Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:14

Verilişlər / Kontekst

«Əliyalın adamları niyə döydülər?»

Şriftin ölçüsünü dəyiş - +
Sabirabad sakinləri ötən ay Prezident Administrasiyasının qarşısında da aksiya keçirmişdilər, 20 iyul 2010
«Mən xahiş eləyirəm ki, bu əliyalın camaatın döyülməsini yazasız. Niyə əliyalın camaatı döyüblər? Onlar öz haqlarını tələb etməyə gediblər. Mənim familiyam Əhmədov Səyyah Əli oğlu. Kuba veteranı, Ulacalı kənd sakini».

Sabirabadlı Səyyah dayı yerli hökumətlə danışmağa gedən həmkəndlilərinin döyülüb pərən-pərən salınmasından incidiyini deyir və elə hey sual verir ki, niyə polis əliyalın camaata zor göstərib?

Avqustun 12-də səhər saatlarında üç kəndin – Ulacalı, Mürsəl və Şıxlar kəndlərinin bəzi sakinləri yığışıb Şirvan-Sabirabad yolunu bağlamağa qərar veriblər. Kənd sakini Səbahəd Zeynalov:

«Polis arvad-uşaq, qoca-kişi bilmədi, hamını saldı dubinkanın altına. Mənim də ayağımı vurub sındırıblar, indi qalmışam burda».

«BİLİNMİR Kİ, VERİLƏN PUL NƏ ÜÇÜNDÜR»

Kənd sakinləri sel-daşqın zamanı dağıdılmış evlərinə görə kompensasiyaların ədalətli paylanmasını istəyirlər. Ulacalı sakini Vaqif Alışov deyir ki, hərəyə bir məbləğdə kompensasiya verilir və özü də əsasən kənd icra nümayəndəsinin qohum-əqrəbasına:

«Suyun içində qalan evlərə verməyiblər, adamın gülməyi gəlir. 120 adama vermişdilər, şikayət olandan sonra təxminən 50 nəfərə də verdilər. Amma adamlar bilmir ki, bu nə puludur, təmir üçündür, ya təzminatdır?»

«TƏMİR PULU ÜÇÜN 1000 MANAT»

«Hərəyə bir məbləğdə kompensasiya verilir və özü də əsasən kənd icra nümayəndəsinin qohum-əqrəbasına»
Vaqif Alışovun sözlərinə görə, kompensasiya alan adamlara hansısa sənədə qol çəkdirirlər və onlara heç bir qəbz təqdim eləmirlər. Kəndin icra nümayəndəsi Nazim Cavadov verilən məbləğin arasında həm təzminat, həm də təmir pulu olduğunu söyləyir. Onun özünə də təmir üçün 1000 manat veriblər.

- Bəs qəbz niyə verilmir?

- Poçt paylayır pulu. Şəxsiyyət vəsiqəsini aparırlar, qol çəkib alırlar pulu. Qəbzə ehtiyac yoxdur ki.

Nazim Cavadov kompensasiyanın əsasən onun qohum-əqrəbasına paylanmasıyla bağlı iddiaları isə əsassız sayır.

«KÖÇÜRÜLƏCƏK EVLƏRƏ KOMPENSASİYA VERİLMİR»

Kəndin bəzi sakinlərinin kompensasiyadan kənar qalmasını isə icra nümayəndəsi iki bənd arasındakı ərazinin köçürüləcəyilə izah edir:

«Oranı köçürmək istəyirlər, ona görə də adamlara kompensasiya verilməyib. Mən də onların sənədlərini qoymuşam stolun üstünə».

Camaatın köçürülməsindən narazı olmasına gəlincə, icra nümayəndəsi bu məsələnin həllinin onun səlahiyyətində olmadığını dedi.

Mehman Əliyev
Sakinlər 20-ə yaxın kənd sakinin polisə aparıldığını deyir. Sabirabad rayon polis idarəsindən də AzadlıqRadiosuna bildirdilər ki, gətirilən adamlar polisə tabe olmayıblar, qanunsuz yürüş keçirmək istəyiblər. İndi polisə gətiriblər və onlarla söhbət aparılır – yerli polis idarəsinin növbətçisi deyir.

«İDARƏETMƏNİN YARATDIĞI FƏLAKƏT»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev daşqınla bölgəsindəki prosesləri izlədiklərini deyir. Onun sözlərinə görə, kompensasiya verilməsiylə bağlı digər yerlərdə də ciddi narahatlıqlar var və 300 milyon manatlıq kompensasiya böyük bir məmur ordusunu hərəkətə gətirib. Mehman Əliyev Ulacalıda iki bənd arasında sakinlərin köçürülmə məsələsini də yanlış addım sayır:

«Bizdə yaranan fəlakət təbii fəlakətin yox, idarəetmənin yaratdığı fəlakətdir. Sovet dövründə bu kəndlər salınıb, elə problem olsaydı, o vaxtlar da olardı. İcazə verməzdilər ki, orda ev tikilsin. Deməli, zəmanətləri çox böyük olub. İndi Mingəçevir su anbarının yanında o boyda şəhər var, köçürülməlidir?»

Sabirabadın Ulacalı kəndinin sakinləri isə daşqından sonra yaranan yeni problemlərin həlliylə mübarizənin nə vaxta qədər çəkəcəyini bilmirlər, onları bircə şey narahat edir ki, qarşıdan soyuq fəsillər gəlir, başlarını salmağa isə hələ ki, evləri yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mededen Haradan: Uzaq Sahillerden
12.08.2010 18:46
Men evvelden demishem indi de deyirem, qadasi bu hokumet, baliq biznesmenleri, sizi buldozerin qabagina verib kure tokmemish gelin adam agilli chixin ordan, yoxsa onsuzda bunlarla ya gerek silah alib eline savashasan, yada ele basacaq boynundan. Yaziq a xalq
Cavab

Kimdən: qarabagli Haradan: talan olmush yurd
13.08.2010 01:11
AZERBAYCAN XALQI! Bizim yiyemiz var,yoxsa yox.Yiyemiz dedikde,yeni bizi idare eden bir hokumet var,yoxsa yox.Yaxshi gelin mubahise etmeyek.Onsuzda bu dovletde menim sualima birmenali cavab yoxdur.Bu milletin icerisinde ozune ZIYALI deyen bir kimse var.Elbetde o saat deyilecek ki,var.Niye seslerini cixarmirlar.Niye camaatin bu veziyyetinde onlarin yaninda deyiller.Biz bu cetin veziyyeti yashamishiq.Bilirik evsizlik nedir.Bilirik cetinlik nedir.Bilirik memur harinligi nedir.Bilirik yerlerdekilerin Allahsizliqlarini.Bes yaxshi bu zavallilari taleyin umuduna buraxan dovlet memurlari hara baxirlar.Niye vicdanlarinin sesine bir deqiqede olsun qulaq asmirlar.Axi bu qeder derebeylik olmaz.Axi bu qeder etinasizliq olmaz.Xalqla dovletin arasinda ucurumun artiq dibi gorunmez hala gelib catib.Hara baxir dovlet bashcisi.Niye yalan melumat verirler ona.Eger yalan melumat verirlerse gunah kimdedir.Demeli yerlerdeki kadirlar yerinde deyil.Axi dehshetli istinin toretdiyi acinacaqli veziyyeti hami bilmemish deyil.Ushaq,qoca,elil,qadin nece yashasin bu agir veziyyetde.Istemirem dunyada analoqu olmayan en hundur bayragi ki,o bayraga millet baxib qurrelenmeyecek.istemirem anoloqu olmayan o yollara ki,millet o yolla gedende ureyi acilmayacaq.Istemirem o analoqu olmayan yeralti kecidleri ki,ona baxib qan agliyacaq.Durun,El saxlayin,Dayanin.Gorun emellerinizi.Gorun xalqin nifretini.gorun insanlarin alninin arasinda yigilib qalmush derdi-seri.Baxin,gozlerinizi acin baxin.Xalqin icerisine cixin.EY ozune ZIYALI deyen kesler.Sizinleyik.Yatmisiniz,ya belke olmusunuz.bu milletin xeberi yoxdur.Vallah bele getmez,getmez,getmez...Hardasan ay QARABAG...