Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:50

Zabitlər məhkəmə qarşısındadır

Şriftin ölçüsünü dəyiş - +
Avqustun 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissəsinin zabitlərinin məhkəməsinə hazırlıq iclası keçirilib. Prosesə hakim Rəşid Hüseynov sədrlik edir.

Hərbi hissənin zabitləri Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev rüşvət almaqda, hakimiyyətdən sui-istifadə etməkdə, hakimiyyət həddini aşmaqda, hərbi qulluqçunu təhqir etməkdə təqsirləndirilirlər.

Hakim məhkəmə baxışını avqustun 26-sı saat 15.30-a təyin edib.

Həmin zabitlərin qulluq etdikləri hərbi hissədə 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissəsində qanlı olay baş verib.

Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov hərbi hissənin divizion komadiri, polkovnik-leytenant Gümayev Yusif Sadəddin oğlunu, qərargah rəisi, kapitan Sadıxov Vasif Miraləm oğlunu, baş leytenant Quliyev Anar Ələddin oğlunu və baş gizir Səmədov Elgün Loğman oğlunu qətlə yetiriblər. Zabitlər Babayev Vazeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu isə yaralayıblar.

Sonra isə əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov özlərini öldürüblər.

Hadisə ilə bağlı istintaq Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. Elxan Əzizov və Sadiq Məmmədov öldüyünə görə cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.

Hərbi hissədəki qətldən sonra Hərbi Prokurorluq hərbi hissədə araşdırmalara başlayıb və bir neçə zabiti rüşvətxorluqda, əsgərləri incitməkdə təqsirləndirilərək həbs olunub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: genceli Haradan: ordan
24.08.2010 12:47
men esitdiklerimden deyimki zabitler esgerlerle hec de yaxsi reftar etmirler.oz esitdiklerimi yaziram.Sorusandaki niye bu cur reftar edirsiz,deyirlerki ozlerini apara bilmirler.Mene maraqlidi ozlerini apara bilmirler deyende neyi nezerde tuturlar?!Axi onlarki oz ohdeliklerini bilib xidmet edirler.bu cur axtarislarin Gencenin bir cox herbi hissesinde de aparilsaydi pis olmazdi

Kimdən: Əsgər
16.08.2010 12:16
Salam olsun. Neçə gündür day.az xəbər portalında ermənistanın İşğal olunmuş Dağıq Qarabağ torpaqlarında yerləşən hərbi hissələrində baş vermiş qanlı insident barədə istehzalı xəbərlərin sonunda bu cur xəbərin yayımlanması bizim orduda da ruşvətxorluğun, əsgərlərin şəxsiyyətini təhqir, işgəncə hallarının heç də ermənilərdən geri qalmadığını göstərir. Bu milləti bir iki şərəfsiz batıracaq. Pula görə qeyrətini, namusunu satarlar bunlar. Bu heç də Nazirliyin və ya Prezidentin günahı deyil. Birbaşa həmin hərbi hissənin zabit ve gizir heyyətinin öz işini şərəfsizliklə yerinə yetirdiyini bildirir. Bu insanlara torpaqları geri qaytarmaq olar?
Cavab

Kimdən: sade azerbaycanli Haradan: baki
25.08.2010 07:00
qardawim siz nazirliyin gunahi deyil deyirsiniz ama yuksek qurumlarin istemediyi hec bir hadiseni etmeye curet elemirler bu hallar baw verirse demek ki bir bawa gunah hemin qurumlara nezaret etmeli olan nazirliyin iwinin ohdesinden gelmemesinden xeber verir. ikinci novbede gurcustan prezidenti gece saatlarinda xebersiz herbi hisseye gedib yoxlama aparirsa bizimkiler niye prezident seviyyesinde yox nazir seviyyesinde gece yuxularina haram qatmirlar?

Kimdən: Leyla Haradan: Dogma Bakim
16.08.2010 04:56
WUKURLER OLSUNKI HECH OLMASA BIR HERBI HISSEDE ARAWDIRMA EDIBLER,,,BUNADA MIN WUKUR

Kimdən: kelvin
13.08.2010 16:59
Semedov bas gizir yox, gizir olub.