Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:40

Siyasət

Fətullayev hər gün məhkəməyə gedib-gələcək

Şriftin ölçüsünü dəyiş - +
Eynulla Fətullayev bu gündən başlayaraq sentyabrın 1-ə kimi hər gün Bakı Apelyasiya Məhkəməsinə gedib-gələcək. Bu barədə Bakı Apelyasiya Məhkəməsinin avqustun 26-da keçirilən hazırlıq iclasında qərar çıxarılıb.

Eynulla Fətullayev həmin müddət ərzində narkotik maddə ittihamı ilə bağlı Qaradağ Rayon Məhkəməsində gedən iclasların 30 səhifədən ibarət protokollarını oxuyacaq.

Sentyabrın 2-də isə məhkəmə prosesi olacaq.

«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin apelyasiya şikayətində ona bəraət verilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb edir.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Elxan Gurbanov Haradan: Ganja
26.08.2010 15:29
Men basha dushmurem Eynulla neye gore hebsdedir, vergiden yayinma, narkotikden istifade, terrorla hedeleme ve yaxud jurnalist fealiyyetine gore?
Xahish edirem suali Eliyevin pulsuz vekili, Yardimli rayonunu agir seyidi cenab Agayev cavablandirsin.

Kimdən: eynulla Haradan: bomba oglandir
26.08.2010 13:57
teklif edirem ki, gelin her gun biz de Eynulla ile birlikde mehkemeye gedek gelek,yeni milli birlik gosterek.bu da hakimiyyetin yixilmasi ucun lazim olan qigilcim. Neceduuuuu? sadece gerek Eynullanin promoterleri bizi teshkilatlandirsin.

Kimdən: Abdullah Haradan: mexico
26.08.2010 13:54
Xocalidaki vehsheti oz Azerbaycan xalqinin toretdiyini deyen ve bu fikri dunya ictimaiyyetine catdirmaq ucunn ermenilerin eline veren

(xocali.net)

Eynullaya daha derin hokmler oxunmali, dushmene komek eden ozu dushmendir.
Cavab

Kimdən: Məndən Haradan: Meksikad olmayandan
26.08.2010 17:27
Qoçaq 20 yanvar faciəsini azərbaycanliların torətdiyini rəsmi MM -in qərarı ilə təsdiqləyən,cinayətkarlardan əsasını,Primakovu,MM-in tribunasından mudafiə edərək siyahıdan adını çıxaran adam haqqında fikrini söyləyə bilsən pis olmaz.Bəlkə azərbaycanda müharibə getdiyi zaman Naxçıvan rəhbərliyinin ermənilərlə müqavilə baglamasina münasibət bildirəsən?
Cavab

Kimdən: Meksikada yashamayan
26.08.2010 14:41
Meksikada yashamaqla deyil eee, dushuncelerin deyishmesi, eslinde ise formalashmasi lazimdir.