Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:31

Verilişlər / İşdən sonra

Yeni Ermənistan-Rusiya müqaviləsi təhlilçilərin gözü ilə

Zərdüşt Əlizadə
x
Zərdüşt Əlizadə

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Ermənistanla Rusiya arasında imzalanan müqavilədə yeni heç nə yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, Rusiyanın nəzarətində olan hərbi bazanın sadəcə vaxtı uzadılıb:

SARKİSYAN REJİMİNƏ SİYASİ DƏSTƏK


«Ermənistan onsuz da daim Qərbə doğru boylanıb. Bütün başqa MDB ölkələri kimi Rusiyadan canını qurtarmağa çalışıb. Rusiya bunu görür. Ermənistanı özünə hərbi əməkdaşlıq vasitəsi ilə daha sıx bağlamaq istəyir. İkincisi, indiyə qədər Rusiya ilə Ermənistan arasında hərbi sahədə hansı əməkdaşlıq olmayıb ki, yeni sazişdə o əməkdaşlıq nəzərdə tutulsun. Silah da verib, sursat da verib, kadrlarını da hazırlayıb. Bütün sahələrdə mənəvi dəstək verib. Bu müqavilə heç bir yeni şey əlavə eləmir. Bu, Sarkisyan rejiminə siyasi dəstəkdir».

Ələkbər Məmmədov
Hərbi ekspert Ələkbər Məmmədov
isə deyir ki, müqavilənin yenidən imzalanması Ermənistanın arxasında daim Rusiyanın dayanacağına bir jest idi. Onun fikrincə, bu, həm də onun göstəricisidir ki, Azərbaycanın Rusiya ilə apardığı siyasət iflasa uğrayıb:

AZƏRBAYCANIN RUSİYA İLƏ APARDIĞI SİYASƏT İFLASA UĞRAYIB


«Azərbaycanın Qarabağ probleminin həllində Rusiyanın mövqeyini dəyişmək üçün apardığı siyasət artıq iflasa uğrayıb. Çünki Rusiya bir daha göstərdi ki, istənilən formada ermənilərə dəstək olacaq. Məqsədi Qarabağı ermənilərə verməkdir».

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc bu müqavilənin bir neçə tərəfli olduğunu bildirib:

RUSİYA TƏRƏFLƏRİ STİMULLAŞDIRIR

«İlk növbədə Rusiya beynəlxalq aləmə belə bir mesaj verir ki, Cənubi Qafqaz regionu iqtisadi, siyasi və hüquqi cəhətdən Avropanın bir hissəsi olmağa çalışsa da, hərbi cəhətdən Rusiyanın təsiri altında qalacaq. Rusiya silah satışından külli miqdarda vəsait əldə edir. Rusiya tərəfləri stimullaşdırır və o cümlədən də Azərbaycana da mesaj verir ki, bizdən silah almaqda davam etməlisiz və yaxud da almalısız.

Çünki yeganə olaraq bu regionun təhlükəsizliyi Ermənistan vasitətəsilə idarə edilməklə təhdid qarşısında qala bilər. Üçüncüsü, bu regionu hədəf kimi seçən dairələr var ki, istəyirlər öz təhlükəsizlik sistemlərini qursunlar.

Zahid Oruc
Rusiya işarə edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsindən kənarda hansısa başqa alternativ sistem qurmaq istəyənlər yanılırlar, səhv edirlər və bu onlar üçün acınacaqlı ola bilər».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyib ki, hələ 2006-cı ildə Rusiya Gürcüstanın Batumi və Axalkalaki şəhərlərindən öz hərbi bazalarının bir hissəsini çıxarıb Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasına yerləşdirəndə, bu silah və sursatdan Azərbaycana qarşı istifadə olunmayacağına dair öhdəlik götürüb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ismailov Haradan: Avropadan
23.08.2010 02:44
Ermeni Bakida olmalidir.Olmasa..gafgaz gaydasinda ola bilmez.Azerbajcan da Ermenistanda olmalidir.Buna yashil yol mecbur olacag ve olmalidir.Bu Tarixdir.Yoxsa yerinde ce tapdalayacagig.Eksini ushag baxchasina benzetmek lazimdir.

Kimdən: kengerli
22.08.2010 18:09
maraqlidir bu iqtidar numayendeleri niye etiraf etmirler ki, onlarin apardiqi siyaset iflasa uqrayib olkeni orta esir qaydalari ile idare etmekle, xarici siyasetdeki uqursuzluqlarinin da uqur deye xalqa sirimaqdan xecalet cekmirler? Onlarin bir yolu qalib oda istefa verib hokumeti terk etmek,onlara yaltaqliq edenleri ise ozleri ile aparib qaraci kimi butun dunyani gezsinler

Kimdən: azer
22.08.2010 04:47
bize hec kim komek etmeyecek.ne rusiya ne iran ne turkiye ne gurcustan.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
22.08.2010 01:45
Bu gedişatın fonunda ortaya cox məşhur bir sual cıxır NƏ ETMƏLİ ???.
Bəziləri alternativ yol kimi avro-atlantik strukturlara inteqrasiya və Turkiyəylə muttəfiqlik təklif edirlər.Şəxsən mən bunu olduqca mənasız bir iş bilirəm.Gurcustan numunəsi gözönundədir,sözugedən dövlət az qala qərbin ayaqlarına duşub yalvardısada onu NATO-ya qəbul etmədilər,harda qala Azərbaycan ola.Biz bir şeyi başa duşməliyik ki,natoya bizim kimi problemli ölkələr lazım deyil,digər tərəfdən isə Yuqoslaviya kimi dövləti parcalayan qərbin nəyinə lazımdır ki,Azərbaycanın ərazibutövluyu uğrunda Rusiyayla kəllə-kəlləyə gəlsin,ağrımayan başını ağrıtsın.Turkiyədə hec vaxt bizə görə Rusiyayla acıq konfliktə girməz...Bəs nə etməli??? başqa yol qalmır qərb Ermənistana pul,Rusiya isə silah verir,deməli guvənc yerimiz XALQDIR,bizim özumuzdən başqa guvənəcəyimiz quvvə yoxdur və bu gunə qədər yeridilən siyasətlər ona görə İFLASA uğrayır ki,bu siyasətin icində xalq mənafeyindən başqa hər şey var...
Cavab

Kimdən: Mustafa Turan Haradan: Almanya
06.09.2010 03:43
Selam Azerbaycanli Kardesler, ben Almanya'dan yaziyorum.
Azerbaycan ve diyer rusya hakimiyeti altinda kalan Türk Cumhuriyetlerinin en büyük sorunu: bu güne kadar rusya parmagini birakmiyor bu devletlerden. Bu "yeni" kurulan devletlerde mutlaka rusya yanlisi (destekliyicisi) liderler oluyor, yoksa rusya o ülkeleri karistiriyor ve devleti yikiyor, kendinin istedigi uzaktan kumandali kuklasi gelene kadar.
Size biz Türkiye'den demiyoruz rusya ile ticaret yapmayin diye, tabiki yapin ama kendi menfatlarinizi iyi(yaxsi) düsünün ve öyle yapin.
Bu rus ayisinin agzina biraz bal calakcaksin ve istedigini yaptiracaksin, ama siz gidip bali ayiya kosulsuz tümünü verirsez, ayi birsey yapmaz.
Rusyanin Azerbaycan'dan mi fazla menfati var yoksa ermenistan'dan mi?
Cavab

Kimdən: Norge Haradan: avropa
23.08.2010 01:58
Tamamile dogru buyurmusan qardas,men seninle tam raziyam.Razi olmaq istemeyenlerde bir gun basa dusecekler.
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
23.08.2010 00:37
sizi oz kommunist tebligatinizla molla-islam iranina gondermek lazimdir."DUMANLI TEBRIZ" sizin "GIZLI BAKI"DAN gelishinizi gozleyir.yene gelecekde size iran devletini parchalayanlardan birisi kimi heykel qoyarlar.xalqimiz sizden daha chox xeyir gormush olar.burada ozunuzu gozden salmagin adi yoxdur.

Kimdən: Akif Haradan: Bakı
21.08.2010 23:31
Azərbaycanın xarici siyasəti, daxili siyasəti kimi tam iflasa uğradı. İndiki hakimiyyət, İlham Əliyevin dəfələrlə verdiyi bəyanatların əksinə olaraq Qarabağı geri qaytarmaq iqtidarında deyl.

Kimdən: Sərdar Kərimli Müsavatcı Haradan: Bakı
21.08.2010 15:12
Medvedyev çox yaxşı anlayırki, YAP igtidarı yaxınlaşmagda olan "SEÇKİLƏRİ" "LEGİTİM"LƏŞDİRMƏK üçün, həmişə olduğu kimi yenədə yalnız onların AYI XİDMƏTİNƏ bel bağlayırlar.Yəni ortada açıg-aşkar siyasi alver gedir:sən mənim hakimiyyətimə dəymə,onun "legitim"ləşdir ,məndə sənin Cənubi Qafgazda at oynatmağına etiraz etməyim.Bir sözlə devin canı şüşədə olduğu kimi bu igtidarinda cani RUS AYISINİN CAYNAĞINDADIR! Məncə Azərbaycan müxalifəti gecikmədən hərəkətə keçməli,seckilərə Rusiyanın gözlənilən kobud müdaxiləsinə garşı indidən Beynəlxalq miqyqasda ciddi etiraz dalğası yaratmalıdır.İndiki zamanda bu işlərdə bizə kömək etməyə maraqlı qüvvələr kifayət qədərdi.SONRA GEC OLACAG!!!
Cavab

Kimdən: Anar Haradan: Deutschland
23.08.2010 12:07
Mende tam olarag Sizin fikirleri Bölüshüräm !

Kimdən: izzet
21.08.2010 12:03
Genire pachayevayı Rusyaya gönderin hemen orada muzakerede bulunsun!Yanına birkac sahte Turkcu de alsın YAP uzvlerinden.Rusya ermenistana kim saldırırsa ona karsı Ermenistanı koruyacak..
Bu arada Karabaga gule gule.Bir bardak soguk icin üstüne,iyi gelir...
Aman korkmayın Medyedev Azerbaycanın gönlünü almak icin eylülde Azerbaycana gelecekmis..Aliyev bir kac milyar dolar verir,medyedev bir acıklama yapar artık..

Kimdən: Meftune Haradan: Gence
21.08.2010 11:52
Guluncdu bizdeki hansi ordudan danisirsiz? orduda olan zorakiliga meruz qalan, acindan, xesdelikden eziyetceken, kamandirleri terefden doyulen ordudan danisirsiz? yaziq esgerlerde halda qalmayib....Ruslarin kohne pesesidi bizim basimiza corab toxumaq.Esirler boyu Ermeniyle rus birleserek bizi mehv etmeye ceht gosteribler...bizdeki ya koruq yadaki ozumuzu kora benzedirik...

Kimdən: Culfali oglan Haradan: Culfa
21.08.2010 02:58
Dostlar, Azərbaycan rəsmiləri deyendə ki, ordumuz müasir silahlarla təhciz olunub,ordunun döyüş ruhu yüksəkdir ermənilər o dəqiqə cavab verirdilər ki, erməni ordusu hər bir şeyə hazırdır,istənilən hücumu def edə bilər. Nə oldu bə?? Nə tez qaçdılar rusların qucagina? Deməli həqiqətən Azərbaycanın gücünü anlayıbalar və özlərini qorumaq üçün rusların qucağında yerlərini bərkidirlər.

Kimdən: Musteqil Haradan: Baki
20.08.2010 23:57
Azərbaycanın Rusiya ilə apardığı siyasət iflasa uğrayıb"Men sexsen bununla razi degilem.Azerbaycan xarici siyasetinde ele nöqteyi nezerler var ki, zaman gelecek göreceksiniz yanilirsiniz bu fikirleri söylemekde.
Səhifə (2)
    Növbəti