Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:17

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

«Rok-n-roll ilə cihad etmək»

«Cunun» rok-qrupunun solisti Salman Əhməd
x
«Cunun» rok-qrupunun solisti Salman Əhməd
Şriftin ölçüsünü dəyiş - +
Salman Əhməd doğma vətəni olan Pakistanda ilk dəfə səhnəyə çıxanda hələ 19 yaşı vardı. 1982-ci il idi. O, tibb təhsili alırdı. 6 il Amerikada yaşayandan sonra vətəninə təzə qayıtmışdı. O, Amerikada yaşadığı müddətdə restoranlarda stolların üstünü təmizləməklə və qəzet satmaqla pul yığıb özünə elektrik gitara almışdı.

Pakistana qayıdandan sonra ilk dəfə Lahorda gənc istedadların konsertində məşhur Van Halen rok qrupundan bir musiqi ifa edirdi.

MUSİQİ POLİSLƏRİNƏ QARŞI CİHAD


Sonradan Pakistanın rok ulduzuna çevrilən Salman Əhmədin ilk səhnə həyatı belə başlamışdı. Günlərin birində isə Salman Əhməd səhnədə qışqırıq qopduğunu, saqqalı gənclərin zala daxil olduğunu görür. Onların əlində çadra vardı. Həmin gənclərdən biri isə səhnəyə çıxıb onun gitarasını alıb parça-parça elədi. Onlar islamçı tələbələr, özlərini musiqi polisi kim aparan ilk talibançılar idi.

Salman Əhməd deyir ki, bu onun həyatında dönüş nöqtəsi oldu. Həmin vaxtdan o, nifrət ideologiyasına qarşı özünün yeni bir ideologiyasını elan edir. «Rok and Roll Cihadı» yaradır:

TALİBAN ZORAKILIĞI DAVAM ETDİKCƏ...
Salman Əhmədin avtobioqrafik «Rok and Roll Cihadı» kitabı


«Taliban və onların təqdim etdikləri islam islam deyil. İslam günahsız qadınları, uşaqları və kişiləri öldürməyi təbliğ etmir. İslam heç vaxt intihar etməyi də öyrətmir. Bu, islamda haramdır. Ona görə də nə qədər ki, Talibanın zorakılığı, qadınları köləyə çevirmələri, qız məktəblərini dağıtmaları, musiqiçiləri öldürmələri davam edəcək, kiminsə onların ideologiyasına inanacağını təsəvvür etmirəm. Nifrət və terrorçuluq ideologiyasının islamda və dünyada heç bir yeri yoxdur. Mən bunu deməkdə davam edəcəyəm».

O, SUFİ ROK CƏRƏYANI YARADIR

Bu hadisədən sonra Əhməd Pakistanda musiqiyə mistik gizli elementlər qatmaqla və sufizm poeziyası əlavə etməklə özünəməxsus bir sufi rok cərəyanı yaradır. Sonralar bu qrup Pakistanda çox məşhur olur. Cənubi Asiyada ən böyük uğur qazanmış iki musiqi qrupundan birinə çevrilirlər. Milyonlarla CD-ləri satılır. Qrupun da adı «Cunun» qrupu olur.

Əhməd stadionlarda yüz minlərlə tamaşaçı qarşısında konsertlər keçirirdi. Cənubi Asiyada, Yaxın Şərqdə, Çində, Yaponiyada, Qərbdə, Londonda Kral Albert zalında və BMT-nin Baş Assambleyasında musiqi ifa edirdi.

2007-ci ildə ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor Nobel Sülh mükafatı alanda Əhməd Osloda Nobel sülh mükafatının təqdimetmə mərasimində çıxış edən ilk pakistanlı gənc oldu.

Salman Əhməd təmiz pakistanlı və müsəlmandır. Anası urdu dilində danışan etnik puştundur. Atası isə pəncab dilində danışan əsilzadə və çox mühafizəkar bir ailədəndir.

CƏMİYYƏTİN DƏYİŞMƏSİNDƏ İNCƏSƏNƏT NƏ EDİR?

Salman Əhmədin bu il Amerikada avtobioqrafik kitabı çap olunub. Kitabın da adı «Rok and Roll Cihadı»dır. Kitabda yazır ki, yazır ki, həyatına ən böyük təsir göstərən sufilik və Lahorun 4 minillik tarixi olan mədəni xəzinəsidir.

«Mən kitabımda yazıram ki, incəsənət və mədəniyyətə inanıram. İncəsənətin işi təkcə insanları əyləndirmək, onlarda xoş əhval-ruhiyyə yaratmaq üçün deyil. Həm də insanların məlumatlılığını artırmaq üçündür. İstər Con Lennon, Bob Dilan, istər Bob Marli, Qeldof olsun, ya da müsəlman dünyasındakı Mövlana Rumi, Baba Şah, Əmir Xuşro. Onlar sadəcə şair və zəngin daxili aləmə malik insan olmayıblar. Onlar həm də cəmiyyətdə maarifçi olublar. Onlar plüralizmi inkişaf etdiriblər. Həmişə ekstremizmə qarşı olublar. Demək istəyirəm ki, incəsənət adamlarının cəmiyyətin dəyişilməsində böyük rolu var».

Salman Əhməd 1975-ci ildən 1981-ci ilə qədər Nyu-Yorkda yaşayıb. Vətəninə qayıdandan sonra ölkəsinin dəyişdiyini, dini ekstremizmin məngənəsində olduğunu görüb. O deyir ki, general Ziya ul Həq ölkə mədəniyyətinə müharibə elan etmişdi, hətta radioda musiqiyə qulaq asmağa qadağa qoymuşdu.

SALMAN ƏHMƏD ÖLÜMLƏ DƏ HƏDƏLƏNİB:

«Məni ölümlə hədələyiblər. İki il əvvəl Kəşmirdə Srinaqarda rok konserti vermək istəyirdik. Yaraqlılar mənə xəbər göndərdilər ki, ayağım bura dəysə, məni güllələyəcəklər. Mən onlardan qorxsaydım, onlar qalib gələcəklər. Geri çəkilmədim. Əlbəttə, bütün təhlükəsizlik tədbirləri görürəm. Ancaq təhlükəsizliyə ən böyük təminat Allahdır».

Salman Əhməd indi Nyu-Yorkla Lahora tez-tez gedib gəlir. O, BMT-nin xoşməramlı səfiridir. Verdiyi konsertlərlə Pakistan üçün milyonlarla dollar pul toplayıb. Həyat yoldaşı Samina ilə birlikdə xeyriyyə təşkilatı da yaradıb. Bu təşkilatın məqsədi Şərqlə Qərb arasında mədəni əməkdaşlıq, anlaşma yaradıb yaymaqdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
08.09.2010 22:38
İmam əş-Şafii demişdir: ”Kim, mahnı və musiqi ilə əlaqəli işdə iştirak edirsə, mənasız işlə məşğul olan kimidir, odur ki, o zəif ağıllı adama bənzəyir və onun belə adamın şahidliyi qəbul olunmur”.
İmam Malikə bəziləri böhtan ataraq, onun musiqini halal qəbul etdiyini deyirlər. Əsllində isə imam Malik: “Niyə Mədinə əhlindən bəziləri mahnını caiz hesab edirlər?” sualına belə cavab vermişdi “Bununla qeyrətsizlər məşğul olurlar”
İbn Nasr demişdir: “ Həqiqətən də mahnı qəlbdə suyun toxumu cücərtdiyi kimi riyakarlıq əmələ gətirir. Və həqiqətən Allahı zikr (yad) etmək suyun toxumu cücərtdiyi kimi qəlbdə imanı yaradır”.
İbn Teymiyyə demişdir: “Mahnı oxumaq – zinanın talismanıdır. Bəyənilməyən, yersiz əməllərin səbəbi məhz musiqidir. Sərxoş adamlarda və narkomanlarda olduğu kimi musiqi, mahnı da təmiz qız və oğlanların əxlaqsızlığa yönəlməsinə təkan verir".
imam əl-Auza da həmçinin musiqi alətlərinin iştirak etdiyi toy məclislərinə dəvət olunduğu zaman getməzdi (“əl-Faudaul-Muntaka” 4/3/1).Musiqini uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair Quran ayələri isə aşağıdakılardır:Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).
- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Kimdən: ahmad
07.09.2010 22:21
talibanin ona serf edeceyi gulle israf olardi.it hurer karvan kecher

Kimdən: hekari Haradan: baki
30.08.2010 19:05
Bilmirəm.Yəqin düşünüb ki.beləcə məşhur olsun.Hər necə olsa da istədiyini aldı.Sübut biz forumda onu müzakirə edirik.Taliban hansı əsasla bunları edir onu da bilmirəm.Hər halda onlardan hər şey gözləmək olar.Uca Allah İblisə Qiyamət gününədək möhlət verdiyi zaman belə buyurmuşdu: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (Quran, İsra,17/ 64) İmam Mücahid burda “səs” sözünün mahnı və musiqi alətləri mənasını verdiyini bildirir. (Zadul Masir, İbnul-Couzi)
Peyğəmbər- səllallahu aleyhi və səlləm -in Sünnəsində müsiqi alətlərinin qadağan olunmasına dair konkret dəlillərin olmadığını iddia edənlər isə yanılırlar. Bir çox səhih hədislər bunu əksini bir daha sübut edir. Belə ki, zənnimcə tək aşağıdakı hədis belələrini fikrindən döndərməyə kifayət edər: “Ümmətim arasında zinanı, ipəyi, şərabı və musiqi alətlərini halal edən insanlar çıxacaq”. Buxari, 5590) Həmçinn, Səhl ibn Sa`ddan rəvayət olunduğuna görə Allah rəsulu(s) demişdir: ”Qiyamət gününün yaxınlaşmasına az qalmış düşkünlük, alçaqlıq və eybəcərlik baş alıb gedəcək”. Ondan soruşdular” Ya RəsulAllah, bu nə vaxt olacaq” Cavabında Peyğəmbər(s) dedi” Musiqi alətlər və müğənnilər çox olduğu zaman” (İbn Macə, Şeyx Albani hədisin səhih olduğunu bildirir) Anasdan rəvayət olunduğuna görə Peyğəmbər (s) demişdir: ” 2 şey bu dünyada və Axirətdə lənətlənmişdir sevinc halında çalınan tütək səsi və kədərli nəsə baş verəndə deyilən ağı” əl-Bazzar (Şeyx Albani hədisin isnadının səhih olduğunu bildirir) Abdulla ibn Məsud (Allah ondan razı olsun) demişdir:
” Mahnı oxumaq qəlbdə münafiqlik əmələ gətirir” Hədisi Əbu Davud Sünən kitabında Mahnının haram edilməsi fəsli, cild2, səh 282, hədis 4928.

Kimdən: hekari Haradan: baki
29.08.2010 23:23
İbn Abbasdan rəvayət olunduğuna görə İslamın yayıldığı ilk dövrlərdə Məkkədə müğəni qadınları satın alaraq, onlar vasitəsilə qazanc əldə edən Nadir ibn Haris adlı birisi kiminsə Peyğəmbərin Quran oxumasına qulaq asdığını eşitidkdə, müğənni qadınlardan birini həmin adamın yanına gödnərərək, yedirib sərxoş etməsini və mahnı oxuyub rəqs edərək, ağlını başından almasını əmr edərmiş və beləliklə də Peyğəmbər- səllallahu aleyhi və səlləm -in dəvət etdiyi dindən uzaqlaşdırmağa calışarmış. Bununla əlaqdar aşağıdakı ayə nazil olmuşdur: "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir." (Quran Logman, 6) (Tafhimul-Quran, 4/9) Həmçinin o dövrdə insanların kef, əyləncə xatirinə müğənni qadınları satın aldıqları rəyi də mövcuddur. Quran elminin ən yaxşı bilicilərindən və Peyğəmbər- səllallahu aleyhi və səlləm -in səhabələrindən biri olan İbn Abbas demişdir: ”Bu ayə mahnı və onunla əlaqədar hər şeyə dair nazil olmuşdur." (Buxari “adabul-Mufrad” 768, Albani insadın səhih olduğunu bldirmişdir) Abdulla ibn Məsud Uca Allahın buyurduğu “mənasız(mane olan) sözlər(ləhual hadis)” sözlər haqqında belə demiş və dediklərini 3 dəfə təkrarlamışdı :”Özündən başqa ibadət ediləcək məbud olmayan Allaha and olsun ki, bu sözlər mahnı haqqında deyilmişdir!”.



Kimdən: Santak
28.08.2010 22:32
taliban da onun tayidir, o da talibanin, muselman ki muselman.

Kimdən: Mehdi
27.08.2010 01:06
Və sonda musiqi haqqinda böyük alimin sözlərini çatdırıram:
Bilinmelidir ki şarkı dinlemek, iki şeyi bir araya getirir. Birisi: Kalbi, Allah’ın azametini düşünmekten ve ona hizmetten alıkoyar. İkincisi: Kalbi, -çoğu cinsel ilişki olan- bütün hissî şehvetleri yerine getirmeye davet eden ani lezzetlere meylettirir.”-İbnu’l Cevzî, Telbîsu İblîs, s. 222. ;


Kimdən: Mehdi
27.08.2010 00:29
10. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu:“Çan, şeytanın mizmarı (düdük, kaval ve klarnet)dır.”-Muslim, es-Sahîh, “Kitâbu’l-Libâs ve’z-Zîne”, bâbu kerahiy yetu’l-kelb ve’l-ceras fi’s-sefer.
11. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Melekler, aralarında köpek veya çan bulunan yolcularla beraber olmazlar.”-Muslim, es-Sahîh, “Kitâbu’l-Libâs ve’z-Zîne”, bâbu kerahiy yetu’l-kelb ve’l-ceras fi’s-sefer.

Kimdən: Mehdi
27.08.2010 00:17
7. Hadis
Ebû Hureyre radıyallahu anh şöyle rivayet etti: Peygamber sallallahu aleyhi ve sellem: “Şarkıcı cariyenin kazancını yemeyi” yasakladı.-Hadis sahihtir. İmam el-Begâvî, Şerhu’s-Sünne, 8/23.
8. Hadis
Ebû Umâme’nin radıyallahu anh rivayet ettiğine göre, Rasûlullah sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Şarkıcı cariyelerin satılması, alınması ve onlarla ticaret yapılması helal değildir. Onların beledi/bedeli haramdır. “İnsanlardan kimi var ki, bilgisizce insanları Allah’ın yolundan saptırmak ve onunla alay etmek için laf eğlencesi satın alır. İşte onlara küçük düşürücü bir azap vardır.” ayetini okuduktan sonra şöyle devam etti: “Beni hak dinle gönderen Allah’a yemin ederim ki, birisi sesini şarkı ile yükseltsin de, Allah o sırada, onun omuzlarına yerleşen iki şeytan göndermesin. Daha sonra o şeytanlar ayaklarıyla devamlı onun göğsüne -kendi göğsüne işaret etti-vururlar, böylece o kimse susar.”-et-Taberânî, el-Mu’cemu’l-Kebîr, 8/180, No: 7749. el- Elbânî, Tahrîmu âlâti’t-Tarab’ta sahih olduğunu söylemiş tir, s. 68.
9. Hadis
İbn Ömer’in azatlı kölesi Nâfi şunu rivayet etti: “İbn Ömer bir mizmar duydu, parmaklarıyla kulaklarını tıkadı ve yoldan uzaklaştı. Bana: ‘Nâfi!
Bir şey duyuyor musun?’ dedi. Ben de: ‘Hayır’dedim. Bunun üzerine parmaklarını kulaklarından çekti ve ‘Ben Rasûlullah’la birlikteydim. Aynısını duydu ve benim yaptığım gibi yaptı.’ dedi.”-Ebu Dâvûd, es-Sunen, “Kitabu’l-Edeb” bâbu kerâhiyyetu’lgınâ
ve’z-zemr. el-Elbânî, Sahîhu Sunen-i Ebî Dâvûd’da
sahih olduğunu söylemiştir, 3/930, No: 4924.

Kimdən: Mehdi
27.08.2010 00:01
4. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Benim ümmetimden bazı kimseler içki içip ona başka isimler verecekler. Baş uçlarında çalgılar çalınacak ve şarkıcı kadınlar şarkı, türkü söyleyecekler. Allah onları yere batırsın ve onlardan, maymunlar, domuzlar yapsın. (Allah onları yere batıracak ve onları maymunlar, domuzlar şekline dönüştürecektir.)”-İbn Mâce, es-Sunen, “Kitâbu’l-Fiten”, bâbu’l-ukûbât; el-Elbânî, Sahîhu Sunen-i İbn Mâce’de sahih olduğunu
söylemiştir, 2/371, No: 4020.
5. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Ümmetim içinde, yere batırılma, hayvana çevrilme ve denize atılma olacak.” Sahabîler: “Ey Allah’ın Rasûlü! Onlar Allah’tan başka ilah olmadığına şehadet ettikleri halde mi?” diye sordular. Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Evet, çalgı aletleri, içki ve ipekli giyinme yaygınlaştığında...”-Hasen sahihtir. İbn Ebî Şeybe, el- usannef, 15/164.
6. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “İki ses vardır ki bunlar, dünya ve ahirette lanetlenmiştir. Bir nimete kavuşunca çalınan mizmâr ve bir musibet esnasındaki ağıt sesi...”-el-Bezzâr, Keşfu’l-Estâr, hasen bir senetle, No: 794; el- Elbânî, es-Silsiletu’s Sahîha, No: 427.

Kimdən: Mehdi
26.08.2010 23:46
ŞARKI VE MÜZİĞİN HARAM OLDUĞUNU BİLDİREN SÜNNETTEKİ DELİLLER
1. Hadis:
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu:
“Ümmetim arasında, zina yapmayı, ipekli elbiseler giymeyi, şarap içmeyi ve çalgı aletlerini çalmayı helâl sayan kimseler olacak.”-Buhârî, “Kitabu’l-Eşribe”, bâbu mâ câe fîmen yestehıllu’lhamr.
2. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu:
“Yüce Rabbim bana, içki, kumar, davul ve gitarı haram kıldı.”-Hadis, sahihtir. İmam Ahmed, Müsned, 1/274. el-Elbânî,Tahrîmu âlâti’t- Tarab’ta sahih olduğunu söylemiştir, s. 55.
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu:
“Allah, bana içki, kumar ve davulu haram kıldı. Her sarhoşluk veren haramdır.”-Hadis, sahihtir. Ebu Dâvûd, es-Sunen, “Kitabu’l-Eşribe” âbu’n-nehy ani’l muskir; el-Elbânî, Sahîhu Sunen-i Ebî Dâvûd’da sahih olduğunu söylemiştir, 2/703, No: 3685.
3. Hadis
Peygamber sallallahu aleyhi ve sellem şöyle buyurdu: “Bu ümmet içinde, yere batırılma,hayvana çevrilme ve gökten taş yağması olacak.” Müslümanlardan birisi: “Ey Allah’ın Rasûlü! Bu ne zaman olacak?” diye sordu. Rasûlullah sallallahu aleyhi ve sellem şu cevabı verdi:
“Şarkıcı kadınlar ve çalgı aletleri yaygınlaşıp içkiler içildiğinde...”-en-Nihâye, 1/112; Bkz: Tahrîmu âlâti’t-Tarab, s. 78.
Səhifə (3)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı