Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:41

Xüsusi layihələr / Seçkilər-2010

Yeni seçki bloku yarandı

Parlament seçkiləri ilə bağlı daha bir blok yarandı
x
Parlament seçkiləri ilə bağlı daha bir blok yarandı
Şriftin ölçüsünü dəyiş - +
ADP və «Ümid» parlament seçkilərinə birlikdə gedir. Bu birlik «Qarabağ» Seçki Bloku adlanır.

Avqustun 25-də «Ümid» Partiyası ilə Azərbaycan Demokrat Partiyası (ADP) «Qarabağ» Seçki Bloku adı altında birgə seçkiyə qatılmaq barədə qərar qəbul edib.

ADP sədri Sərdar Cəlaloğlunun AzadlıqRadiosuna verdiyi məlumata görə, qəbul olunan qərarla bağlı artıq partiyaların müvafiq strukturları bu gündən fəaliyyətə başlayıblar.

Sərdar Cəlaloğlu
Cəlaloğlunun dediyinə görə, indiyə qədər iki partiya arasında birgə namizədlərlə bağlı 91 dairədə razılığa gəlinib və daha 20 dairədə belə bir addımın atılması ilə bağlı iş aparılır.

Bundan əvvəl AXCP ilə Müsavat Partiyası da seçkiyə birgə getməklə bağlı razılıq əldə ediblər. İndiyə qədər iki partiya 75 dairədə razılığa gəlib. AXCP sədrinin müavinin Fuad Qəhrəmanlının AzadlıqRadiosuna dediyinə görə, qalan dairələrdə razılıq əldə olunandan sonra seçkiyə qatılacaq blokun adını açıqlayacaqlar.

Azərbaycanda parlament seçkilərinin bu ilin noyabrında keçirilməsi gözlənilir
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ordan Haradan: burdan
25.08.2010 16:45
Koroglu aldi eline kalashinkovu part-part-parrt nooldu hechne)))
Cavab

Kimdən: Arif Aliyev Haradan: Baki
26.08.2010 12:06
Koroglunun vaxtinda kalashnikov yoxdu, hec o nagillar da bize lazim deyil. Bize real mubarize aparan insanlar lazimdi, nagil danishanlar yox. O uzuden Umid ve ADP ni teqdir edirem ve onlara esq olsun deyirem. Onlari qetiyyetli addimi nehayet ki diger muxalif partiyalari da qeti qerar vermeye sovq edecek