Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:04

Bloqlar / Elxan Şahinoğlu

49 illik hərbi saziş təhlükəlidir, yoxsa bir günlüyünə açılan sərhəd?

Tutaq ki, Türkiyə-Ermənistan sərhədi bir günlüyünə açıldı. Bu halda Azərbaycan hakimiyyətinin iki reaksiyası mümkündür:
x
Tutaq ki, Türkiyə-Ermənistan sərhədi bir günlüyünə açıldı. Bu halda Azərbaycan hakimiyyətinin iki reaksiyası mümkündür:
Şriftin ölçüsünü dəyiş - +
Rusiya ilə Ermənistan arasında imzalanan hərbi anlaşmaya rəsmi Bakının münasibəti sərtliyi ilə seçilmədi. Uzaqbaşı onu dedilər ki, Azərbaycan torpaqlarını işğal edən dövlətlə imzalanan hərbi saziş Rusiyanın vasitəçiliyini şübhə altına ala bilər.

Ancaq iqtidar təmsilçilərindən heç kəs demədi ki, bu əməlinə görə, yəni Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyini itirdiyi üçün Moskvanın vasitəçiliyindən imtina etmək lazımdır. Əksinə Rusiya prezidenti Dmitri Medvedevin sentyabrda Bakıya səfərini gözləməyi lazım bilənlər tapıldı. Sanki Medvedev Bakıda Ermənistanla imzaladığı sazişdən imtina edəcəkmiş və ya Gümrüdəki hərbi bazadakı silahların Ermənistanın xidmətində dayanmayacağını vəd verəcəkmiş.

ANKARANI ƏVVƏLCƏDƏN XƏBƏRDAR EDİRLƏR, KREMLƏ İSƏ SÖZLƏRİNİ SONRA DEYİRLƏR

Rusiyanın ünvanına ifadələrini seçməkdə diqqətli olan rəsmilərimiz söhbət Azərbaycanın strateji müttəfiqi Türkiyəyə gələndə isə sağa-sola açıqlamalar verməkdən çəkinmirlər. NATO sentyabrda Ermənistanda təlimlər keçirəcək və həmin təlimlərə yüklərin bir hissəsinin Türkiyə üzərindən daşınması planlaşdırılıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bununla bağlı olaraq fikrini çox qəti şəkildə ifadə edib: «Türkiyə Ermənistanla sərhədi nəinki birgünlük, hətta bir saatlıq da açmamalıdır».

HANSI TƏHLÜKƏLİDİR?

Mübariz Qurbanlı
Mübariz Qurbanlının fikrincə, bir günlük və ya bir saatlıq sərhədin açılması gələcəkdə davamlı hal ala bilər. Prezident Administrasiyasının ictimai-siyasət şöbəsinin müdiri Əli Həsənov da təxminən eyni mövqedən çıxış edib.

Türkiyə-Ermənistan sərhədinin açılmasının işğalçı rejiminin bir az daha əl-qolunun açılmasına imkan verəcəyini və bunun Ermənistanın danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacağını deyən Əli Həsənov rəsmi Bakının mövqeyini Türkiyə rəsmilərinin diqqətinə çatdırıldığını vurğulayıb.

Görəsən, Azərbaycan üçün Ermənistanın müdafiəsini və bu dövlətə yeni silahların verilməsini təmin edən Rusiya ilə imzalanan saziş daha təhlükəlidir, yoxsa Türkiyə-Ermənistan sərhədinin bir günlüyə açılması?

Sülh danışıqlarında Ermənistanı qeyri-konstruktiv mövqeyə 49 illiyinə uzanan hərbi saziş yuvarlandırar, yoxsa bir günlüyünə açılan sərhəd?

Daha bir sual: Ermənistanla sərhədin bir günlüyünə açılmasını mənfi qarşılayacağını əvvəlcədən Türkiyə rəsmilərinin diqqətinə çatdıran rəsmi Bakı nədən imzalanacağı əvvəlcədən bəlli olan Rusiya-Ermənistan hərbi sazişinə mənfi münasibət bəslədiyini Kremlin diqqətinə çatdırmayıb?

RƏSMİ BAKININ SƏRHƏDİN AÇILMASINA REAKSİYASI NECƏ OLACAQ?


Göründüyü kimi, Türkiyə-Ermənistan sərhədinin bir günlüyünə açılması ehtimalı rəsmi Bakını daha çox narahat edib.

Təsadüfi deyil ki, Türkiyə prezidenti Abdulla Gülə Bakıdakı mətbuat konfransında ilk verilən sual məhz NATO təlimləri dolayısı ilə Ermənistanla sərhədin açılıb-acılmaması ilə bağlı idi.

Abdullah Gülün suala ümumi sözlərlə cavab verməsi və bir neçə gün sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın müsahibəsində «Türkiyə-Ermənistan sərhədinin istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant olaraq dəyərləndirilir» deməsi hər halda ondan xəbər verir ki, Ankara NATO təlimləri çərçivəsində Ermənistanla qısa müddətə sərhədi aça bilər.

İlham Əliyev Abdullah Gullə görüşür - 16 avqust 2010
Tutaq ki, Türkiyə-Ermənistan sərhədi bir günlüyünə açıldı.

RƏSMİ BAKI TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRƏ XƏLƏL GƏTİRƏN ADDIMLARDAN ÇƏKİNMƏLİDİR


Bu halda Azərbaycan hakimiyyətinin iki reaksiyası mümkündür: rəsmi Bakı ya Ankaranın bu qərarına sərt mövqe nümayiş etdirəcək, ya da soyuqqanlı davranaraq Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədinin açılmasının davamlı hala gəlməyəcəyinə dair açıqlama verəcək.

Sərt mövqe Türkiyə-Azərbaycan münasibətlərinin yenidən ötən ilki gərginliyə sürüklənməsi demək olacaq ki, bu da yalnız Rusiya ilə Ermənistanın maraqlarına uyğundur.

Onsuz da Azərbaycan artan Rusiya-Ermənistan hərbi tandeminə qarşı təklənib, üstəgəl tək strateji müttəfiqi olan Türkiyə ilə də münasibətləri gərginləşdirməyə rəvac versə, vəziyyətimiz daha ağırlaşacaq.

Odur ki, məntiqlə rəsmi Bakı Türkiyə ilə münasibətlərə xələl gətirən addımlardan çəkinməlidir. Ancaq bunun üçün məntiqin özünə üstünlük verilməlidir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Musteqil Haradan: Baki
30.08.2010 06:21
Mubariz Qurbanli ve Eli Hesenov öz fikirlerinde qalsinlar cunku onlar hakimiyyet hansi havani calsa onlar oynayacaq.Bu onlarin sexsi fikiri deyildir.Bu sexsler hemishe sifarishi qebul edir ve sonra rey söyleyirler.
Menim fikirimce burda her iki sazish tehlukeli ola biler.Lakin bu gun Turk dövleti serhedlerin acilmasinda, xeyanet kimi qiymetlendirmek olar.
Turk dövleti Ermenistan dövletinin qarshisinda shertler ireli surmeli.Eger bu shertleri Ermeni dövbleti qebul ederse onda serhedlerin acilmasinda raziliq elde etmek olar.
1.En önemli shertlerden biri Ermenistan dövleti,uydurma soyqrimdan el cekerek,ehtiraf etmelidir,bir daha bele bir meselenin qaldirilmasi Ermenistan terefinden olmayacaq.
2.Azerbaycanin Dagliq Qarabaq torpaqlari qeyri shertsiz ishgaldan azad olmali.Azerbaycan qacqinlari yerine qayitmali.
Bu shertlerden sonra 49 illik herbi sazishin tehlukesi özu- özune quvveden dusherek öz kefiyyetini itirecek.Sual dogrqar bu nece ola biler?
Elbetde siyasi savadi olan bunu basha dushmeli ,nece kefiyyetini itirecek.
Eger Turk dövleti bu shertleri ireli sumeyerse,serhedleri acarsa Azerbaycani her iki dövlet terefinden tehluke gözleye biler.

Kimdən: YUSIF OĞLU Haradan: bakı
28.08.2010 21:58
Kim deyərki bicanədi.rus-erməni sazişinə mükafat olaraq 18 mln RUSLARIN borcunu silməklə onlara tutarlı cavab verildi.Qoy ermənilər yana- yana qalsınlar.Nə olsun ki.minimal əmək haqqı 75 manatdır, dözümli xalq dözər!!

Kimdən: Mehman Haradan: Bakı
28.08.2010 14:48
Ay .......... imkan verin Türkiyə ermənistanla sərhədlərini açsın,25-30 ildən sonra ermənistandan heç nə qalmayacaq.Gərək sizə hər şey deyilsin?

Kimdən: Alverci Haradan: Bazarbaycan
27.08.2010 14:06
Biz Rusiyadan hec ne isteye bilmerik, cunki bilirik ki, eger bize vermek istemese ya hec saymazyana dillenmeyecek, ya da en yaxshi halda "yox" deyecek. Turkiye ise bize dogma oldugu ucun erkimiz catir

Kimdən: Ruslan Haradan: Gence
26.08.2010 11:26
Basa duse bilmirem ki biz her meselde, yeni serhelrin acilmasinda daim turkiyeye ismaric gonderirki,? niye belke bizim gucumuz ele Turkiyeye catir.... Ayibdi vallah

Kimdən: azixantrop Haradan: Naxcivan XAnligi
26.08.2010 02:11
bu hakimiyyetin bashi lap xarab olub.Durub Turkiyeye meydan oxuyur.Deyesen yemi,nefti artiq dushub bunlarin.Ala gedin ishiviznen neftivizi alib satmaqla bmeshqul olun.Siz hara Turkiye hara.kishilerin 600 ilden cox butun dunyani lerzeye salan imperialist tarixi var,siyaseti var.Gor kim Turkiyeye siyaset orgedir. A kishi cixin gedin huceyreviz girmiyen sohbete neftivizi soxmuyun.Meger Turkiye bilmir Qafqazda ne siyaset yurutmek lazimdir? Yalandan ozunuzu vetenperver kimi gosterib iki qardash arasina nifaq salmayin. onsuz da millet bilir siz rus ashiqi ve rus nokerisiniz.Yoxsa durmusuz bag bele bostan bele.onda turkiyede deyecek bele qeyretli oglansan ay filankes get torpagivi al.Ala bilmirsen imkan ver 100 iller boyu olculub bicilmish siyasetimizi yeridek.Qirilin da,qaerdushum

Kimdən: bakili Haradan: baki
25.08.2010 22:21
Gucumuz ele Turkiyeye catir. Rusiyadan ise qorxuruq. Cox sade bir realliq.

Kimdən: Yusif oqlu Haradan: Baki
25.08.2010 19:58
Allah xatirina dunyada Analoqu olmayan siyasi bashcimiza aqil vermayin, O yerin altini da bilir ustunuda!