Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:38

Dünya

«Ermənistan suverenliyinin son işartıları ilə də vidalaşdıq»

Ermənistan və Rusiya ordusu birgə təlim keçir.
x
Ermənistan və Rusiya ordusu birgə təlim keçir.
Şriftin ölçüsünü dəyiş - +
Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı yeni bir şey deyil.

Ermənistanın özündə də iqtidarlı-müxalifətli siyasi qüvvələrin çoxu bu əməkdaşlığı – ölkənin təhlükəsizliyi üçün vacib sayır.

Amma iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi haqda son xəbər hətta Yerevandakı bəzi müxalifət qüvvələrinin və siyasi, hərbi ekspertlərin ciddi narahatlığına səbəb olub.

Onlar düşünürlər ki, yaxın günlərdə imzalanması gözlənilən yeni saziş Ermənistanın Rusiyadan asılılığını daha da artıracaq – Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı verilən qərarlarda daha böyük rol oynamağa başlayacaq.

RUSİYA GÜMRÜ BAZASINDAN 2044-CÜ İLƏ QƏDƏR İSTİFADƏ EDƏCƏK

İş o yerə çatıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan məsələyə münasibət bildirməli olub. O deyib ki, narahatlığa əsas yoxdur.

“Ermənistan Respublikası müstəqil dövlətdir və onun silahlı qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək gücündədir.

Rusiya kimi strateji müttəfiqimizlə müxtəlif istiqamətlərdə ikitərəfli münsibətlərin inkişafı yalnız alqışlana bilər”.

Ermənistan və Rusiya hökumətləri avqustun 30-da saziş bağlayacaqlar və Rusiyanın Gümrüdəki hərbi bazasına – orada 4000 rus əsgəri var - Ermənistanın təhlükəsizliyinin qorunmasında daha geniş səlahiyyətlər veriləcək.

Gümrüdəki hərbi bazada S-300 raketi
Yeni saziş 1995-ci ildə bağlanan Rusiya-Ermənistan müqaviləsinə əlavələri nəzərdə tutur. Rusiya ordusunun Ermənistandakı mandatı 2020-ci ildə başa çatmalıdır və əlavələr həmin mandatı daha 24 illiyinə uzadacaq.

Baqdasaryan onu da deyib ki, bəzi siyasi qüvvələr bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.

İRAN MƏSƏLƏSİ İLƏ ƏLAQƏ?

İnterfaks agentliyi isə xəbər verir ki, Rusiya təkcə Ermənistanın təhlüksəziliyinin qorunmasında iştirak etməyəcək, həm də Ermənistanı müasir silah-sursatla təchiz edəcək.

“Bu saziş Ermənistana heç nə verməyəcək”.

Bunu Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan deyib.

“Bu sazişlə biz Ermənistan suverenliyinin son işartıları ilə də vidalaşdıq”.

Sazişin niyə məhz indiyə təsadüf etməsi məsələsinə gəlincə, Meqrabyan deyib ki, hazırda İran ətrafında gərginlik artmaqdadır və Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməyə çalışır.

Başqa bir erməni eksperti Aleksandr İskandaryan isə deyir ki, Ermənistanın təhlükəsizliyinə başqa heç bir qüvvə Rusiya qədər zəmanət verməz. O cümlədən NATO.

Ona görə də İskandaryan sazişi Ermənistan üçün mühüm sayır.

Onun fikrincə, Rusiya bu yolla Cənubi Qafqazda qüvvələr balansını qorumağa çalışır. “Bu, həm Türkiyəyə, həm də Azərbaycana mesajdır”.

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Ermənistanın Rusiyayla daha da yaxınlaşması

Üzeyir Cəfərov
AZƏRBAYCANDA HƏRBİ SAHƏDƏ UĞURLARLA BAĞLIDIR


“Azərbaycan son illərdə öz müdafiə sənayesinin gücləndirir, yeni silahlar istehsal edir. Bundan başqa xaricdən silah-sursat alır.

Ermənistanda bunu narahatlıqla izləyirlər və Azərbaycana psixoloji təsir etmək üçün gurultulu bəyanatlar verirlər.

Rusiya ilə hərbi əməkdaşlığın genişlənməsi də Azərbaycanın hərbi gücünün artmasına cavabdır.

Amma onların bütün bunlarla nəyəsə nail olacağını düşünmürəm”.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fair Haradan: Baki
14.08.2010 11:22
Demeli torpaqlarin qayitmasi qaldi 2044 den sonraya...eger o vaxta qeder yeni muqavile olmazsa...buna da hech bir qarantiya yoxdur:(:(:(

Kimdən: Azer Haradan: Baki
13.08.2010 10:55
Turkiye Azerbyacan Konfederativ dovlet

Kimdən: Teymur
12.08.2010 23:12
Artıq bizə tam aydınlıq verirki TÜRK olduğmuz halda TÜRKİYƏDƏN uzaq düşməməliyik. Eyni zamanda TÜRKİYƏ ilə sərhədlər götrülməli və sərbəst gediş-gəliş bərpa edilməlidir. Bu işlərdə daha fəal addımlar atılmasının məqamıdır. Bu dəfədə TÜRKİYƏDƏN uzaq düşsək gələcək məmləkətin varlığına yox məhfinə əmin ola bilərik.TÜRKÜK TÜRK OLARAQ VAR OLUB YAŞAYIRIQ.YAŞASIN TÜRK BİRLİYİ BİR MİLLƏTİN BÜTÖVLÜYÜ. HARAY HARAY MƏN TÜRKƏM.
Cavab

Kimdən: Alim Haradan: Baki
13.08.2010 08:03
Eee.. qardash sen neden danisirsan.. Serhed nedi? Hec visani gotururler ki turklerin bura serbest gelib getmeleri ucun?

Kimdən: Mübariz Haradan: Almaniya
12.08.2010 23:12
Burda ne var ki Rusya- Ermenistanla esgeri müttefiqdir ve bu pakti uzadirlar. He bize bunun ziyani varmidir yoxmudur bu ayri bir mävzudur.

Kimdən: azira Haradan: paris
12.08.2010 22:22
Nece keçmis tarixde ermeniler rusya yaninda olub olacaqda
ele ona gora de azerbaycan qardas turkun yaninda olmalidir ele birlik yaratmalidirlar ozlarina ela guc yiqmalidirlar ki, muharibe basliyanda ermenini rus
qarsiq mehv ede bilmeyi bacarsinlar ESQ olsun azerbaycan turk birliyine

Kimdən: Lufthansa
12.08.2010 22:20
Bu muqavile imzalanandek genishmiqyasli hucuma kechmek lazimdir.
Cavab

Kimdən: xashbaz Haradan: baki
13.08.2010 10:42
Siz, guman ki, hemin o 'genishmiqyasli hucum'a Airbus-319-la qoshulacaqsiniz, deyilmi? -:)

Kimdən: sahin Haradan: baki
12.08.2010 22:07
ermenilerin hormetsiz oldugunu bir bele bimezdim.
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
13.08.2010 10:43
Nə vaxt hörmətli olublar ki?

Kimdən: Ali
12.08.2010 20:43
Ermeniler yene de agiili hereket elediler


Kimdən: yashar Haradan: urmiye
12.08.2010 20:14
mence rusya ermenilerde el cekesi deyil. qarabagi guzeshte getmekdense bir balaca hisseni mueyyen bir zamana qeder guzeshte getmek daha yaxshi olar. azerbaycan hem turkiyeye hem de amerikaya baza vermelidir. vermelidir ki buda rusyaya mesaj olsun !!
Cavab

Kimdən: Bakinecc Haradan: bakidan
12.08.2010 23:38
Eger Azerbaycan Turkiyeye ve ya NATO Aliyansa baza yerlewdirmeye yer verse Rusya Azerbaycani Gurcustanin Gunune salacaq
Cavab

Kimdən: rəşad Haradan: tindən
13.08.2010 02:53
məndə rusyanın Azərbaycanı gürcüstanın gününə sala biləcəyinə açığı inanmıram-çünki burda xristianlıq və müttəfiqlik faktorundan daha önəmli məsələ-neft var.ona görə bu real deyil-və belə olan təqdirdə NAto və ABŞ-la hansısa hərbi əməktaşlığın genişləndirilməsi və baza məsələsi real görünə bilər-ama təbii ki həmişə olduğu kimi biz sadə camaat həmişə aysbergin görünən tərəfini bilirik :) yaşasın TURAN!!!
Cavab

Kimdən: yashar Haradan: urmiye
13.08.2010 00:12
hech inanmiram. esil azerbaycan zeyif bir olkeye chevrilerse ( nato ve turkiyeden uzaqlasharaq) o zaman gurcustanin halina dusher. unutmayin itler siz gorxdugunuz zaman sizi qovalmaga bashlar. eger onlarin gabaginda dayansaniz hech ne ede bilmezler....

Kimdən: Mikayil Mushfiq Haradan: Yene o, bag olaydi
12.08.2010 20:06
Beli Uzeyir Ceferovun sozleri ile raziyam
Cavab

Kimdən: Anonim
12.08.2010 22:43
"O" dan sonra vergul lazim deyil

Cavab

Kimdən: rəşad Haradan: tindən
13.08.2010 02:55
hehe )) gorun çatdasın ay Mikayıl