Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:47

Cəmiyyət

Polis monitorinq aparanları saxladı

«Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev
x
«Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev
Şriftin ölçüsünü dəyiş - +
Daşqın bölgəsində alternativ monitorinq aparan «Kür» Vətəndaş Cəmiyyəti nümayəndələrini Sabirabad rayon polisi saxlayıb.

Bu barədə AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev məlumat verib.

Onun sözlərinə görə, avqustun 25-də cəmiyyət üzvlərindən üçü monitorinq aparan zaman rayonun Qaragüney kəndindəki bölməsinə aparılıb. Bir neçə saatdan sonra sərbəst buraxılan cəmiyyət nümayəndələrinə rayonu tərk etmək barədə xəbərdarlıq edilib.
Avqustun 26-da isə rayonu tərk etmədiklərinə görə monitorinq aparanlar yenidən saxlanılıb.

Polis bölməsində onlara bildiriblər ki, apardıqları alternativ monitorinqlər daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı hökumətin yürütdüyü siyasəti gözdən salır:

«Biz isə bildirdik, polislərin bu məsələlərə müdaxilə etməsi qanunsuzdur və biz sadəcə alternativ monitorinq aparırıq və burda hökumətin siyasətinə qarşı hər hansı bir addım atılmır».

Sabirabad rayon polis idarəsində isə bu məsələni nə təsdiq, nə də təkzib ediblər. Sadəcə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Oktay Güləliyevin sözlərinə görə, «Kür» Vətəndaş Cəmiyyəti indiyə qədər daşqınlardan ziyan çəkən 2 mindən çox təsərrüfatda monitorinq aparıblar. Nəticəni monitorinqlər başa çatandan sonra açıqlayacaqlarını deyən Oktay Güləliyevin əlavə edir ki, vətəndaşlar bu sahədə hökumətin işindən razı deyillər.

Monitorinq aparanlar üzləşdikləri problemlə bağlı Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.

Daşqınlardan zərər çəkənlər bir neçə dəfə Bakıda və Sabirabad rayonunda kütləvi etiraz aksiyaları keçiriblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azer Haradan: New York
26.08.2010 17:50
Men cox heyranam bizimkilerin bu ferasatina. Goresen Azerbaycan polisinde ishleyenleri haradan tapib ishe gotururler. Belelerini dunyada gunduz hech chiraqla da tapmaq olmaz.

Kimdən: Heqiqt Haradan: Baki
26.08.2010 14:15
Men basa duse bilmirem ki, Azerbaycanda nevaxt qayda-qanun yaranacaq, polis qayda-qanuna nezaret edir, yoxsa her addim basi butun sahelerde vetendaslarin huquqlarini (kobud)suretde pozmaqla mesquldur.(Polis hara siyaset hara) Selnen elaqeder insanlara kullu miqdarda ziyan deyib,qarsidan soyuq ve sert qis kelir, sabah bu milletin taleyi nece olacaq,bu bedbax millet derdini kime desin,haqqini kimden teleb etsin. Hara baxir dölet rehberi, Azebaycanda haggini teleb edenin axzini yumurlar, dimme-danisma deyirler imkan verin bu memurlar dövleti sökub daxitsinlar. Nevaxta qeder, bunun sonu olmalidir ya yox.