Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:38

Verilişlər / Oxu zalı

Qan Turalı yeni roman yazıb

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Gənc yazar Qan Turalı “Mustafa” adlı yeni roman yazıb.

Yazıçı romana baş qəhrəmanın adını verib. Əsərdəki hadisələr 2005-ci ilin Azərbaycanında baş verir.


- Burada həyatın mənasını sevgidə, romantikada axtaran bir gəncin birdən-birə necə siyasiləşməsindən, siyasi proseslərə qoşulmasından və sonda necə zərbə almasından bəhs edilir.

Bu, adi bir insanın, lümpenin, şou mədəniyyətinin yetişdirdiyi bir kəsin necə aktivləşdiyini göstərir.

Mən romanı keçən il bu vaxtlar yazmağa başlamışdım. İndi üzərində son tamamlama işləri, redaktə işi gedir. Əsər sentyabr, yaxud oktyabr ayında “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasında çap olunacaq.

Bu əsərin yazılmasında Maksim Qorkinin “Ana” romanında verilmiş dialektikanı da nəzərə almışam.

Orada da bir məişət qadınının necə aktivləşməsi və cəmiyyətdəki ictimai-siyasi proseslərin mərkəzinə düşməsindən danışılır. Mən də bu dialektikanı göstərməyə çalışmışam.

Amma buna nə dərəcədə nail olmuşam, bunu oxucular deyə bilər.

- Bəziləri siyasi romanlara dodaq büzür. Bunu ədəbiyyatdan daha çox publisistikaya yaxın sayır. Siz bu haqda nə düşünürsüz?

- Mən ümumiyyətlə düşünürəm ki, Azərbaycan ədəbiyyatında siyasi roman olmayıb.

Düzdür, sovet dönəmində belə tip əsərlər yazılıb, məsələn, Mirzə İbrahimovun “Gələcək gün” romanı.

Mənim yazdığım əsər - siyasi roman yaradılması sahəsində ilk cəhdlərdən biri olacaq.

Əslində bu əsərə tam bir siyasi roman da demək olmaz. Mən bunu eşq və savaş romanı adlandırıram.

O ki qaldı publisistika məsələsinə, doğrudur, mən jurnalistika sahəsində çalışıram, amma o şeylər ki, publisistikdir, onları əsərə salmamağa çalışıram.

Ədəbiyyat ümumiləşdirmə bacarığına əsaslanır, publisistika isə konkret faktlarla işləməkdir.

Amma mən ədəbiyyatla publisistika arasında Çin səddi çəkilməsinin də əleyhinəyəm. Markes, Heminquey, Pamuk kimi böyük yazarlar da siyasi romanlar yazıblar.

- Yeri gəlmişkən, Pamuk “Qar” romanını yazmaq üçün Qarsı qarış-qarış gəzmişdi. Yeni roman üçün xüsusi bir araşdırma aparmısızmı?

- Mənim belə uzağa getməyimə ehtiyac yox idi. Çünki bütün hadisələr elə mənim doğma şəhərimdə - Bakıda baş vermişdi.

Amma eyni zamanda müəyyən araşdırmalarım da oldu. Məsələn, 70-ci illər Türkiyəsindəki solçular hərəkatı haqda 10-a yaxın piblisistik kitab oxudum.

- Qəhrəmanınızın həyatda konkret prototipi varmı?

- Yox. Söhbət konkret bir adamdan getmir. Mustafa həm mənim öz həyatım, həm də ətrafımda olan müxtəlif insanların həyatından götürülmüş çoxlu sayda məqamların ümumiləşdirilməsidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Peşəkar Haradan: Bakı
21.08.2010 16:41
Qan turali uc gun ozune xosh soz dedin sonra bezdinmi? Romani da oxumasam ne deye bilerem... Amma senin qeleminden yaxshi roman... Buna shubhe edirem...

Kimdən: hikmet carcili Haradan: yad planet
15.08.2010 14:49
Qan tebriukler kutlarim! Yakin zamanlarda okuruz inshtenqri!

Kimdən: Gulnar Gunduz
15.08.2010 00:19
Bu çoxdandır oxumaq istədiyim kitabdır.Sevindim.Uğurlar...

Kimdən: Sahnaz Haradan: Sankt-Peterburq
14.08.2010 22:48
Tebrik edire!.Umid edirem ki,elektron varianti da olacaq ve romanla tanisliq mene de muyesser olacaq.

Kimdən: Ferican Haradan: Bakı
14.08.2010 22:36
Tural, təbriklər, bəlkə də hamıdan çox mən sevinirəm, səbirsizliklə gözləyirdim cünki romanını..surpriz oldu))))))

Kimdən: Kənan Hacı Haradan: Bakı
14.08.2010 14:24
Uğurlar, Qan! Gözləyirəm "Mustafa"nı.

Kimdən: Azad Yazar Haradan: azadyazarlar@yahoo.com
13.08.2010 17:40
Qan, tebrik edirem!