Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:22

Verilişlər / Qaynar xətt

«Heydər Əliyevin göstərişi olsa da, ev vermirlər»

Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam
x
Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Azadlıq Radiosuna müraciət edən 68 yaşı İdman və Gənclər Nazirliyinin keçmiş işçisi Fərrux Məmmədov deyir ki, Azərbaycanda idman üzrə yeganə elmlər doktorudur. Ancaq evi yoxdur. Ona mənzil və prezident təqaüdü verilməsi üçün mediada dövlət başçısı İlham Əliyevə müraciət edəndən sonra onu nazirlikdəki baş məşqçi vəzifəsindən kənarlaşdırıblar:

«Məni çağırıb bildirdilər ki, niyə sən prezidentə müraciət ünvanlamısan. Deyirəm axı mən 13 yaşından işləyirəm, 84 manat pensiya və 340 manat maaş alıram. Evim yoxdur, qazandığım pulun böyük hissəsini kirayə verirəm. Mən mütəxəssisəm. Mütəxəssis olmayan neçə adamlara İdman Nazirliyinin xətti ilə mənzil verilib. Mənə niyə ayrılmır?»

Fərrux Məmmədov bildirir ki, hələ 1993-cü ildə keçmiş prezident Heydər Əliyev ona mənzil verilməsi ilə bağlı göstəriş verib. Ancaq o göstərişi də yerinə yetirən yoxdur:

«1993-cü ildə mən Səbayel rayonunda Dairə Seçki Komissiyasının sədri idim. O zaman seçkini yaxşı təşkil etdiyimə görə Heydər Əliyev məni təriflədi və məndən soruşdu ki, nəyə ehtiyacın var? Mən də evimin olmadığını dedim. O, dərhal göstəriş verdi ki, mənim sənədlərim hazırlansın və mənə mənzil verilsin. Sənədlərim çox sürətlə hazırlandı, ancaq ev verilmədi. Siyahıda necə ki, Yasamal rayonunda 223-cüyəm elə orada da qalmışam. Baxmayaraq ki, 1993-cü ildən prezident 100-lərlə insana ev bağışlayıb. Özü də Heydər Əliyevin göstərişi ilə yazılan sənəddə deyilirdi ki, mənə ev növbədənkənar verilməlidir».

Fərrux Məmmədov deyir ki, bu məsələni ictimailəşdirəndən sonra ona qarşı kampaniya başlayıb:

- Məni kadrlar idarəsinə çağırıb dedilər ki, müqavilə imzalamalıyıq. Dedim axı Azad Rəhimov məni işə götürəndə, heç bir müqavilə imzalanmamışdı…

- Bəs o zaman Sizi işə necə götürmüşdülər?

- Mənim vəzifəmdə işləyən 40 nəfər var. Məsələn «Zenit» idman cəmiyyətinin sədri həm orda işləyir, həm də nazirliyin seleksiya üzrə baş məşqçisidir.

- Onların heç biri ilə müqavilə bağlanmayıb?

- Məsələ burasındadır. İdman məktəblərinin direktorlar da həmçinin. Onların hamısı çalışdıqları yerlərdən, üzv olduqları federasiyalardan böyük əməkhaqqı alır. Mən isə elmlər doktoru ola-ola yalnız nazirlikdən 340 manat əməkhaqqı alırdım. Onu da mənə çox gördülər. Müqavilənin birini geri tarixlərə tərtib ediblər – 2006-2009-cu illər üçün. Birini isə 2010-cu il üçün. Ancaq mənə göstərilən qaralamada müddət 1 il yaxılmışdı. Sonradan onu mənim xəbərim olmadan 6 aya dəyişiblər. Əmək Məcəlləsinə görə, bu müqavilələrin bir surəti məndə qalmalıydı, verməyiblər, işdən uzaqlaşdırılacaqdımsa, xəbərdar edilməliydim, etməyiblər.

Fərrux Məmmədov onu da iddia edir ki, İdman və Gənclər Nazirliyində peşəkar olmayanlar çalışır:

«Nazirlikdə çalışanların çoxu başqa ixtisasların sahibləridir. Hərə öz qohumuna orda bir iş verib. Mənə də ona görə iş, ev, pensiya vermirlər ki, nə pulum, nə də adamım var. Bunun axını necə olacaq?»

Qarşı tərəfin mövqeyini öyrənmək üçün İdman və Gənclər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bizə bildirdilər ki, məsələ artıq məhkəmə araşdırması predmeti olduğundan nazirlik öz mövqeyini iyunun 17-də keçirilən prosesdə açıqlayacaq. Üstəlik, Fərrux Məmmədovun bir zamanlar işlədiyi idman bölməsinin rəhbərliyi Sinqapurda səfərdədir, onların suallarımızı cavablandırmaq imkanı yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: rushvetden bezmish
16.08.2010 20:51
Ferrux muellim,

Heyder Eliyevin vaxtlari getdi. Indi Ilham Eliyevin gilinc oynadan vaxtidir. Heyderin oglu olsa da, ona saysiz-hesabsiz heykeller, parklar salsa da oz "strategiyasi" var. Axi hemishe papa oglu ola bilmez! Indi ozu "papadir". Ona gore de gizlari gollarini chirmalayib, azerbaycanin bolushdurur.

H.Eliyevin vaxtinda Elham gedib dovletchilik, siyaset, idarechilik kimi sheyler oyrenirdi. Amma Ilhamin gizlari hech ne oyrenmir, ancag kef ve pul bolushdrmekle meshguldurlar.

Heyderin vaxtinda memurlar shikayetden, Heyderden kabus kimi gorxurdular.

Amma indi shikayetchiler ozleri bashlarina oyun achilmagdan gorxurlar..

Siyasi kurs eyni olsa da, goruntuler bashga bashgadir teessuf olsun ki.

Kimdən: Müəllim Haradan: Azərbaycan
16.08.2010 09:49
Ay Fərrux müəllim, sənin kimilərinin yetişdirdikləri idmançılardır mitinqlər zamanı küçələrdə bizi şillə-təpiyin altına salan. Onların hamısına ev də veriblər, başqa şeylər də. Yəqin ki, sən mitinçiləri döyə bilmirsən və süçkilərdə də daha "fəal" iştirak edə bilmirsən. İncimə, Allah xatirinə, daha sən bunların nəyinə lazımsan? İlham Əliyevə "xidmət göstərənlərin" hamısı gec-tez bu cür münasibət ilə üzləşəcəklər. Necə deyərlər "nə tökərsən aşına, o da çıxar qaşığına".

Kimdən: Haram yemeyen
15.08.2010 04:13
Eceb edib vermirler,

Sechkini saxdalashdirdin, evezinde Sene ev verecekler gozle ))))))))))))

Bu Seni kimi sechkini saxdalashdiranlara yaxshi mesajdir )))))))))))))))))))))))))))))))))

Sonda gulen iyi guler

Get bu problemini AzTV-de de, burada ne ishin var bura Azadliq Radiosudur.



Cavab

Kimdən: daimi oxucu
16.08.2010 20:41
haram yemeyene@

sen adam tapdin suchlamaga!

Eger bu kishi sen deyen "sechki saxtalashdiranlardan olsaydi" choxdan ev de alardi, vezife de, hele ustelik bashga sheyler de.
Cavab

Kimdən: Qaqa
15.08.2010 12:41
Men de haram yemeyenle raziyam.Demeli indi bu kishinin 68 yashi var.93-de de onun olub 51 yashi.A kishi bir insanki 51 yashinda saxtakarliq ede,ele onun evi olmasa yaxshidir.Bizi didergin salan insanlardan biri de bax budur.Hereniz bir menteqede Allahsizlarin hakimiyyeti menimsemesi ucun ishlemisinizki,indi Qarabag tapdaq altindadir. yaziram amma ureyim agriyir,gor ne veziyyete getirib cixardiblar bizleri ki,68 yashli agsaqqalida qinayiriq)

Kimdən: Məşədi İbad Haradan: Bakı
15.08.2010 00:17
Rəhmətliyin oğlu bilmirsən ki bələ bostan əkəin tağı çiynində olaq(Atalara min rəhmət hələ də bu sözlərin hikmtinə vurğunam)
Cavab

Kimdən: Atalar misalini seven
15.08.2010 11:57
Salam Meshedi.Senin cekdiyin meseli men eshitmemishdim.Xahish edirem onu duz emelli yaz,gorek ne demekdir.Herif sefine yol vermeden.Evvelceden teshekkur.