Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:40

Rubrikalar / Mətbuat icmalı

Heydər Əliyev Fondu haqqında nə yazırlar?

Heydər Əliyev Fondunun binası
x
Heydər Əliyev Fondunun binası
Şriftin ölçüsünü dəyiş - +
Avqustun 26-da Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür.

Avqustun 25-də rəsmi dövlət qəzeti olan «Azərbaycan» Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bir neçə yazı dərc edib.

BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Zahid Cəfərov

İNSAN HÜQUQ VƏ AZADLIQLARININ ETİBARLI HAMİSİ

başlıqlı yazısını belə başlayır:

«Bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyilləri özünü nə qədər qabarıq göstərsə də, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər mənəvi təsir gücünu qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq, humanizm müasir qloballaşma dövründə də insanlığın ən ali, ülvi, müqəddəs dəyərlərindən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini və siyasi ideyalarını təşviq edən Heydər Əliyev Fondu da məhz bu mənəvi ideallara tapınmaqla ötən 6 ildə cəmiyyətin yüksək rəğbətini, etimadını qazanmışdır.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya Heydər Əliyev mükafatı təqdim edir

Fond ulu öndərin sosial-iqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siyasi kursunun dərindən öyrənilməsinə və həyata keçirilməsinə layiqli töhfələr verir. Ulu öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən insanpərvərlik və humanizm ideallarından çıxış edən Fondun başlıca məramlarından biri qayğı və yardıma ehtiyacı olanlara hərtərəfli köməyin göstərilməsidir».

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov isə

AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN CARÇISI başlıqlı məqaləsində qeyd edir:

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz «hücumçu diplomatiya»dır. Bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönündə yaxşı imkanlar qazanmışdır.

Ölkəyə rəhbərlik etdiyi son 7 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək: «Biz müdafiədə deyil, hücumda olmalıyıq!» - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır».

Azərbaycan qəzetində tarix elmləri üzrə fəlsəfə doktoru, 46 saylı məktəbin direktoru Sevinc Budaqovanın

MİLLİ-MƏNƏVİ YÜKSƏLİŞƏ XİDMƏT EDƏN MİSSİYA 
başlıqlı məqaləsi də dərc olunub. Məqalədə deyilir:

«Bu gün dünyada elə xalq tapmaq çətindir ki, hansısa taleyüklü və mürəkkəb mərhələdə onun taleyində müstəsna rol oynamış, sabit və davamlı dövlətçilik ənənələri formalaşdırmış şəxsiyyətləri olmasın. Belə seçilmiş liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin yüksək idarəçilik keyfiyyətlərinə malik qurucu, yaradıcı şəxsiyyət olduğu tam təsdiqini tapır.
«Dədəli, İran da neft ölkəsidir, biz də. Bəs orda niyə kommunizmdir, bizdə yox?»
Ulu öndər xalqın ən çətin sınaqlarla üz-üzə qaldığı zamanlarda onun milli kimliyinin ən ali, müqəddəs rəmzinə çevrilmiş dövlətçiliyi hər cür qəsdlərdən qorumaqla, vətəndaş sülhünü, həmrəyliyi təmin etməklə, ictimai-siyasi sabitliyin, tərəqqi və inkişafın qarantına çevrilməklə bizlərə Azərbaycan adlı qüdrətli bir əsər bəxş etmiş, bununla da, çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmışdır. Bu mənada, ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusilə aktuallıq kəsb edir».

İRANLA SƏRHƏDDƏ KOMMUNİZM

«Yeni Müsavat» qəzetində Famil Cəfərlinin «Neft və azərbaycanlılar» silsiləsindən növbəti yazısı çıxıb.
«… qabaqdan qılınc kimi qıtlıq-bahalıq gəlir. Amma bu, Lənkəran-Astara zonası camaatının vecinə də deyil. Çünki onlar İranla sərhəddə, özləri demişkən, kommunizmdə yaşayır. Onlar deyir ki, İranda dəhşət bolluq və ucuzluqdur. Gülnənə arvad deyir ki, çığırtma-plov bişirmək istəyəndə heç zadın dərdini çəkmir. Nəvəsinə deyir, nənə qurban, sən soğanı soyub doğrayınca İrana dəyib gəlirəm. Sonra da pasportunu və 5 manat götürüb gedir Astara gömrüyünə, keçir o taya. O qırmızı 5-liyə düyü, yağ, çörək, toyuq, yumurta alıb qayıdır.
Gülnənə xala qoçaq arvaddır. Nəinki bahalıq-aclıqdan, heç o boyda Amerikadan da qorxmur. Deyir onlar məni BMT-nin sanksiya tətbiq etdiyi İranla ticarət etdiyimə görə izləyə, qara siyahıya sala bilməz. Axı mən İrana nüvə komponenti satmağa yox, nəvəmə çığırtma bişirmək üçün ucuz ayın-oyun almağa gedirəm.
Arvad çığırtma-plovunu yeyib soruşur: «Dədəli, İran da neft ölkəsidir, biz də. Bəs orda niyə kommunizmdir, bizdə yox?»

«Bizim yol»
qəzeti isə Neftçilərin hüquqlarını müdafiə Komitəsinin ekspert qrupunun

KORRUPSİYANIN İZİNİ NECƏ İTİRİRDİLƏR?
sərlövhəli araşdırmasını təqdim edir.

«İyulun 30-da SOCAR bildirib ki, Sosial İnkişaf İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 60 yerlik «Geofizik» və 54 yerlik «Nabran» istirahət düşərgələrində neftçilərin və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətləri yüksək səviyyədə təşkil olunmuşdur. Yay mövsümü başlanandan indiyə qədər hər 2 istirahət zonasında 1292 nəfər neftçi ailəsi dincəlmişdir. Mövsüm ərzində istirahət mərkəzlərində bu kateqoriyadan ümumilikdə 3 min nəfərin istirahəti planlaşdırılıb. ARDNŞ tərəfindən təsdiq edilmiş smetaya əsasən istirahət zonalarında 1 nəfərin 1 günlük istirahətinə çəkilən xərc 42 manatdır. Amma neftçilər istirahətin dəyərinin yalnız 15 faizini ödəyirlər. Qalan 85 faiz isə ARDNŞ tərəfindən maliyyələşdirilir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: YUSIF OĞLU Haradan: bakı
28.08.2010 08:21
Görəsən H.Əiyev adına fondun sərvəti çox olar, yoxsa Nobel fondu?
Cavab

Kimdən: Akif Haradan: Bakı
30.08.2010 11:22
Nobel fondunun vəsaiti qanunla toplanmış pullardır. Məsələn müxtəlif simpozium və konfranslardakı mühazirələrdən və məqalələrdən, kitabların satışından və sair tədbirlərdən Nobel fondu vəsait əldə edir. Heydər Əliyev fonduna isə pul Kömrük Komitəsində, Vergilər və digər nazirliklərində hər ay yığılan rüşvətdən gəlir.
Deməli "bizm" fondun pulu Nobel fondunun pulundan çoxdur.

Kimdən: tahir Haradan: Basqal
26.08.2010 20:28
Sizin saytınızdan hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm

Kimdən: Hicabli_qadin
26.08.2010 18:41
tebrik edirik,100 yaş yaşasın, hər ildönümündə,hər yetimə,imkansıza,işsizə kömək etsin, evi olmayan cavan ailə sahiblərinə ev versin,öz mülkündən və qazancindan 2,5 faiz zekat versin, feqir-füqaralara mülklərindən xüms versin kömək etsinlər, cünki biz müsəlman və ən əsasi Azərbaycanlıyıq!ALLAH hər şeyi görəndir,dönüşümüz ona tərəfdir!

Kimdən: Siavuş Haradan: Bakı
26.08.2010 16:44
Hörmətli “Azadlıq Radiosu”! Düzünü desəm,Mehriban xanım Əliyevanın doğum gününə həsr etdiyiniz səhifə,intellekt sahibi saydığım kollektivinizə yaraşmır.H.Əliyev fondunun rəhbəri kimi onun gördüyü işləri ,hətta tənqidi prizmadan açılmasına nail ola bilmədiniz.Bu günkü “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində gedən materialı bir daha təqdim edərkən,nəyə nail olmaq istəyiniz aydınlaşmır. Nəzərə alın ki, M.Əliyeva fond prezidentliyindən əlavə,başqa ictimai vəzifələrin də daşıyıcısıdır. Mehriban xanımı bir kəlmə ilə olsa belə təbrik etməmək,yumşaq deyilsə, etikadan kənardır. Düşünürəm ki, belə səhifə ABŞ Konqresindəki centlmenlərin, Qərbi Avropadakı ledilərin ,ən nəhayət sadə siravi ziyalı adlanan insanların ürəyincə olmamalıdır. Fürsətdən istifadə edərək,Sizin saytınızdan hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Cavab

Kimdən: Akif Haradan: Bakı
27.08.2010 20:46
Hörmətli həmvətənim! Şərhinizin birinci hissəsi, yəni mənaviyyətlə bağlı Azərbaycanın prezidenti olmasını arzuladığım hörmətli Lalə-Şövkət Hacıyevaya istinadən fikrinizlə tam razıyam. O ki, qaldı döğum günü münasibətilə Mehriban xanımın təbrik edilməsinə, mən bu barədə öz fikrimi yazmışam. Bir daha qeyd edirəm ki, vəzifəsindən, maddi və ictimai vəziyyətindən asılı olmayaraq mən hamıya eyni gözlə baxıram.
Cavab

Kimdən: Akif Haradan: Bakı
26.08.2010 20:58
Belə bəsit düşüncə və təfəkkürə malik olan adama sual verib cavbın almaq istəyirəm: Azadlıq Radiosu nə səbəbə görə M. Əliyevanı ad günü münasibətilə təbrik etməlidir? Əvvəla bu onun borcu deyil. Digər tərəfdən bu radionun redaksiyası digər deputatları da doğum günü münasibətilə təbrik etməlidir.
Xahiş bu suala konstuktiv cavab ver.
Cavab

Kimdən: Siavuş Haradan: Bakı
27.08.2010 10:14
Kəndistandan gələn “Səsə”! Mənim narahatlığım ,sən” Səsdən” fərqli olaraq,qarnım üçün yox,çox sevib hörmət bəslədiyim “Azadlıq Radiosunun”kollektivinin imici səbəbindəndir.Heyif ki,etika,adi insani münasibət ,nifrətdən kənar davranış qaydaları və s. kimi məhfumlardan uzaqlaşa-uzaqlaşa daha pis sonluqla üzləşə biləcəyimizi düşünməkdən uzağıq. Akif qardaşım, Lalə Şövkətdən eşitdiyimdir:- İnsan təkcə çörək acı,qarnının acı olmamalıdır. Hər hansı mövzudan bəhs edilərsə, ancaq aclıq,səfalət və bunlara oxşar başqa çatışmazlıqlardan danışmaqla nəyə nail ola biləcəyik ki. İnsan ilk növbədə mənəviyyət haqqında düşünməli, mənəyi azad olmalıdır. Mənəvi aclıqdan qurtulmağa çalışmalıdır. Qaldı ki,təbrik məsələsinə, Radioda hər kəsdən onun ad günündə söhbət gedirsə və ya söhbət edilirsə, istər deputat olsun ,istərsə mənim kimi sıravi şəxs - xoşun gəldi –gəlmədi təbrik etmək lazımdır,bu sadə həqiqətin sübuta ehtiyacı yoxdur.Kəndçi dili ilə desək –aksiomadır.Hörmətli Akif bəy! Bunları yadınıza salmaqla,Sizi bəsit düşüncə və təfəkkürdən uzaqlaşdırmaq məqsədim, elə bilirəm ki,gizli qalmadı.
Cavab

Kimdən: ses
26.08.2010 19:34
ay siyavush,

sen niye bele narahat olursan??

Hech narahat olma Mehriban xanimi tebrik ve teltif eden saysiz hesabsiz metbu organlari, gurumlar, teshkilatlar, memurlar, yarinanlar ve meddahlar var!!

Siravi insanlarin ise tebrike gelenlere teklif etmeye bir garin abirli yemeyi bele yoxdur!! Chunki her shey bu olkede od giymetinedir, maash ve muavinetler ise gulmelidir!!

Kimdən: gladio Haradan: Italiya
26.08.2010 15:09
Kimse desin ki, hansisa bir insan son 10-15 ilde xeyirecilikle meshgul olub. Bu hokumetde ancaq bir xeyriyeci var oda HE fondudu.
Ay qardash men basha dushe bilmirem prezident adi bir kend yolunun tikilmesinidemi serencam vererek bunu reallashdirmalidi.
Demeli eger nezere alsaq ki, hec kese sirr deyil ki, bu gorulen guya tikinti quruculuq ishleri yalniz pul yeyilmesidi. Demek pullarin yeyilmesinde esas maraqli olanlar bu hokumetin bashinda duranlardir.

Kimdən: gladio Haradan: Italiya
26.08.2010 15:04
eger kimse "komitet 300" eserini oxuyubsa ordan gorunur ki, butun dunyada 90% yaradilan fondlar humanitar programlar kolgeleri altinda tamam bashqa ishler ile meshgul olurlar. Menim shexsi qenaetime gore bu fond neftden gelen xalqa catacaq pullarin yuyulmasi ile daha dogrusu bu ailenin hesablarina kecirilmesi ucun nezerde tutulub. Bu sebebdendir ki, bu fond oz maliyye hesabatlarini MM e teqdim etmir.
Hec kese gizli deyil ki, hansisa yuksek cinliye hansisa mektebin tikilmesinin onun hesabina edilmesini teleb edir ve bu tikindinin fond terefinden edildiyini bildirmeyini mecbur edir.

Kimdən: elvis Haradan: qara qara
26.08.2010 14:06
birincisi mene o maraqlidir ki,bu fondun adi niye Heyder Eliyevdir? axi bu pullar neftden gelen gelirlerdir.Dedesinin pulu deyilki onun adini qoyublar.ikincisi ise bu fond niye parlamentde hesabat vermir?

Kimdən: Heqiqt Haradan: Baki
25.08.2010 14:58
Azadliq qezetine yazdixi meqaleye köre onlara öz iradimi tuturam,ona köre ki, yazanda biraz diqqetli olsunlar. Iranla serhed olan Xudaferin körpusu yaninda aparilan arxeologi qazinti zamani tapilan ve texminen (3- minil yasi olan ve o dövrun paddsahi kuman olunan) mumiye eyer tesdiq olunsa ve hemin mumiye indiki hakimiyyetin eline dusse vay bu xalqin milletin halina.Sonra yaltaq memurlar onu bayraq edib deyecekler ki,sen deme Aliyevler tayfasinin köku var, onlara mexsus imis. Ulu babasi padhsah olub. Neveside padhsah. Padhsah olende Azerbaycani bu tayfaya tapsirib. Hele (3-min il bundan evvel) Bax onda deyecekler ki, Aliye fondu burdan behrelenir. Yeniden Konisitutsiyaya yen bir deyisiklik. Yaziq millet yaziq xalq.

Kimdən: !{!Q} {kraliçadan} Haradan: "belə vacibdir?
25.08.2010 14:42


Bəsdirin prezidenti təqqir etdiniz! Mən buna yol verə bilmərəm!
Cavab

Kimdən: Agabala Haradan: yasamaldan
25.08.2010 19:48
Ne edek öpüb gözümüzün üstünä goyag?

Kimdən: Teymur
25.08.2010 14:35
NƏ QƏDƏR DEYİLSƏDƏ MÜKÜN DEYİL. ZAVALLI MİLLƏT HEC VAXT DƏRK ETMİYİB ETMƏYƏCƏKDƏ. Cün ki, bu DÖVLƏT SİZ AZƏRBAYCAN DEYİLƏN MİLLƏTİN DEYİL. SƏBƏBİSƏ ODUR Kİ, AZƏRBAYCAN DEYİLƏN MİLLƏT ADI ALTINDA HƏMİŞƏ ƏSARƏTDƏ OLUB ÖZ DÖVLƏTNİZİ QURA BİLMƏYƏCƏKSİNİZ. BU DÖVLƏT BUNLARINDI BAXMAYARAQ Kİ, AZƏRBAYCAN DEYİB BU ADLARDA MƏMLƏKƏTDƏ YAŞAYIB ÖZ DÖVLƏTLƏRİNİ QURUBLAR. İLHAM ƏLİYEV SƏDAQƏTLİ XANIMI MEHRİBAN ƏLİYEVAYA TƏQDİM ETDİYİ MÜKAFGATI MƏHZ SİZLƏRƏ GÖRSƏTMƏSİ ONU TƏSDİQ EDİR Kİ, BU DÖVLƏT SİZ XALQIN DEYİL. AZƏRBAYCAN ADI ALTINDA GİZLƏNƏN MİLLƏTLƏRİNDİR. COX TƏƏSSÜFLƏR OLSUN Kİ, HECNƏYİN MAHİYYƏTİNƏ VARMADAN YENƏDƏ İLHAMI ZORLA ÖZÜMÜZ ÜCÜN PREZİDENT HESAB EDİB MƏNASIZ FİKİR BİLDİRİRİK. GUYA BUNLAR ÜCÜN BİLDİRİLƏN TƏNQİDLƏR VƏ HƏTTA ÜZÜNƏ QARŞI ÖLÜSÜNƏ-DİRSİNƏ SÖYSƏNİZDƏ NƏTİCƏ CIXARACAQ. MİLLƏTİNİ GİZLƏDİB AZƏRBAYCAN ADI ALTINDA DÖVLƏTMİZİ ZƏBT EDƏNLƏRƏ ÜRƏYİNİZ İSTƏYİNCƏ BİYABIRCI SÖYSƏNİZDƏ HEC BİR TƏSİRİ YOXDUR. ƏR ARVADI, ARVAD İSƏ ƏRİ TƏBRİK EDİR!....... ( MİN BİR GECƏLƏR)
Cavab

Kimdən: Anonim
25.08.2010 16:36
Yazin cetin oxunur. Kicik herfle yazsan daha yaxsi olar. Evvelceden . tesekkurler.
Səhifə (2)
    Növbəti