Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:05

Xüsusi layihələr / Seçkilər-2010

«Seçkini daha yaxşı saxtalaşdırmaq...»

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«2009-cu il bələdiyyə seçkiləri zamanı bəzi qanun pozuntuları olub və onlara yol verən icra strukturları cəzalandırılıb. Həmçinin Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib, bir sıra nəticələr ləğv olunub. Növbəti parlament seçkisində bu mövqe daha da sərtləşəcək».

AZƏRBAYCANDA SEÇKİ MƏDƏNİYYƏTİ


Prezident Administrasiyası ərazi-idarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev belə deyir. Avqustun 23-də Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlamasına dair tədbirdə şöbə müdiri onu da bildirib ki, qarşıdakı parlament seçkilərində bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb. İndiyə qədərki seçkilərdə əldə olunan təcrübə parlament seçkilərində daha da təkmilləşdirilməlidir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli


AXCP sədri Əli Kərimli isə deyir ki, 2005-ci ilin parlament seçkilərində də belə vədlər yetərincə oldu, amma nəticədə ATƏT məkanında tayı-bərabəri olmayan saxtakarlıq baş verdi.

SEÇKİDƏ GÖZƏ NECƏ KÜL ÜFÜRÜLÜR?


Əli Kərimli arzulayır ki, təki verdikləri vədi yerinə yetirsinlər. Müxalifət də elə bunu istəyir. Amma bu vədlərin səmimi olmaması indidən özünü siyasi partiyalara, sərbəst toplaşma azadlığına, seçki komissiyalarının tərkibinin formalaşdırılmasına və sair bu kimi məsələlərə münasibətdə göstərir. AXCP sədri düşünür ki, ölkədə seçkilər icra başçıları deyil, dövlət rəhbərliyi tərəfindən saxtalaşdırılır:

«Burda səmimiyyətdən yox, gözə kül üfürməkdən söhbət gedir. Saxtakarlıq birbaşa Prezident Administrasiyası tərəfindən istiqamətləndirilir. Hətta hər bir dairədə nəticələr də onlar tərəfindən müəyyənləşir. Bu bir dövlət siyasətidir və onun başında təbii ki, dövlət başçısı İlham Əliyev özü durur».

2005-ci il parlament seçkilərindən sonra yerli və beynəlxalq təşkilatlar Əli Kərimlinin də namizəd olduğu 31 saylı Suraxanı seçki dairəsində qanun pozuntuları baş verdiyini bildirmişdilər. Həmin vaxt bu dairədə seçkilərin nəticələri ləğv olunmuşdu. Amma sonradan Konstitusiya Məhkəməsi əvvəlki nəticəni qüvvədə saxladı və həmin dairədən YAP-ın namizədi Əhməd Vəliyev deputat oldu. Əli Kərimli deyir ki, həmin vaxt da rayon rəhbərliyi cəzalandırıldı. O hesab edir ki, bu, görüntü xatirinə atılmış addım idi.

MSK sədri Məzahir Pənahov
ƏDALƏTLİ SEÇKİYƏ HƏR CÜR ŞƏRAİT


MSK sədri Məzahir Pənahov da 2010-cu il seçkilərinin də ədalətli keçməsi üçün hər cür şərait yaradıldığını deyir.

Onun sözlərinə görə DSK sədrləri beynəlxalq qurumlarla birgə maarifləndirilir. ATƏT-in 400-ə qədər müşahidəçisi seçkiləri izləyəcək. Namizədlərin isə qeydiyyata alınması prosedurası o qədər sadələşdirilib ki, daha bundan artıq sadələşdirmək mümkün deyil:

«Bilirsiniz də qeydiyyat üçün nə edilir? Bir ərizə ilə dairəyə müraciət edirlər. Dairə onlara imza vərəqələri verir. Cəmi 450 imza toplanmalıdır».

Siyasi şərhçi Zəfər Quliyev isə Azərbaycanda indiyə qədərki seçki proseslərində kifayət qədər təcrübə əldə olunduğuna dair Zeynal Nağdəliyevin dedikləri ilə razıdır.

SEÇKİ TƏCRÜBƏSİ: DAHA YAXŞI SAXTALAŞDIRMAQ

Amma deyir ki, bu təcrübə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi yönündə yox, onun necə saxtalaşdırılması istiqamətində qazanılıb. Bu baxımdan hakimiyyət nümayəndələri qazandıqları böyük təcrübəni seçkidən seçkiyə daha da təkmilləşdirməyə çalışırlar.

Prezident Administrasiyası şöbə müdirinin qanun pozuntularına yol verilənlərə qarşı sərt mövqe ortaya qoyulacağı fikrinə gəlincə, ekspert deyir ki, əvvəla, bu ifadə altında kimlərin nəzərdə tutulduğu hələ məlum deyil. Digər tərəfdən, seçkilərdən sonra müşahidə olunan bəzi cəzalandırma faktları da əslində heç də ədalət naminə həyata keçirilmir.
Siyasi şərhçi Zəfər Quliyev


«Beynəlxalq müşahidəçiləri sakitləşdirmək, Azərbaycan ictimaiyyətinə bir görüntü yaratmaq üçün bu cür fikirlər səslənə, hətta seçkidən sonra konkret addımlar atıla bilər. Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilə, dəyişdirilə də bilər, lakin seçkinin mahiyyəti dəyişmir».

Zəfər Quliyev düşünür ki, elə buna görə də ölkədə parlament seçkilərinə iki ay qalmasına baxmayaraq ölkədə seçki ab-havası duyulmur. Cəmiyyət artıq seçkilərin formal bir prosesə çevrildiyini anladığı üçün ona maraq göstərmir.

POZUNTULARIN HAMISINA MÜNASİBƏT VERİLMƏDİ

2009-cu il bələdiyyə seçkilərində qanun pozuntusu qeydə alınan dairələrin heç də hamısında rəsmilərin dediyi kimi sərt mövqe ortaya qoyulmadı. Həmin seçkilərdə AzadlıqRadiosu İnternet saytında seçkilərdə qanun pozuntularını nümayiş etdirən video görüntülər də sərgiləmişdi.

ATƏT-in seçkinin nəticələrinə dair yekun hesabatında da pozuntular sadalanmışdı - seçki qutularına bülletenlərin topayla atılması, bir nəfərin bir neçə nəfərin yerinə səs verməsi, karusel əməliyyatı (bir qrup adamın avtobuslarla ayrı-ayrı məntəqələrə aparılıb səsverməyə cəlb olunması) və sairə.

MSK isə bir neçə dairədə seçkinin nəticələrini ləğv etmişdi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azər
29.08.2010 18:43
Həmid bəy xahiş edirəm İ.Əliyevi, Sakaşivili ilə bərabər tutmayın,İlham
pulu çox sevir,SAKAŞVİLİ isə xalqını çox sevir.
Ə.ELÇİBƏY Azərbaycandan ona görə getdi ki,qardaş qırğını olmasın,
Ə.Elçibəyi H.Əliyev özü yola saldı Azərbaycan xalqının pullarını cibistan-
lamaq üçün,Dubayda mülklər almaq üçün və oğlunu prezident etmək üçün.
Bir də ki,Sakaşvilinin xalqı mərd xalqdır,yaltaq deyillər.

Kimdən: Hemid Haradan: Gence
25.08.2010 12:45
Azerbaycanlilar cox yuksek demokratiyaya layiq bir milletdir. Sadece olaraq bizim milli mentalitetimiz hemishe rehbere hormet etmek əsasında köklənibdir.Biz heç vaxt öz rəhbərimizə qarşı üsyan etməmışik!İ İndi milletin layiq olduğu demokratik deyişikliklerin başında prezident durmalıdır! İlham Əliyevin Saakaşvilidən nəyi əskikdir, Nə üçün Saakaşvili demokratik dövlət yarada bildi İlham bunu edə bilmir, Bu barədə onun özü düşünməlidir! Xalq nece olsa dözəcəkdir buguünkü antidemokratik şəraitə! Amma hər günü itiririk!! Geriyə qalırıq! Və hər keçən gün İlham Əliyevin adının antidemokratik bir iktidara başçılıq etməsini təsdiqləyir və bu istiqamətdə tarix yazılır! Prezident başa düşməlidirki Azərbaycanın bir ucundan o biri ucuna 500-600 kilometrdir və onun özü başda olmaqla bütün məmurlarının hər dəqiuqəlik gördüyü işlər barədə hamının, hətta kiçik yaşlı uşaqların belə tam məlumatı olur! Amma o rəhbəri olduğu iktidar tərəfindən törədilən bir çox biabırçıqlar barədə bütün respublikada yayılan söz-söhbətləri qulaq ardına vurur!İ Onlara heç bir reaksiya vermir!! Verməsin! Kim nə edirsə özünə edir!! O savdlı adamdır! Görəsən nədən tarixdə mövcud olmuş antidemokratik rejimlərin nə ilə nəticələndiyini bilməsinə baxmayaraq belə rejimin davam etməsini istəyir??Amma hələdə gec deyil! Ziyanın yarısından da qayitmaq xeyirdir! Qayıtsa hamı üçün və ilk növbədə özünün imici üçün yaxşı olar! P.S. mən səsimi İlham Əliyevə vermişəm və inanırdımki o demokratiyaya başçılıq edəcəkdir! Hələ də ümidimi itirməməşəm!!

Kimdən: Камиль
25.08.2010 04:24
"Главное как считают,а не голосуют" Иосиф Сталин

Kimdən: Heqiqet Haradan: Baki
24.08.2010 12:40
Azad secki kecirmek ucun 1-ci Söz azadliqi. 2-ci Metbuat azadliqi. 3-ci Serbest toplasma. 4-ci Insanlarin insan kimin butun huquqlari temin olunmali ve qorxu icinde yasamamali. 5-ci Korrupsiyanin köku kesilmeli. 6-ci Memur ve onlarin övladlarinin özbasnaliqinin qarsisi alinmali. 7-ci Dövlet rehberinden tutmus adi vetendasa qeder töretdiyi cinayete köre mesuliyyete celb olunmali. 8-ci En esasi polis özbasnaliqinin qarsisi alinmali, saymaq cox olar eyer bu amillere az da olsa emel olunmursa onda hansi seffaf seckiden söhbet kede biler. Ayibdir yenede milleti xalqi aldatmayin, xalq kimin kim olduqunu yaxsi bilir.

Kimdən: Akif Haradan: Bakı
23.08.2010 19:49
YAP-ın hakimiyyəti dövründə seçkilər saxtalaşdırlıb. İqtidar hakimiyyəti əldən vermək istəmir. Konstitusiyaya sonuncu dəfə edilən dəyişiklik buna misaldır. Ümumiyyətlə isə Azərbaycanda seçkiklər baş tutmayıb.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
23.08.2010 19:29
Eli Kerimli çox gözel fikirler söyleyirsiz.Teessüf ki,gözel sözlerden uzağa gede bilmirsiz.Axrıncı 10 ilde defelerle sübüt olunub.Sonuçda sizler neyinse müqabilinde,bu hakimiyyet sahiblerinin legitimliyine zuy verirsiz.
Cavab

Kimdən: namiq shemkirli Haradan: moskva
24.08.2010 16:19
ELÇİBƏY əsgərinə: ELÇİBƏY YOLU xırda intrigalar yolu deyil:- filan vaxt sən belə dedin, filan vaxt sən belə demədin və.s, və.i. ELÇİBƏY YOLU ölkəni demokratiyaya aparan cox ağır, qəliz və keşməkeşli bir yoldur. Bu yolda cəmi bir-iki liderimiz qalıb. Onları da ona-buna işləməkdə suçlayıb gözdən salacağiqsa millətimizin demokratiya yolunu kim aparacaq? Fikrimcə özünü ELÇİBƏY əsgəri adlandıran şəxs BƏY kimi düşünməyə ən azı cəhd etməlidir.
Cavab

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
25.08.2010 13:39
Hörmetli Namiq Şemkirli yazdığınız sözlere göre sağ olun.Sizin saydığınız "xırda" intriqalar,memleketimizi bu güne qoyub.Bu adam ağalarının dairesinden çıxmaq iktidarında deyil.Axırıncı 10 ilde nece olubsa,bunun ümüdüne qalsa yene tekrarlanacaq.Menim meqsedim kimise lekelemek deyil. 20% işğal olunmuş torpağlarımızın,1milyon qaçqını olduğu bu günde,mene de ağır gelir.Qaldı bunlara,ağalarının dairesinden çıxmaq iktidarında deyiller.Çıxsalar düşünmeden üzr isteyerem.
Cavab

Kimdən: Guzey
24.08.2010 15:48
Ay ebilfəzin igid əsgəri belə igid əsgər idin goymayaydında əbilfəzi gaçmaga.
Cavab

Kimdən: elana Haradan: baki
06.09.2010 12:49
halaldi sene, onun da ozu kimi esgerleri var idi de, onun esgerleri ozunden qabaq qacdilar