Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:01

Bloqlar / Sevda İsmayıllı

Şıx-Əli Qurbanovu kim öldürdü?

Şriftin ölçüsünü dəyiş - +
Şıx-Əli Qurbanov
20-ci əsrin 25-ci ilinin 16 avqustunda Azərbaycanın 2 önəmli şəhərində -- Bakıda və Şəkidə iki ana oğul dünyaya gətirdi. Bəxtiyar və Şıx-Əli adlandırılan bu oğullar gələcəkdə Vətənin milli düşüncəsinin oyanmasında çox önəmli rol oynayacaqdılar. Biri görkəmli şair kimi uzun bir ömür yaşayacaq, hətta ölkəsinin müstəqilliyini də görəcək, o biri isə həm yazıçılıq, həm də vəzifə dolanbaclarıyla irəliləyərkən, cəmi 42 yaşında dünyayla vidalaşacaqdı...

Bazar günü efirə gedəcək «İz» proqramı birinciyə--Bəxtiyar Vahabzadəyə həsr olunduğundan, ikincini--Şıx-Əli Qurbanovu bu yazıda anmaq qərarına gəldik...

NüSRƏDDİN MÜƏLLİMİN TƏLƏBƏ YOLDAŞI...

Şıx-Əli Qurbanovu orta məktəbin aşağı siniflərindən tanıyırdım. Məsələ burasındadır ki, mənim Azərbaycan dili müəllimim, həm də məktəbimizin dərs hissə müdiri olan Nüsrəddin Mansurov Şıx-Əli müəllimlə Pedaqoji İnstitutda bir qrupda oxumuşdu. Və mən Nüsrəddin müəllimdən təkcə dilimizin qrammatikası barədə bilgilər yox, həm də həyat dərsləri alaraq böyüyürdüm. Onun dilindən Şıx-Əlinin adı düşmürdü. Adam da öz tələbə yoldaşını bu qədər sevər, ona bu dərəcədə tapınardımı? Ağızdolusu onun bədii istedadından, elmi uğurlarından, Vətən sevgisindən, müharibədə qazandığı medallardan danışardı. «O, bilirsiniz, necə oğuldur?!» --deyə təkrarlayırdı. Bakıya tətilə gedəndə, mütləq tələbə dostuna baş çəkər, qayıdarkən çoxlu söz sovqatı gətirərdi.

BAKI QOXULU MÜƏLLİMƏ

Onu da deyim ki, Nüsrəddin müəllimin həyat yoldaşı bakılı qızı -- Sonaxanımdı. Uşaqsız olsalar da, bir-birlərini çox sevən, baş-başa verib çalışan bu cütlük hamımızın sevimlisiydi. Məktəbimizin rus dili müəllimi olan Sonaxanım ömür yoldaşıyla hər tətildə Bakıya--ailəsinə baş çəkməyə gedərdi. Biz uşaqlar da onların gəlişini səbirsizliklə gözlərdik. Qayıdarkən müəllimlərimiz həm dostlarından, həm də əlçatmaz Bakıdan uzun-uzadı danışardılar. Şəhərin gözəlliyindən, tarixi məkanlarından, teatrlarından söz açardılar. Və bir də Sonaxanımdan həmişə Bakı qoxusu gələrdi. Bu nə ətir idi bilmirəm, amma uzaq kənddə yaşayan bir qızcığaz üçün bu yeniliyin, bilinməzliyin, can atdığı sirli həyatın qoxusu olmalıydı.

«MİLYONÇUNUN DİLƏNÇİ OĞLU»...

Və günlərin birində müəllimimizin tələbə yoldaşının adı qəzetlərdə, radioda, televiziyada sıx-sıx hallanmağa başladı. Musiqili Komediya Teatrının ən baxımlı tamaşalarından olan «Milyonçunun dilənçi oğlu» operettasının libretto müəllifi kimi. Beləcə, Şıx-Əli müəllim get-gedə bizim də əziz adamımıza çevrilməyə başladı. Günlərin birində Nüsrəddin müəllim sevinə-sevinə onun Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi vəzifəsinə irəli çəkildiyini bildirdi.

1967-Cİ İLİN NOVRUZU...

Bu Novruz heç əvvəlkilərə bənzəmirdi.

Bu nə möcüzə idi?

İndiyədək qorxa-qorxa keçirdiyimiz bu əziz bayram birdən-birə dünyaya açılmışdı. Qəzetlər, TV, radio bayramın təbliğatçısına çevrilmişdi. Televiziyadan Bahar qız, Novruz baba, Keçəl, Kosa boylanırdı. Bahar qız hətta faytonda Bakını gəzirdi, Qız qalasının önündə dayanırdı. Camaat xoşbəxtcəsinə onu seyr edirdi.

Hər şey ağlasığmaz idi.

Mən uşaqlıqda Novruzda yandırılan tonqalların söndürüldüyünün dəfələrlə şahidi olmuşdum.

Ona baxa-baxa bu bayramın hökumətin deyil, bizim olduğunu içimdə qətiləşdirmişdim.

Odur ki, bu ilin Novruzu qəlbimə əbədi köçdü.

Şıx-Əli Qurbanovun adıyla birgə.

Hamı deyirdi ki, Novruzun belə azad keçirilməsinin səbəbkarı odur.

Qaldı Nüsrəddin müəllimə, onun nə qədər qürrələndiyini deməyə gərək varmı?

1967-Cİ İLİN MAYI...

Şıx-Əli Qurbanovu öldürdülər! Bu xəbər bizə çatanda, mən 7-ci sinfi bitirirdim--mayın 24-ü idi. Xəbər elə belə də camaat arasında yayıldı. Qəzetlərdə çıxan rəsmi versiya--onun dişinin, nə bilim, hansısa şok yaratması heç kəsin ağlına batmadı.

Hamı bu fikrə gəlmişdi ki, onu öldürüblər. Onu milli oyanışa xidmət etdiyinə, lap elə Novruza görə məhv ediblər.

Qəzetlər Şıx-Əli müəllimin iri şəkillərini, bioqrafiyasını, ölümün ekspertiza rəyini, nekroloqları səhifə-səhifə tirajlayırdı. Amma orda yazılanlara heç kəs inanmırdı.

İnanmasam da, mən o qəzetin birində -- «Kommunist» qəzetində çıxan yazıları Şıx-Əli müəllimin iri şəkliylə birgə illərlə dəftər-kitablarımın arasında qoruyub saxladım. Üç il sonra onu özümlə Şıx-Əli müəllimin Bakısına da gətirdim...

67-ci ilin qəmli mayı isə yaddaşıma əbədi köçdü. Adətən, yasəmənlərlə, qızılgüllərlə süslənən mayın son məktəb günləri də çox soyuq, təntənəsiz bitdi.
Nüsrəddin müəllimin nələr çəkdiyini deməyə gərək varmı?

BİR HƏYAT İTİRDİK BİR DİŞİN ÜSTƏ...

Ölümündən həmən sonra «N.H» imzalı şairə mənsubluğu bildirilən bir şeir dillərdə dolaşmağa başladı. Şeir onun ölümünə səbəb olan diş həkiminə müraciətlə yazılmışdı:

Bir həyat itirdik bir dişin üstə,
Tutsun bu nifrətim, bu dərdim səni.
Tapsaydım, çeynərdim lap dişim üstə--
32 yerə bölərdim səni...

Yaddaşımda qalan daha bir misra:

Biz Nərimanovu 25-də,
67-də itirdik bir də...

Və daha biri:

Aman! Bu sözümü bir duya bilin,
Fəxri Xiyabanmı son təsəllimiz?
Ağıllı başları qoruya bilin,
Zərərli başların əvəzinə siz!

AĞILLI BAŞLARI QORUYA BİLİN?!

Üstündən az qala yarım əsr keçib. Nə dəyişib?

Biz ağıllı başlarımızı qoruya bilirikmi?

Yoxsa əksinə, onların məhvinə çalışırıq?

Yerli-yersiz, onların qəlbini qırırıq. Ölümə bir az da yaxınlaşdırırıq.

ŞIXƏLİ QURBANOVU KİM ÖLDÜRDÜ?

Bir adammı? Quruluşmu? Bəlkə rəhmətlik İsmayıl Şıxlı demiş, «sapı özümüzdən olanlar»?

Sizdən soruşuram -- 42 yaşın tamamında o böyük ürəkli kişini -- neçə-neçə əsərlər, şeirlər, mahnılar müəllifini, üstəlik, Mərkəzi Komitənin katibini kim öldürə bilərdi?

Bu sualı sizə 1967-ci ilin mayında əlində yasəməni, qızılgülü solmuş məktəbli qızcığaz vermir.

Dərddən dəliyə dönən sevimli müəllimlərini ovundurmaq üçün söz tapa bilməyən zəif qızcığaz demir...

Onu kim öldürdü?

43 ildir ki, bu sualın cavabını gözləyirəm...

Yoxsa məzuniyyətimi bir yana qoyub, Şıx-Əli müəllimin avqustun 16-da tamamlanacaq 85 yaşını, heç olmasa, bir yazı ilə yad edim-- deyərdimmi?..
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Azer Haradan: New York
24.08.2010 07:49
Mence Sixali Qurbanovun oldurulmesini o vaxtki KQB-nin bashinda duranlar ve hemin teshkilata ishleyenler yaxshi bilerler. Eyer sagdilarsa. Arxivleri achmaq lazimdir.

Hormetle
Cavab

Kimdən: Zaur Haradan: //azadblog.azersayt.com/
27.08.2010 00:27
Azerbaycan ziyalilarinin tek KQB yox ele bizim qanimizdan olanlarda axirina cox cixiblar.İndiki günumüzde repressiya ve surgünlere rast gelmirsinizmi ? hörmetli hemvetenler.

Kimdən: kemale
20.08.2010 13:28
omrunu novruz qedemlerine qurban verenSXELI QURBANOVU bu gunde hormetle anir ve anacayiq.Esq olsun Azerbaycan xalqinin mubariz oqullarina.Bextiyar Vahabzadeye allah rehmet elesin gozel sair idi 20YANVARgunlerinde xalqin yaninda oldu ,xalqin sairi oldu bu danilmazdir ,bu heqiqetdir.

Kimdən: TAHİR Haradan: LƏNKƏRAN
18.08.2010 02:44
Ş.Qurbanov kimi əsil vətənpərvər insanları tarix həmışə yaddaşında saxlayacaq,zorla sünnü qəhrəman yaradılanlar silinib gedəcəklər.
Cavab

Kimdən: Vəfa Haradan: Bilgəhdən
18.08.2010 16:30
Hörmətli Elşən qardaşım, Tahirin yazdığını "zorla sünnü gəhrəman" yox, "zorla süni (yəni əldəqayırma) qəhrəman" oxumaq lazımdır. Sadəcə söz düzgün yazılmadığı üçün məna da dəyişib. Həm də yezidi kürdlər nə vaxtdan sünnü olublar ki?
Cavab

Kimdən: El$en Haradan: Baki
18.08.2010 17:43
Artiq derecede uzr isteyirem,Vefa bacim,sehf ba$a du$mu$em.Men de bilirem ki,yezidi kurd sunnu deyil.Onlar tovuz qu$una,gune$e sitayi$ edirler.Hem de men kurd ordusu yazmami$am,TURK ORDUSU yazmi$am.
Cavab

Kimdən: El$en Haradan: Baki
18.08.2010 15:21
Vetenperverlikden dem vurursan,sonrada sunnu-$ie sohbeti salirsan.Hec yeridir,ay Tahir?.Sonrasidaki,sunnu TURK ORDUSU olmasaydi bol$evik-da$nak qo$unu ferq qoymadan butun Azerbaycani az qala qirib qurtarmi$dilar.

Kimdən: Analitik Haradan: Bakı
17.08.2010 22:14
Əvvəl-axır açılacaq. Sifarişçi indiki kimi ürəyinmizdə qalmayacaq...

Kimdən: Doktor Haradan: xəstəxanadan
17.08.2010 15:08
Zaura

Möhtərəm kolleqa! Siz bizi inandırmağa çalışırsınız ki, belə bir xəyanət mümkün deyil, bu ola bilməz, bu təsadüfdür və s., deyilmi? Mən isə Sizə etiraz edib bildirirəm ki, mümkündür, burda dəhşətli bir xəyanətin izi açıq aydın... yox, görünmür, hiss olunur! Bəli, məhz hiss olunur! Onu sübuta yetirmək isə hiss elədiyiniz kimi, o qədər də çətin deyil!
Şıx-Əli Qurbanov deyilənlərə görə fitri istedadlı bir insan olub. Bir həkim kimi Siz yəqin bilirsiniz belə insanlar ruhən necə güclü olurlar?! Onların fiziki cəhətdən dözümlüyü, yorulmaq nədir bilməməsi bu gün də alimləri, həkimləri, psixoloqları... heyran qoyur!! Onlar bunun nə ilə əlaqədar olduğnu, bu insanların hardan enerji mənbəyinin aldığını əllərində çıraq gecə-gündüz axtarsalarda, bu işə milyonlarla vəsait sərf etsələr də heç nəyə nail ola bilmirlər və yarımçıq, bəzən də gülüş doğuran fərziyyələri ilə təkbətək qalırlar! Axırda məcbur olub Tanrı qarşısında baş əyirlər və öz acizliklərini boyunlarına alırlar! İndi, necə yəni, belə bir ruh yüksəkliyinə malik olan adamı adi bir anastezi iynəsi yıxdı?! Bəli, biz geridə qalmış millətik, daha bu qədər də yox ki!
Bu qədər hörmətli Zaur. Sonda demək istəyirəm ki, biz azərilərə qarşı qanuni soyqırım davam edir. Özünü azəri sanan hər bir kəs başqa bir azərini göz bəbəyi kimi qorumalıdır, düşmənini bağışlamalıdır! Sağ olun!

Kimdən: Mansur Haradan: baki
17.08.2010 09:30
Ey yurdsever ve yurdseverler! Xaish edirem yazdiglarinizin ferqine fikir verin! Her sheyden tez netije chixarmaga telesmeyin.Baxtiyar kimi shairlerin gedrini sag iken bilmediniz, hech olmasa olumunden sonra onun ruhunu tehqir etmeyin!

Kimdən: Frangiz Haradan: Baki
17.08.2010 03:04
Ay,Menden kishi?Kim di e ailəsini incidən?Oglu səfirdi Xində,gızı millət vəkili olub,hərəsinə dövlətdən bır ev alıblar.İndidə oglu İlgara şəhərin ortasinda sahə ayiriblar - ev tiksin,para gazansın.Kəş hamını belə incidəydilər.Bilmədiyini yazma da.Vay gedənin hayina,galan keyfdədir.
Cavab

Kimdən: Həqiqəti sevən Haradan: XİNdən
18.08.2010 00:29
Bilməyənlər bilsinlər ki, haqqında yazdığınız İlqar Qurbanov atasından qalan evdə yaşayır və onu Şıx-Əli Qurbanovun oğlu olduğu üçün bu vaxta qədər heç bir ölkəyə səfir göndərmirlər. Həm də axı o, nə diş həkimidir, nə metal, nə də ki, Koka-Kola alveri il məşğul olub ki, səfir getsin (kadr siyasəti belə olar!). Sadəcə Rusiya Federasiyası Diplomatiya Akademiyasını bitirən fəlsəfə doktorudur və ixtisasca diplomatdır.
Cavab

Kimdən: Xalq nümayəndəsi Haradan: Vətəndən
18.08.2010 00:09
Sizin kimilərin yazılarını oxuyanda, deyirəm: "Heyif bu xalq üçün sənin cavan canın, ay Şıx-Əli müəllim. Xalq yolunda ölümə getdin. Ailəni bu xalqa etibar edib getdin. Bu da bunların qabiliyyəti". Nə isə...
Bizə erməni lazım deyil, nə qədər ki, sizin kimi düşmənlər var, Frangiz.
Şıx-Əli Qurbanovun ailəsinin sağ əli sizin və istədiklərinizin başına olsun.
Cavab

Kimdən: Şuşalı qızı Haradan: Bakıdan
18.08.2010 00:04
Frangiz xanım, insan nə dərəcədə məsuliyyətsiz olarmış? Adam bilmədiyi şeyi nəinki yazmaz, heç deməz də. Adam bilmədiyini öyrənər. Şıx-Əli Qurbanovun ömür gün yoldaşı Xavər xanımı mənən əzmək üçün ona nə Prezident təqaüdü (hərçənd ki, bu təqaüd Prezidentin öz cibindən getmir), nə Şıx-Əli müəllimə görə təqaüd (baxmayaraq ki, 24 may 1967-ci ildən - Şıx-Əli müəllim öldürülən gündən - o, Moskvadan SSRİ-də ən yüksək təqaüd olan İttifaq təqaüdü alırdı), indi ona sosial təqaüd verirlər. Hökumət tərəfindən çox ayıb bir hərəkətdir. Axı Xavər xanım hər cür hörmətə layiq bir insandır. Şıx-Əli müəllimin adını ləyaqətlə daşıyır, cəmiyyət üçün üç işguzar ziyalı yetişdirib. Mən sizin yerinizə çox-çox utandım.
Cavab

Kimdən: Zərifə Haradan: Milli Məclisdən
17.08.2010 23:45
Gülnara xanım bizimlə işlədiyi zaman onlarla insanlara ev verdirdi, yüzlərlə adamın işlə təmin olunmasına köməklik göstərdi. Amma özü 10 il Milli Məclisdə ev uçotunda qeydiyyatda olduğuna baxmayaraq, bu günə qədər hökumət tərəfindən hələ də evlə təmin edilməyib. Dəqiq bilirəm ki, Şıx-Əli Qurbanovun ailəsi İmam Mustafayevin dövründə hökumət tərəfindən Şıx-Əli müəllimə verilən evdə yaşayır.Üstəlik Gülnara xanım on ildir işsizdir. Bu isə dözülməzdir. Siz isə, Frangiz xanım, bir şeyi dəqiq bilməsəniz, yazmayın və yalan informasiya yayaraq insanlara haqsızlıq etməyin.
Cavab

Kimdən: Subhi Haradan: Moskvadan
17.08.2010 23:31
Moskvada Universiteti bitirdikdən sonra Bakıya qayıdıb Azərbaycan Dövlət Universitetində işə başladım. Amma ev məsələm həllini tapmamışdır. Bir gün iş yoldaşım məni Oktyabr (indi Yasamal) Rayon Sovetinə apardı. Dedi, ürəkli ol, Rayon Sovetinin sədr müavini Şıx-Əli Qurbanovun qızı, Azərbaycan Respublikasının deputatı Gülnara xanımdır. Bizim Universitet həmkarımızdır.Qanuna görə mən gənc mütəxəssis kimi növbədənkənar ev almalıydım. Amma buna heç bir ümidim yox idi. Lakin işin mahiyyətini Gülnara xanıma izah etdikdən sonra o, durmadan maşın sifariş etdi və biz: mən, iş yoldaşım və Gülnara xanım 6 ünvana gedib mənzillərə baxdıq. Ondan sonra Gülnara xanımın məsləhəti ilə ünvanların birində dayandıq. Həmin gün mənim adıma order yazıldı.Beləliklə Gülnara xanım mənim həyatəhəmiyyətli çox ağır bir işimi yüngül etdi. Mənə, demək olar, həyat verdi. Üstündən on ilə yaxın bir vaxt keçdi, mən artıq Moskvada yaşayırdım. Ailəm var idi. Təntənəli bir iclasda idim. Zalda əyləşib səhnəyə baxırdım. Söz Azərbaycandan gələn deputat Gülnara Qurbanovaya verildi. Gülnara xanım qısa və məzmunlu, alovlu bir çıxış etdi. Azərbaycanı da, məni də göylərə qaldırdı. İclasda fasilə elan olundu. Mən çıxışda dayanıb, Gülnara xanımı gözləyirdim. Lakin zalda əyləşənlərin bir çoxu Gülnara xanımın başına toplaşıb, gözəl çıxışa görə ona təşəkkürlərini bildirirdilər. Mən də növbəyə durdum. Gülnara xanıma yaxınlaşanda dedim ki, o mənim taleyimi həll edib, məni evlə təmin edib. Amma başa düşdüm ki, gördüyü xeyirxah iş onun yadında deyil. Dedim: "Gülnara xanım, ilk dəfədir Sizin kimi bir adam görürəm ki, elədiyi yaxşılığı yadından çıxarıb". Gülnara xanım gülümsədi və dedi: "Çox sağ olun ki, Siz unudmursunuz".
Cavab

Kimdən: Subhi Haradan: Moskvadan
17.08.2010 22:53
Mən Moskvada Universiteti bitirib Bakıya qayıdanda, gənc mütəəxəssis kimi növbəsiz ev almalıydım. ADU-da işlə təmin olunmuşdum, amma ev problemi gözümə durmuşdu. Günlərin bir günü iş yoldaşım dedi ki, gəl gedək bizim Gülnara xanımın yanına. Sənə kömək edən olsa, yenə də o olacaq. Başqa yerə güman yoxdur.
Cavab

Kimdən: Həcər Haradan: Bakıdan
17.08.2010 22:47
Frangiz xanım, Şıx-Əli Qurbanovun qızı Gülnar xanım 10 il Yasamal rayonundan, mənim yaşadığım dairədən deputat olmuşdur. Ondan gördüyümüz diqqəti, nəvazişi nə mən, nə də ki qonşularım nə ondan əvvəl, nə də ki ondan sonra dairəmizdən seçilən deputatlardan görməmişik. O da atası kimi sadə və işguzardır. Heyif ki, Gülnar xanım kimi işə can yandıran adamlar bu gün fəal həyatdan süni olaraq uzaqlaşdırılırlar.
Cavab

Kimdən: sual
17.08.2010 17:08
harda sefirdi? Men gorende XIN-de xirda bir shobede ishleyirdi.

Gizi Gulnara da 10-15 bundan once millet vekili olandan sonra ilim-ilim itdi. O haradadir goresen?

Kimdən: qozmanov Haradan: sumqaylt
16.08.2010 23:30
allah rehmet elesin butun olenlere..........

Kimdən: Doktor Haradan: xəstəxana
16.08.2010 13:24
Bu gün müasir texnika öyrənməyə imkan verir ki, qədim keçmişdə insanlar hansı səbəbdən dünyalarını dəyişiblər. Fikirləşirəm ki, rəhmətlik Şıx-Əlinin də sümüklərindən, saçlarından... analiz götürüb onun hansı səbəblərdən öldüyünü dəqiqləşdirmək olar. Ancaq cəld tərpənmək lazımdır. Düşmənlər onun gorunu dəyişə və ya oğurlaya bilərlər. Əlbəttə, əgər indiyə kimi oğurlamayıblarsa. Hörmətli Moderator, hörmətli Azadlıq Radiosu! Siz mənim bu şərhimi burda yerləşdirməyə də bilərsiniz, yəni ki, oğru yadına daş salmayaq, ancaq bu təklifimi lazımi instansiyalara çatdırın. Yaxşı olardı ki, bu ekspertizanı Qərb müstəqil elmi institutları aparaydı. Onlar daha etibarlıdırlar. Çox sağ olun! Sevda xanıma xüsusi təşəkkürlər!
Cavab

Kimdən: Omer Haradan: Xudat
20.08.2010 21:27
beyem bunun o qeder onemi varmi,doktor?
hamimiz bilirik ki,O oldurulub ve Sovet hokumeti bele ishlerde usta idi,mence zeherleyibler,ama eger bele olmasa da axir ki oldurubler de
Cavab

Kimdən: Doktor Haradan: xəstəxanadan
21.08.2010 12:00
Mən biləni var, hörmətli Ömər. Ehtimallara son qoymaq üçün bunu etmək lazımdır. Vaxtı ilə Napoleon Banopartın da olümü tarixçilər arasında böyük mübahisəyə səbəb olmuşdu. Kimi deyirdi o öz ölümü ilə ölüb, kim isə buna inanmırdı və sui-qəsd nəticəsində öldüyünü söyləyirdi. Bütün bu mübahisələrə bu yaxınlarda son qoyuldu. Napoleonun saçlarından nümunələr götrülüb analiz edildi və məlum oldu ki, o həqiqətən zəhərlənib öldürülübdür.
Cavab

Kimdən: Iradə Haradan: Moskvadan
18.08.2010 16:32
Doktor, bu məsələyə böyük ürək yanğısı ilə yanaşdığınız üçün çox sağ olun.
Cavab

Kimdən: ZAUR Haradan: KIEV
17.08.2010 01:58

Родные мои,знаю,что не простите,что пишу на русском,знаю,что сейчас же обвините за отсутствие патриотизма,знаю,что раздражению вашему не будет конца.Но смотрю я отсюда на Отчизну свою родную и плакать мне хочется.Вот и дома построили,и дороги,и международные конференции проводите на высочайшем уровне,и ребята наши учатся в лучших университатах мира,а мышление все так же глухо упирается в стену.Пишу своему коллеге,доктору.А вы никогда не пробовали объяснить людям ,не имеющим медицинского образования,что такое анафилактический шок,что такое состояние может наступить от введения анальгетиков,что в 15-20 % -это летальный исход,что реакция наступает стремительно и с нарастанием.Расскажу вам один лишь случай,который может быть заставит вас задуматься.В 70-годы у одного моего коллеги(по этическим соображениям не называю фамилии) скончалась больная,которая лежала в обычном терапевтическом отделении.Смерть наступила в течении 4-5 минут с начала ввода препарата.Врача обвиняли во всех смертных грехах. Впоследствии,во время следствия во время сбора расширенного анамнеза оказалось,что она родственница Ш.Курбанова. И как вы это прокомментируете,доктор?
Поэтому,давайте не строить домыслов,не оскорблять подозрением наших коллег.А профессор Алиага Ахмедов был и в самом деле замечательным врачом,и кстати ближайшим другом Ш.Курбанова.Думаю,что вся его последующая жизнь была на настоящей трагедией и кошмаром.
Другой пример-на оперционном столе у академика Топчибашева скончался президент Академии наук,выдающийся ученый Юсиф Мамедалиев.Однако Топчибашева при этом никто не называет убийцей.Только потому что Мамедалиев не был политиком?
Таких случаев на самом деле очень много,но когда умирают известные люди,об этом помнят десятилетиями,а когда простые.то только их семьи.

Давайте,вначале займемся поисками убийц З.Буниатова,А.Джалилова и многих других и оставим в покое погибших, и именитых и простых.
Аллах онлара рахмет элесин.


Cavab

Kimdən: Солмаз Кадымова Haradan: из Баку
17.08.2010 21:51
Заур, пишу на русском, так как уверена, что на так называемом родном для вас азербайджанском вам меня не понять. Я давно не видела и не слышала так много глупостей в одном флаконе. Ваше счастье, что вы не отдаете себе отчета в том, что делаете.

Ваш "профессор" Алиага Ахмедов никак не мог быть близким другом Ших-Али Курбанова. Хотя бы потому, что Ших-Али Курбанов ушел на фронт в неполные 17 лет, а ваш "доктор" являлся дизертиром и "работал" в годы войны карманником в Москве (кстати славился среди "специалистов в этой области"). А потом купил себе липовый диплом Азгосмединститута (о чем в годы Советской власти доказательно писала центральная пресса, предоставляя фото доментов).

Что касается "анафилактического шока", я знаю что это за диагноз. Однако Ших-Али Курбанову неоднократно делались такого рода инъекции и потому, у него не могло быть удушья по этому поводу. А если бы и было, то необходимо было дать ему дыхание, сделать массаж сердца и не только такую помощь можно было оказать в условиях стационара. Однако, ваш любимый доктор и по всей вероятности ваш друг Алиага Ахмедов сбежал в окно, оставив задохнувшегося Ших-Али Курбанова. Вели Ахундов - в то время первый секретарь ЦК КП Азербайджана, кстати врач, правда санитарный, распорядился вскрыть тело Ших-Али Курбанова через двадать минут после того, как перестало биться его сердце. Позже в одном конце двора был найден шприц, в другом - игла. Все члены правительства как по "заказу" в срочном порядке повылезали из разных кабинетов больницы. В Москву были отправлены ткани другого покойника. А Алиага Ахмедов ночь перед похоронами Ших-Али Курбанова провел в доме Вели Ахундова.

Вы, сидя в Киеве, жалеете своих соотечественников, пишете о том. что у них проблемы с мышлением, а мне жаль вас - человека, который лезет не в свое дело.

Говоря об А.Ахмедове вы пишете, что "последующая жизнь была трагедией и кошмаром"(имеется в виду после убийства им Ших-Али Курбанова). Почему? Ответ прост. Потому, что он чувствовал себя убийцей. Да, он был только исполнителем. Но именно его деяние привело к тому, что ушел из жизни незаменимый для Азербайджана человек, что на свете прибавилось 3-е сирот ( До этой трагедии в течение последнего года жизни на Ших-Али Курбанова было совершено 3 покушения и лишь 4-е, о котором говорите вы, лишило его жизни).

Пример, приведенный вами по поводу якобы родственницы Ших-Али Курбанова, по меньшей мере, смешон. Ни доверия, ни сочувствия он не вызывает.

Что же касается смерти выдающегося ученого Юсифа Гейдаровича Мамедалиева он и вправду умер от преступной халатности профессора Мустафы Топчибашева. Как же можно было сделать простую операцию и влить человеку другую группу крови? Кем бы этот человек ни был. А если к тому же - это столп советской науки, а операцию делает светила азербайджанской медицины. Знайте, что Мустафа-бек до последнего дня жизни не простил себя и смерть Юсифа Мамедалиева не прошла для него бесследно. А что касается общественного мнения, то оно долго не утихало а Мустафабек долгое время не оперировал и не появлялся в общественных местах.

Все тогда знали, что это непростительная халатность. Хотя легче от этого не было никому. А в случае с Ших-Али Курбановым - это было заказное убийство, обезглавившее весь азербайджанский народ.

Kimdən: Siavuş Haradan: Bakı
16.08.2010 11:12
Hörmətli Sevda xanım!1967-ci ilin mayın 25-də bütün 10-cular kimi bizim də 10-cu “A”sinfimizin son zəngi olmalı idi.Mayın 24-də bu müdhiş xəbər hamı kimi, bizi də bərk sarsıtdı. 25 –i səhərdən son zəngdən çox, onun dəfninə hazırlaşırdıq. Heç kəs onun ölümüylə razılaşa bılmirdi. Bütün məktəb bir nəfər kimi onun dəfnində iştirak etdi. Özü də könüllü olaraq. Heç bir siyahıya qol çəkmədən. İyun ayının sonunda , orta məktəb məzunları adətən süfrə arxasına yığışar, sonra da, bulvarda Günəşi qarşılamağa gedərdılər.Bizim sinif ,təxminən gecə saat 2-də Fəxri xiyabana onun qəbrini ziyarətə getdi. İnandırıram Sizi ki, demək olar ki, bütün şəhər məktəblərinin məzunları həmin gecə onun qəbrini ziyarət edərək, gül-çiçəyə qərq etmişdilər.Bizim sinfimizi kövrəldən, qızlarımızı ağladan isə , onun qəbri üzərinə qoyulmuş, kiçik bir mərmər daşın üzərinə yazılmış ”Azərbaycan gəncliyi Səni heç zaman unutmayacaq” sözləri oldu.Onun ölümü ərəfəsində Azdramada “Sənsiz”pyesi tamaşaya hazırlanırdı. Həmin pyesi müəllif siyasi repressiya mövzusuna həsr etmişdi. Şıxəlinin dəfninin ertəsi günü ,mayın 26-sında “Sənsizin” ilk tamaşası-premyerası Onsuz keçirildi. Tamaşanı böyük rejissorumuz rəhmətlik Tofiq Kazımov hazırlamışdı. Cəmi dörd aktyorun iştirak etdiyi tamaşada Məlik Dadaşov, Həsənağa Salayev, Səfura İbrahimova və zənnim aldatmırsa Mirvari Novruzova iştirak edirdilər. Şıxəli Qurbanov pyeslərini adətən musiqili komediya teatrı üçün yazırdı. “Sənsiz” pyesi onun Azdramada qoyulmuş ilk və son əsəri oldu. Bəlkə Şıxəli özü də repressiya qurbanı sayılmalıdır? Bilməyənlərə xatırlatmaq istərdim ki, onun diş həkimi professor Əliağa Əhmədov olmuşdur.Əliağa Əhmədov isə , politoloq Vəfa Quluzadənin qaynatasıdır.Çox maraqlıdır ki, Şıxəli Qurbanovun həyatı barədə internetdə Moskva yazıçısı Abdul Qasimin “proza.ru”da “Yasnovidets” romanında geniş bəhs edilir. 60-ıncı illər Bakının “Neftçi” futbol komandası SSRİ-də çox məhşur idi. Şıxəli Qurbanov “Neftçi”nin bərk azarkeşi idi. Hətta əvəzedici heyətlərin Bakıdakı oyunlarını belə buraxmır, həmişə stadionlara tamaşaya gələrdi. Stadionlara ona görə deyirəm ki, o vaxt əvəzedici heyətlərin oyunu Respublika stadionunda az-az keçirilər, çox vaxt Razin qəsəbəsində, Bayılda, bir də “Spartak” stadionunda olardı. Azarkeşlər onu tribunada oyuna baxan görüb , fəxarət hissi duyardılar. Hətta mən şahidiyəm ki, ipə-sapa yatmayan, dili söyüşlü “bolelşiklər” belə , onu uzaq tribunada görüb söyüşlərini yığışdırardılar. Mən hələ indiyədək , məsul vəzifəli adamlar içində onun qədər sadə şəxsiyyətə rast gəlməmişəm, mənə inanın .Əsl xalq adamı idi Şıxəli Qurban oğlu Qurbanov. Öz xalqının sonsuz hörmətini və müasirlərinin böyük məhəbbətini qazanmış Şıxəli Qurbanova nədənsə rəhmətlik deməyə , heç vaxt dilim gəlməmişdir. Səbəbi bəlkə də Onun, Azərbaycan xalqının qəlbində həmişə cavan və xeyirxah əməllər sahibi kimi qalmasındadır. Belələri isə, şübhəsiz ki, Yaradanın sevimliləri kimi ,əbədi səadətə qovuşanlardır.Hörmətli Sevda xanım, allan Səndən də razı olsun ki, belə lazımlı yazılarla, tez-tez biz yaşlı nəsli sevindirirsiniz.
Cavab

Kimdən: Almaz Haradan: Bakıdan
18.08.2010 12:12
Siyavuş bəy, yazınız çox maraqlıdır. Bizi maarifləndirdiyiniz üçün Sizə minnətdaram. Xahiş edirəm, mənə başa salın ki, proza.ru saytında "Ясновидец" romanını necə tapım?
Cavab

Kimdən: Almaz Haradan: Bakıdan
20.08.2010 01:16
Hörmətli Siyavuş müəllim, çox-çox təşəkkür edirəm. "Ясновидец" romanını tapdım.
Cavab

Kimdən: Siavuş Haradan: Bakı
19.08.2010 10:33
Hörmətli Almaz xanım! Diqqətinizə görə təşəkkürlər! “proza.ru”saytında kiril əlifbası ilə “абдул гасым “ yazırsınız və onun romanıyla tanış olursunuz. Biganəlikdən uzaq olduğunuz üçün, yenə də təşəkkürlər.
Cavab

Kimdən: Xuraman Haradan: Şəki
17.08.2010 20:46
Şıx-Əli Qurbanovun Azdrama səhnəsində qoyulan ilk əsəri "Əcəb işə düşdük" komediyasıdır (1962-ci il).
Cavab

Kimdən: Həsən Haradan: Bakıdan
17.08.2010 20:44
Siyavuş bəy, Şıx-Əli Qurbanovun "Sənsiz" dramının ilk quruluşunda (1967-ci ildə) Sevinc rolunu SSRİ xalq artisti Hökumə Qurbanova ifa edirdi. Özü də necə! Xüsusən "Bəraət" səhnəsi heç bir zaman unudulmur!
Cavab

Kimdən: rushvetden bezmish
16.08.2010 12:42
siyavush,

faydali informasiyaya gore chox sag ol!
Səhifə (4)
    Növbəti