Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:51

Verilişlər / Korrupsiometr

Məmur iş adamını niyə brokerin yanına göndərir?

Şriftin ölçüsünü dəyiş - +

İŞ ADAMININ İDDİASI: "MALIMIN HƏR TONUNA 850 MANAT RÜŞVƏT İSTƏYİRLƏR
"

“Azərbaycandakı gömrük orqanlarında yazılmamış qanunlar hökm sürür və belə qanunlara qeyri-rəsmi qurumlar nəzarət edir.” Bu, xaricdən Azərbaycana mal gətirən sahibkarların bəzən gizli, bəzən də aşkar dilə gətirdikləri etiraflardır.

Avqustun 20-də isə iş adamı Rəsul Kərimov AzadlıqRadiosuna müraciət edərək Bakı Baş Gömrük İdarəsində qeyri-rəsmi qurumların qoyduğu qanunsuz qaydalardan narazılığını bildirib. Rəsul Kərimovun deməsinə görə, Rusiyadan 46 ton kimyəvi həlledici gətirib. Avqustun 16-da rəsmi müraciət edərək yük götürmə bəyannaməsini təqdim edib. Ancaq indiyə kimi bu bəyannaməni qeydiyyata aldıra bilməyib.

Rəsul Kərimov deyir ki, bundan ötrü ona Tapdıq adlı broker – yəni vasitəçi menecer ilə danışmaq tapşırılıb. Həmin broker isə ondan malın hər tonu üçün nə az, nə çox düz 850 manat əlavə pul istəyir:
Rəsul Kərimovun məktubu


- Tapdıq adlı brokerdir və hər tonuna 850 manat pul istəyir. Əslində o adi adamdır, sadəcə onu broker kimi təqdim edirlər.

Rəsul Kərimov deyir ki, bu məsələdən Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə şikayət etsə də ona hər hansı bir cavab verilməyib.

Bu məsələyə aydınlıq gətirmək üçün biz də Tapdıq adlı brokerin mobil telefonuna zəng vurası olduq. Ancaq o, iş adamının dediklərini təkzib elədi:

- Bəli, mən Tapdığam, ancaq o işlərə baxmıram. Heç Kərimovu da tanımıram, Məmmədovu da…


İŞ ADAMLARININ BƏHS ETDİKLƏRİ GÖZƏGÖRÜNMƏZ MAFİYA

Ancaq eyni iddiaları dilə gətirən tək iş adamı Rəsul Kərimov deyil. Bir müddət əvvəl Azərbaycana xaricdən tikinti materialları idxal edən “Sirdaş” MMC-nin rəhbəri Bədrəddin Quliyev də bizə oxşar şikayətlə müraciət etmişdi. Onda da Bədrəddin Quliyev deyirdi ki, broker həm onun malına haqq qoyur, həm də sənədlərin dəyişdirilməsini tələb edirdi. İş adamının fikrincə, brokerin sənədləri dəyişməkdə məqsədi malın həcmini azaltmaq idi. Bununla malın vergisi azalır, ancaq toplanan rüşvətin həcmi artmış olur:

- Siyasəti inhisara aldıqları kimi, iqtisadiyyatı da inhisara alıblar. Burada gözəgörünməz qurumların əli işləyir, burada mafiya qanunları işləyir.
İş adamının qeydə alınmayan gömrük sənədi


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu da deyir ki, əslində bu qayda Azərbaycanda artıq bir neçə ildir tətbiq edilir. Sadəcə bəzən iş adamları bundan danışmağa ehtiyat edirlər.

DÖVLƏTDƏN 10 MİLYARD MANATI GİZLƏDİBLƏR?

Qubad İbadoğlu deyir ki, Azərbaycana idxal edilən hər bir malın öz meneceri – yəni brokeri olur. Gətirilən mal da elə onun adına rəsmiləşdirilir və bu mala görə rüşvət də ona çatdırılır. İqtisadçının bildirməsinə görə, bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilərlər. Qubad İbadoğlunun fikrincə, bu, mərkəzləşmiş korrupsiya sistemidir və bu sistem gömrükdən də yuxarı orqanlardan idarə edilir:

- Azərbaycanda biznes məmurların əlindədir və onlar bazarlara nəzarət etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu da bazarların bölüşdürülməsi prosesinin tərkib hissəsidir.


İqtisadi Tədqiqatlar Mərkəzi son 7 ildə ölkəyə idxal olunan mallarla bağlı tərəfdaş dövlətlərin statistikası ilə Azərbaycan statistikasının məlumatlarını müqayisə edib. Mərkəzin iddiasına görə məlum olub ki, təqribən 10 milyard manatlıq mal gömrükdə qeydiyyatdan gizlədilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: kamal Haradan: bakı
31.08.2010 14:30
Bu yaxınlarda Vergidən yoxlamam oldu,məndə bütün sənədləri səliqəyə salıb bunları gözləyirəm ki,indi gəlib sənədlərə baxacaqlar,amma yox gəlib illik dövriyəyə %-QOYDU.Buda bizim Vergi.Razilaşmadım,bir başa rəisin qəbuluna çağırdılar və cəfəngiyat danışdıqdan sonra mənə anlatdılar ki,bu yuxarıdan qoyulan məzənnədir və sübut üçün konpyuterdə mənə uzun bir siyahı göstərdi.Mən ordan çıxandan sonra lap əmin oldum ki,əgər bunlar belə açıq aşkarhərəkət edirlərsə,deməli balıq başdan iylənib.Bizim kitabımız çoxdan bağlanıb.
Cavab

Kimdən: Mübariz Haradan: Sumqayıt
01.09.2010 02:43
Hörmətli Kamal!Yazdıqların tam həqiqətdir və vergi orqanı əməkdaşları açıq-aşkar deyirlər ki, yığılan rüşvət nazirliyə və oradan da prezidentin xüsusi fonduna göndərilir və orada paylanır.

Kimdən: ilhamə Haradan: baki
31.08.2010 14:07
Hörmətli redaksiya,bu məsələlər haqda bizneslə məşğul olanlarin danışması və şikayət etməsi indiki zamanda onlar üçün heçdə xeyir gətirməz,çünki ondan sonra həmin biznes adamının bu oyundan çıxması lazım gələcək.İndiki zəmanəıdə bunlarla müharibə etmək çox qorxuludur.Bizim müəssə Türkiyədən bəzi avadanlıq və elektrik malları alır.(Tikinti işlərində istifadə üçün)Hər dəfə bu mallar gəldikdə nə qədər rüşvət verildiyini mən qeydiyyata alıram və dəhşətə gəlirəm.Həmin zaman müdriyyətin nə qədər əsəbləşdiyini və dilxor olduğunun da şahidi oluram.Ona görədə mən əminliklə deyə bilərəm ki,bunlar hal hazırda elə bir kök salıblar və heç kimlə hesablaşmırlar ki,bunun elə kökünün lap yuxarılarda olduğunu inkar etmək olmaz.
Cavab

Kimdən: Akif Haradan: Bakı
04.09.2010 23:27
Hörmətli İlhamə xanım! Siz nahaq yerə qorxursunuz. Əksinə, bütün sahibkarlar cinayətkar hakimiyyətimizə qarşı hamılıqla mübarizə aparmalıdır. Ümidinizi Avropa İnsan Haqqları Məhkəməsinə bağlayın. Orada əmin olun ki, İlham Əliyevi diktator, hakimiyyəti isə korrupsioner kimi tanıyırlar. Mən bunun şahidiyəm. Hətta bildirirlər ki, Heydər Əliyev fondunun vəsaitləri də həmin "çirkli" pullardan toplanır. Odur ki, mübariz və inadkar olsanız Sizə heç bir problem olmayacaq!!!!!!!

Kimdən: Jabrail
25.08.2010 16:20
Baliq laaaap basdan iylenir!

Kimdən: fatime Haradan: baki
23.08.2010 17:07
Bax bele Merkezleshdirilmish Korrupsiyaya gore Azerbaycanda her shey od giymetinedir!!

Ve bu giymetlerde siravi insanlar min bir ezad , zillet chekir!!

Kimdən: aga
23.08.2010 12:24
brokerlerden biride nizami kucesi 104 oturub, adida rasimdi

Kimdən: djem Haradan: Moskva
23.08.2010 11:07
мои знакомые занимаются поставками и продажей автомобилей. Сумму за рстаможку берут в 2 раза болше, чем пишут в чеках о растаможке. Даже в России себе такое таможеники не позволяют ))))))

Kimdən: Azeri Barı
23.08.2010 10:51
Azerbaycanda 1994-cu ilden baslayaraq iki hakimiyyet fealiyet gosterir.Biri
siyasi idareetme ile meshqul olur.Bu hazirki Preziden Ilham Eliyevdir.Dunya
standartlarina uyqun qebul edilen qanunlari cixishlarinda esas getiretek demokratiya ve artan suretle ingishaf eden iqtisadiyyatdan danishir ve ingishaf etmish dovletlerin gozune kul ufurur ve ikinci dovlet olan mafiyaya
bashciliq edir.Mafiya tekce komrukde deyil butun dovlet strukturlarinda
fealiyyet gosterir. Hansi formada- Senaye muessiselerinde gorulen ish ve
xidmetlerin deyeri real qimetden 3-5 defe artirilmaqla her sahibkardan 30-35 faiz geri alinir. Vergi departamentinin binasina girerken telefonlar yiqishdirilir yoxlamadan kecirilir danishiqlar aparilir ve sahibkarlardan dovriyyenin 6 faizi hede qorxu ili alinir.Komruk ish adaminin dediyi kimi.
Bir sozle olkede vetenine xidmet etmeyeqoymurlar. Maraqlisi odur ki yiqilan rushvetin hamisi Prezidentin adi ile yiqilr.Amma Preziden onun qarshisini almaq ucun hec bir tedbir gormur.Ancaq korrupsiyaya qarsh mubarize idaresi yaradim ve onun bashina bir korrubsioner teyin edib.

Kimdən: QARA OZAN Haradan: Baki
23.08.2010 10:33
Azerbaycanda Gomruk,Vergi,Polis (esasen Yol Polisi) sisteminde bu qeder rushvetin olmasindan her qezet yazir ve bu hamiyada bellidir.Bes onda neye gore <Hokumet> (eger varsa) buna bir elac etmir ? hansiki ozlerine lazim olan ishden otru hamini seferber edirler.
Bunun bir cavabi var- RUSHVET AZERBAYCANDA DOVLET SEVIYYESINDE < QANUNI > SURETDE QUVVEDEDIR ! ! !

Kimdən: Mededen Haradan: Uzaq Sahillerden
23.08.2010 08:45
Hormetli Xalq,

Ne qeder Azerbaycanda insanlarda etika, terbiye anlayishi yoxdur, bu hallar bash verecek. Butun siyasi idare sistemleri dunya uzre, insanlar terefinden aparildigi uchun, bu sistemler bir noqteden sonra insanlarin shexsi maraqlarina, etikasina qalir. Azerbaycan xalqi ise bu etikasizligin uchuruma dushub yuvarlana yuvarlana gedir. Hetta dehshet burasindadir ki, etikasizliq bizim ali mektebi bitirmishlerde de var. Mesel uchun, Amerikada bir telebe hech vaxt oz telebe yoldashindan neyise alib kochurmez, bir birinden xahish eder ki, meni basha sal, amma hech vaxt onun elediklerini kochurub, oz adina chixarmaz. Daha sonra, CV (tercumeyi hal) yazilishini demek isteyirem ki, hech bir Amerika ve ya Avropa telebesi oz CV-de ozune aid olmayan, bacarmadigi bir sheyi yazmaz. Gelin baxaq Azerbaycanda necedir? Telebe ya konspekden ya da oz telebe yoldashindan, ya da rushvetle qiymet alir. Bu telebe universiteti bitirdi, omru boyu dersleri telebeliyini yola vermekle kechirdiyi uchun, CV-ni bosh yalanlarla doldurdu. Bunu ede bilersen, bu ola bilsin ki, ish veren terefinden ashkarlanmadi, amma etikasizliq elemish oldun. Ya da daha dehshetlisi, BDU biologiyani qurtardin, qohumun bash hekimdir, her hansi kurs kechdin oldun Doktor, gel yix indi milletin evini. Bax bele, yazdiqlarimin hamisi cemiyyetde apardigim mushahidelerdir ve hamisina da konkret misallar getire bilerem. O ki, qaldi Gomruk sistemine, bildiyim chox shey var sussam yaxshidir.

Kimdən: Aslan Haradan: Baki
23.08.2010 05:32
Normal olkede bu olaylar olsaydi coxdan cinayet ishi acilardi,amma ne faydasi illerdi yaziriq vurur qulaq ardina olkenin bash prokuroru z.qaralov yoldash,evezinde ise bash vurub tikinti sektoruna,yumurta manapoliyasina,ve bunun bir gunahgari var o da prezident i.eliyevdi,bu cirkin,rezil,olaya dayan demeye istey olmalidi o istey ise yoxdur,cunki bashda prezident olmaqla butun memurlar olkeni buruyen korrupsiyadan,rushvetden,saxtakarliqdan faydalanir,harinlayar,ve hec kimle hesablashmirlar.Xalqdan ogurlanan 10 milyard manatin adresi ise bellidir,Dubay villalari,xarici banklar,ayi kababina 1 milyon manat veren nazir balasi.
Cavab

Kimdən: anonim Haradan: o da anonim
15.09.2010 00:04
salam.men de sehiyyeden bir az danishim,hamidan cox uzr isteyirem.qara qarayevde 7 sayli dogum evi var.ordaki hekimler ALLAH onlarin cezasini versin amin.ancaq 1 sheyi deyim ki,baxmirlar kimin pulu var kimin yoxdur.orda bir gelini keyser etdiler yazigin 2-3 manati olmadi ki,ona bir agri kesici vursunlar.gozlediler axsham qoca anasi geldi,ondan sonra iyne vurdular,basha dushduz de.axshama kimi yaziq gelin eziyyet cekib,sonra pul vermeyende iyneni boshaldib icine su doldurub vururlar gelinlerimize eger pulu yoxdursa,men 10gune yaxin ora getdim her gun qayidanda o hekimleri soye soye qayidirdim.daha neler-neler?
Səhifə (2)
    Növbəti