Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:35

Verilişlər / İşdən sonra

«Bir soruşan varmı - ay Müsavat, sizə niyə 5 mandat verilib?»

İqbal Ağazadə
x
İqbal Ağazadə

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Yeni blok bütünlükdə Azərbaycan müxalifətinin bloku olacaq».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında yeni yaradılmış «Qarabağ» seçki blokunun təsisçilərindən biri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu belə deyib. Onun sözlərinə görə, blok açıqdır:

«Digər siyasi partiyalar bu bloka qoşula bilərlər. Biz müxalifətin ən geniş çərçivədə mübarizəsini bu blokda təşkil edə bilərik. Yəni, blok yalnız onun təsisçisi olan iki partiyanın yox, bütünlükdə Azərbaycan müxalifətinin mümkün bir bloku kimi nəzərdə tutulub».

«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, AXCP-Müsavat birliyinə, onların seçki blokunun gələcəyinə şübhə ilə yanaşsa da, heç vaxt müxalifətin birliyinin əleyhinə olmayıb:

MƏN HEÇ VAXT MÜXALİFƏTİN BİRLİYİNİN ƏLEYHİNƏ OLMAMIŞAM

«Mənim bu blokun gələcəyinə nikbin baxmamağımın səbəbləri var. AXCP və Müsavat blokunun orada olan insanların hamısını, iddialı namizədləri razı sala biləcək birlik olacağına şübhəm var. Çünki bilirsiniz ki, hələ də əsas yerlər müəyyənləşdirilməyib. Hətta deputat olan şəxslərin dairələrindən namizədlər müəyyənləşdirilməyib. Mən konkret faktın özünə - AXCP-Müsavat birliyinin nə dərəcədə effektli olacağı ilə bağlı mövqeyimi bildirmişəm. Mən heç vaxt müxalifətin birliyinin əleyhinə olmamışam».

İqbal Ağazadə deyib ki, ADP ilə «Ümid»in bu blokunu isə artıq baş tutmuş hesab etmək olar:

«Bizdə artıq alınıb. Biz artıq namizədlərimizi də müəyyənləşdirmişik. Artıq 91 dairədə namizədlər müəyyənləşib. Daha 20 dairənin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar gedir. Qarşı tərəfdə isə illər uzunu bir-birinə qarşı gedən qüvvələr olub».

ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, müttəfiqlik elə bir-birindən bəhrələnmək deməkdir:

«Müttəfiqlik odur ki, bir-birindən bəhrələnəsən. O başqa məsələ ki, bu bəhrələnmə Azərbaycan xalqının əleyhinə olan nəticələrə gətirib çıxaracaq, ya xalqın lehinə. Əgər biz bir-birimizdən bəhrələnməyəcəyiksə, onda bu birlik nəyimizə lazımdır?».

BU O DEMƏKDİR Kİ, MƏN SİYASƏTÇİ DEYİLƏM

Sərdar Cəlaloğlu
İqtidarla dialoqun vacib olması fikrinin üstündə hələ də dayandığını deyən Sərdar Cəlaloğlu, bu fikri başqa cür yozanların düşüncəsi ilə siyasətdə iştirak etmədiyini bildirib:

«Azərbaycan cəmiyyətində dialoq vacibdir. Bunun vacibliyini məndən qabaq bizi bunda ittiham edən Müsavat Partiyası da, başqa partiyalar da dəfələrlə deyiblər ki, Qarabağ məsələsində gəlin dialoq edək. Bu yaxınlarda Qarabağ məsələsi aktuallaşanda bütün partiyalar, hətta AMİP qapı-qapı gəzib partiyaları dialoqa çağırdı. Necə olur ki, bu məsələni Müsavat deyəndə, bu, demokratiyaya bir yardım olur, bunu AMİP bir proqram kimi həyata keçirir – demokratiyaya yardımdır. Ancaq Sərdar Cəlaloğlu deyəndə ki, iqtidarla müxalifət arasında yalnız seçkidən-seçkiyə yox, gündəlik, Azərbaycanın milli problemləri ilə bağlı cari kontaktlar olmalıdır, dialoq getməlidir, hərə öz mövqelərini ortaya qoyub problemlərin həllində məsuliyyəti bölüşdürməlidir - bu olur mənfi bir imic. Mən əgər bu cür insanların düşüncəsi ilə siyasətdə iştirak edirəmsə, bu o deməkdir ki, mən siyasətçi deyiləm».

İQTİDARA YAXINIQ

Deputat İqbal Ağazadə isə mandat qazanmağı iqtidara yaxınlıq etmək kimi qələmə verənlərə mesaj göndərib. O deyib ki, meydanda yıxılıb ölsələr, deyəcəklər ki, qəsdən öldülər ki, hakimiyyətə xidmət etsinlər:

«Hamı hesab edir ki, niyə həbsxanadan çıxandan sonra İqbal Ağazadə mandat qazandı? Bəylər, həbsxanaya gedən Müsavat Partiyasına 5 mandat verildi. Heç bir soruşan varmı - ay Müsavat, sizə niyə 5 mandat verilib? Hərdən deyirlər ki, mandatı iqtidara yaxınlıq dərəcəsi ilə verirlər. Razıyam. İqtidara yaxınıq. Bizə bir mandat verdi. Bəs 5 mandat alan nə qədər yaxındır ki, ona birini yox, beşini verirlər?».

BURADAN DİNLƏYİN
:


Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Qarabagli Haradan: Avstriya
23.09.2010 18:44
Eziz dostlar.Burada her kes oz sexsi fikirlerini bildirir.Bu normal bir seydir.Amma bir seyi bu gunde bizler tam basa dusmek istemirik ki,AZERBAYCANDA MUXALIFET YOXDUR! MUXALIFETCI AZERBAYCANLILAR YA ZINDANLARDA,YA OLKEDEN KENARDA VE YAXUD DA O DUNYADADIRLAR. Bu gunki muxalifetin 80%(sohbet sade,temiz,qeyretli, vetenperver insanlardan getmir)o vaxt H.Eliyevin hakimiyyete gelmesinde "tranplin"polunu oynadilar.Cunki H.Eliyev evvelki hakimiyyet illerinde AZERBAYCANIN BASINA NE FELAKETLER GETIRDIYINI gozel bilirdi.Bilirdi ki,xalq onu qebul etmeyecek ve millete "etdiyi evezolunmaz"xidmetlere gore ise cavab vermeli olagaq.Xalq onu qebul etmedi.Onu xalqa qebul eletdirenler on illerdir esl adlarini gizletmis "muxalifetciler"bu gun hec de Eliyev rejiminden geri qalmirlar.(men yenede tekrar edirem sohbet esl muxalifetden getmir.Azerbaycanda esl muxalifetcilerin ne partiyasi var,nede parlamente mandati)

Kimdən: Roma Haradan: Baki
28.08.2010 13:36
Hormetli Zamiq sizin cixiwinizda Seyavuw Novruzovun, Eli Ehmedovun, Mubariz Qurbanlinin uslubuna oxwarliq coxdur. Verdiyiniz suallarin cavabini bunca iller erzinde bawa duwmedinizse, bu forumda onu size izah vermek cox cetindi.
Musavat ve AXCP illerin partiyasidi, siralarinda minlerle fedakar insanlar cemlewib. Uzvlerinin arasinda partiayaya konullu yardim eden sahibkarlar da az deyil. Bes maraqlidi Iqbalda bu qeder pul hardandi? Iqbalin biznesini kimler himye edir? Bu suallarin cavabini kim verecek?
Cavab

Kimdən: Zamig Haradan: Prague/CZ
28.08.2010 16:07
Hörmətli Roma, o adını çəkdiyiniz üzdəniraq insanlarla mənim "üslubumu" müqayisə etməyinizi anlamıram, birincisi elə onları onlar edən AXC-Müsavat olub, yarıtmaz, biyabırçı siyasətləri ilə indiki tayfanı da xalqın boğazına kəndir kimi, ip kimi onlar keçirdilər.
Keçmişi unudursunuz, heç müharibə edən ölkənin də müdafiə, daxili işlər naziri "mən vəzifəmi dondururam" deyər?? Baş naziri ölkədən qaçıb (Pənah Hüseynov -Türkiyə) ordan beyanat verər ki mən istehfa da vermirəm, qayıtmıram da, sadəcə "vəzifəmi dondururam"! Belə komediya olar?? Rayonların birində traktor şoferi icra hakimiyyətinin binasına yekə bir qıfıl asmışdı ki bura mənimdir!.. Siz nədən danışırsınız? Ya həddindın çox cavansınız bunları bilmirsiniz, ya da unutqansınız..Bunlar belə biyabirçılıq, rüsvayçılıqla hələ bir Heydər Əliyev kimi diktatoru da xalqın boğazına keçirdilər...Mən bunların səmimiyyətinə ümumiyyətlə inanmıram.

Kimdən: Zamig Haradan: Prague/CZ
28.08.2010 04:23
MƏN BƏZİ ŞƏRH YAZANLARI BAŞA DÜŞƏ BİLMİRƏM, XALQIN SƏSİYLƏ HAKİMİYYƏTƏ GƏLİB, SONRA ÖLKƏNİ DƏRƏBƏYLİYƏ ÇEVİRİB, "VƏZİFƏLƏRİNİ DONDURUB" İNDİKİ REJİMİN BANİSİNİ BAKIYA DƏVƏT EDİB, HAKİMİYYƏTİ ONA TƏHVİL VERİB ARADAN ÇIXAN, 17 İLDİR GƏLİRLƏRİ MƏLUM OLMAYAN YERLƏRDƏN MALİYYƏŞƏNLƏR İQDİDARA İŞLƏYƏN OLMUR, İQBAL AĞAZADƏ VƏ SƏRDAR CƏLALOĞLU OLUR? BU NƏ MƏNTİQDİR?
MƏN AZƏRBAYCANDA ƏSL MÜXALİFƏTİN OLMASINA İNANMIRAM, İQTİDARA İÇLƏYİRLƏRSƏ BAŞDA MÜSAVATLA-AXCP İQDİDARDAN MALİYYƏŞƏN ONLARA İŞLƏYƏN QURUMLARDIR, BUNU DƏFƏLƏRLƏ GÖSTƏRİBLƏR..
MEDİADA İLLUZİYAÇ İMİC YARADILAR, "ANA MÜXALİFƏT", ANA SİZSİNİZSƏ ATANIZ DA İQTİDARDIR, ONUN PULUYNAN "ANALIQ" EDİRSİNİZ.

Kimdən: vusal Haradan: Baki
28.08.2010 02:44
Hormetli Iqbal muellim siz deyirsiz ki, sorushan yoxdur nece oldu ki Musavata 5 mandat verildi men size birce sheyi deye bilerem ki, duzgun secki kecirilse Musavat en azindan 80 mandat qazana biler bir sheyi nezerinize catdirim ki, sizin bu gun demakratiyadan danishmaqinizin sebebkari Musavatdir cunki siz bu herakata televizordan izleyende Musavat funksuonerleri Ebulfez Elcibeyin bashciliqi ile reshime qarshi mubarize aparirdi bu hakimiyetde gedecek biz millet olub bunu cevire bilmesek goyde Allah var dadimiza catar inshallah size bir veten oqlu kimi meslehetim var adinizi bu qan-icen reshimin terefdarlari sirasina salmayin qaldi sizinle birlikde efirde olan Celaloqluna insanda ki utanan sifet olmadi ondan yaxshi hecne gozlemek olmaz bize meseleler cekir heyasizcasina Musavata qara yaxir bir soran yoxmu ne tutmusan Musavatdan muxalif gormushuk hakim partiyaya muxalif olar sizin blokda mandat almaq ucun Musavati tenqid et mandat al shuari eldedir. Her ikiniz deyirsiniz ki, biz dedik muxalifetin birliyini teshkil edek siz kimsiniz ki, deyirsiniz Musavat ne meslehetdirse deyir kim veteni sevirse Musavatladir kim vezifeni sevirse Musavati tenqid etsin ve sonda bunu birdaha vurqulamaqi ozume borc bilirem ki, siz Iqbal Aqazade ve Celaloqlu siyasetci deyilsiniz gedin yaltaqlanin birde Celaloqluna meslehetim var danishanda icini cekmesin Resul Quluyevde eyle danishirdi ne oldu.

Kimdən: vusal Haradan: Baki
28.08.2010 00:52
Bu iki shexs hakimiyetin adamidir bir allaha and olsun.

Kimdən: Davud Haradan: qax
27.08.2010 23:45
İlk görünüşdən elə yazılıb ki. Müsavat 5 manat verib kiməsə.

Kimdən: vusal Haradan: Baki
27.08.2010 21:54
91 dairede namizedimiz var deyirsiniz ikinizde yalanciya haram olsun heyatda yashamaq sizin hec ikinizin Partiyasinda 91 nefer yoxdur insan gerek heya ede xalqdan necede utanmadan danishirlar Qarabaq secki bloku deyirler Qarabaqi cirkin oyunlariniza qatmayin ikinzde atilmisiniz yaltaqliqiniza gore Iqbal Aqazade siz ne vaxtdan siyasetcisiniz her iki Partiyaya yox deyirem .
Cavab

Kimdən: Rahim Haradan: Umid Xetai
28.08.2010 17:47
Vusal baki gel men sene tekce xetaiden olan yuzlerle uzvu gosterim Umid partiyasindan. Gelmesen kishi deyilsen. Yalandan da bilmediyin sheye gore Allaha and icme, yoxsa sen melek zadsan her sheyi gorub ve eshidirsen...Yalancina ele Allah qenim olsun
Cavab

Kimdən: vusal Haradan: Baki
29.08.2010 01:07
Bes sen neden arvad kimi qarqish edirsen.
Cavab

Kimdən: vusal Haradan: Baki
29.08.2010 00:31
Senin menim kishiliyime shubhen varsa sene bashqa tonda cavab vererdim neiyse.Umid Partiyasinin nedir istediyi diqqetle oxuyanda baxirsan ki, ya Musavatin yada Axcp-nin nizamnamesine qol-qanad verib adlandiriblar Partiya birde men sene Partiya uzvunden deyirem yaltaqlar destesinden yox bes harada idiniz Muxalifet aksiya kecirende bu vetenin bundanda pis gune dushmesinimi gozleyirsiniz siz hansi amalla yashayirsiniz bu veten sizin deyilmi bu reshim getsin neden demirsiz Lideriniz Isa-beyin yan yoresinde tanindi sonra hakimiyetin memurlarinin tesir dairesine dushdu veteninizi sevin onun torpaqini sevin qanla qazanilmish uc rengli bayraqinizi sevin Allahin verdiyi tebii servetlere sahib cixin.Birde deyim sene yaxshi-yaxshi eshit nedense shubhen varsa....lenet sheytana yerde qaldi sizin Partiyaya gelmeyim men senin liderini qebul etmirem oda qala senin Partiyan ola.

Kimdən: biteref Haradan: baki
27.08.2010 18:56
hec bir partiyanin uzvu deyilem.amma gelin etiraf eleyek isa bey azerrbaycanda en guclu liderdir.
Cavab

Kimdən: Sahib
27.08.2010 22:12
Absurd bir fikirdir...En guclu lider olub ne edib? Azerbaycanda en guclu lider pezidentdir ki, hamini bir-birine qatib. Onu da kim yola salacaqsa o en guclu lider olacaq...

Kimdən: Roma Haradan: Baki
27.08.2010 17:35
Qardawim fiziki cekiyle ictimai cekini qariwiq salma. Iqbal neheng cussesi ile elbetde ki, indi olke siyasetinde coxlarindan agirdi. Amma ictimai-siyasi ehemiyyetine gore onu Isa Qemberle muqayise kertenkele ile timsahin muqayisesi qeder oxwar ve ugursuzdu. Iqbali ona gore aile uzvleri ile birge hebs etmiwdiler ki, o xeyanet etmiwdi. Bu rejim xeyanetkarlari cox agir cezalandirir. Isa Qemberi qerergahdan Meherrm Eliyevle Oruc Zalov cixarib evine qedr muwaiyet etmiwdiler. Bunun tapwirigi ise prezident aparatindan gelmiwdi. Ona gore yox ki, Isani cox isteyirdiler, ona gore ki, hakimiyyet gozel bilirdi ki, o veziyyetde Iqbaldan ferqli olaraq Isa Qemberi hebs elemek agir neticelere getirib cixara bilerdi. Bunlar hamisi ise Ruwaylonun nezareti ve gosteriwleri ile heyata kecirilirdi.
Cavab

Kimdən: Namiq Haradan: Saratov
28.08.2010 17:44
A kishiler sizin dedikleriniz hech bir-birine uygun gelmir ey... gah deyirsiz onlara ishleyirdi Iqbal bey senari heyata kecirirdi, indi de deyirsiz hakimiyyete xeyanet etmishdi deye cezalandirdilar. Bes onda hakimiyyete ishleyen kimdi? ikinci eger o xeyanet etmishdise hakimiyyete onda yeniden onu niye bagishladilar ve parlamente buraxdilar?az bosh bosh danishin ve size verilen telimatlarla ishlemeyin.. gozunuzu acin gorun her sheyi....

Kimdən: qaqash Haradan: rudin
27.08.2010 02:17
Qardash,oktyabr hadiselerinde Iqbal geldi cixdi Dom sovetin qabagina basladi ssenariye uygun olaraq suarlar soylemeye.Ele bu vaxti da ssenariye uygun olaraq da alfa qruppasi girdi meydana bashladi,camaati denlemeye.Iqbal,qaqash halaldi roluvu lap gozel oynadin,Hezreti Isadan ferqli olaraq. indi ishin gucun necedi? Ramiz emi necedi? MTNde ne var ne yox? Gedib gelirsen o tereflere? hahahahaha
Cavab

Kimdən: Mirsaleh Haradan: Celilabad
27.08.2010 13:43
Qaqash Rudin Iqbal bey hansi suarlari soyledi deye bilersen? yoxsa sen de oturmushdun evde isti cay ice ice YAP telekanalizasiyalarinin dediklerine qulaq asirdin colde soydashlarini polis ve maskalilar itle yedizdirende...
Bosh-bosh danishmayin ve agziniza geleni...hemin meydanda hami olub ve sonra da mehkemede de melum oldu ki hakimiyyet yalandan ne qurashdirsa da hech ne alinmadi ve melum oldu ki orda qanundan kenar hech ne olmayib ve hech bir lider de her hansi shuar seslendirmeyib...
Daldan atilan dash sadece topuga deyer...
Səhifə (2)
    Növbəti