Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:37

Xüsusi layihələr / Seçkilər-2010

ALP seçkiyə VİP-lə gedir

Şriftin ölçüsünü dəyiş - +
Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası da seçkiyə birgə gedir. İki partiya arasında belə bir qərar avqustun 25-də qəbul olunub. Partiyalar hələ ki birləşdirkləri seçki blokunun adını açıqlamırlar.

ALP-nin sədr əvəzi Əvəz Temirxanın AzadlıqRadiosuna verdiyi məlumata görə, iki partiya artıq 70-dən çox seçki dairəsində birgə namizədlərin irəli sürülməsi ilə bağlı razıllığa gəlib.

«Biz bütün dairələrdə razılığa gəlməyə çalışacağır və biz hər hansı dairədən iki namizədlə seçkiyə qatılmayacağıq», - deyə Əvəz Temirxan bildirib.

Hələ ki seçkiyə birgə getməklə bağlı partiyalar iki-iki birləşir. Ötən gün həm də Ümid Partiyası ilə Azərbaycan Demokrat partiyası (ADP) «Qarabağ» Seçki bloku adlı altında birgə seçkiyə qatılmaq barədə qərar qəbul edib. Bu iki partiya indiyə qədər birgə namizədlərlə bağlı 91 dairə seçki komissiyasında razılığa gəliblər və daha 20 dairədə belə bir addımın atılması ilə bağlı iş gedir.

Bundan əvvəl AXCP ilə Müsavat partiyası da seçkiyə birgə namizədlər irəli sürülməsilə bağlı razılıq əldə ediblər. İndiyə qədər iki partiya 77 dairədə razılığa gəlib. AXCP sədrinin müavinin Fuad Qəhrəmanlının AzadlıqRadiosuna dediyinə görə, qalan dairələrdə razılıq əldə olunandan sonra seçki blokun adını açıqlayacaqlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mir Azər Haradan: Bakı
30.08.2010 15:27
Ay Azadlıq !Ən çox sevdiyim tribunasan.Ona görə ki,sənin səhifələrini izləyərkən çox nəticələr çıxarmaq olur. Məsələn son zamanlar müxalifət partiyalarının seçkilərə hazırlıq mövzusundakı yazılar bəzi mətləbləri üzə çıxarır.Seçki blokları yaranmaqdadır.Bu bloklara verilən reaksiya elə bilki,sizin keçirdiyiniz exit-pool-dur.Hər blokun populyarlığını təyin etmək mümkündür.Akif bəlkə də bunun fərqinə varmır.Tahir düz deyir.Çox siyasətçilərin sözləri uzun vaxt kəsiyindən sonra belə unudulmur.”Kişi səhərəcən yatmayıb,xalqı fikirləşib”.
Cavab

Kimdən: Akif Haradan: Bakı
31.08.2010 22:24
"Kişi səhərəcən yatmayıb, xalqı fikirləşib" ifadəsi məhz Lalə xanım Hacıyevaya aiddir. Mən xahiş edirəm sizin kimi düşünən vətəndaşlar bu xanımın həyat və fəaliyyəti ilə maraqlanın və ondan sonra onun haqqında şərhinizi verin. Yalnız onu demək kifayətdir ki, o Heydər Əliyev hakimiyyətinin ilk yüksək vəzifəli şəxsi oldu. Cəmi 6 ay işlədikdən sonra o Heydər Əliyev siyasətinin böyük uzaqgörənliklə ölkəmizin korrupsiyaya uğrayadacağını, xalqın həyatının getdikcə ağırlaşacağını öz istefa ərizəsini yazaraq vəzifəsindən istefa verdi. O həmin dövrdə, yəni 1993-cü ilin ikinci yarısında Qarabağ uğrunda gedən savaş vaxtı qorxmadan ön cəbhəyə gedən və əsgərlərlə səngərdə birgə yemək yeyən yeganə vəzifəli şəxs olmuşdur. O həm alim həkim, həm də filosofdur və bildiyimə görə o 5 əcnəbi dil bilir. Mən bitərəf vətəndaş kimi Qarabağ problemini həll edə bilən, ölkəmizi korrupsiya bataqlığından çıxamarğa və xalqı rəzalətdən xilas etməyə qadir yeganə lider məhz bu xanımı görürəm.
Olduqca təvazökar, gördüyü işləri reklam etməyi xoşlamayan bu xanımın həyat və fəaliyyəti haqqında geniş məlumat əldə etsəniz, mən əminəm ki, arxasında elektoratının olmamasını düşünənlərin Lalə xanıma münasibətləri
tamamilə dəyişəcəkdir.

Kimdən: hemid Haradan: quba
30.08.2010 13:47
uqur olsun lale eli birliyi ebedi!!!!! aciq olsun

Kimdən: Akif Haradan: Bakı
27.08.2010 21:50
Mən hər iki partiyaya uğurlar arzulayıram! Eyni zamanda arzum budur ki, 2013-cü il prezident seçkilərində Lalə xanım Hacıyevə Azərbaycanın Prezidenti seçilsin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Cavab

Kimdən: Tahir Haradan: Baki
30.08.2010 13:51
Sizlərə baxanda yadıma gürcü lətifələri düşür. Bir gürcü o biri gürcüdən soruşur: Sən mənə hörmət edirsən? O birisi cavab verir Bəli!. Sonra ikincisi soruşur: -Bəs sən necə, mənə hörmət edirsən? -Başqa cürə ola bilməz- cavabı alır.. Birinci yenidən soruşur: Onda biz necə adamlarıq?
-Çox hörmətli!
İki cüt bir tək adamı olmayan Laləni prezident qiyafəsində görmək istəyən Akif, xalqın indiyə qədər yadından “ Kişi səhərə qədər yatmayıb, xalqı düşünüb!” frazası yadından çıxmayıb.

Kimdən: Qaqa
26.08.2010 15:26
Helelik iki-iki qruplashmalar gedir.Bes axiri.Axirda hamisi bir yerde dairelerde numayendeleri saf-curuk edib,bir yerde seckiye getseler,he onda seckiye oxshayan nese bash vere biler.Yoxsa bu parakendelikle hec bir sheye nail olmaq olmaz.Cunki cemiyyetin ozunde bir passivlik var. Ve bu passivlikden istifade eden "hansi qurulush yaratmaq istediyin bilmeyen" rejim cox gozel behrelenecek.Axirda da yenede xalqin icerisinde olan-qalan nufuz bir az da itirilecek.Ister secki blokunun adini Qarabag qoy,ister Zengezur qoy hec neyi deyishmeyecek.