Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:17

Siyasət

Polis rəisi Fətulla Gülən təriqətinə qarşı

Fətulla Gülən
x
Fətulla Gülən
Şriftin ölçüsünü dəyiş - +
Əskişəhər vilayətinin polis rəisi Hanefi Avcının bir neçə gün əvvəl çapdan çıxan «Haliçdə yaşayan Simonlar» adlı kitabı Türkiyədə böyük rezonansa səbəb olub.

H.Avcı kitabında Fətulla Gülən təriqətinin «dövlət içində ikinci bir dövlət» yaratmasını gündəliyə gətirib. Türkiyənin Baş polis idarəsində elektronik-bilgisayar sistemlərinin qurucusu kimi tanınan Hanefi Avcı təriqətin dövlət qurumlarında, xüsusilə polis idarələrində nəzarəti tamamilə ələ keçirdiyini iddia edib.

Polis kəşfiyyatındakı təriqətçilərin Türkiyədə hamının telefonunu dinlətdirdiyini iddia edən H.Avcı, bununla bağlı daxili işlər nazirinə, ədliyyə nazirinə, prokurorluqlara şikayət ərizələri yazsa da, onun şikayətlərinə baxan olmayıb.

Yaranmış vəziyyətlə bağlı baş nazir Ərdoğanı da xəbərdar etməyə çalışan polis rəisi buna nail ola bilməyincə, «Haliçdə yaşayan Simonlar» kitabını yazmağa qərar verib:

«Baş nazirin yüz faiz etimad etdiyi, başı işləyən, sir saxlaya bilən və ona dediklərimi söyləyəcəyinə əmin olduğum baş müşavirinə məsələni anlatdım. Aradan bir müddət keçməsinə baxmayaraq, heç bir addım atılmadığını görüncə, bu kitabın bir an əvvəl yazılmasının lüzumuna inanıb yazmaq qərarına gəldim».

Hanefi Avcı CHP-nin keçmiş lideri Dəniz Baykalın istefasına səbəb olan video-görüntünün də polis kəşfiyyatındakı təriqətçi qruplar tərəfindən hazırlandığını iddia edib.

Türkiyə H.Avcını 3 noyabr 1996-cı ildə baş verən «Susurluk qəzası»ndan sonra tanıdı. O vaxtlar Baş polis idarəsi kəşfiyyat şöbəsi rəsinin müavini işləyən Hanefi Avcı dövlətdəki illeqal strukturların fəaliyyəti barədə geniş açıqlamalar verdi. Məclisin «Susurluk komissiyası»na da ifadə verən Avcı, daha sonra Baş polis idarəsindəki vəzifəsindən uzaqlaşdırıldı.

AKP iqtidarı 2003-cü ildə Hanefi Avcını Bolqarıstan sərhədindəki Ədirnə vilayətinin polis idarəsinə rəis təyin etdi. Sərhəd gömrük məntəqələrindəki rüşvəti ortaya çıxarmaq məqsədi ilə Ədirnədəki Səlimiyyə məscidinə bilgisayarlı kameralar qurduran Avcı, 110 gömrük məmurunun rüşvət alarkən yaxalanmasına nail oldu.

Hanefi Avcı 2009-cu ilin aprelindən bəri Əskişəhir polis idarəsinin rəisidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: menden Haradan: bakidan
25.08.2010 14:59
Fəthullah Gülən hərəkatının xristian ölkələrdə çox böyük uğurları var. Elə bu yaxınlarda Amerikada neçə ştatda məktəblərinin olması və uğurları haqda yazılar var idi.

Afrikada və.s də çoxdur.

Azərbaycanda isə nə olursa olsun minnət borcumuz var onlara, çünki dövlətimizin bərbad günə saldığı təhsil sistemi içərisində heç olmasa düzgün təhsil verən nadir qurumdur.
Cavab

Kimdən: Insandan Haradan: Bakidan
26.08.2010 11:10
Tehsil - goz boyamaq uchundur. Turkiyedekiler turkiyeye niye goymur gozel ishler goren Guleni? bu sualin cavabi hele tapilmayib.

Kimdən: Gelin Dushunek, Haradan: Sonra Danishaq !
24.08.2010 13:53
Yazilan sherhlere baxanda, bezi yoldashlarin meseleye dar ideologiya ile yanashdigi ayna kimi gorunur.
Bilirik mi, bugun dunyada nece olke bu mekteblere niye sahib cixir ve alqishlayir?
Bilirik mi, dunyada Allahin rizasini qaye ederek,
insanligi cehaletden, sefaletden ve exlaqsizligin tugyan elediyi bir cagdan
Islamin ulvi deyerlerinden suzulib gelen meneviyyat iqlimi ile xilas elemeyi ozune hedef secmeyin ne oldugunu?
Bilirik mi, Allahin insanlari haqq ve heqiqete, dogru yola devet elemek ucun her 100 ilde bir muceddid gonderdiyini?
Bilirik mi, yer uzunde her insanin, qurumun ve dovletin oz plani oldugu kimi Allahin da ezeli ve ebedi plani ile bu kainati idare elediyini?
Bilirik mi, bu ilahi idareni Allah insanlardan bir kutle vasitesi ile heyata kecirdiyini?

Qeyd: MEN MILLETIMIZI BEZEN QINAMAQ ISTEMIREM,
RUMKANI BASHINA CEKENDE 'YA ALLAH' DEYEN
INSANLARIN VAR OLDUGU BIR CEMIYYETDE,
ALLAH NECE OLAR KI, (ONLARIN DILI ILE) O INSANLARIN
QELBLERINDE OLSUN?
YA DA IMANIN SHERTLERINE RIAYET EDE EDE, DIGER EHLI
IMANIN DIGER FIRQELERINE QARSHI KIN VE NIFRET HISSI
ILE DAVRANSIN?
AXI INSANLIGA INSAN OLDUGUNU OYREDEN ALLAHIN
RESULU HZ. MUHAMMED MUSTAFA (S.A.S.) BIZLERE BELE
NUMUNE MI OLMUSHDU?
GELIN, INSANI DEYERLER ETRAFINDA, BIR DAHA INSANLIQ
NAMINE, INSAN OLDUGUMUZU DUSHUNEK VE DUNYA
SULHU UCUN EL-ELE VEREK!
Cavab

Kimdən: MM Haradan: Qulbazarı
25.08.2010 01:08
İndi sənin istədiyin nə oldu?

Kimdən: mudmat Haradan: Yaxin Sherq
24.08.2010 10:48
Said Nursinin ideologiyasi ve ya Fetullachilar bu teriget qorxuludu.
Bilirsiniz neje biri var dindra Selefiler yeni osaggallilar sen onu gorende ve ya danishanda bilirsen ki, kimle munasibetdesen! amma Fetullachilar Labtapli mollalardi agillidilar! sistemlidiler men chox gorxuram Turk liresinde onun shekli ola! Sonda AKP gelib bax ele Fetullanin sayesinde!
Eger bunlar bele dindar ve ya hagga admidilarsa niye bir xristiyan memleketinde ishlerini gurmurla? Azerbaycani yeniden muselmanlashdirajaglarmi?! Getsinler Gurcustan ele Ermenistanda ishlerin gursunlar yoxdu demek bunlarin arxasinda da kilse durur!
Cavab

Kimdən: Anonim
08.09.2010 15:44
oda var

Kimdən: xalq Haradan: Baki
24.08.2010 09:43
Bu Turkiyanin oz dexili ishidir qelin qarishmayag.
Cavab

Kimdən: memus Haradan: Bakı-Tbilisi-Ceyhan
25.08.2010 01:03
Söhbət Azərbaycandakı nurçulardan gedir

Kimdən: izzet
24.08.2010 00:32
Universite yurdunda kalıyorduk.Tasradan 18 yasında bir cocuk bilgisayar muhendisligine yeni girmisti.Cocuk yurtta yeniydi ister istemez yabancılık cekiyordu..Bir kisi devamlı cocugun ziyaretine gelmeye basladı.Bu kisi bu cocugun akranı olamayacak kadar buyuktu.Cocuga sordugumuzda bu kisi ne yapıyor dedigimizde her geldiinde Said-İ Nursi nin Risalei Nurunu okuyomus..Bu kisiyle konustuk bi daha gelmedi bu sayede bu cocuk zehirlenmekten kurtuldu.
2. anekdot.
Fetullah gulenin bir sitede bir taebe evi var.Aynı sitede bir baska talebe evi var.Bu iki talebe evi arasında esya tasınacak.Nasıl tasıyorlar biliyo musunuz?
Sitenin icinden degil dısından tasıyorlar ki bu evlerin Fetullahın evleri oldugu anlasılmasın.
Son not.fetullahın evlerinde ataturk icin seytanla es anlamlı bir kelime kullanılıyor.Ama kendilerine sorsanız Ataturku cok severler.Kısaca özleri ile sözleri bir degil...
Cavab

Kimdən: GEL, Haradan: SEN DE GEL...
24.08.2010 14:03
risalei nuru zamanin gaddar Turk hukumeti yasak edemedi? Hic dushundun mu niye? Niye ustad hazretleri o agir ceze mahkemelerinden hep beraat aldi, niye? Hic okudun mu o hazretin hayatini? Okumak isteyin yoksa, demek ki, haberin duyduklarin kadar, Bari hic konushma bu kadari ile?
Hoca efendinin konushtuklarini tum bantlardan dinledi belli kurumlar, ama ne buldular? Niye bulamadilar? Niye?
Bak ishte Allah korudugunu boyle korur, Lakin shubheciler buna hic inanmayacaklar!
Ne diyelim, ne?
i nan ma ya cak si niz! i nan ma ya cak si niz! i nan ma ya cak si niz!
Cavab

Kimdən: memus Haradan: Bakı-Tbilisi-Ceyhan
24.08.2010 03:23
Çox sağ ol, İzzət, dediklərinə görə. Demək mənim Şəkidə eşitdiyim yalan deyil. Məscidə gedən uşaqlar inamla bildirirdilər ki, dünyaya gələn iki kafirdən biri Atatürk olub, o biri Lenin. Tfu sizə haramzadalar. Nankorlar.
Onlar haqqında çox məntiqsiz şeylər eşitmişəm. Guya ki, bunların təliminin ən yüksək mərhələsinə çatmış Nurçu sonda qəbir kəşfini bacaracaq. Bəs qəbir kəşfi nədir. Oturacaq qəbrin yanında, meyitlə söhbət etməyə başlayacaq. Çünki ən yüksək mərhələləri budur. Neçə gənc insanın zay olduğunun şahidi oldum. DTK hara baxır? Sabah bu gənclər artıq heç bir ictimai işlərə yaramayacaqlar. Öz millətini sevməyəcəklər. Əsil şeytana eş onlardır. Bəsit, süni, çeynənmiş sözlərlə bəzədilmiş xürafatla camaatın beynini pozurlar. Bu təlim hər nədirsə, Allahdan deyil.
Cavab

Kimdən: Ahirzaman Haradan: Bakı
24.08.2010 02:08
İzzet kardesim oyle konusma. Bir insanın elinde delil olması gerek senin gibi konusması için.

Kimdən: xalq Haradan: Baki
23.08.2010 23:05
Birincisi Turkiyani calxalayan hec bir yazilarla razilasha bilmerem.
Ikincisi bu yazinin muellifi Mais Elizadedir,men onun arxivina baxdim yalniz Turkiyaya qarshi olan zererli yazilari var.Mayis ne isteyirsen sen,Turkiyanin derdini artirmaq?Yoxsa parcalanmasini?Yoxsa iki qardashin arasini vurmaq?Yoxsa senin hec xoshune qelmedi bu goruntudan (youtube.com/watch?v=Dglyr-vTiI0).Adin soyadin da birteher gelir mene,Iranda cox ermeniler ishleyir bunu cox yaxshi bilirem.Azerbaycanin Turk liseylerinden hammi razidir ve hammi yuksek tehsil alib,bizim tehsile muqeyise edende.Men bu movzunu qeti shekilde pisleyirem.
Cavab

Kimdən: Lara
24.08.2010 11:36
Mais müəllimin yazılarıyla dağılacaqsa Türkiyə, daha necə mövcuddur? Mas müəllimin yazılarıyla pozulacaqsa Azərbaycan-türkiyə münasibətləri, qoy dünəndən pozulsun! :) çox gülməli danışırsınız.

Kimdən: Coni Haradan: Dünya
23.08.2010 18:21
Mövzunu hərə ora bura çəkib.. bilən də bilməyən də, kimdən isə nəsə eşidiən də, Allahı sevən sevməyən də, vaxtı ilə Gülən camahtının içində olub nəyə görəsə( maddiyat və ya şəxsi problemlərə görə küsən) adam lar da yazır.. ancaq "Azadlığın" verdiyi bir tərəfli yazı isə qalıb bir tərəfdə.. yazıya cavab olaraq Star qəzetinin yazarı Şamil Təyyarın bir məqaləsi çıxdı.. əgər sırf yazı ilə maraqlanan varsa girib oxuya bilər.. qalan boş boş söbətlərin bu mövzu ilə yaxından və uzaqdan əlaqəsi yoxdur..
PS hamı birin özündən başlamalıədır... İnsalar bilmədiklərinə düşman olurlar...
http://www.stargazete.com/gazete/yazar/samil-tayyar/avci-ya-hodri-meydan-287801.htm
Cavab

Kimdən: Sehriyar Haradan: Baki
23.08.2010 20:38
Bundan sonra umummiyetle bura hecne yazmayacagam,bu qaqas hamidan agilli hamidan savadli mutaliyesi hamidan coxdur o biririler ise.....Hele sende bes qeder ozuvi terifledinde daha basqalarini niye yazilarina gore ginayirsan.Sizi Azadliq qinaya bilmerem hamiya serait yaradirsiz Amma bir daimi sizi izleyen kimi mumkundurse bu qeder ozunden razi yazilara yer vermeyin.Axi bele fikirler sirf insanlari Asagilayir
Cavab

Kimdən: Axirzaman Haradan: Baki
23.08.2010 21:26
Sehriyyar qardas men ozumden razi deyilem. Ozunden razi olan insanda seytan xisleti var. Sadece mende elmlenmek biliklenmek isteyirem. Ona cehd edirem.

Kimdən: Axirzaman Haradan: Bakı
23.08.2010 18:05
Salamlar

Mence dünyanın ən savadsız, məntiqsiz ölkəsi bizik. Bu yazılanlardan heç birisində insanı marifləndirəcək insanın ürəyin sakitləşdirəcək bir yazı görmədim. Ey Azərbaycan gəncləri bir az oxuyaq hamımız bir yerdə elmlənək.

Kimdən: Məndən Haradan: Bakidan
23.08.2010 16:18
O böyük Allah hamınıza əvvəlcə ğöz, sonra da ağil versin ki, pisi yaxşıdan aylrasiniz.

Kimdən: Orxan Haradan: Baki ozel mezun
23.08.2010 13:18
men de hocanin Azerbaycandaki merkezi mektebi olan Baki ozel turk liseyinde oxumuşam.
Onların bir çox missionerlik fəaliyyətinə qanmamış və bir çoxlarını da buna qanmamaq üçün tərbiyələndirmişəm.
Cavab

Kimdən: MM Haradan: Qulbazarı
23.08.2010 16:53
Sənin çörəyin olacaq. Sağ ol! Belə də davam elə. Kənar dini ideologiyaları, lap elə bütün ideologiyaları Azərbaycandan rədd etmək lazımdır.
Cavab

Kimdən: Reshad Haradan: Fransa
23.08.2010 15:44
Aferin sene!
Səhifə (3)
    Növbəti