Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:19

Verilişlər / İslam və demokratiya / İslam nə deyir?

Ramazanda əsas orucdur, yoxsa..?

Şriftin ölçüsünü dəyiş - +
Ramazan ayı müsəlmanlar üçün niyə belə böyük önəm daşıyır? Ən əhəmiyyətli olanı nədir – namaz qılıb oruc tutmaq, yoxsa həm də xeyirxahlıq etmək? AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «İslam və demokratiya» verilişinin bu dəfəki mövzusu məhz Ramazan ayının xüsusiyyətlərinə həsr olunub.

BİRLİK VƏ YARDIMLAŞMA AYI

«İslamevi.az» portalının rəhbəri, ilahiyyatçı Yaşar Qurbanov deyir ki, Ramazan sadəcə oruc tutulan ay deyil. Qurani-Kərimin nazil olduğu bu ay həm də müsəlmanlar üçün birlik, sosial yardımlaşma, kasıbları sevmək, şəfqət hissinin daha da artması ilə səciyyələnir.

İçərişəhər Cümə məscidinin axundu Surxay Məmmədli isə Ramazanı insanın özünü dərk etməsi ilə əlaqələndirir.

«İnsan özünü dərk etməsə, Allahı da dərk edə bilməz. Bu ayda insanlar daha səbrli olur, bir-birilərinə qarşı mehriban olurlar, yaxınlarını ziyarət edirlər».

ORUCLUQDA İDMANÇILARA GÜZƏŞT YOXDUR

Surxay Məmmədli deyir ki, İslam zor, icbari din deyil. Ona görə də oruc tutmaqda bəzi istisnalar var – bir sıra xəstəlik daşıyıcıları, südverən analar və s. Amma hansısa yarışda iştirak edən idmançılara bu hala aid etmək olmaz.
"İslamevi.az saytının rəhbəri Yaşar Qurbanov və Cümə məscidinin axundu Surxay Məmmədli


«Ən böyük yarış allahla bəndə arasında olan yarışdır. Ramazan məhz yarış ayıdır. Yaxşı olardı ki, hansısa çempionatda iştirak edən idmançı öz gücünü, enerjisini məhz Allahın hüzurunda, Ramazan ayında itirsin. O, yalnız Allaha yaxınlaşdıqca arzuladığı yüksək zirvələrə çata bilər».

GÜNÜN ALTINDA İŞLƏYƏN FƏHLƏ ORUCU AXŞAM TUTA BİLƏR

Yaşar Qurbanov isə çox isti havalarda bir sıra peşə sahiblərinə güzəşt edilə biləcəyini istisna etmir. Misal kimi qızmar günün altında tikintidə işləyən fəhlələrdən danışır:

«Əgər bu insan işini axşam görə bilmirsə, üstəlik oruc tutmalıdırsa, onda bəzi alimlər bu adamlara orucu axşam tutmağa icazə veriblər. Tuta bilməyəndə bir gün fağırı doyuzdurur».

HEÇ BİR ƏMƏL ORUCU ƏVƏZ EDƏ BİLMƏZ

Orucu hansısa savab əməllərlə əvəz etməyə gəlincə, Surxay Məmədli deyir ki, bu, mümkün olan iş deyil. Çünki müsəlman üçün namaz kimi oruc tutmaq da mütləq qoyulan bir əməldir.

«Dünyada nə qədər yaxşılıqlar edilsə, nə qədər orucun yerini verə bilməz. Normal və sağlam insan oruc tutmayıb, onu müəyyən xeyirxahlıqla əvəz etmək istəyirsə, bu, mümkün deyil. O, axirət günündə bunun soruşduğunu verəcək. Nə qədər yetim qarnı doyuzdursa belə, nə qədər yaxşılıq etsə də, onun əvəzini vermək olmaz».

ZƏKAT VERMƏYƏNLƏR BÖYÜK SAVABDAN MƏHRUM OLUR

Yaşar Qurbanov söyləyir ki, bunun əksini etmək də düz deyil. Yəni, əgər insan oruc tutub namaz qılırsa, amma xeyirxah əməlləri yoursa, onda buna görə də cavab verməli olacaq. Çünki Allah dərgahında yüksəlmək üçün kasıblara əl tutmaq lazımdır:

«Buyurulur ki, o kəslər ki, mal-dövlətlərindən zəkatlarını vermirlər, bu, onlar üçün əzaba çevriləcək. Belə insanlar böyük bir xeyri itirirlər. Çünki Allah dərgahında ən sevimli əməl – bir müsəlmana sevinc gətirmək, onun borcunu vermək, sıxıntısını aradan qaldırmaqdır. Bunu etməyənlər böyük savabdan məhrum olurlar».

FİTRƏ ƏVƏZİ 3 KQ BUĞDANIN PULU VERİLİR

Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyir ki, Quranda namazdan söz açılan yerlərdə mütləq zəkatın da savabından danışılır. Ramazanda zəkatın bir növü – fitrə verilir. Əgər insan orucluq zamanı öz nəfsini saxlamaqla fərdi savab qazanırsa, ictimai baxımdan fitrə zəkatının çıxarılması ilə savab qazanır.

«Fitrə zəkat bir sıra ərzaqlardan, adları hədislərdə qeyd olunan ərzaqlardan 3 kq miqdarında verilməsidir. Ailənin hər bir üzvü adından 3 kq xurma ya buğda, düyü, arpa, kişmiş və s. bu kimi ərzaqlardan verilir. Yaxud da 3 kq buğdanın pulu çıxarılır».

Hacı Şahinin sözlərinə görə, fitrəni Ramazan bayramından bir neçə gün öncə çıxarmaq vacibdir. Fitrə ilə bağlı xüsusi şərt yoxdur. Sadəcə çalışmaq lazımdır ki, bu pulu haram işlərə xərcləməyəcək insanlara verəsən.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
08.09.2010 22:45
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin"Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır".

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz".
İslamın əsaslarından biri orucdur və əlbəttə ki Ramazanda ən vacib orucdur.Başqa nə ola bilər ki.Və yeri gəlmişkən bütün müsəlmanların Ramazan bayramını təbrik edirəm.Allah bizim ibadətlərimizi qəbul etsin.

Kimdən: Abdullah Haradan: mexico
05.09.2010 13:45
Butun Oruc tutanlari salamlayir, Qedrini bilenlerin Qedr Gecesinde Allahin gunahlarimizi bagishlamasini dileyir ve omrumuzun sonunacan bizi Onun Haqq yolundan zerre qeder kenarlashdirmamasini niyaz edirem.
Islam Allahin son dinidr ve esl insanliq bu dinle muveffeq olabiler. Hem ferdi, hem ictimai.
QURANDA HURI MESELESINI ESAS GETIREREK MENCE ZAY DANISHMAQDANSA, GEDIB ONCE ALLAHIN QUDRETINI IDRAK ETMEK, SONRA ALLAHA LAZIMI IBADETLE SHUKUR ETMEK VE MUMKUNSE BUNU ETRAFIMIZDAKI BIXEBERLERE IZAH ELEMEK DAHA XEYIRLI OLAR.
"cennet ucuz deyil, cehennem dexi luzumsuz deyil"

Kimdən: hekari Haradan: baki
30.08.2010 19:07
Oruc - əxlaq məktəbidir
İbadətlərin özünə məxsus vaxtları var. Fərz olan orucun vaxtı Ramazan ayıdır. Ramazanın özünə xas xüsusiyyətəlri var:
1. Qurani-Kərim bu aydan etibarən Yer Kürəsinə enməyə başlayıb. Allah Təala buyurur: "Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır" ("Bəqərə", 2/185). Bu ay Quran nazil olduğu üçün Ramazana "Quran ayı" da deyirlər. Quranı Hz.Peyğəmbərə gətirən Hz.Cəbrail (ə.s.) hər il Ramazan ayında Peyğəmbərin yanına gələrdi. Və həmin günə qədər gələn ayələri birlikdə oxuyardalar. Allah Rəsulunu vəfat etdiyi il Hz.Cəbrail Quranı əvvəlkilərdən fərqli olaraq bir yox, iki dəfə peyğəmbərlə oxuyub. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Rəsulullah: "Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək", buyurub. Bundan başqa Hz.Peyğəmbər Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib: "Qiyamət günü oruc və Quran bəndəyə şəfaətçi olacaq. Oruc: "Ey Rəbbim, mən günorta onu yeyib-içməkdən və müxtəlif zövqlərinə maneə oldum. İndi məni ona şəfaətçi qəbul et", - deyər. Quran: "Ey Rəbbim, mən onun gecə yuxusuna maneə oldum. Məni ona şəfatçi et" - deyər. Allahın icazəsiylə hər ikisi həmin bəndəyə şəfaət edərlər. Quran ilahi mesajdır. Quranı ancaq oxumaq kifayət deyil. Müsəlmanın əsl vəzifəsi Quranı oxuyub mənasını dərk edib, həyatına tətbiq etəkdən ibarətdir.
2. Hz.Muhəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsi bu ayda verilib. Məkkəyə yaxın ərazidə yerləşən "Hira" mağarasında Hz.Muhəmmədin yanına gələn Hz.Cəbrail adlı mələk ilk Quran ayəsini gətirib. İlk əmr isə "Oxu" ilə başlayır. Hz.Cəbrail Muhəmmədə: "Sən Allahın peyğəmbərisən, mən də Cəbrailəm",- deyə səslənərək onun insanlığını qurtuluşu üçün göndərilmiş peyğəmbər olduğunu bildirib.
3. Min aydan daha xeyirli olduğu Qurani-Kərimdə bildirilən "Qədr gecəsi" bu aydadır.
4. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur.
5. "Təravih" namazı da sadəcə Ramazan ayında qılınır.

Kimdən: hekari Haradan: baki
29.08.2010 23:09
Ramazan orucu İslamın 5 əsasından biridir .Möminlərin anası Aişədən (r.a) rəvayət olunurki: “Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı” (Buxari və Müslim rəvayət etmişdir). Müslimin başqa bir rəvayətində də deyilirki: “Rəsulullah son 10 gündə o qədər çalışardıki, başqa heç bir vaxt belə çalışmazdı” Bir başqa hədisdə də Buxari və Müslim rəvayət edirki: “Peyğəmbər Ramazan ayının son 10 günündə həmişə etikaf (məsciddə qalmaq) edərdi, vəfat edənə qədər belə etmişdir.”

Kimdən: Yusif oğlu Haradan: Bakı
29.08.2010 13:16
GÖRƏSƏN MƏMURLARIMIZ ORUCLUQ AYINDA RÜŞVƏTDƏN İMTİNA EDİB ORUC TUTURLARMI?? GÜNAHLARINI AZALTMALARI ÜÇÜN ƏN YAXSI FÜRSƏTDİR. hökümətimiz də "rüşvətsiz ay"elan edə bilsəyrdi. Xalq üçün bu əsl bayram övqatı yaradardı.

Kimdən: Mübariz Haradan: Almaniya
28.08.2010 20:04
@Kemsavad
''Qardaşım, şəxsən mənim vaxtımda olmadığına görə mənim bunları görməyim mümkünsüzdür''.İnkar edenler, göklerle yer bitişikken, bizim onları ayırdığımızı.ayetin bu qismini tefsir kitablarindan arashdirib oxuya bilerseniz menimde bu barede chox melumatim yoxdur. Amma kosmos baresinde az da olsa bildiklerim var partlayish sahesinde olushdugundan behs edilir ve s.
Hayatı olan her şeyi sudan yarattık. Hâlâ inanmıyorlar mı?
Ayetin bu qismina ise men öz bilgim daxilinde cavab vermeye chalishim.
Eslnide insanda daxil heyvanlar otlar bitkilerin sudal olushdugu bu hech kime sirr deyil artiq. Meselen xyar yemish qarpiz 98% sudan olushur.
Anatomiya'chiya sora bilersen insanin özüde ele en az 85% sudan olushur. Demek olar ki bu gün gördüymüz canli ne varsa hamisi sudan olushur bu ayetin menim üchün basha düshülmeyecek hech bir yönü yoxdur.

Cavab

Kimdən: kəmsavad
28.08.2010 23:40
@Mübariz, cavabına görə tşk.
cavabın düzdür,əyridir əsas deyil, əsas odur ki, öz fikrini özün bildiyin kimi deyirsən.
Quran yazılana qədər də, ibtidai insanlarda və onların inanclarında su həyat mənbəyi kimi ən mühüm ünsür olub. SU-HAVA-TORPAQ-OD.
Düz deyirsən ki, su insan orqanizminin yarıdan çox hissəsini təşkil edir. Həm də planetimizin üçdə bir hissəsi sudan ibarətdir. Yəni bunların,əsas da sudan yaradılışın qurandan sonra insanlığa məlum oldu kimi havalara girmək mənə çox absurd gəlir.
hədislərə müraciət etməyi özümə rəva bilmirəm. çünki, Allah quranı göndərən də, "quranı sizə aydın olsun deyə ərəbcə göndərdim deyir". Səncə Allahın dediyini Allahdan başqa kim anlatmaq qabiliyyətinə malik ola bilər səncə?
Məsələn belə bir ayə var. (amma hansı surədir yadımda deyil).
"Sizi cənnətin kölgəliklərində yaşıl mitəkkələrə dirsəklənmiş, yumurta kimi ağ, PAK, iri gözlü hurilər gözləyir"

Bu ayədə Allahın imanlı bir erkəyi mükafatlandırmağı aydın ifadə olunur. Mən hədisi yazıldığı kimi başa düşməliyəmmi. Yumurta kimi ağ appaq deyəndə Alla təbii ki, ərəb üçün qara ərəb arvadlarını nəzərdə tutmayıb. Burda şimal-olsun ki, xristian qadınlarından söhbət gedir.
Bi inamlə kişi, haqqını cənnəttə alıb bu hurilərlə qol boyun olanda uzun illər həyat yoldaşı olmuş qadını onu bu vəziyyəttə görsə səncə nə duruma düşər. Deməzmi ki " A kişi, boyunu yerə soxum, bundan ötrümü illərdir namaz tutub, oruc saxlayırdın? Bəs bənim haqqım hanı, hanı cənnəttə mənim üçün bığıburma erkəklər, hanı hə??"

Mübariz, bəlkə məcazi mənada deyib yan keçək nə deyirsən?
sadəcə fikrini yaz, heç nə hələ dəqiq deyil.
Cavab

Kimdən: Amil
06.09.2010 12:07
Kemsavad
senin yazdiqlarindan anlasilir ki sen dinle maraqlanmisan amma, sen bunu anlamaq ucun yox insanlarla mubahise etmek ucun etmisen. Bu etdiyyinde gunahdi. Bir deqiqelik dushun sen ne ucun yaranmisan.
Allah hidayet versin
Cavab

Kimdən: Bezməmiş Haradan: Bakı
30.08.2010 18:46
Qurani-Kərimdə buyurulur: "Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. Eşitdikləri söz ancaq "salam" olacaqdır." (Vaqiə, 25-26) Deməli Sizə yox Qurana iman gətirən qadın heç vaxt Cənnətdə dilinə "A kişi, boyunu yerə soxum, bundan ötrümü illərdir namaz tutub, oruc saxlayırdın?" - kimi düşük-düşük sözlər gətirə bilməz.

Kimdən: hekari Haradan: baki
28.08.2010 15:40
Ən əsası və ən əhəmiyyətlisi, orucu tutarkən niyyəti sidq ürəkdən, ixlasla Allah üçün etmək. Bunu məhz Allahın əmri olduğu üçün və Onun rizası üçün yerinə yetirmək. Çünki ixlas, itaətlərin cövhəridir, əməllərin ruhudur, bütün saleh əməllərin açarıdır, kainatın Rəbbi olan Allahının müvəffəqiyyətinə əsas amildir. Allahu Təala Qur’ani Kərimdə bizə əmr etmişdirki: “Onlar yalnız ixlasla (sidq ürəkdən) Allaha ibadət etməyə əmr olunublar” (Əl-Bəyyinə surəsi 5-ci ayə).

Kimdən: kəmsavad
27.08.2010 21:50
@Mübariz:
"Süre Enbiya. 30.
İnkar edenler, göklerle yer bitişikken, bizim onları ayırdığımızı ve diri olan her şeyi sudan meydana getirdiğimizi görmediler mi? Hâlâ inanmayacaklar mı?

Mübariz bu ayəni şəxsən mənim adıma göndərdiyinə görə çox sağ ol. Ən çox üzərində sorğu-sual yaradan ayələrdən biridir mənim üçün. Gəl iki qardaş bu ayənin çəlişkili yerlərini xırdalayaq.

1.Ayədən konkret məlum olur ki, Allah inkarçılara hər şeyi göstərmişdir. baxmayaraq ki, bu inkarçıların qəlbləri möhürlənmişdir, onlar kor idilər,kar idilər. Belə olan surətdə inkarçılar Allahın nə etdiyini görmək, duymaq hissindən uzaq olmalıdırlar.
2. İkinci variantda belə ola bilər. Mərhəmətli Allahınız bu inkarçıların qəlblərindəki möhürü açdı, kor-kar şikəstliyini də tam sağaltı və yaratdığı hər bir şeyi, göyü yerdən necə ayırmağı bunlara göstərdi.Bəli ayədən göründüyü kimi durum belə olanda inkarçılar bunu görməliydilər.
Qardaşım, şəxsən mənim vaxtımda olmadığına görə mənim bunları görməyim mümkünsüzdür. Sən də mənim kimi görə bilməz idin. Səncə bəs kim görüb bu hadisələri, nə zaman olub bunlar.
bu ayə haqqında sualın istiqaməti bir olsa da müxtəlif cavablar verilir. Əsas da hədislər iki yerə bölünür ayələrin açılışında.
bir dərəf deyir ayədə nə yazılıbsa elə də başa düşülməlidir. 2 ci tərəf isə ayələrin islam "alimləri" tərəfindən yozulmasına yaşıl işıq yandırır.
indi buyur səni dinləyim.

@Adil,

Allahın yerə düşüb əlləri ilə yeri göydən aralaması və sonra ərşə qalxıb öz taxtına oturması" haqqında ayə qurandan başqa hansı bir dini kitabda keçə bilər ki. Yalan danışmağa eytiyacım yoxdur. o da ola quran barədə. İstədiyin səhvədən ürəyin istədiyin ayəni aç oxu və ovuduğunu anlamaq istəsən yüzlərlə belə ayələrə rast gələrsən.
Yoxsa bunu oxumamısan " Rəsulum (məhəmməd) zövcələrinlədə ilişgidə həddini aşma. (sonra da kimlərlə ilişgi quracağını Məhəmmədə anladır)"
"Və günəşi qərbə tərəf getdiyini və orada palçığa batdığını gördü"

Adil əvvəllər hamısını qeyd edirdim ki, sənin kimisi soruşanda konkret yerini göstərim.
o qədər çoxaldı ki, nəyin harda olduğunu özüm qarışdrdım.Amma sənin maraqlandığın (əllərilə göyü aralamağı) google de axtarış edib tapacam. bir az vaxt aparacaq. Sən qurançısansa nə əcəb görməmisən maraqlıdır. Hamınıəz eləsiniz harda, nə vaxt kimi suallar verirsiniz. necə oxuyursunuz müqəddəs kitabınızı mən anlamıram.


Kimdən: hekari Haradan: baki
27.08.2010 17:06
Toxun acdan xəbəri olsun!

Bu müqəddəs ayda oruc tutan müsəlmanlar nizamlı ordunu xatırladır. Axşam yeməyi olan iftara yaxın bir vaxtda Cənabi-Haqqın ziyafət süfrəsinə dəvət olunmuş bir şəkildə "buyurun" əmrini gözləyirlər. Allahın əmri gəlməmiş əllərini hazır yeməklərə uzatmırlar. "Yeyin!" əmri verilən iftar vaxtı girəndə isə şükr edərək oruc ibadətini bitirmiş olurlar.
Nemətlər şükr istəyir. Qurani-Kərimin bir çox ayəsində insanların az şükr etdiyi bildirilir. Əsasən də "Rəhman" surəsində "Rəbbinizin hansı nemətini yalan sayıb inkar edirsiniz?" mənasındakı ayə 31 dəfə təkrar edilərək, nankorluğumuz üzümüzə deyilir. Ramazan ayındakı oruc isə həqiqi, səmimi şükrün açarıdır. Çünki başqa vaxtlarda məcburiyyət altında olmayan insanların əksəriyyəti həqiqi aclıq hiss etmədikləri üçün nemətlərin qiymətini, bir tikə quru çörəyin dəyərini tox insanlar sözün əsl mənasında dərk edə bilməzlər. Halbuki iftar vaxtı quru çörəyin çox qiymətli ilahi nemət olduğuna oruclu insan şahiddir. Ən üst təbəqədən ən aşağı təbəqəyə qədər hər kəs orucluqda aclığın qiymətini çox gözəl anlayır. Günorta yeməyinin qadağan olması ilə: "bu nemətlər mənim mülküm deyil. İstədiyim kimi, istədiyim vaxt bunları yeyə bilmərəm. Demək ki, bunlar başqasının bizə bəxş etdiyi ehsandır. Onun əmrini gözləməliyəm", - deyər, nemətlərin həqiqətini bilərək mənəvi şükr edər. Oruc bu yönü ilə də insanın əsl vəzifəsi olan şükrün açarıdır. İctimai həyata nəzər salsaq, insanları maddi yöndən fərqli olduqlarını görərik. Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Tox acın halını bilmədiyinə, bunu sözlə də başa salmaq mümkün olmadığına görə, ancaq ac qalaraq bunu bilmək mümkündür. Aclığın ən uyğun forması da orucdur.



Kimdən: Mübariz Haradan: Almaniya
27.08.2010 15:12
@Kemsavad
Süre Enbiya.
30. İnkar edenler, göklerle yer bitişikken, bizim onları ayırdığımızı ve diri olan her şeyi sudan meydana getirdiğimizi görmediler mi? Hâlâ inanmayacaklar mı?
Səhifə (5)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı