Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:43

Siyasət

«Fətullayevin namizədliyinə maneə yoxdur»

x
Şriftin ölçüsünü dəyiş - +
«Eynulla Fətullayevin deputatlığını irəli sürməsi üçün maneə yoxdur». Bunu AzadlıqRadiosuna həbsdə olan jurnalistin vəkillərindən biri Elçin Sadıqov deyib.

Vəkilin sözlərinə görə, Azərbaycan Konstitusiyasının 85-ci maddəsində göstərilir ki, ağır cinayətlərə görə məhkum olunmuş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəza çəkən şəxslər Milli Məclisə deputatlığına namizədliyini irəli sürə bilməz. Amma vəkil deyir ki, Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmün əsasızlığı barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarı olduğundan vəziyyət jurnalistin xeyrinə dəyişib.

«2010-ci il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Ağır Cinayətlərə dair Məhkəmənin 2007-ci il oktyabrın 30-da çıxardığı hokumü əsasız hesab etdiyindən və jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı qərar çıxardığından, bundan başqa narkotika ittihamı ilə bağlı məsələdə Qaradağ rayon məhkəməsi Eynulla Fətullayev haqqında 2 il 6 aylıq azadlıqdan məhrum etmə cəzası çıxaranda Ağır Cinayərlərə dair İşlər üzrə Məhkəmənin hökmün hüquqi nəticələrini nəzərə almayıb».

Avqustun 24-də jurnalistlərə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirb ki, Eynulla Fətullayev namizəddliyini irəli sürə bilməz. Fərhad Abdullayev bunu Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərardan Azərbaycan tərəfinin Böyük Palataya verdiyi şikayətlə bağlı hələ bir nəticənin olmaması ilə əlaqələndirib.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.
Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu bildirib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anonim
27.08.2010 02:02
Indiye kimi Eynullani, Ayaz Mutellibov maliyeleshdirirmish.Ayazinda pulu artiq bitmek uzredir ,bashlayib hakimiyyete yaltaqlanmaqa ki, vetene gelsin.
Daha dushunmur Ayaz Muttellibov VETENE DÖNE BILMEYECEK XALQ ONUN ADININ USTUNDEN QARA XETT CEKMISH

Kimdən: kilimci Haradan: qoshqar bulagi
26.08.2010 01:56
oguldu,Eynulla F. SEn qerdushum,yemeye corek tapcaqsan.Halaldi.Alemi vurmusan bir birine,olmusan hakimiyyet ucun bash belasi.Sukani bele saxla! Ancaq senin qezetin ucun yaman nostalji hissler kecirirem.Hec kimin gozlemediyi vaxt cixib dedin ki, Tamerlan Qarayev " O "dir. Sonra da dedin ki,Xocali da "bizimkiler"in de eli var. O vaxt bu ssenarini dushunmek her kishinin ishi deyildi.Senin bu mesleye temel qoyman Qarabag meselesine dair hele cox metleblere aydinliq verecek. Sebrli ol,bir iki il de doz.Arxanca gelirik.mirshahine de fikir verme.Onu bir defe ele pis soyubler ki,bilmir indi o soyuhslerin qisasini kimden cixsin.Amma deyim ki,onun verilishi seni yeniden gundeme qaytardi. Sen 2013 cu ile qeder prezidentliye bele namizad ola bilersen,ancaq agilli terpensen. Nece deyerler sebr eden dervish, muradina ermish

Kimdən: türkün fədaisi
25.08.2010 17:59
Eynulla bu gün azərbaycanda ən xarizmalı və savadlı şəxsiyyətdir. O nəinki deputatlığa hətta prezidentliyə namizədliyin versə və seçkilər obyektiv keçsə böyük səs çoxluğu ilədigər namizədləri geridə qoyar.

Kimdən: Abu Abdullah Haradan: Baki
25.08.2010 17:55
Ilya bey... Yaradana Istehza edirsen... Onsuzda butun yaradilanlar kimi, senin de sonun olumdur. Onda vereceyin cavabi dushun ve bir an once tovbe et! eynullanin derdi sene qalmayib, nece ki, milletin de derdi eynullaya qalmayib...
Cavab

Kimdən: ilya Haradan: piter
25.08.2010 21:45
Abu Abdullah Bey, geryrem ki Sizde menimkimi ne milletin nede Eynullanin agibetinden coxda perishan olmursiz. galdi ki istezaya , dine zor yoxdur ve men ateist olmaga haggim var,

Kimdən: fatime Haradan: baki
25.08.2010 17:38
eger hakimiyyet, bu defe de Eynullaya sunu manee yaratsa, onun sechilme imkaninin garshisi muxtelif yollarla alinsa, bu Azerbaycan hokumetinin novbeti biyabirchiligi ve Azerrbaycanin imicine novbeti zerbe olacagdir. Ve novbeti defe Azerbaycanda hech bir azadligin ve ganunun olmadiginin subutu olacagdir.

Kimdən: Ilya Haradan: Piter
25.08.2010 17:07
Eynulla beyin vekillerine meslehet gererdim ki shikayeti , bizi yaradan Allaha yazsinlar. Onsuzda bizim ish galib Allaha.ordanda ses cixmasa ...

Kimdən: Muxalif Haradan: Baki
25.08.2010 16:43
Başından basmağa və dilinə kəsməyə çalışırlar bunlara qarşı çıxanların...Fətullayev-ə bu qərarı kəsən məhkəmə sədrinin özünün barmaqlıqlar ardında yatmağı gərəkdir.
Cavab

Kimdən: Anonim
25.08.2010 17:40
hakim neylesin? ona da bu tapshirigi veribler. Elemese ozu Eynullanin veziyyetinde ola biler. Ve ya ishsiz kuchelerde veyillener.