Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:06

Xüsusi layihələr / Panorama

Dövlət qurumları nədən borca düşür?

Şriftin ölçüsünü dəyiş - +
Nazirlər Kabineti dövlət qurumlarının milyard manatlarla ölçülən borcunu sildi. Söhbət büdcədən maliyyələşən dövlət qurumlarının enerji borclarından gedirdi. Dövlət qurumları nədən belə böyük borclara düşür? Bu, korrupsiyanın yoxsa səmərəsiz idarəçiliyin göstəricisidir?

«Panorama» verilişində millət vəkili Nazim Məmmədov və «Turan» İnformasiya Agentliyinin eksperti İlham Şaban bu suallar ətrafında fikirlərini bölüşüblər.

Nazim Məmmədov:

«Mən bu məsələyə borcların şişirdilməsi, korrupsiya göstəricisi kimi baxmıram. Bu, daha çox borca düşən dövlət qurumlarının rəhbərliyinin idarəçiliyindən doğan problemlərdir. Biz zaman-zaman şahidi oluruq ki, iri vergi ödəyiciləri büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər. Vəziyyətdən çıxış yolunu Müşahidə Şuralarının yaranmasında görürəm. Bu Müşahidə Şuraları həmin dövlət qurumlarının, səhmdar cəmiyyətlərinin üzərində vətəndaş nəzarətini təmin edər».

İlham Şaban:

İlham Şaban
«Baxın borcu silinən qurumlardan biri «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətidir. Bu cəmiyyət «Barmek-Azərbaycan» Şirkətinin yerini tutdu. Hüseyn Arabul dövlətdən cəmi 100 milyon kredit istəyirdi, vermədilər, özünü də işləməyə qoymadılar. Fikir verin, o borc yox, kredit istəyirdi. İndi isə məlum olur ki, «Bakıelektrikşəbəkə» təkcə bir ildə dövlətdən 280 milyon dotasiya alıb. Özü də borc içindədir.

Başqa qurumlarda da eyni vəziyyət yaranıb. Bu qoyulan investisiyalara qeyri-adekvat idarəçilikdir. Milyard manatlar bir sərəncamla silinir. Dövlətə heç bir xeyir verməyən şirkətlərə böyük güzəştlər edilir.

Ancaq bunun əvəzində 40-50 il dövlət üçün tər tökmüş insanlara cəmi 75 manat pensiya verirlər. Belə ədalətsizlik olmaz…».

ƏTRAFLI DİNLƏYİN:


Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Gülməmməd Haradan: Nardaran
24.08.2010 10:28
Əziz qardaşlar,Azəbaycanı rüşvətxorluq,qanunsuzluq,özbaşınalıq götürub başına,aydın məsələdir.Biz minlərlə belə faklar saya bilərik.Amma bir acı həqıqət var.Bütün bu baş verənlərin səbəbkarı elə Azər.xalqının özdür.Bu quldur oğru məmurlar göydən duşməyib Azər.millətinin içindən çıxıb.Bilmirəm islamın təsirindənmi yoxsa 70 illik sosializm şarlatanlığının təsirindənmi biz belə yumşaq desək "pis" millətə çevrilmişik.Amma ümidsizliyə düçar olmaq lazım deyil.İndi inkişaf etmiş bütün dölətlər bu mərhələni keçıblər.Biz də keçməliyik.Amma baxır hansi sürətlə.Dünən ayağıyalın gəzən millətlər bizi coxdan ötüb keçib.Elmin inkişafı bizə çox gözəlimkanlar açıb.Peyk televiziyası mobil telefon və ən əsası internet bizə inkişaf etmiş ölkələrin 100 ilə getdiyi yolu 10 ilə getməyə imkan yaradıb(son illər iranda baş verənlər bunun sübutudur).Sözümün canı odurki gəlin yalnız oğurluq faktlarını sadalamaqla kifayətlənməyək.Bunların aradan qaldırmaq yollarını axtaraq-araşdıraq."pis"millət statusundan çıxmaq üçün nə etməli və necə etməli.Əsasəndə gəncləri bu işdə maraqlandırmaq lazımdır.

Kimdən: azad Haradan: yasamal
23.08.2010 12:43
Dövlət qurumları nədən borca düşür? Niyədə düşməsin. Bakıda cün-cündən artan dəyəri 10 milyonları ötüb keçən dəb –dəbəli villalar, ən bahalı şadlıq sarayları, dünyanın heç bir ölkəsində rast gəlmədiyimiz bahalı avtomobillər 100 hektarlarla mulklər, iri yararlı torpaq əraziləri ,yaxtalar bə sairələr. Sizcə bu sadaladıgım və sadalamadıgım varidatlar kimlərə məxsusdur. Süalin cavabını hər bir sadə azərbaycan vətəndaşı çox gözəl bilir. Bütün bu,dəyəri milyardlarla ölçulən varidatlar, xalqın qanını soran ,onun malını əlindən alıb yeyən , son tikəsinə göz tikən , gözü dünya malından doymayan,harin , qudurgan, və nəhayət öz xalqını rəzalətə, məhvə aparan azərbaycan məmurlarına: nazirlərə, komitə sədrlərinə,icra başçilarina polis rəislərinə, prokurorlara, və digərlərinə məxsusdur .Azərbayzanda son illərdə belə bir ənənə artiq reallıga çevrilmişdir. Dövlət hansi məmuru bir quruma rəhbər təyin edirsə, həmiın məmur təyin olundugu andan bu qurumu özünün şəxsi mülki hesab edərək özü istədiyi qanunlarla idarə etməyə başlayır. Bununlada xalq ücun bəlalar buradan başlayır. Hər bir qurum rəhbəri ilk oncə qurumun maliyyə vəsaitlərini muəyyənləşdirir və onlarin hansı usulla mənimsəmə yollarını dəqiqləşdirir. Qurumun budcə vəsaitləri təmir işləri aparilması ucun şişirdilmiş smrtalarin tutulmasina sonra isə oz qohumlarına məxsus tikinti sirkətlərinə işlərin verilməsinə yonəldilir. Digər budcə vəsaitləri iilik maliyyə smetasina əsasən yanacaq alinmasina. Bahali inventarlarin , yanacaq,enerji alinmasina sərf edilir ki buradada qurum rəhbəri,butun maliyyə maxinasiyalarini ozunə yaxın olan şirkətlərlə həyata krcirir. Təbii ki ilin yarisinda quruma ayrılmış budcə smeta vəsaitləri tukənir və işlər yarimciq qalir. Belə olan tərzdə qurum rəhbəri əlavə maliyyə vəsaiti almaq nokumətə muraciət edir və yaxud bank kreditləri goturməyə məcbur olur. Digər tərəfdən bu qurumlar ucun proqnozlaşdırılan gəlirlər ozunu dogrultmur Yəni bu qurumlara qoyulan xərclərlə gəlirlər arasihda boyuk fərqlər yaranir ki ,sonra qurum ziyanla işləməyə başlayir.bəs nə ucun qurumlar gəlirlə işləyə bilmirlər. Ona gorəki bu qurumların muəssisələrində ourum rəhbərlərinin gostərişi ilə işlər elə təşkil olunmuşdur ki,gəlir mənbələrindən yigilan pullar ancaq məmurlarin cibinə daxil olur.cüzi bir hissəsi isə budcə hesablarina kocurulur.Mənzərə göz qabagindadır.Əlbəttdə bu cur is prinsipi olan qurumlar ziyanlada işləməlidirlər.Hokumət də oz dogma qurumlarinin ruşvətxorlugunu,muəssisə rəhbərlərinin səriştəsizliyini, biyabırci iş usul və metodlarini ort basdir etmək ucun yeganə cixiş yoluna əl atır ki, bu da borcların silinməsidir. Burda yadıma gözəl bir söz düşür, ürək yanmasa gözdən yaş çıxmaz. Baxın bu hökümət oz ruşvətxor qurumlarının milyardlarını silmək ucun nə tez dəridən qabiqdan cixir. Amma bir kasib vətandaşınin50- 100 manatlıq oaz.isıq, su pulunu ləqv etmək heç yaına belə düşmür. Cünki bu xalqa ürəyi yanmır. Yansaidi gözündən yaş cıxardı.Mən umidvaramkl mohtərəm prezedentimiz xalqa zülm edən bu məmurlaın oz başnalıqlarına son qoymaq üçün yaxın vaxtlarda müdrik bir qərar verəcəkdir

Kimdən: realligdan
23.08.2010 11:38
Az Telekomda bir dunya yeyinti var. Hech bu memurlar onun ozelleshmesine imkan vererler??

Verselerde onu da ele AZAL Bank kimi oz aralarinda bolmush olacaglar.

Kimdən: KAMAL YAP Haradan: BAKU
23.08.2010 01:07
BUNLAR HAMISI YALANDIR INSANLAR NE YAZDIQLARINI BILMIRLERBIZDE DOVLET MEMURLARI YOXDUR VE OLMAYIBXAHIS EDIREM YAZDIQLARINIZA FIKIR VERIN

Kimdən: telebe Haradan: bazarbaycan
22.08.2010 19:02
ortada ne borc var, ne de silinen pullar.yeqin yuxaridakilar ozlerine yene mulk almaq isteyirler. bu da bucceden pul cixarmagin bir yolu. kecen il de yalandan caamatin qaz borclarini silmisdiler. gorek novbeti ne borcu olacaq? en maraqlisi pullar nece bolunur, kime ne qeder catir, bax bu sual adamlara qaranliqi, ele menede. qalan her sey hamiya cox gozel aydindir. duzdu coooooooooox sebrli bazarbaycan xalqi?

Kimdən: həmdulla Haradan: BAZARBAYCAN
22.08.2010 16:47
Əvvala, xahiş edirəm mövzunun adını düz qoyun.....Azərbaycanda Dövlət qurumu deyilən bir zad yoxdur...Hər bir dediyiniz o qurum başinda oturdugu məmurun atasından qalmış miras kimidir. Necə illər bundan əvvəl kimə hansı nazirlik bağışlanibsa bu gün də o nazirdir. Altı üsünə cevrilmiş (hər mənada) bu məmləktdə struktur dəyişikliyi nəzərə alınmasa, hansı nazır və ya komitə sədri işindən azad olunub? Ola da bilməz, adət var axı... Dövlət kecid dövründə korrupsiya cəngəlliklərində itib batıbdır...Gömrük Dövlətindirmi? Xeyr, gömrüyü quldurlar 10 il qabaq zəbt ediblər...Musavat yazır ki necə ildə idxalda ixracatcilarin statistikası ilə müqayisədə 10 milyard disbalans var. Aydın Əliyev eşitdiyimə görə yaxşı qəzet oxuyur. Hec səsi də cıxmır...1 vaqon cin keramikasından 21500 azn alıb dövətə 850 azn kecirilir...Bakı gömrüyünün yiyəsi Vüsal müəllim deyir "mənlik deyil" ...hansını deyim... Allahin Sərhəd Xidməti....3-4 min kontinigenti olan bu qurumun xərclərinə diqqət verən varmı? Sərhədlərin yarısı ermənilərdə, o biri yarısı da Xəzərdə... qalan hissəsində olan qonşuların da allah könüllərinə rəhm salsın... Bu qurumun akademiyasına ehtiyac varmı? Və ya İdman kompleksinə.... Əgər Sərhədcilərin akademiyası varsa, əcaba, kənd zəhmətkeşlərinin niyə olmasın...özü də hər kənddə.... Tagı müəllimin nə əcəb aglına gəlmir bir metro akademiyası acsın...ekologiya, nəqliyyat, gömrük, statistika... Elə "Pensionniy" fondun özünə də lazımdır. Bu fondun sədri S.Müslümov nazirlər Kabinetindən elə bir təlimat kecirib ki... bu fonda verilən səlahiyyətlər nəinki vergi, əstafürullah, hec Allahin özündə də yoxdur. Adam cox biləndə, Baş Nazirin nə işin yiyəsi olmadıgı məlum olanda elə hər təlimatı "soxuşdurar"??? Necə illərdir ki bu məmləkətin əhli "plyonka"nın qanuni və ya qeyri qanuni olduğunu ayıra bilmir...DYP-nə minnətdar olaraq..Kənd Təsərrüfatı Nazirliyini bir İsmət Abbasovu var, bir Sabir Vəliyevi, bir də kecmiş partokrat Cingiz Fərəcovu.. Bakı şhərində 30 il bundan əvvəl su necə gəlirdisə indi ondan da pis gəlir...Azərsu adli əjdahaya minnətdar olaraq. Bəs elektrik....Pirverdiyev yoldaş hələ dünyanın düz vaxtı Gəncədə H.Əliyevi aldatdı ki.... bunlar 2 qat enerji sərf edirlər... H.Əliyevi aldadan, buna cəsarət edən bu yetim xalqı illərdir barmağında firlayır..haqqı var.... Allah quldarlıq dövrünə üz tutmuş azərbaycan xalqının işini avand etsin....Quldarların və qulların mübarək, vətən.......

Kimdən: Zaur Haradan: http://azadblog.azersayt.
22.08.2010 14:45
N.Memmedov deyir ki Az telekomun özelleşdirilmesinin teraftaridir.
Özelleşdirmek deyende yeqin ki hansisa hakimiyyet qoluna verilmesi terafdariyam demek isteyirdi ?
bele olsa yeqin ki AzTelekom yeni qiymetlerle xalqa yeni yeni surprizler getirecek. Amma düşünmürem ki buna ehali sevinsin .
Cünki her yeni layiheler ve qerarlar ehali ücün yeni problemlerinin yaranmasina getirib cixardir.
Barmek-e geldikde ise H. Arabul ile qepik davasi aparan hakimiyyet indi Az enerjinin niye borcunu silir ?

Kimdən: Mededen Haradan: Uzaq Sahillerden
22.08.2010 09:29
Hormetli xalq,

Bizim hakimiyyet uchun senin ishinin ne qeder seviyyeli veya duzgun gormek vacib deyil, onlar sadece 1 sheyi fikirleshirler, bu gelen bizim hakimiyyetin qabaginda bash eyirmi, danishdiran cenab umummilli lider heyder eliyev veya onun laiqli davamchisi ilham eliyev sozleri ishledirmi. Heyder Eliyevin qoyub getdiyi olkeni ilham miras aldi, heyderin de sadiq etrafi ve oglu kimi gorduyu Kemaleddin Heyderov qardashina hamiyyeti saxlayir. Ona gore o qurumlarin bashindakilarin hamisi yerine yox hamiyyete bash eydiklerine gore laiq bilinmishler. O ki, qaldi Barmek ve Azerenerjiye, ay camaat Barmek bizim olkede olanda, qishin oglan chaginda, enerjinin gujdu istifadesi vaxtinda bizim eve 220-210 V elektrik gelirdi. Amma indi, yayda sadece insanlarin kondisioner ishletdiyi, ki, istilik pechlerinden daha az enerji ishledir, bizim evde 150 V-dan yuxari qalxmirdi elektirk enerjisi ve hetta Barmek olanda qishin oglan chaginda her hansi bir yerde qeza bash verirdise, bilinen telefonlar zeng edir temir briqadasi chagira bilirdin, adami da adam yerine qoyurdular. Amma indi ne problem ne bashqa shey veclerine deyil. Duz sovet dovrunden qopandaki derebeylik vaxtindaki kimi. Dehshetdir. Men hemishe demishem, men Azerbaycani onun ichinde olmayanda daha chox sevirem. Bele murdarliqlari gormurem ona gore, ichinde olanda bu murdarliqlari gorurem amma nese deyishe bilmirem, agir gelir adama. Ne qeder ki, tehsil almish, oxumush tebeqe agillarini ishe salib, hakimiyyeti devirmeyib bu sobetler boshdur.

Kimdən: bezmish
22.08.2010 02:42
bu Nazim muellim hemisheki kimi, yarinma missiyasi dashiyan nagil-dastan danishir. Bu adam agzini achanda adamin ureyi bulanir..

Kimdən: Milletci Haradan: Qala
21.08.2010 23:08
Umumiyyetle,borc pullarin silinmesi qayda pozuntusudur,hec bir dovletde bele bir shey yoxdur.Eyer ishletmisense pulun odemelisen.Kredit verilmir,amma silinir.
Səhifə (2)
    Növbəti