Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:57

Siyasət

İranlı Azərbaycana casusluqda günahlandırılır

Ermənistanda İran vətəndaşını Azərbaycanın xeyrinə casusluqda ittiahm edirlər
x
Ermənistanda İran vətəndaşını Azərbaycanın xeyrinə casusluqda ittiahm edirlər
Şriftin ölçüsünü dəyiş - +
Ermənistanda Azərbaycan xeyrinə casusluqda günahlandırılan İran vətəndaşı avqustun 19-da məhkəmə zalından birbaşa xəstəxanaya aparılıb. Behnam Baqeri ifadə verərkən əsəb gərginliyindən ürəyi gedib.

Baqerinin vəkili İnesa Petrosyan bildirib ki, bağlı qapılar arxasında keçirilən məhkəmədə müdafiə etdiyi şəxs ittihamçının müdaxiləsindən sonra əsəb gərginliyi keçirib, ürəyi gedib:

«O, ifadəsini fars dilində hazırlamışdı. Onu oxumağa başlayanda ittihamçı prosesə lazımsız müdaxilələr etməyə başladı. Bu isə Baqerini özündən çıxardı. O, yazdığı ifadəni cırdı və etiraz olaraq zaldan çıxmağa çalışdı. Onu qaytaranda artıq ağır vəziyyətdə idi, az qalırdı ürəyi getsin. Həkimlər Baqerini xəstəxanaya aparmağı məsləhət gördülər, çünki insult simptomları vardı».

Xəstəxanaya aparılan iranlı avqustun 19-u axşama kimi huşsuz vəziyyətdə olub. Bu barədə Baqerinin İranda ailəsinə məlumat verilib.

30 yaşlı Behnam Baqeri ötən il Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın xeyrinə casusluq etmək ittihamı ilə həbs olunub. İttihamçı tərəf onun 11 il azadlıqdan məhrum edilməsini istəyir.

Ermənistan rəsmiləri bildirirlər ki, 2009-cu ilin sentyabr ayında Baqeri istefada olan erməni podpolkovniki Qevorq Hayrapetyandan Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirə biləcək video disk alıb. Disk Baqeri Ermənistandan İrana keçərkən sərhəddə tapılıb.

Bu arada Dağlıq Qarabağ döyüşlərində iştirak edən Hayrapetyan vətənə xəyanətdə ittiham olunur, onu 13 il azadlıqdan məhrumetmə gözləyir.

Həm Baqeri, həm də Hayrapetyan ittihamları qəbul etmirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Milletci Haradan: Güney-Qafqaz-dan
07.09.2010 12:57
Hörmetli yazarlar artiq her şeyi öz adi ile yazmaq lazimdi, İREVAN (yerevan) yox.

Kimdən: ali Rustavi
30.08.2010 23:55
Bageri kimi vatanparvar olsag problemmiz olmaz.Belanci gardashlari bagirma basiram opuram...

Kimdən: ruslan Haradan: baki
23.08.2010 09:29
ebulfez elchibey - ,, gun gelecek, iran tebrizin bir yumruguna dagilacaq ,,

Kimdən: Təbrizli Haradan: Azadistan
22.08.2010 10:14
Ermənistanın cənub qonşu ölkəsinin rəsmi adı İran ola bilər amma Ermənistam politoloqları bunu yaddan çıxarmamalıdırlar ki onların cənub sərhədlərində ( Qərbi Azərbaycan,Şərqi Azərbaycan,Ərdəbil və Zəncan Ostanlarında ) 19 milyona yaxın Azəri yaşıyır; Ermənilərin və Azərbaycanlılarin arasında olan gərginlik və Qarabağ problemi üzün zamanda bu Azəriləri istəkli və ya istəksiz meydana çəkə bilər və regiyonda olan balans və stabilliyi təmamən dəyişdirə bilər.demək olar kı zamanın gedişi Ermənistan dövlətinin və diasporasının regiyondaki aggresiv politikasının ziddinə işliyir geçən 10 il içərisində Urmu və Təbriz şəhərlərində yaşayan Ermənilərin 90% a yaxını bu şəhərləri tərk edib Tehran və ya başqa ölkələrə yerləşiblər ( İran Seçgilər Komitetinın statiskasına dayanaraq *2009cı il*) bu əlamətdar hadisələri Ermənistan dövlətinə ciddi xəbərdarlıq verməlidir.Cənub sərhədlərindəndə ablokaya alınırsa demək ki Ruslarda onlara yardım etməkdə ciddi çətinliklər çəkə bilərlər.

Kimdən: Tahir Haradan: LƏNKƏRAN
22.08.2010 03:20
Baqeri əsil casus olsaydı yəqin ki,bu diski sərhədən rahat kecirərdi.Bu ermənilərin növbəti hoqabazlıgıdır.