Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:37

Bloqlar / Hüseynbala Səlimov

Seçkinin taleyini nə həll edir?

Şriftin ölçüsünü dəyiş - +
Bu ölkədə seçkidən ürək və inamla yazmaq ən çətin məşğuliyyətdir. Hətta oxucular da bunu bir o qədər də inamla qarşılamırlar. Səbəbi aydındır, hər seçki özündən sonra ancaq narazılıq və giley qoyub gedir. Amma başqa yol da yoxdur, ya bu ölkənin insanları səs verməyi, öz səslərini müdafiə etməyi öyrənəcəklər, ya da MSK-nın kompüterlərinin yaddaşında qalan siyahıdan başqa bir şey olmayacaqlar, necə ki, U.Çerçill deyirdi ki, demokratiya heç də ən mükəmməl üsul – idarə deyil, amma nə edəsən ki, bəşəriyyət hələ də bundan yaxşısını fikirləşib tapmayıb.

DİNC MÜBARİZƏNİN BÖHRANI

Sonuncu fikri ona görə qeyd etdik ki, Azərbaycanda demokratiya demək olar ki, yoxdur, onun olması üçün bu ölkənin insanları özlərini və hakimiyyətlərini demokratik proseduraları qəbul etməyə vadar etməlidirlər. Ona görə də seçkini qəbul etməyən və ona inam bəsləməyənlər bilməlidirlər ki, günah heç də seçki proseduralarında deyil, əksinə bu proseduraları düzgün tətbiq etməyənlərdədir, onlar seçkini bir qayda olaraq saxtalaşdırır, insanların inamını qırır və elə təsəvvür yaradırlar ki, bu yolla nə hakimiyyət dəyişmək mümkündür, nə də hakimiyyətə təsir etmək.
Müxalifət adamlarının ən çox arxalandığı meyar onların müxalifətçiliyidir, seçiciləri öz tərəflərinə çəkmək üçün onların nə inzibati – siyasi resursları, nə də iqtisadi imkanları var

Amma bununla hakimiyyət dairələri həm də özləri də bilmədən çox neqativ bir tendensiyanı stimullaşdırırlar – dinc mübarizə üsullarının böhranını. Bəli, ölkədə dinc mübarizə üsullaranının böhranı hiss olunmaq üzrədir, insanların siyasi partiyalara, onların dediklərinə və çağırışlarına, eləcə də seçkiyə etinasız yanaşmalarının bir səbəbi də budur.

Təcrübədə seçkinin özünün subyektiv tərəfləri də müşahidə olunur, başqa ölkələrdə bu, dəfələrlə təkrar olunub, amma hələ Azərbaycanda bir dəfə demokratik seçki keçirilməyib ki, biz «qırmızı zolaqlar»dan, «sollaşma»dan danışaq, bütün bunlar bizə hələ ekzotika kimi görünür. Amma hətta indiki halında belə seçki bizi özünün maraqlı tərəfləri ilə təəccübləndirməkdədir.

SEÇKİNİN TALEYİNİ NƏ HƏLL EDİR? PUL, SİYASƏT, YOXSA NÜFUZ?

Bu il keçiriləcək seçkidə qeydiyyatdan keçmiş namizədlər üçün nəzərdə tutulan bir neçə yüz manatlıq müavinət də ləğv olundu. İndi namizədlər bütün xərcləri özləri çəkməli olacaqlar, bunun müxalifət və əsl müstəqil deputatlar üçün nə qədər çətinlik yaradacağı isə indidən aydındır. Düzdür, seçki bütün dünyada böyük xərclər tələb edir, amma pul seçki üçün zəruridir, kafi deyil, əgər belə olmasaydı, bütün dünyada ancaq milyardçılar parlamentə və prezidentliyə seçilərdilər. Bəs Azərbaycanda vəziyyət necədir? Korrupsiyaya qurşanmış, rüşvətin bütün sferalara nüfuz etdiyi ölkədə deputat mandatlarının əldə olunmasında da pulun müəyyən rol oynadığını istisna etmək olmaz, ən azı ona görə ki, deputat olmaq imtiyazlı dairəyə yaxın olmaq, hökumətin «krışa»sını qazanmaq deməkdir, bunun isə belə ölkədə xərcsiz başa gəldiyini təsəvvür etmək sadəlövhlük olardı. Təsadüfi deyil ki, bu ölkədə deputatların da öz biznesi olur, elə bir çoxu parlamentə seçilməyə özlərinin bizneslərini genişləndirmək üçün fürsət kimi baxırlar.

YAP-IN ƏN BÖYÜK ARZUSU

Amma bütün deyilənlərə rəğmən, bir siyasi qüvvə kimi YAP da çalışır ki, elə bir şərait yaratsın ki, seçkini necə var, qalibiyyətlə başa vursun. Bunun üçün ona bu yolda mane olan ən böyük qüvvəni – müxalifəti sıradan çıxarmağa cəhd edir, seçki qanunvericiliyini öz maraqlarına uyğun olaraq dəyişdirir, böyük təbliğat kampaniyaları, hətta konsertlər təşkil edir, seçkiyə imkanlı adamları cəlb edir, seçki dairələrinin coğrafiyasını dəyişir.

MÜXALİFƏTÇİLİK SEÇİLMƏK ÜÇÜN KİFAYƏTDİRMİ?

Müxalifət adamlarının ən çox arxalandığı meyar onların müxalifətçiliyidir, seçiciləri öz tərəflərinə çəkmək üçün onların nə inzibati – siyasi resursları, nə də iqtisadi imkanları var. Amma burada bir təcrübənin dərslərini yada salmaq istərdik. 2000-ci ildə Müsavat partiyasında ilkin seçki keçirildi. Bu seçkidə heç də ən müxalif çıxışlar edənlər, tez – tez KİV-lərdə görünənlər qalib gəlmədi, o kəslər qalib gəldi ki, onlar bilavasitə partiya üzvləri ilə ünsiyyətdə olmuşdular. İndi də müxalifət bu dərsi yaddan çıxarmamalıdır. Ona görə də «seçkinin taleyini nə həll edir?» sualına heç də həmişə ironik yanaşmaq lazım deyil.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Adam Haradan: Rusiya
29.08.2010 20:56
Hamimiza gun kimi aydindir ki iqtidar ne isteyir, onu da edir. Aydin meseledir ki her kes oz ideyasi ucun vurushur. onlar vurushur. Bes xalq? Bes ozuni muxalifet hesab edenler?...... 2000 ci ilin seckilerinde men bir dairede muxalifetci namizedin vekili idim. Bize (muxalifete) cox gucli tezyiqler oldusada, biz sinmadiq, vurushduq ve qelebe caldiq. Indi neiniyek ki xalq ac qarnini qucaqlayib yatir,oz acizliyini ort-basdir etmek ucun iqtidarin zulminden gileylenirler. Gorinen kende ne beledci. Hec bir behane-filan lazim deyil. Onlar onsuz da oz yollarindan donen deyiller.Sadece olaraq ayaqa qalxib onlari azqin yollarindan dondermek lazimdir.Hec olmasa hamiliqla seckiye gelmek lazimdir. Men eminem ki hami gelerse,onlari yollarindan dondere bilerik. Men o vaxtki bir komissiya uzvi kimi eminem ki millet fealliq gostererse layiqli oqullar tapilar bu zalimlarin axirina cixmaqa. Xalqima UQURLAR arzulayiram.

Kimdən: YUSİF OĞLU Haradan: BAKI
28.08.2010 14:22
AZƏRBAYCANDA SEÇKİNİN TALEHİ PREZİDENT APARATINDAN VERİLƏN ƏMRLƏ HƏL OLUNUR.BU AKSİOMADIR.

Kimdən: Akif Haradan: Bakıı
27.08.2010 21:38
Seçkilərin taleyini əlbəttə ki, pul həll edir. O da iqtidardadır. Belə ki, xalqın sərvətlərini iqtidar öz çəxsi məqsədləri üçün istifadə edir, xalqın tam əksəriyyəti isə səfalət içində boğulur.

Kimdən: azer baba
27.08.2010 14:07
Men bu AZerbaycan siyasetine meettel galmisham. Igtidari talanci, korrupsioner, bir sözle yaramaz bir sheydir, müxalifetimiz de savadsiz, pis günde. Indi Hüseynbala mellim taktikadan danishir, ne bilim strategiya bele getdi, ayi da bele geldi. Ay gardash, bu adamlar elementar praymeriz kecire bilmirler, sen durub taktikadan danishirsan. Daha shansli namizedi müeyyenleshdire bilmirler, Eli Kerimli deyir, "kim özünü az shansli hesab edirse, namizedliyini geri götürsün" Yalniz Nigeriyada bu cür secirler. Görmüshük ki, normal ölkelerde praymeriz kecirib shansli namizedi müeyyen ederler, bunlarin ne taktikasi var, ne de strategiyasi, ele Allah deyib gedirler. Vallah, billah bunlarin görünüshü yalniz müasir, ish üslublari ele bizim igtidar kimi orta esrlere aiddir. BUnlari görende, ELi Hesenovun ayi meselesi bir az hegigete benzeyir Hüseynbala mellim, bunlari goyub gör ne axtarirsan...

Kimdən: AXC Haradan: Şərəf Tarixi
27.08.2010 13:16
Bilirsiz Bu YAP bizi 17 ildir çapıb talayır.Fikir verin Heydərində bir oğlu var idi İlhaminda bir oğlu var.Yaqin ki Balaca Heydər də oğlunun adını İlham qoyar Ancaq biz buna icazə vermərik bir gün elə partlayış olacaq ki,Əliyevlərin özlərini Moskvaa da tapacaqlar Azadlıq sevdasını Daşıyanlara TANRI yar olsun.

Kimdən: e saa ne var? Haradan: mozambikden
27.08.2010 02:27
eziz dostlar,bu yapcilar ele bir oyun oynayirlar ki, 17 ildir hami onlarin tilsimine dushub.Seckinin taleyini konkret millet hell edir. Ancaq bizim milleti bu oyunbazlar ele inandiriblar ki,biz artiq azadliq mubarizesini apardiq ve her shey 88ci ilde hell olunub,daha gorulecek ish yoxdur,gedin evinize 1 loxma coreyinizi yeyin yixilin yatin.Cox teessuf ki,ele millet de bunu edir. Yeni iqtidar milleti seckiye heveslendirmir,maariflendirmir.Bu halda bu ishi kim gormelidir,muxalifet.Bizde de muxalifet ne muxalifet.Hec xarici passportunu ala bilmeyen muxalifetden de nese gzlemek olar? Bir de ki,onlara cox lazimdir ele noyabrda milleet seckiye gedecek ya yox.

Kimdən: Aslan Haradan: Baki
26.08.2010 19:03
Azerbaycanda seckinin taleyini s.novruzovgilin prezidenti i.eliyev ve akademik rusiyanin boyuk dostu r.mehdiyev hell edir,penahov mezahir ve onun msk-si goze kul ufurmek ucun bir sheydi.

Kimdən: Aziza Haradan: Bakı
26.08.2010 18:59
Azərbaycanda seçkinin taleyini nə pul, nə siyasət, nə də nüfuz həll edir. Azərbaucanda seçkinin taleyini iqtidar həll edir.İqtidar əvvəlcədən öz siyahısını tərtib edir və orada müxalifət üçün də 5-10 yer nəzərdə tutur.Müxalifətdən də üz istədiklərini təyin edir.Çünki dəfələrlə şahidi olmuşuq ki,müxalifətdən seşilən layiqli namizədlər kənarda qalıb.iqtidar öz istədiklərini parlamentdə oturdub. Pul qətiyyən seçkinin taleyini həll edə bilmir.Mən YAP-ın siyahısını tərtib edəndə prezident adminstrasiyasında yığılan pulları nəzərdə tutmuram.Yəni pulu olan müstəqil namizədlər pulla seçkini uda bilmirlər.Məsələn ,keçən seçkilərdə İsmayıllıda bir nəfər müstəqil namizəd əli açıqlıq edib secıcilərinə xeyli pul dağıtmışdı və bunun müqabilində seçkidə qalib gəlmişdi.Ancaq nə olsun,onu parlamentə buraxmadılar.Parlamentdə prezident adminstrasiyası öz adamlarını,yəni Novruz Aslanı oturtdular. Faiz siyahısında Novruz Aslan, səhv etmirəmsə, 4-cü və ya 5-ci yerdə olub.Bax, Azərbaycanda belə həll olunur seçkinin müqəddəratı.Bu seçkinin də keçən dəfəki seçkilərdən heç bir fərqi olmayacaq.Ona görə ki, Azərbaycanda seçkiləri saxtalaçdırmaqda analoqu olmayan həmin iqtidar hələ dəyişilməib.

Kimdən: Aydan Haradan: baki
26.08.2010 16:56
Nifuz

Kimdən: Ilqar Atayev Haradan: Agdam
26.08.2010 16:42
Seçkinin taleyini nəyin həll etdiyini öyrənmək üçün Ceyhun Hacıbəyli küçəsinə təşrif buyurun. Bura "milyonşular məhəlləsi" kimi də tanınır.MSK sədri Məzahir Pənahov 5 mərtəbəli villasına bahalı üzlük vurdurur artıq. Yəni villanın təmiri başa çatır. Sizcə 24 milyon dollarlıq villanı Msk sədri hansı pula tikib?
Cavab

Kimdən: gladio Haradan: Italiya
26.08.2010 17:50
Yeqin M.Penahov iclasdan tez bazar qacmasinin da sebebi ele buimish:))!!!
Səhifə (2)
    Növbəti