Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:58

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Bloggerlər Avropa Məhkəməsinə doğru

Şriftin ölçüsünü dəyiş - +
«Bu qərarı ədalətsiz hesab edirik, sözün düzü, başqa bir ədalətli qərar da gözləmirdik, hər bir halda hesab edirik ki, ədalət mühakiməsi sistemi üçün şərəf gətirməyən növbəti qərar oldu».

ZƏRƏRÇƏKMİŞLƏR HANI?

Vəkil Elton Quliyev Ali Məhkəmədə bloggerlər Emin Milli və Adnan Hacızadənin kassasiya şikayətinin təmin olunmaması ilə bağlı çıxarılan qərara münasibətini belə bildirir.

Bir ildir ki, hüquq müdafiəçilərinin saxta adlandırdığı xuliqanlıq ittihamı ilə həbsdə yatan iki tənqidçi blogger Adnan Hacızadə və Emin Millinin işi üzrə ölkə daxilindəki son instansiya da qərarını avqustun 19-da verib.

Səbail rayon Məhkəməsinin çıxardığı və Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı həbs hökmündən kassasiya şikayətini Ali Məhkəmə də təmin etmədi – Emin Milli iki il yarım, Adnan Hacızadə iki il həbsxanada qalmalıdır.

Bloggerlərin tələbi isə təkcə bəraət deyil. 199 bənddən ibarət kassasiya şikayətində vəkillər Ali Məhkəmədən Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, bloggerlərin istintaqını aparmış müstəntiqlər və onların barəsində hökm çıxarmış hakimlər barədə qərar çıxarılmasını istəyirdilər.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə vəkillər Elton Quliyev və İsaxan Aşurov şikayətə işdə adları zərərçəkmiş kimi hallanan Vüsal Məmmədov və Babək Hüseynovun iştirakı ilə baxılmasını xahiş etdilər.

İsaxan Aşurov
İsaxan Aşurov dedi ki, həmin şəxslər hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən də prosesdə iştirak etməyiblər. Hakim onların ünvanına bildiriş vərəqəsi göndərsə də məlum olub ki, bu şəxslər həmin ünvanlarda yaşamırlar. Vəkil prosesdə onların iştiraklarının vacibliyini qeyd etdi. Prokuror zərərçəkmişlərin iştirakını vacib hesab etmədi və hakim kassasiya şikayətinə zərərçəkmişlərin iştirakı olmadan baxılmasına qərar verdi.

«EŞŞƏKLƏ MÜSAHİBƏ»NİN AQİBƏTİ

Vəkillər kassasiya şikayətini əsaslandıran çıxışlar etdilər. İsaxan Aşurov dedi ki, Adnan Hacızadə ilə Emin Millinin həbsi siyasi xarakter daşıyır. Hər iki gənc ictimai fəaliyyətlə məşğul olub. Onlar «facebook»da və «youtube»də eşşəklə müsahibə videoçarxı yayılandan 10 gün sonra həbs olunublar.

Vəkillər Emin Milli və Adnan Hacızadənin həbs olunduğu andan bəri pozulan hüquqlarından da danışdılar. Onlar əsasən diqqəti bloggerlərə məcburən dövlət hesabına vəkil təyin olunmasına, polis idarəsindən müvəqqəti saxlanma təcridxanasına aparılarkən ictimaiyyətin gözü qarşısında bir-birinin qoluna qandallanmış vəziyyətdə maşına mindirilməsinə, döyüldükləri halda məhkəmə tibb ekspertizasının onların üzərində xəsarət olmaması barədə rəy verməsinə yönəltdilər. İbtidai istintaqın və məhkəmələrin düzgün aparılmadığını dedilər.

PROKUROR: «SİYASİLƏŞMƏSƏYDİ...»

Vəkillər qeyd etdilər ki, nə ibtidai istintaq, nə də məhkəmə bloggerlərin şəxsiyyətlərini araşdırmaqda maraqlı olmayıb. Əgər gənc ziyalıların şəxsiyyətlərinə qiymət verilsəydi onların cinayət törətmədikləri üzə çıxardı.

Vəkillər deyib ki, döyülən də Adnan Hacızadəylə Emin Milli olub, ittiham edilən də. Lakin prokuror çıxışında dedi ki, vəkillərin 199 bənddən ibarət olan kassasiya şikayəti obyektivliyə söykənmir və əsassızdır. Prokuror dedi ki, vəkillər kassasiya şikayətinin 5 bəndini Emin Millinin və Adnan Hacızadənin şəxsiyyətinə həsr ediblər. Lakin cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq cinayət törədən hər kəs cəzasını almalıdır. Prokuror dedi ki, hələ hadisə baş verərkən polis bölməsində tərəflərə barışıq təklif olunub. Lakin vəkil İsaxan Aşurov işə qarışandan və məsələyə siyasi don geydirəndən sonra vəziyyət dəyişib. Prokuror kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Məhkəmə kassasiya şikayətini təmin etmədi.

Vəkillər zərərçəkən kimi təqdim olunan şəxslərin də kimliyinin məhkəmə istintaqı zamanı araşdırılmadığını, onların özü və yaşadığı ünvan barədə təqdim olunan məlumatların şübhə doğurduğunu deyib.

«OBYEKTİV OLAYDILAR, SİYASİLƏŞMƏYƏYDİ»

Hikmət Hacızadə
Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, məsələnin siyasiləşib bu mərhələyə çatmasında böyük rolu elə ittiham tərəfi oynayıb: «Prokuror açıq-aşkar özü istintaqı, prosesi siyasi proses kimi qiymətləndirdi. Dedi ki, bu, adi xuliqanlıq idi, amma sonra müttəhimlərin yaxınları məsələni siyasiləşdirdi və proses siyasiləşmiş şəkildə getdi. Mən də deyirəm ki, obyektiv olaydılar, məsələnin də siyasiləşməsinə şərait yaratmayaydılar».

Hikmət Hacızadə deyir ki, həqiqətən də, əvvəl döyüldükləri bildirilən Vüsal Məmmədov və Babək Hüseynov tərəfindən barışıq təklifi gəlib və Adnanla Emin də buna razılaşıb. Lakin son məqamda müstəntiq deyib ki, barışıqdan söhbət gedə bilməz və cinayət işini Adnanla Eminə qarşı başlayıb.

NÖVBƏTİ ÜNVAN - AVROPA MƏHKƏMƏSİDİR

Vəkil Elton Quliyevsə deyir ki, bloggerlərin işi ilə bağlı bütün yerli məhkəmə instansiyalarını keçdilər və növbəti ünvan Avropa Məhkəməsidir:

«Azərbaycanda əlçatan olan bütün müdafiə vasitələri artıq tükəndi. Növbəti mərhələ yalnız Avropa Məhkəməsidir. Məhkumlarla məsləhətləşəndən sonra növbəti addımları müəyyənləşdirəcəyik. Hələ 6 ay vaxt var».

Hökumətdəki korrupsiyanı tənqid edən materiallar yayması ilə məşhur olan iki blogger Emin Milli və Adnan Hacızadə 2009-cu il, iyulun 8-də özlərinin, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinin qondarma saydığı xuliqanlıq ittihamı ilə həbs olunublar. Adnan Hacızadəyə iki il, Emin Milliyə iki il yarım həbs cəzası kəsilib. İyul ayında Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin həbs cəzasının yarısını çəkdikdən sonra azadlığa buraxılması barədə ərizəsini təmin etməyib. Beynəlxalq təşkilatlar tənqidçi bloggerləri həbs etdiyinə görə Azərbaycan hökumətini sərt tənqid edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Akif Haradan: Bakı
21.08.2010 23:25
Bu, onların yeganə çıxış yoludur. Azərbaycanda indiki hakimiyyətlə heç vaxt ədalətə və haqqa nail ola bilməyəcəyik. Odur ki, bu hakimiyyətdən çox tez qurtulmaq, onları beynəlxalq məhkəməyə vermək lazımdır.

Kimdən: neytral Haradan: neytral olkeden
19.08.2010 20:37
Menim fikrimce meselenin siyasileshmesinde her iki terefin rolu olub. Obyektiv olmaq lazimdir. Mehkeme musteqil olmadigindan, genclerin vekilleri ve valideynleri ise mensub olduglari siyasi qurumlarin maraqlarindan dolayi bu meseleni shishirtdiler ve bu cur veziyyete getirib chixardilar. Emin Milli de Adnan hacizade de sadece siyasi oyunlarin qurbanlaridirlar. Bu mesajin saytinizda yerleshdirilmesinde emin olmasam da, her halda oz fikrimle bolushdum
Cavab

Kimdən: Qerib musavatci
20.08.2010 13:06
Allah Eminle,Adnanin hemcinin Eynullanin qapisin tez acsin ve neki gunahsiz insanlarimiz hebsxanadadir tezlikle azadliga qovushsunlar.Bu arada ekser vaxt haqsiz yere hebs olumushlarin huquqlarini qoruyan Elton Quliyeve ve Isaxan Ashurova unutmaq edaletsizlik olardi. Haqqi qoruyan huquqshunaslarimiz Azerbaycan xalqinin qaymaqlaridir.Yadima gelir Elton ve Isaxan beylerin mudafiye etdikleri insanlarin mehkemelerine gederken,dostlar arasinda bir-birimize deyirdik ki,goren indi hansi mehkemenin "qara" gunudur.Dogurdan da bu iki neferin vekil oldugu mehkemelrede,mehkeme sedirlerinin nece cixilmaz veziyyetde,nece ciliz gorkemde qaldigin gorende adamin onlara baxanda gulmeyi gelirdi.Hele prokurorlari demirem.Inandirim sizleri hec bir siyasetle meshgul olmayan insanlar bir defe o mehkemelerde olandan sonra,muibarizeye qoshulurdular.Cunki haqqin ve haqsizligin ferqini orda eyani shekilde gorurduler.
Cavab

Kimdən: qarabagli Haradan: talan olmush yurd
20.08.2010 12:00
Bu addimla bir daha mehkemenin musteqil olmamasi eyani suretde subut olundu.Hakimiyyetde eyleshenler ise oz cilizliqlarini gosterdiler.Eyni ile 20-ci ilden sonra Azerbaycan xalqinin bashina ne oyun gelmishdise,indi onun bashqa formasi gelir.O vaxtda Azerbaycanin musteqilliyi yolunda mubarize aparanlarin ozleri,ovladlari min bir ezab-eziyyete ducar oldular,indide musteqillik ugrunda vurushan,onun muellifleri,o yolda her sheyini kecmeye hazir olanlarin ozleri ve ovladlari cetinlikle uzleshibler.Ne qeder cetinlikler olsada,ne qeder hebsler olsada,ne qeder qetiller olsa da Azerbaycan xalqinin mubarize ruhunu sondure bilmeyecekler.indiki rejim ele bilirki bu cur haqsiz hereketleri ile kimlerise mubarize ruhundan cekindirir.Duzdu bu sebebler olmamish deyil.Ancaq haqsizligin,edaletsizliyin yaratmish oldugunu ve helelik goze gorunmediyini bilmish olsalar ne qeder yalnish yolda olduqlarinin ferqinde az da olsa olarlar.Goze gorunmeyen sheyin en bashlicasi INSAN NIFRETIDIR.Ve en qorxulusu da bax budur.Nifret dolur-dolur axirda ozune yer tapa bilmeyende vulkan kimi puskurur.Vulkanin qarshisin hec ne ole ala bilmediyinden,qarshisina cixani eridib yox eden kimi,nifretinde qarshisinda hec ne dayana bilmez.Allah Azerbaycan vetendashlarinin qelbinde yigilib artmish nifreti,ancaq dushmene qismet elesin.Belke bu nifretin gucunden yaranmish enerji ile Qarabagimizi azad ede bildik.
Cavab

Kimdən: Arzu
20.08.2010 09:58
Ay neytral, bu ushaglari tutub doyubler, sonra hebs edibler. Sen de deyirsen ki bunlarin rolu olub meselenin siyasileshdirilmesinde. Bu neje neytrallig oldu ahi??? Deyirsen ki bu iki genj onlari sifarishle doyen adamlardan uzr istemeliydiler, bilmemishik, gelet elemishik demeliydiler ki mesele siyasileshmesin? Ay neytral bele neytrallig olmaz ahi....Danishmazdan evvel dushunmek lazimdir ahi... Bele neytrallara gore Azerbaijan bu veziyyete dushdu de. Hagsizliga garshi susmag gerezli movgedir, neytrallig deyil.

Kimdən: Azərbaycanlı Haradan: Bakidan
19.08.2010 16:24
Lütfən bu qərarı MirŞahin oxusun!
Cavab

Kimdən: Qaqa
19.08.2010 17:52
Goresen bizim memeleketimizde bir defe de olsun,bir mehkeme sedri tapilacaq ki,bashqasinin diktesiyle oturub durmasin,ozunun oz kishiliyinin,oz iradesinin,oz leyaqetinin sesine qulaq asaraq qerar versin.(Deyesen bu bir defe 93-cu ilde Shahin (soy adini deqiqleshdire bilmemishem) adli bir mehkeme sedrinin vaxtinda olub,kim o haqda bilirse melumat verse memnun olariq)