Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:25

Bloqlar / Sevda İsmayıllı

Mənzilləri genişləndirin!!!

Sevda İsmayıllı
x
Sevda İsmayıllı
Şriftin ölçüsünü dəyiş - +
Builki Mətbuat Bayramı gözəl bir xəbərlə yadda qaldı. Axır ki, ölkə prezidenti iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə sərəncam imzaladı.

ÜRƏKDƏ İMZALANAN SƏRƏNCAM...

Sizə bir sirr açımmı? Belə bir sərəncamı mən uzun illər öncə ürəyimdə imzalamışdım. Hər dəfə müxtəlif redaksiyalarda çalışan çarəsiz, evsiz-eşiksiz, aldığı ayın başına yetməyən həmkarlarımızı görəndə elə öz gəncliyimi xatırlayır, onlara necə kömək göstərməyin yollarını arayırdım. Hətta «Can Bakı»nın bir neçə sayını bu mövzuya həsr etdiyimizi xatırlayıram.

Bir dəfə dözməyib ürəyimdən keçənləri həmkarım Fərəh Sabirqızına açdım: «Kaş mənim imkanım olaydı, bütün evsiz jurnalistləri bir binada cəmləyə biləydim! Böyük bir bina tikdirərdim öz xərcimə, hamınıza orda mənzil verərdim. Ən əsası, ayrıca iş otağınız olardı. Uşaqlarınız ayrıca otaqda yatardılar...».

XOŞBƏXTLİK!!!


«Eh, ay Sevda xanım, - demişdi Fərəhciyim - kaş hamı sizin kimi ürəyiyumşaq olaydı. Bu işi etməli olanların heç yadına da düşmür jurnalistlərin halı. Nə qoyub, nə axtarırsınız?».

Oldu! Yada düşdü! Zərdabi günü evsiz-eşiksiz həmkarlarımız sevindilər! Ümidləndilər! Hərəkətləndilər! Yazıb-pozdular...
Nə gözəl! Mən də dincəldim. Ürəyimdə verdiyim sərəncam ölkə başçısı səviyyəsində açıqlandı.

Bir ay keçdi. Artıq yer seçmə başlanıb («Yeni Müsavat»). Bu ərazi Dövlət Neft Şirkətinindir. Ərizə yazılacaq. Sonra bina tikiləcək yer müəyyənləşəcək. Və daha bir əlavə bilgi: Bina 16 mərtəbəli olacaq. Bir bloklu inşa ediləcək. Hər mərtəbədə 4 və 5 mənzil olacaq. Bütün mənzillər 2 və 3 otaqlı olacaq. Sahəsi...2 otaqlı - 50, 3 otaqlılar isə 75 kv.m. olacaq...

NİYƏ BELƏ AZ?

Lap Sovetlərdəki kimi. Gir və allaha şükr edərək yaşa. Bəs jurnalistin kabineti olmasın? Yaradıcı adamın öz otağı olmalıdır axı. Üstəlik, yaxşı olmazdımı ki, bu otaqlar bir az geniş—heç olmasa, 100 kv.m. olaydı? İndi kim belə kiçik evlər tikir?

Cənablar! Lütfən, öz yaşadığınız mənzillərə baxın. Hələ villalara, dəbdəbəli malikanələrə, adı bəlli mülklərə, Elminin dırmaşdığı saraya demirəm...
İnsafınız olsun. Bəlkə də bu əsrdə yeganə olacaq əməlinizi niyə belə kiçildirsiniz?

MƏNZİLLƏRİ GENİŞLƏNDİRİN!

Bəs jurnalistin kabineti olmasın? Yaradıcı adamın öz otağı olmalıdır axı. Üstəlik, yaxşı olmazdımı ki, bu otaqlar bir az geniş—heç olmasa, 100 kv.m. olaydı? İndi kim belə kiçik evlər tikir?
Onların sonradan ev almaq imkanı olmayacaq. Bunu öz təcrübəmizə əsaslanaraq deyirəm. Nə qədər yüksək maaş alsa da, kənarda qonorarla işləsə də - Azərbaycan jurnalisti öz əməyinə mənzil sahibi ola bilməyəcək!

Bunun üçün o, gərək bütün ömrünü sərf etsin.

Yaxşı yeməsin, geyinməsin, dincəlməsin.

Arzularını ürəyində basdırsın! Bəlkə bu minvalla 20-30-40 ildən sonra əlində mənzilə yetəcək parası ola...20-30-40 ildən sonra isə çox gec olacaq, çox gec!
Odur ki, lütfən, mənzilləri genişləndirin, hətta ora bir kabinet də əlavə edin.

MƏN İSTƏYİRƏM Kİ...

Leylalar, Günellər, Ayxanlar, Humaylar, Gülnazlar, Fidanlar, Muradlar kirayə, şəraitsiz, nəm, daracaq evlərdə böyüməsinlər.

Onların öz otağı olsun.

Kompyuterlərini qoymağa öz küncləri olsun.

Yanına gələn dostunu öz otağında qarşılasın.

Uşaqlar gecələr ata-analarının mənzil həsrətli söhbətlərini eşidərək yuxlamasınlar.

Qoy gözütox böyüsünlər.

Bir yaşlı balaca Murad heç olmasa məktəbə gedəndə öz otağında yatsın.

Mən nə istəyirəm ki?

Onlara şəkli qəzetləri, saytları bəzəyən mülkləri verin- demirəm ki?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: HESENOV DILBAZIN Haradan: BAKI QARACUXUR
10.09.2010 11:20
JURNALIST BACILAR ALLAHIVIZA SUKUR ELIYIN. 21 ILDIR NEFT SIRKETININ ISCISIYEM , LAKIN YATAQXANADA YASAYIRAM.

Kimdən: Azeri Haradan: baki
29.08.2010 17:28
Allaha şükr edin ki bunu da verirlər sakit olun onsuzda ŞİRİNLİKSİZ KEÇİNMƏYƏCƏK

Kimdən: Zaur Haradan: //azadblog.azersayt.com/
27.08.2010 10:13
zennimce Azerbaycanda menzil verilmesi jurnalistlere onlarin fealiyyetinin hansi semtde olmasindan asli olacaq.
1-cisi Yeni tikilecek binalarda rüşvet qisminde qeyri obyektiv olanlara verile biler.
2-cisi ise xalqinin, milletinin baxişlari ile üst üste düşen vijdanli jurnalistlere verile biler.AMMA QAZAMATDA !!!

Kimdən: Bakili Haradan: Cexiya
26.08.2010 19:34
Arzulariniz da bir yashil ada,
Umid edin,kimse oraya cata...

Kimdən: jurnalist
26.08.2010 15:50
ay Sevda xanim,

jurnalistler hech bashlarini soxmaga bir yer tapmirlar, amma siz ise "genish menzillerden" dem vurursunuz! Bu geder de avantura olmaz axi!!??

Kichik de olsa teki bir ev versinler, canimiz bu murdar ve bahali(jurnalistin cibine gore bahali) kirayelerden gurtarsin!

Kim boyuk kradratli menzil alib luks heyat isteyirse onda gerek jurnalist yox bashga peshe sahibi olsun ve ya hokumete elbuyrugchusu olsun ki, onun agzina elave bir sheyler atsinlar.

Elbuyrugchusu olmag istemeyen jurnalistlere ele kichik evler de boyuk sheydir!! Kichik olsun, teki, bir chox jirnaliste chatsin(elbette hamisini meddah gezetlere, Yeni Azerbaycan, Ses, Xalg kimi gezetlere vermeseler yaxshidir)
Cavab

Kimdən: Anonim
30.08.2010 19:11
Duzgun yanashma deyil. Ay aktyor ac olmalidir, jurnalist yalavac olmalidir. Aktyor da, jurnalist de insandir--tox olmalidir. Genish menzillerde yashamalidir. Nece yazmaqin ona hech bir dexli yoxdur. Odur ki. haqqinizi mudafie edin. Sedeqe dilenmeyin...

Kimdən: Nailä Haradan: Almanija
26.08.2010 00:22
Mätbuat ishcilärinin sosial müdafiäsinin güclänirilmäsi,gänclikdän gälbinizä dolmush arzularinizin cin olmasi sizlä birlikdä bizim dä-gärib ölkälärdä yashamaga mäcbur olanlari da cox sewindirdi.Gözäl gälbinizin gözäl arzulari hämishä cin olsun!Ushagkän oxudugum dahilärdän kimsä demishdi:"dar otagda düshüncälär ücün dä darlig olur."Mäkan darligi,mäishät narahatliglarindan dogan zaman darligi,keshmäkeshli häyat dönämlärindän dodan hövsälä darligi,därin düshüncäläri ifadä etäk ücün tribuna darligi..Son ucda hörmätli Kamil bäy kimi müällimlärimizin yashamasi ücün Vätän darligi...Bäli,Mirshahin bäy,bäzän "särcälärä" genish goynunu acan Vätän dä ,sän deyän kimi "garangushlara da dar gälir.Elä bu otaglar kimi.

Kimdən: TEYMUR
25.08.2010 16:43
ATALAR MƏSƏLİ VAR: AC TOYUQ YUXUSUNDA DARI GÖRƏR. HALVA-HALVA DEMƏKLƏ JURNALİSTİN AĞZI ŞİRİN OLMYACAQ. JURNALİSTİN DEMƏYƏ KƏSƏRLİ SÖZÜ CƏSARƏT VƏ HÜNƏR TƏPƏRİ OLMAYANDA YALANCI TAMAHGİRİ BAX BELƏCƏ ALDADIR. KÖRPƏ UŞAQ AĞLAMAYINCA ANA GÖRPƏSİNƏ DÖŞÜNÜ VERMƏK İSTƏMİR. SİZ EVİ ALMAQDA OLUN QALSIN JURNALİST OTAĞI VƏ YARADICI ŞƏRAİTİNİZ OLUB ARZULADIĞNIZ RÖYALARNIZ HƏQİTƏTƏ CEVRİLMƏSİ. ALLAHINIZA ŞÜKÜR EDİN Kİ, YAŞADIĞNIZ EVİNİZİDƏ ƏLİNİZDƏN ALMIRLAR. BİR AZDA MƏNZİLLƏRİNİNZİN GENİŞLƏNDİRİLMƏSİ ARZUSUNDA OLURSUNUZ. FÖQALƏDƏ HALLAR NAZİRLİYİ tərəfindən PLANA DÜŞÜB, QƏZA VƏZİYYƏTLİ DEYİB UCURMURLAR. NƏİNKİ UŞAQLARIN OTAQLARINI AYRI GÖRMƏK İSTƏMƏYNİZ. BELƏ RÖYALARIN CİN OLMASINDANSA AMERİKADA İKİ MƏRTƏBƏLİ EVİNİZİN OLMASINI ÜRƏYİNİZDƏ TUTMANIZ DAHA YAXŞIDIR. Cün ki, STRESDƏN UZAQ OLARSINIZ. Əvvəlcədən sizdən üzür istəyirəm.Cünki bir məsəl düşdü yadıma hansıki, DƏVƏ VƏ EŞŞƏK məsəli. Bu məsəli bilən bilir.Bilməyənə isə hecnə deyə bilmərəm.


Kimdən: qorxaq
25.08.2010 11:10
iki azeri nazirinin servetini yigsan Elmin cixan villadan butun xalqa tikdirmek olar :)

Kimdən: Muhendis Haradan: Baki
25.08.2010 08:30
Bu sadece jurnalistlerin deyil butun azerbaycan genclerinin problemidir, muellimlerin , vicdani olan hekilmler, muhendisler... ve daha cox peshe sahibleri. Indiki genclerin 90 % i kirayede , havasi catmayan nem otaqda yashayir ve ovladlari da bele yerde boyuyur. Ev problemi mence azerbaycan gencliyinin problemidir

Kimdən: Anonim
25.08.2010 04:16
Men bunu tam eminlikle deyirem.Her bir Azerbaycanli vetendashinin ev ile temin olunmasi,bu gun Azerbaycan dövletinin buna imkani catar.Lakin akula memurlar buna imkan verseler.
Səhifə (2)
    Növbəti