Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:09

Siyasət

Ermənistanın müxalifət partiyası Rusiya ilə sazişdən narazıdır

x
Şriftin ölçüsünü dəyiş - +
Ermənistanda müxalifətdə olan Zharangutiun partiyasının üzvləri Rusiyayla imzalanmış yeni hərbi razılaşmanı şübhə altında qoyurlar.

Partiyanın sədr müavini Ruben Akopyan deyir ki, ötən həftə Rusiyayla imzalanmış yeni müqavilənin Qarabağın təhlükəsizliyinə nə vəd etdiyi aydın deyil.

Partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edən Ruben Akopyanla Stepan Səfəryan həmçinin Ermənistandakı Rusiya bazasının müddətinin 2044-cü ilədək uzadılmasını məqsədyönlü saymır, bunun Ermənistanın maraqlarına uyğun olmadığını deyirlər.

Ölkədə daha böyük və nüfuzlu müxalifət partiyası hesab olunan Ermənistan Milli Konqresi isə bəyan edib ki, Rusiya Ermənistanda hərbi iştirakını ona görə uzadıb ki, Kreml  prezident Serj Sarkisyanın administrasiyasına uzunmüddətli və etibarlı tərəfdaş kimi baxmır, amma partiya ümumilikdə bu razılşamanı müsbət qarşılayır.

Rusiyanın Azərbaycana S-300 raket kompleksi satmaq planına gəldikdə isə hər iki partiya bildirib ki, əgər bu baş tutsa, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azeriden Haradan: rusiyadan
26.08.2010 04:08
iran dagilanda regionda her shey AZERBAYCANIN XEYRINE ISHLEYECEK. YASHASIN BUTOV AZERBAYCAN.GUNEYLI QARDASHLRIMIZ ARTIQ OYANIB.onda ruslar ermenini bir de satacaq.

Kimdən: Tahir Haradan: Baki
25.08.2010 12:39
Ermənistan –Rusiya hərbi sazişinin mahiyyətini təhlil etdikdə rusların bir atalar sözü yadımıza düşür: все, что делается- делается к лучшему! Nə baş verdi? Bu sual çoxlarını düşündürür. Faktiki olaraq mövcud olan sazişə konkret müddət qoydular. Niyə? Rusa nə lazım idi ki, müddətsiz sazişi müddətli eləsin? Bu məntiqə sığmayan işdir. Bu həqiqətən belədir. İnanmırsız, hər iki müqaviləni müqayisə edin! Baxın, aləmi şaşqın salan da elə budur.
Dərin təhlil etsək, görərik ki, bu müqavilə Qərblə Rusiya arasında bağlanılan “Silahların yerləşməsi ilə bağlı” sazişlərdən irəli gəlir. Ermənistan burada heç nə udmur. Əksinə Qərbin “şərti rəqibinə” çevrilir. Bu nə deməkdir? Hər şeydən əvvəl Rusiya-NATO qarşıdurması yaranarsa, birinci zərbə elə Ermənistana dəyəcək. Digər tərəfdən bu müqavilədən sonra Rusiya Qafqaz regionunda güc balansını saxlamağa məcbur olacaq. Bundan əlavə, Ermənistan rusun nökərinə, Qərbin düşməninə çevriləcək.
İnanmıram ki, Rusiya Ermənistanın iqtisadı inkişafına kömək etsin. Orada vəziyyət olduğca acınacaqlı olacaq. Çünki bu sazişdən sonra Qərb Ermənistanın tərəfində olmayacaq. Digər tərəfdən, isə Azərbaycan üçün uduşlu vəziyyət yaranır. Son günlər Azərbaycan Prezidentinin torpaqları hərbi yolla azad edəcəyik deməsi, bizə elə gəlir bununla bağlıdır.
Bütün bunları görən, “qarabağlıların” əlində oyuncağa çevrilmiş erməni müxalifəti bununla razılaşmır və çalışır ki, yenidən Qərbin qucağında otursun. Odur ki, Ermənistanda dava-dalaş qabaqdadır.

Kimdən: "E" Haradan: ordan burdan
25.08.2010 11:06
"Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir." -chox maraqlidir... onlarin iran ve rusiyadan bashqa ciddi alternativleri var?

Kimdən: Rufat
25.08.2010 01:50
Bunun menasi nedi ? ozumuze teselli tapaq ?

Kimdən: Afat Haradan: Ukrayna
24.08.2010 23:17
Bunun bir cavabi var:"Şadliglarina şitlik edirlər..."