.
O Pinti Pilat kimi müxalifin mıx-mıx edər,
Şeyxi də şux dayanıb, yanında əzan oxuyur.
Bu nə qandır düşmüşük, xəlqə bir qandıran ola,
Çaqqalar leş görəli, yenə də qan-qan oxuyur.
Ey dədə, mən necə bir qanlı dərələr görürəm,
İlahamlı qarğaların xaliqə meydan oxuyur.
Qanı meytək içənin kaş meyidin görmüş olam,
Sus a bəyquş, öl a kaftar, müəzzin Quran oxuyur

Kimdən: djem Haradan: Moskva
27.08.2010 11:55
MILI MEDJISIN ADINI DAIWMAK LAZIMDIR - MILLI HOTARIAL KONTOR.
Səhifə (2)
    Növbəti