Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:11

Ədliyyə mayoru qətl törədib

x
Şriftin ölçüsünü dəyiş - +
Avqustun 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı, ədliyyə mayoru 35 yaşlı Habil Bayramov Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi, 52 yaşlı İsmayıl Allahverdiyevi 54 bıçaq zərbəsi ilə evindəcə qətlə yetirib. Ona yaxın tanışı, 36 yaşlı Faiq Yəhyayev kömək edib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Qətlə yetirilənin səsinə qonşuluqda yaşayan yaxın qohumları gəlib. İ. Allahverdiyevin evinə daxil olmaq istəyən yaxınları məcbur olub qapını sındırıblar. Bu zaman hadisə iştirakçılarından biri, H. Bayramov qaçmaq məqsədi ilə özünü beşinci mərtəbədən atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F. Yəhyayev isə cinayət başında yaxalanıb.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mehman Haradan: Bakidan
24.08.2010 10:07
Cobansiz galdixxxxx

Kimdən: Teymur
23.08.2010 13:15
NƏ QƏDƏR MƏMUR ÖZBAŞNALIĞI YAŞAYACAQSA NƏ İŞIQ NƏ DƏ İŞLƏTDİKLƏRİ QAZIN PLUNU ÖDƏMƏYƏCƏYİ təqdirdə BELƏDƏ OLACAQDIR. CÜNKİ ƏDLİYYƏ NAZİRİNİN BAĞ EVİNDƏ BİR GECƏDƏ 300 dən COX İŞIQ YANIR Kİ, BUNUN MÜQABİLİNDƏ HEC BİR ÖDƏMƏ APARILMIR. SƏBƏB İSƏ ODUR Kİ, ƏDLİYYƏ NAZİRİDİR. PREZİDENTDƏ İSTƏDİYİNİ ETSİN, NAZİRLƏRDƏ NECƏ GƏLDİ YAŞAYA BİLƏRLƏR. BELƏ OLAN HALDA MAYORDA İSTƏDİYİ KİMİ YAŞAMAĞI İSTƏYƏCƏKDİR.VƏ SONDA İSTƏR ŞƏXSİ İSTƏRSƏ QEYRİ ŞƏXSİ MÜNASİBƏT OLSUN FƏRQİ YOXDUR. KİM XOŞLARINA GƏLMİRSƏ ÖLÜMƏ MƏHKUM ETMƏLİDİRLƏR. Məmləkətdə baş verən MƏMURLAR tərəfindən QƏTİLLƏRİN törədilməsinin əsas səbəbləri RÜŞVƏT və AİLƏ MÜNAQİŞƏSİ zəmnində baş verməklə nəticələnib.

Kimdən: Bakili Haradan: Cexiya
23.08.2010 12:39
Bu hele gun-gunorta olan qetldir,bes nazirliyin podvallarinda qetle yetirilen yuzlerle istintaqa cekilenlerin qetllerini kimin ayaqina yazmaq olar?!

Kimdən: Azeri Bakı
23.08.2010 11:23
Ne qeder ki olkede ehalinin sosial veziyyeti pisleshcek insanlar istismar
olunacaq bele hallar tez tez bash verecek .Allah bundan pislerinden saxlasin.