Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:29

Dünya

Ailəni mühafizə, ya ailəylə mübarizə?

Şriftin ölçüsünü dəyiş - +
İran parlamentinin müzakirəsinə hazırlaşdığı yeni qanun layihəsi «Ailəni mühafizə qanunu» adlanır. Amma onu «ailəni mühafizə» yox, «ailəylə mübarizə» qanunu adlandıranlar da var.

ÇOXARVADLILIĞA APARAN QANUN


Çünki bu qanun kişilərə həyat yoldaşının icazəsi olmadan, ikinci arvad almağa icazə verir. Və bunu guya ki ailənin qorunması naminə edildiyini iddia edir. İranda şəriətə görə, 4 arvad almağa imkan verilir, amma bundan ötrü arvadların icazəsi lazımdır. Yeni qanunda isə qadının icazəsi tələb edilmir.

İranlı Nobel mükafatı laureatı, hüquqşünas Şirin Ebadi də qanunun əleydarlarındandır.

O deyir ki, «Bu qanun qadını öz evlilik münasibətləri və hisslərini başqa bir qadınla bölüşməyə məcbur edir. Bu zaman ona hətta boşanmaq hüququ da tanınmır. Bu, İran qadınlarının hamılıqla qarşı çıxdığı məqamlardandır».
Şirin Ebadi


QANUN LAYİHƏSİNƏ QARŞI ÇIXANLAR YA TUTULUB, YA QAÇIB

Hüquq-müdafiəçilərinin fikrincə, qanunun indi ortaya çıxması da təsadüfi deyil. Çünki bu layihə heç də yeni deyil. İlk dəfə 2007-ci ildə Mahmud Əhmədinejat hökuməti bu qanunu parlamentin müzakirəsinə təqdim etmişdi. Amma o vaxt hüquq-müdafiəçiləri icimai etiraz dalğası təşkil elədilər və qanun layihəsi geri çağırıldı. Amma indi o hüquq-müafiəçilərinin çoxu ya ötənilki seçkisonrası olaylara görə həbs olunub, ya da ölkədən qaçıb.

İranda qalan hüquq-müdafiəçisi Fatimı Govarayi deyir ki,

«Bir il əvvəlki olaylardan sonra tökülən qan artıq yuyulub. İran cəmiyyəti çox sərt repressiyalar altında yaşayır. Rejim, o cümlədən parlament bu vəziyyəti dəyərləndirmək istəyirlər, çünki bilirlər ki, 2008-ci ildəki kimi ictimai etiraz dalğasıyla raşılaşan deyillər».

ƏRƏ GETMƏK İSTƏYƏN QADINLARA YAŞIL İŞIQ?

Asiyə Əmini deyir ki, yeni dəyişikliklər qanunu daha pis hala salıb
O ki qaldı qanun layihəsinin detallarına, layihə müəllifləri iddia edirlər ki, yeni qanun islamın prinsiplərinə daha uyğun olacaq. Qanunu dəstəkləyən deputatlardan Məhəmməd Dehqan deyir ki, bu qanun baqaş arvadların icazəsi olmadığı üçün ərə gedə bilməyən qadın və qızlara yol açacaq.

Amma prezidentliyə keçmiş namizəd, islahatçı Mir Hüseyn Musəvinin xanımı Zəhra Rəhnavərd ötən həftə bu qanunun ailənin təməllərini sarsacağını deyib. və faktiki olaraq çox arvadlılıq üçün bəhanələri əsaslandırdığını deyib.

İndi Norveçə mühacirət edən hüquq-müdafiçisi Asiye Əmininin sözlərinə görə, bu qanuna 2008-dən bu ayana daha 10 əlavə də edilib. Bu əlavələr layihəni daha bərbad günə salıb.

KİŞİNİN MEYLİ BAŞQA QADIN ÇƏKƏRSƏ…


Məsələn, layihəyə görə, əgər qadın nəsə bir vərdişə qurşanarsa, ya nəyəsə aludə olarsa, bir müddətliyə əriylə intim münasibətlərə girə bilməyəcək qədər xəstələnərsə, ya sonsuz olarsa, həta evindən hansısa səbəbdən 6 ay uzaq qalarsa əriz onun icazəsi olmadan başqa arvad ala bilər.

Əmini isə deyir ki, bütün bunlar ancaq kişinin bəhanələrini əsaslandırır və qadına qarşı ayrıseçkilikdir.

«Bəs birdən kişi ehtirasını cilovlaya bilmirsə, gözü orda-burdadırsa, ailə necə olacaq? Niyə qanun bu suala savab vermir? Bəlkə elə kişi sonsuzdur, ya öz qadının istəmir, ya bəlkə sadəcə meyli başqa şey istəyidiyi üçün başqasına gedirsə, onda ailə necə olsun? Arvadı və uşaqları necə olsun? Qısacası, bu qanun başdan ayağa kişinin seksual və başqa istəklərini qarşılamaq üçün yazılıb».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fatime Haradan: baki
16.09.2010 17:44
Iranda ganunlara edilen elave ve deyishiklikler menim yadima , Azerbaycanda ganuna edilen elave ve deyishiklikleri saldi!

Nece de oxshar mexanizmdir!

Bir sozle hansi diktatora ve ya bashiyelliye ne serf edirse onu da tutub ganuna elave edir!!


Kimdən: Rüstem Haradan: Budapest
28.08.2010 01:58
Menim ezizlerim! Iranda molla rejimi cökdürülmese orada yasayan 30 milyon azeriler,20 milyondan cox farslar ve basga milletler hec zaman bu amansiz,hec bir yerde analogu olmayan gurlusdan canlarini gurtara bilmeyecekler.Bu geddar rejimin de sonuna yaxinlasir.Geci-tezi var.Cox cekmeyecek ki,Amerika bu rejimi de cökdürecek.Bir rejimde ki,gadini,kisini dasgalag edib insanlarin gözü önünde öldürürler bu rejimin yer üzünden silinmesi cok cekmez.Buna basga demokratik dövletler cox sebr göstermezler.Hag-edalet ve demokratiya orda da bergerar olunar.Buna ise ancag xarici müdaxilenin kömeyi lazimdir.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
26.08.2010 14:18
Sevindirici haldır ki,ilden-ile İSLAM dinini qebul edenlerin sayı dünyada artır.Çox teessüf ki,İran adlanan ölkeni yöneldenler dinimizin üzerinden siyaset yapırlar.Ve Belelikle gözel Dinimize zerbe vururlar.Nece de Mürşüdüm gözel deyib:İslama qılıncla uduzan parslar,
Daima qelemle zerbe vurmuşlar

Kimdən: Abdullah Haradan: mexico
26.08.2010 13:51
oz heyat yoldasindan icaze almayaraq diger qadin(lar)la evlenen kishiye qarsi nece olacaq birinci arvadin munasibeti?
Belkem de o da ya aciq ya da gizlice oz maddi ve diger ehtiyaclarini temin elemek ucun bir qadin fitretinin gereyi bashqa kishinin himayesine girmeye calishacaq,
Bu da onun dash qalaq olmasina qeder gelib cixacaq.
Bu Islam maskali Iran rehberliyi, nuveye deyil, goydeki aya bele sahib olsa,oz insanlarinin Allahin Haqq yolundan uzaqlashmamagina hec vaxt sahib ola bilmeyecek bele sersem ishlerle.

Kimdən: Agil Haradan: Baki
26.08.2010 13:18
Iran muharibeye hazirlashir. Muharibede dul qalmish qadinlari ere getmesini dini ve qanuni olaraq indiden senedleshdirir.

Kimdən: Burhan
26.08.2010 13:13
İranla bağlı olan mövzuları tam olaraq İslama bağlamaq doğru olmazdı.Çünki,əslinə baxsaq çox məsələdə İran digər müsəlman ölkələrindən seçilir.Dini siyasətçilərin və fitnəkarların alət vasitəsi eləmək olmaz.Kim İslamı öyrənmək və bilmək istəyirsə Quranı və onun təfsirini öyrənsin.Məhz bunun sayəsində bir çox qərb ölkələrində minlərlə insanlar İslama üz tuturlar.İnsanların davranışları bu yolda bizə əsas nümunə olmamalıdır.Əsas olan odur ki,biz əsasa,qaynağa baxaq.
Cavab

Kimdən: Emil Haradan: Baki
26.08.2010 14:32
Ay kishi,
Hansisa bir eybecer hal cixan kimi, onu islamla baglamaq olmaz. Bes neyi baglasinlar?? Bunlar hamisi Sherietin aliliyi olan olkelerde belke bash vermir ?? Belke Islam dediyiniz ideologiyanin yaratdigi negativler deyil ???
Bir shey bash veren kimi, ISLAM-in positivliyinden danishirsiz.Bes negativ terefleri ?? Negativ terefleri ele bugunku gunumuzde butun SHERQ Sivilizasiyasinin inkisafdan,elmden saxlamasidir. Insanlarda bir birine nifret,qorxu hissinin yaranmasina, haqqlarin taptalanmasina ISLAM dediyininz ideologiya xidmet edir.Onun adi altinda Saudi Erebistanda zorlanmis qadina, Mehkeme gunahi qadinda gorerek ceza verir, onun adi altinda pakistanda 2 qardashi guhani olmadan dashlayirlar, ona gore Indoneziyada qadinin bir stekan piyve icdiyine gore qadini asirlar ve milyonlarca orta esr mentiqine mexsus hereketler...Bele de olmaz.Insan meneviyyatina, heyatina, insan deyerine hormet etmeyen din, ALLAHDAN ola bilmez.
Islam, gunumuzde insanlarda qorxu hissi yaradir, Dini olkelerde, insanlar dine nifret edir, gormeye gozleri yoxdur..ZULM getiren Din Allahdan ola biler mi ? Insanlarin heyatini puc eleyen DIN ve DININ perdesi altinda gizlenen Dindar reformatorlar ne vaxta qeder Sherq Cemiyyetleriinin bashina oyunlar getirecekler ???
Allah bir gun bu DINDARLARIN hamisinin belasini verecek ve bu Cehenneme son qoyulacaq, ve Sherq yeninden inkisafa bashlayacaq.
Cavab

Kimdən: Burhan
28.08.2010 18:27
Danışanda gərək nə və nədən danışdığını biləsən və bilmədiyin sözləri yazmayasan.Sən axı İslam haqqında nə bilirsən?
Gördüyün mənzərələr və hallar insanların əməlləridir və ona baxış da hər kəs də fərqlidir.Sənə ən azından biraz elmini artırmağı məsləhət görürəm və misal olaraq bu günlərdə türk kanallarında sühur və iftar vaxtı gedən verilişlərə baxmağı məsləhət görürəm.
Təəsüf ki,bəzi insanlar öz dəyərlərindən və kimliklərindən uzaq düşüblər.
Cavab

Kimdən: Anonim Haradan: Göydən
26.08.2010 18:10
Maraqlıdır, İslam haqda bilən də, bilməyən də danışır. Ay qardaş sənin heç İslam haqda anlayışın varmı? İslam bir tərəfdən mənəviyyatı inkişaf etdirirsə də digər tərəfdən elmi inkişafı stimullaşdırır. İslam heç zaman elmdən kənar olmayıb, olmayacaq da. Bu gün şərq ölkələrini bu vəziyyətə qoyan İslam yox qərb dövlətlərinin hiyləgər siyasətləridir, İslam yox.
Cavab

Kimdən: Emil Orling
26.08.2010 14:10
Size kim deyibse ki, qerb olkelerinde minlerle insan islama uz tutur, yalan deyib inanmayin.