Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:40

Verilişlər / İşdən sonra

İlyas İsmayılov əvvəllər kommunist olmasından peşman deyil

Ilyas Ismayilov
x
Ilyas Ismayilov
Şriftin ölçüsünü dəyiş - +
«Proporsional seçki sistemi bərpa olunmalıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, «Ədalət» Partiyasının sədri İlyas İsmayılov dinləyicilərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu, siyasi partiyaların fəaliyyətini artıracaq:

MƏCƏLLƏYƏ DƏYİŞİKLİK FACİƏ DEYİL

«Partiyaların siyasi fəaliyyətinin artması üçün seçki sistemi dəyişdirilməlidir. Proporsional seçki sistemi bərpa olunmalıdır. Əgər proporsional seçki sistemi bərpa olunarsa, onda partiyalar vaxtaşırı xalqın içinə gedər, öz məramlarını xalqa izah edər, inkişaf edə bilərlər. Majoritar seçki siyasi partiyaların fəaliyyətinin bir növ aşağı salınması deməkdir».

Deputat seçki məcəlləsinə edilən əlavə və dəyişikliklər haqqında deyib ki, bu faciə deyil.

«Yeni seçki məcəlləsində faciə görmürəm. Qətiyyən orada faciə görmürəm. Bu dəyişikliklərlə bir yerdə də seçkiləri keçirmək olar. Çox şəffaf, demokratik, bircə siyasi istək lazımdır. Siyasi istək olmayanda ən demokratik məcəllə ilə də seçki keçirmək olmaz. Bunu biz artıq öz təcrübəmizdən bilirik. Hesab edirəm ki orada bir faciə yoxdur».

Partiya sədri parlament seçkilərinin ədalətli keçiriləcəyinə ümid etdiyini deyib.

HEÇ VAXT HEÇ KİMİN HAQQINI YEMƏMİŞƏM


«Seçkilərin şəffaf keçəcəyinə ümid edirəm. Əvvəlcədən nə deyə bilərəm. Arzu edirəm şəffaf keçsin. Hakimiyyət də buna getməlidir. Elə etməliyik ki, seçkilər yaxşı keçsin və heç bir beynəlxalq təşkilat bizə irad tuta bilməsin».

İlyas İsmayılov deyib ki, o keçmiş fəaliyyətindən razıdır. Hətta Kommunist partiyasının üzvü olmasından da peşman deyil.

«İlyas müəllim vaxtilə kommunist olub. Kommunist olmağımdan peşman deyiləm. Heç vaxt heç kimin haqqını yeməmişəm. Çalışmışam həmişə ədalətli olum. Kommunistlərin fəaliyyətinin birbaşa üstündən xətt çəkmək də düzgün deyil. Bizim elə kommunistlərimiz olub ki, xalqa başucalığı gətirib».

İlyas İsmayılov bildirib ki, onun şəxsi həyatında belə, siyasi fəaliyyətinə mane olan qüsur yoxdur. Oğlunun Rusiyada həbsdə olmasını da deputat qüsur hesab etmir. Çünki deyir ki, oğlunun günahı olmadığına əmindir.

OĞLUMUN CİNAYƏTİ YOXDUR


«Mənim oğlumun heç bir cinayəti yoxdur. Əgər mənim oğlum cinayət etmiş olsaydı, mən özüm ondan üz döndərərdim. Mənim oğlumu Rusiyada haqsız olaraq həbs ediblər. Ona 40 milyon pul borcludurlar. Arbitraj məhkəməsinin bu haqda qərarı var. Qərarı icraya göndərəndə maraqlı adamdan bir ərizə alıblar ki, guya o müqaviləni mənim oğlumla bağlayıblar taxıl verməyə vaxt keçib nə taxıl verirlər, nə pulu qaytarırlar. Onda neynəmək lazımdır? Mənim oğlum verib məhkəməyə. Yəni sivil yolla gedib. 2 il yarım məhkəmə çəkişməsi gedib. Nəhayət qələbə çalıb. Arbitraj məhkəməsinin qərarını Çelyabinsk vilayətinə icraya göndərəndə orada maraqlı adamdan FTB bir dənə ərizə alıb, mənim oğlumu həbs edib. Heç bir sübut olmadan. Yəni ümumiyyətlə mənim siyasi fəaliyyətlə məşğul olmağa şəxsi həyatımda heç bir qüsur yoxdur».

Deputat özünün başçılıq etdiyi partiyanın mövqeyinin yarandığı gündən dəyişmədiyini əminliklə dilə gətirib.

İLYAS İSMAYILOV MÜXALİFƏTDƏDİR

«İlyas İsmayılov müxalifətdir. Bəzən görürsən ki bizi istəməyən bədxahlarımız da deyirlər ki, bəzi partiyalar iqtidaryönlü partiyalardır. Nədə ifadə olunur iqtidaryönlü partiyada olmağımız? Müxalifət iqtidarın qeyri-qanuni hərəkətini tənqid etməlidir. İqtidar da müxalifətin fikirlərinə qulaq asmalıdır. Və nöqsanları aradan qaldırmalıdır. Biz kifayət qədər tənqidimizi edirik».

Partiya sədri əlində dəqiq məlumatı olduğu təqdirdə hakimiyyəti tənqid etdiyini deyib. Bu səbəbdən də deputat bir çox məsələlərə o cümlədən «Vaşinqton Post» qəzetinin yazdığı Dubay mülklərinə münasibət bildirmək istəməyib.

DUBAYDAKI MÜLKLƏRDƏN XƏBƏRİM YOXDUR


«Əvvəla məndə elə məlumat yoxdur ki, Azərbaycan prezidenti Dubayda mülk alıb. Qəzetlərin yazdıqları həmişə düzgün deyil. O sualın cavabını mən verə bilmərəm. Çünki mənim məlumatım yoxdur. Yəqin ki, o sual ünvanlı adamlara verilsə daha yaxşı olar».

İlyas İsmayılov AzadlıqRadiosunun «Prezidentın qızı banka necə sahib oldu?» başlıqlı araşdırmasını da şübhə altına qoyub. O, bu suala da cavab verməyib.

«Siz də elə təəssürat yaranmasın ki, İlyas İsmayılov cavab verməyə çəkinir . Xeyr. Bu mənim ixtisasıma uyğun, xarakterimə uyğun məsələdir. Yəni mən bir hüquqşünas kimi bir şeyi araşdırıb ona əmin olmasam, münasibət bildirə bilmərəm».

«Bunlara əmin olmaq üçün deputat sorğusu göndərərsizmi» sualına cavabında isə deputat buna ehtiyac olmadığını deyib.

Partiya sədri çalışdığı parlamentin fəaliyyətini və parlamentdə özünün fəaliyyətini yüksək qiymətləndirib.

PARLAMENTİN İŞİNƏ MÜSBƏT QİYMƏT VERMƏK LAZIMDIR

«Mən parlamentdə olan fəaliyyətimdən razıyam, çünki onun funksiyalarını həyata keçirməkdə vicdanla iştirak etməyə çalışmışam. Parlamentin fəaliyyətinə mənim qiymət verməyim düzgün çıxmazdı. Mən parlamentin bir hissəsiyəm. Ümumiyyətlə, hesab edirəm ki, parlamentin fəaliyyətinə də müsbət qiymət vermək lazımdır».

«Ədalət» partiyasının sədri «Böyük Quruluş» və «BAXCP» ilə birgə yeni seçki bloku yaratmaq barədə fikirlərindən də danışıb.

«Hələ saziş imzalamamışıq, müzakirələr gedir. Dairələrdə namizədləri müzakirə edirik. Ancaq seçkilərdə birgə iştirak etmək üçün ciddi niyyətimiz var».

BİZİM PARTİYAYA GƏLƏNLƏR HƏLƏ DƏ VAR


İlyas İsmayılov müttəfiqi Qüdrət Həsənquliyevin parlamentdə səsləndirdiyi Rusiya bazalarının Azərbaycanda yerləşdirilməsi barədə istəyinə də münasibət bildirib. O deyib ki, Qarabağ münaqişəsi bununla həll olunacaqsa, bunu etməyə dəyər.

«Qüdrət Həsənquliyev demişdi ki, Qarabağın azad olunması üçün nə lazımdısa, edək. O cümlədən baza lazımdısa, yaradaq. Mən də elə düşünürəm ki, Qarabağın azadlığı üçün hər şeyə getməyə dəyər. Əgər Qarabağ azad olunursa, olsun bazası. Amma prinsip etibarı ilə mən Azərbaycanda hansısa bir xarici ölkənin bazasının olmasının tərəfdarı deyiləm».

Partiya sədri «Ədalət» partiyasının üzvlərinin sayının tez-tez dəyişildiyini bildirib. Amma partiyaya gələnlərin olduğunu da istisna etməyib.

«Biz qeydiyyata alınanda 12 min üzv vermişdik. Sonra çoxalmışdı. Lap 25 minə qədər qalxmışdı. İndi, yəqin ki, azalıb. Bu da təbiidir. Mən çox şadam ki hələlik bizim partiyaya gələnlər var».

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Natiq Haradan: Sumqayit
27.08.2010 23:39
Hörmətli Xədicə xanim!
Mən sizin daimi izləyicinizəm. Sizə bir faktı xatırladıram: İlyas İsmayılovun ən yaxşi obrazını onun öz müavini Elxan Şükürlü elə sizin radioda getmiş hekayəsində canlandırıb. İnanmırsınız, açın, oxuyuyn.Hekayə "Bir müxalifətçinin taleyi" adlanır. Əgər öz müavininin gözündə bu adam o cür düşübsə, gərək çoxdan siyasətdən gedəydi.

Kimdən: sual
26.08.2010 15:34
culfachiya@

men Xedice xanimin yazilarini, reportajlarini 10 ildir ki, oxuyuram, hele Azadligdan evvel ishlediyi metbu organlarindan taniyiram. Amma bu xanim muxalifetchi tesiri bagishlasa da, eslinde neytral jurnalistikanin prinsiplerine chox ciddi shekilde emel edir. Hech vaxt bir terefli movge tutmur ve zeruri prinsipleri pozmur.
Cavab

Kimdən: Culfalı oglan Haradan: Culfa
26.08.2010 19:16
Cənab/xanım Sual! Bu sənin fikrindir,amma baxmaq görmək deyil.Xədicə xanım əgər neytral jurnalistikanin prinsiplərinə çox ciddi şəkildə əməl edirsə onda niyə bəs həmişə ''neytral" araşdırmaları hər düşərgədə aparmır? Çünki.........,???????????????????????

Kimdən: Mahir Cavadov Haradan: Austria, Salzburg
26.08.2010 03:37
1988-90-cu illerde ermeni milletcileri Azerbaycan Konstitusiyasina zid olaraq Qarabagimizi indiki kimi ele kecirmek meksedi ile ysyan ederken, Ilyas Ismailov Azerbayacanda Baş Prokuror idi! Ve onun en esas qanuni vezife borcu idi ki Qarabagdaki melum ermeni ysyancilarinin rehberlerini hebs etsin! Ancaq o cinayetkarlarin hebsi barede onun imzaladagi bir sened bele yoxdur! O vaxtlar onun istintaq yzre myavini olmuş Boqomolovdan men sorushduqda ki, axi niye Qarabagdaki ermeni ysyancilarinin hebsleri haqda sanksiya yoxdur! O mene bele cavab verdi: Ilyas Ismailovsuz men bunu ede bilmirem, cynki bilirsen ki men ona tabeyem ve reysim - Bash prokuror kimi -onun emri olmadiqda men eli bagliyam! Boqomolov: men ona bu qanuni hereketi teklif etmişemç ancaq, Ilyas Ismailov menimle razi deyildir! Yoxsa men bir gynde ermeni qiyamcilarinin rehberlerini siyasete göre yox, ele ancaq Azerbaycan dövletinin emlakini dagitiqlarina göre hebs ederem ve bununlada onlarin qiyamini yatirdaram! (o vaxti o cyr Qarabagi gorumak mymkyn idi) Bax Ilyas Ismailova bu intervyuda esas suali bu idi - NIYE o 1988-90-ci illerde Baş prokuror kimi vezivesini yerine yetirib istintaq yzre öz myavini Boqomolova Qarabagdaki ermeni ysyancilarinin HEBSINE ICAZE VERMEYIBDIR? Fikrimce, Ilyas Ismailov ele o emri vermediyine göre Heyder ve Ilham Eliyevler terefinden Milli Meclisin yzvy teyin edilibdir! Cynki Eliyevler eks halda Azerbaycanda hakimiyyete gele bilmezdiler! Bu fakti SSRI prokurorlugunun senedleride resmen testiq edirler!
Cavab

Kimdən: Qasim Haradan: baki
26.08.2010 12:59
Mahir, İlyas İsmayılovun kimliyini bilmək üçün uzağa getmək lazım deyil, Azərbaycan Tibb universitetinə baş çəksən bəs eləyir. Söhbət ondan gedir ki, bütün bunları bilərək niyə o dövrdə səsini çıxartmırdin? Çünki o dövrdə sən də elə H.Əliyevə canla-başla xidmət edirdin. Hətta onun ərköyün prokuroruna çevrilmişdin. Heç də İ.İsmayilovdan geri qalmırdın.
1992-ci il dövlət çevirişlərinin başında da onunla bir hərəkət edirdin. İndi illər ötdükcə millət anlayır ki, əgər bu dövlət çevrilişləri olmasaydı –Qarabağda erməni qalmayacaqdı. Odur ki, ruslar belə yerdə deyirlər: «Чья корова не мычала, твоя бы молчала!»
Cavab

Kimdən: Könül Haradan: Bakı
26.08.2010 22:19
Mahir müəllim bu dəfə də həmişə olduqu kimi öz arqumentlətini faktlarla əsaslandırıb.Onun bu tipli yazıları muasir tariximizdəki bir cox qaranlıq məqamlara aydınlıq gətirir.Biz gənclərin belə məlumatlara ehtiyaci olduqundan ,onun yazdıqları sayəsində kifayət qədər məlumatlaniriq.Təşəkkürlər!
Cavab

Kimdən: Könül Haradan: Bakı
26.08.2010 21:52
Bax bu cür müsahibələr Azərbaycan xalqında müxalifətə qarsı inamsızlıq yaradır.Məhs bu inamsızlıqa görə müxalifət ətrafında kifayət qədər insan kütləsi toplaya bilmir! Təəssüf!
Cavab

Kimdən: Mahir Cavadov Haradan: Austriya, Sazburg
26.08.2010 15:52
Oponentim "Qasim" beyin menim haqda 26.08.2010-cu il tarixinde burada yazdiqlari, Bakida hakimiyyetde olan Eliyevlerin xalqimizi aldatmaq ycyn yaydiqlari adi şayelerdendirler! Hansilarinin ki, şayeden elave mene mehz Eliyevlerin böhtani oldugunuda, men Azebaycanin xaricindeki bytyn mehkemelerde resmen subut etmishem! Eks halda bu gyn bu mektubu yaza bilmezdim! Cynki Eliyevler o şayeleri Azerbaycan dövleti adindan xaricdeki mehkemelere resmen teqdim edib menim onlardan hebsimi ve onlara tehvil verilmemi teleb edirdiler! Yani: "Qasim" bey haqli deyil ki, ruslara istinaden onun dediyi kimi - menim "ineyimin qishqimaga" haqqi yoxdur... Eksine "menim "ineyimin" Azerbaycanda neyinki 1992-ci ilde - hemishe qishqirmaga haqqi olubdur, indi ise her yanda "qishqirmaga" haqqi vardir! Özyde bu haqq indi resmidir! Bu fakda emin olmaq isteyenleri - azdiaspora.org -saytindaki seyfeme devet edirem - oradaki sekileme ishare etmekle oraya daxil olmaq olar!

Kimdən: Mirish Haradan: Mirishli
25.08.2010 18:45
Buna deyerler ruslar demishken "SAM LYUBOV"

Kimdən: fatime
25.08.2010 12:46
absurd, mentigsiz ve soz guleshdirmeni xatirladan sethi cavablar!

Ilyas muellim bu gostericilerle siz ancag Eliyev memuru ola bilersiniz. Siz hazirki fealiyyetinizle ancag vaxt itirirsiniz ve insanlarin zehlesini aparirsiniz..

Xedice xanim, sizin ise muxtelif inpritasiyada verdiyiniz suallara, tekidle cavab almag cehdlerinize baxmayarag, sanki garshinizda oturan "hocet ushag" ele meseleni firladirdi..

Kimdən: Zamig Haradan: Prague/CZ
24.08.2010 22:02
BU DA BELƏ GETDİ...SİYASİLƏRİMİZ SATILA-SATILA GEDİR..SONRA DA SORUŞURUQ Kİ, BU REJİM NİYƏ 17 İLDİR MÜTLƏQ HAKİMDİR...BELƏ SİYASƏTÇİLƏRİ OLAN ÖLKƏDƏ DEMOKRATİYA OLAR?...ELƏ BİL BEYNİNƏ TAPANÇA DİRƏYİBLƏR..QORXA-QORXA EHTİYATLI DANIŞIR..HEÇ İQTİDAR NÜMAYƏNDƏLƏRİ BELƏ QORXMURLAR DANIŞANDA..BUNA NƏ OLUB?..YƏQİN QORXUR Kİ, BİRAZ AÇIQ DANIŞAR DEPUTAT KRESLOSUNU DA ƏLİNDƏN ALARLAR..KARİERİST...

Kimdən: Culfalı oğlan Haradan: Culfa
24.08.2010 21:19
Xədicə xanım, Siz həmişə elə təbliğat aparırsınız ki, Azərbaycanda söz azadlığı yoxdur,deyirsiniz ki,E.Fətullayev yazılarına görə həbs edilib.Əgər belədirsə Xədicə xanım Sizi niye həbs etmirlər?
Cavab

Kimdən: sual
25.08.2010 11:31
Xedice xanim ne yazir ki hebs elesinler, ay agilli??
Cavab

Kimdən: Culfalı oğlan Haradan: Culfa
25.08.2010 18:28
Sen bir Xədicə xanımın yazılarına ve müsahibələrinə bax başa düşəcəksən,əgər başa düşməsən yaz, men seni başa salım, oldumu?

Kimdən: Mehman Haradan: Tovuz
24.08.2010 18:13
Ha dedim hec ne yazmayim, amma durammadim!...
Ilyas muellim olub-qalan hormetini «Böyük Quruluş» və «BAXCP»-e "bash qoshduqdan" sonra alt-ust edecek... Olub-qalan hormetini haaa...
Cavab

Kimdən: Turk Milletcisinden Haradan: Bakidan
25.08.2010 15:16
Mehman bey, sen ele yazmasa idin yaxi olardi. Sen hele BQP-nin BAXCP-nin sədrlərinin seviyesini basa duse bilmersen. Gerek o evvel sende seviye ola, ondan sonra onlari qana bilesen!
Cavab

Kimdən: Anonim
25.08.2010 18:37
Anonim adla Türk millətçisi...nə bilim vallah heç ağlım kəsmir.Hər halda belə başa düşdüm ki, Sən də o sədrlərdən örgənmisən anonim "gedişləri".Həvəsim yoxdu qadası mən Sənin böyüklərinə nə lazımdırsa demişəm

Kimdən: Mirza Calil Haradan: Xabarovsk
24.08.2010 18:10
Manim Azadliq radiosunun amakdashlarina xahishim ondan ibaretdir ki,bu tipli amorf insanlari redaksiyaniza davat edib biza bir az da urak agrisi vermayin.Siz onun bir "adalatli" camalini vasf edin,insanda vicdan yaxshi sheydi.....deyir oglumun gunahi yoxdur,sorushmaq ayib olmasin,bas onda oglu o vilayetin cinayatkar shaxslari ile bir arada ne fealiyyatle mashgul olmaga uchun ora getmishdi??!! Elmi-texniki mubadile ile??? sadece Ilyas Ismayilovun agli gedib Azerbaycanda movcud olan huquq sistemine,al-ver

Kimdən: jurnalist
24.08.2010 18:08
I.Ismayilov hemise bele menasiz danisdigi ucun siyasetde batirdi
Səhifə (2)
    Növbəti