Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:05

Siyasət

Nazirin Bakıya S-300 raketləri satılması barədə ikibaşlı cavabı

Şriftin ölçüsünü dəyiş - +
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin Ermənistandakı hərbi bazasının öz funksiyasını dəyişməsi barədə fikirləri qəbul etmir. Nazir Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib ki, həmin hərbi bazaya dair razılaşmaya əlavələrin imzalanmasından sonra bu bazanın statusunun dəyişəcəyini gösləmək əbəsdir. Lavrov bildirib ki, prezidentlərin avqustun 20-ə imzalamağı planlaşdırdıqları bu protokolun əsas məqsədi sadəcə olaraq, hərbi bazanın müddətinin uzadılmasıdır.

Razılaşmaya düzəlişləri nəzərdə tutan 5 nömrəli protokolun mətbuatda yayılan mətninin layihəsində isə qeyd edilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək. Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Rusiyanın “Vesti” telekanalına müsahibəsində bildirib ki, yeni sənədin əsas məqsədi hərbi bazanın müddətinin uzadılması ilə yanaşı, həm də bu bazanın funksiyasının indi daha aydın yazılmasıdır.

Nalbandyan bildirib ki, Ermənistanda Rusiya hərbi bazalarının yaradılması barədə razılaşma 1995-ci ildə 25 illiyə imzalanmışdı. İndi həmin müddət yenə də 1995-ci ildən başlamaqla 49 ilə qaldırılır. Yəni, Ermənistanda Rusiya hərbi bazası 2044-cü ilə qədər qalacaq.

Həmin hərbi baza Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığındakı Gümrü şəhərində yerləşir.

Ermənistanın hakim partiyasında isə hesab edirlər ki, Lavrovun bu sözləri diplomatik ifadə tərzlərindən başqa bir şey deyil. Serj Sarkisyanın partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov AzadliqRadiosunun erməni xidmətinə deyib ki, Rusiyanın baş diplomatı bu sözlərlə regionda bir balans saxlamağa, həmin bazanın konkret kiməsə qarşı olmadığını nümayiş etdirməyə çalışır.

Rusiya Xarici İşlər naziri Ermənitan telekanalına müsahibəsində ölkəsinin Azərbaycana S-300 raketdən müdafiə sistemləri satıb-satmaması barədə suala da ikibaşlı cavab verib. Nazir deyib bu komleks yalnız ölkə ərazisini xarici raket hücumlarından qorumağa qadir olan müdafiə silahından başqa bir şey deyil. Onun satışı da istənilən silah növünün satışı kimi beynəlxalq norma və hüquq çərçivəsində həyata keçirilir. Nazir ardınca da əlavə edir ki, Rusiya Qafqaz, Yaxın Şərq kimi münaqişəli regionlara silah satışında həssas yanaşır, sabitliyi poza biləcək silahlar satmır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Safavi Haradan: Vancouver, Canada
24.08.2010 02:15
Rusiyanin Azerbycana, Ermenistana ve ya her hansi bir Mozambike silah satmasi butun dairelerde normal qarshilanmalidir. Bu her sheyden once biznesdir.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
20.08.2010 13:06
Üzr isteyirem adsız yazının müellifi menem.

Kimdən: Anonim
20.08.2010 13:03
Mehs Qafkazda sabitliyi istemeyen,pozulmasında maraqlı olan Rusiyadır.Sen kimi aldatmaq isteyirsen, ay zalım?Tecevüskarın tehlükesisliyini temin etmek.
Bu fikrir ile dünyaya dolayı yolla demek isteyir ki,evet men Azerbaycanın Quzeyinin Qarabağ bölgesini işğal edib,vermişem ermenilere.YAP hakimiyyeti
bu fikre reaksiya vermelidir.Çox teessüf ki, "böyük qardaşın" xetrine deymek cüretinden xaricdirler.

Kimdən: Mamedov.Vügar. Haradan: Moskva.
20.08.2010 00:00
Basa düsä bilmirem ki niyä görä bizim bas bilänlär yap iktidarinin nümayändäläri susur. Gerek bizimkiler gebelenin 2012 ci ilden sinra ruslara icareye vermesin ve Natoya daxil olsun ve MDB -dän cixsin.
Hamiya bellidir ki bize hec zaman xeyir gelmeyib ve bunnan sonrada gelmeyecek. Bunun Rossiyada yasayan 2-milyonnan cox Azerilere hec bir tesiri olamayacag.Ola biler 2,3 % adamlara ziyan olsun amma coxlarina yox.Men sexsen iktidardan geti addimlar gözläyiräm.

Kimdən: Mübariz Haradan: Almaniya
19.08.2010 18:57
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ''O, Dağlıq Qarabağ tənzimlənməsində məsələnin bu həddə çatmayacağına əmin olduğunu deyib'' Hansi hedde göresen ? Ermenistan Rusyannin gücnüde arxasina alib torpaqlarmizin 30% ishqal edib bunun daha hansi heddi olmalidir göresen? Rusya bele barish severdise müttefiqi olan ishqalchi
Ermenistana ishin muharbe heddine chatmadan ishqal ettiyi Azerbaycan torpaqlarindan shärtsiz sözsüz terk etmesini basha salsin.
Lavrov S-300 raketləri ilə bağlı söhbətin müdafiə sistemindən getdiyini və bunun da beynəlxalq müqavilələrin tələblərinə uyğun göndərildiyini bildirib. Azerbaycana S-300 raketleri satmishdarsa yaxshi qarshiligindada Rusyan bundan pul qazanib büdcesine. Sanki Azerbaycana pulsuz bir sheymi veribler. Mesele bu deyil puluna minnet dünyada silah bazarinda o qeder reqabet var ki siz satmasaniz gedib bashqa yerdende alinar!. Sergey Lavrov onu desin görek 30% Azerbaycanin torpaqlarini ishqal etmish bir ishqalchi dövleti Rusya hansi haqqnan desdekliyir bax buna bir achiqlama getirsin!