Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:37

Verilişlər / İslam və demokratiya / İslam nə deyir?

Ramazan ayı haqda

Kişi iftardan əvvəl namaz qılır
x
Kişi iftardan əvvəl namaz qılır
Şriftin ölçüsünü dəyiş - +
Ramazan bayramı və ya orucluq bayramı islamın bayramları arasında xüsusi yer tutur.

Müxtəlif alimlərə görə, bu ay inanclının inancını, iradəsini, xeyirxahlığını üzə çıxarmaq məqsədi daşıyır.

RAMAZANIN TARİXİ

Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona «Ramazan orucu» da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə «on bir ayın sultanı» da adlandırırlar, çünki bu ayın gecələrinin birində Qurani-Kərim nazil olub.

QƏDİR GECƏLƏRİ

Həmin gecəyə «qədir» və ya «əhya» gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bu il «əhya» və ya «qədir» gecələri Avqustun 28-dən 29-na, 30-dan 31-nə, Sentyabrın 1-dən 2-nə və 5-dən 6-sına keçən gecələrdir.

ORUC TUTANLAR NƏLƏRƏ DİQQƏT ETMƏLİDİR?

Orucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq, və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, müharibədə olan əsgərlər, yolçular (səyyahlar) azad olunurlar.

ORUCLUQ TƏQVİMİ

Hər bir ölkənin yerləşdiyi yerdən asılı olaraq hicri-qəməri tarixi ilə olan günlər və imsak (orcu tutmaq) və iftar (oruc açmaq) saatları saat qurşağına görə dəyişir.

Azərbaycanda Ramazan təqvimini Qafqaz Müsəlmanları İdarəsi yayımlayır.


RAMAZAN BAYRAMI

Orucluğun başa çatdığı gün Ramazan bayramı həm də Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Ramazan bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb.

Bu il Ramazan bayramı sentyabrın 9-na təsadüf edir.

FİTRƏ

Belqradda Ramazan Bayramı qeyd olunur, 21 sentyabr 2009
Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

DÜNYADA MÜSƏLMANLAR

Müxtəlif statistik məlumatlara görə Ramazan bayramını dünyada yaşayan 1.5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Müsəlmanların ən çox yaşadığı ölkələr İndoneziya (195 milyon), Pakistan (160 milyon), Hindistan 140 milyon, Banqladeş (125 milyon), Türkiyə (72 milyon), İran (69 milyon), Misir (68 milyon), Nigeriya (70 milyon) və Çindir (20 milyon).

Müsəlman dövlətlərinin birləşdiyi İslam Konfransı Təşkilatıında 57 ölkə yer alır.

İslam Ərəbistan yarımadasında yaransa da, dünyada yaşayan müsəlmanların ancaq 15 faizə qədəri ərəblərdir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: hekari Haradan: baki
08.09.2010 22:51
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".Allah Təala buyurur: "Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır" ("Bəqərə", 2/185). Bu ay Quran nazil olduğu üçün Ramazana "Quran ayı" da deyirlər. Quranı Hz.Peyğəmbərə gətirən Hz.Cəbrail (ə.s.) hər il Ramazan ayında Peyğəmbərin yanına gələrdi. Və həmin günə qədər gələn ayələri birlikdə oxuyardalar. Allah Rəsulunu vəfat etdiyi il Hz.Cəbrail Quranı əvvəlkilərdən fərqli olaraq bir yox, iki dəfə peyğəmbərlə oxuyub. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Rəsulullah: "Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək", buyurub. Bundan başqa Hz.Peyğəmbər Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib: "Qiyamət günü oruc və Quran bəndəyə şəfaətçi olacaq. Oruc: "Ey Rəbbim, mən günorta onu yeyib-içməkdən və müxtəlif zövqlərinə maneə oldum. İndi məni ona şəfaətçi qəbul et", - deyər. Quran: "Ey Rəbbim, mən onun gecə yuxusuna maneə oldum. Məni ona şəfatçi et" - deyər. Allahın icazəsiylə hər ikisi həmin bəndəyə şəfaət edərlər. Quran ilahi mesajdır. Quranı ancaq oxumaq kifayət deyil. Müsəlmanın əsl vəzifəsi Quranı oxuyub mənasını dərk edib, həyatına tətbiq etəkdən ibarətdir

Kimdən: HACI RAFIQ IMANOV Haradan: AZERBAYCAN-BAKI
04.09.2010 22:20
DUA EDIN !
Allahım!
Ey aləmlərin Rəbbi!
Ey sevgini sevgiylə yaradan!
Ey sevən, sevdirən və sevindirən!
Ey rəhmətin sonsuz qaynağı!
Ey mərhəmətlilərin ən mərhəmətlisi!
Ey könüllərin mütləq hakimi!

Ey zatına həmd ilə əziz olduğum!
Ey zatını həmddən aciz olduğum!
Mən layiqincə öyə bilmərəm Səni!
Sən öydüyün kimisən Özünü!
Səni layiqincə ancaq Sən tanıyar,
Səni layiqincə ancaq Sən öyərsən!

Həmdim Sənə məxsusdur, duam Sənədir!
Ümüdüm, qorxum və sevdam Sənədir!
Üzümü Sənə çevirdim, Sənə tutundum!
Əlimi Sənə açdım, könlümü Sənə verdim!
’’Məni qovmaz” deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahımdan üzümə pərdə,
Qulluq edəmmədim, lütfünə gəldim!

Allahım!
Qanadı qırıq bir quş kimiyəm.
Uçsam uça, qaçsam qaça bilmirəm.
Yarımçıq qalmış yuxu kimiyəm.
Yardan da, sərdən də keçə bilmirəm.
Mənzilə çata bilməmək qorxusu sardı mənliyimi
Qolum-qanadım qırıq, könlüm min parça!
Ey qəlbləri hər səmtə çevirən, ey könüllər Sahibi!
Yaraları sarıyan, dağılanı toplayan Sənsən!
Varlığım Sənin varlığının şahididir!
Varlığım Sənin Rəhmətinin şahididir!


Kimdən: hekari Haradan: baki
29.08.2010 23:13
Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir. Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur - İbn Useymin (r.).
Fitrə Zəkatının hökmü:Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Necəki Abdullah ibn Ömər Allah ondan razı olsun demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız yemək vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz - İbn Useymin (r.).Fitrə zəkatı hər bir müsəlman üzərində vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə, bu zəkatı fərz etmişdir - İbn Cibrin.Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır - İbn Useymin (r.). Fitrə zəkatının hökmü fərzdir və bunun çıxarılmasında nisab (malın müəyyən həddə yetişməsi) şərt deyil - İbn Baz (r.).Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Necəki səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olanlar isə bunlardır: Fiqh alimləri deyiblər ki, ana bətnində olan uşaq üçün çıxartmaq müstəhəbdir - İbn Useymin (r.).


Kimdən: hekari Haradan: baki
26.08.2010 18:11
Ramazanı qarşılamaq, başqa ayları və mövsümləri qarşılamaq kimi asand deyil. Məhz buna görə Ramazan ayını qarşılamağa belə əhəmiyyət veririk, heç olmasa bu ayın faydalarından məhrum qalmayaqAllaha dua etki, səni bu mübarək aya sağ-salamat çatdırsın, Allaha ibadət etməkdə nə yorulasan, nə də tənbəllik edəsən. Ənəs bin Malikdən rəvayət olunduguna görə deyirki, Peyğəmbərimiz (S.A.S) Rəcəb ayı girən kimi belə deyərdi: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazana çatdır” (Əhməd və Təbərani rəvayət etmişdir.)

Kimdən: HACI RAFİQ İMANOV Haradan: BAKI
22.08.2010 22:13
Peyğəmbər (s.ə.s).in 14 əsr bundan öncə gələcək haqqında xəbər verdiyi hadisələri
diqqətinizə çatdırıram.
Oxuyun və bu günümüzlə müqayisə edin.
1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər.
2. Rüşvət hədiyyə adi altında veriləcək, gözdağı üçün günahsız insanlar öldürüləcək.
3. \"Peyğəmbərəm\" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək.
4. \"Məndən bir hədis söylənincə\" \"Rasululllah bu söyləməz, hədisi burax, Qurana bax!\" deyərək məni yalanlayanlar çıxacaq.
5. \"Qurandan başqa dəlil qəbul edə bilmərəm\" deyənlər çıxacaq.
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər.
7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. Sünnətə uyan qərib, yalnız qalacaq,
bidətə uyan çoxlu yardımcı bulacaq.
8. Məscidlərdə mindən çox insan namaz qılacaq, amma içərilərində bir müsəlman belə olmayacaq.
9. Sonra gələnlər əvvəlki alimləri cahilliklə günahlandıracaq.
10. Din alimi qalmayacaq, din adamı yerinə keçən cahillər,
bilmədən fətva verəcək, hər kəsi doğru yoldan çıxarmaya çalışacaqlar.
11. Din adamları, xalqın istədiyi yöndə fətva verəcək, halala haram, harama halal deyəcəklər.
Din ticarətə, mənfəətə alət ediləcək.
12. İnsan dinini və dünyasını ancaq pul ilə ayaqda tuta biləcək. Parası, pulu olmayan rahatlıq tapa bilməyəcək.
13. Həccə hökmdarlar gəzmək üçün, varlılar ticarət üçün, din adamları göstəriş üçün gedəcəklər.
14. Anarxiya və ölüm çoxalacaq.
15. Çalğı hər yerdə çoxalacaq, güvənlik gücləri çoxalacaq.
16. Hər əsr əvvəlkindən daha pis olacaq.
17. İnsanın bütün qayğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadın, dini pul alacaq.
18. Çeşidli adlar altında şərablar çıxacaq, halal sayılacaq.
19. Dinə uymaq ovucda atəş tutmaq qədər çətin olacaq.
20. İt saxlamaq uşaq böyütməkdən daha cazip olacaq.
21. Əxlaqsız qadınlar çoxalıb, zina yayılarsa xalq daha öncə görünməmiş xəstəliklərə tutulacaq. Ölçüdə, çəkidə
hiylə edilərsə yaşayış çətinləşər.
22. Zənginə malı üçün təzim ediləcək, əxlaqsızlıq yayılacaq, bic uşaqların sayı artacaq.
Böyüyə hörmət, kiçiyə mərhəmət qalmayacaq.
23. Lutilik. Homoseksuallıq mübah (haram olmayan, bəyənilən) sayılmadıqca qiyamət qopmayacaq.
24. Zəlzələ, fitnə artmadıqca qiyamət qopmayacaq.
25. Pis insanlar dünyaya hakim olmadıqca, qiyamət qopmayacaq.
26. Kişilər yol kənarında qadınla bərabər olacaq.
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
23.08.2010 10:11
Əssalamun aleykum.

Verdiyiniz məlumata görə sağ olun. Amma nəyə görə adınızın qarşısında "hacı" sözünü xüsusi vurğuladığınızı başa düşə bilmirəm. Nəyə görə bu ibadətdən özünüzə "titul" götürmək üçün istifadə edirsiniz? Məgər Peyğəmbərimiz (s.ə.s) dövründə belə bir şey var idi? Yoxsa səhabələrin (r.a), o cümlədən Əli (r.a) adının qarşısına "Hacı" sözünü əlavə edirsiniz?

P.S. Niyyətinizin nə olmağından asılı olmayaraq belə şeylər sizləri və etiqad etdiyiniz dini gözdən salır. Bunu nəzərə alın.

Kimdən: hekari Haradan: baki
21.08.2010 23:20
Orucun fəziləti

Buxari və Muslimin rəvayət elədiyi hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişdir: “Adəm övladının hər bir əməli özü üçündür. Hər bir yaxşı əməlinə görə ona, ondan yeddi yüzə qədər savab artırılır. Uca Allah buyurur: «Orucdan başqa. Oruc Mənim üçündür və bunun əvəzini də Mən verirəm. (Oruc tutan) şəhvətini və yeyib-içməyini Mənim üçün tərk etmişdir».
Oruc tutanın iki sevinci vardır: İftar edəndə və Rəbbi ilə görüşəndə. Oruc tutanın ağzının qoxusu Allah yanında müşk qoxusundan daha ətirlidir”.

Kimlər oruc tutmalıdır?
1. Oruc, əqli və cismi sağlam olan, həddi-büluğa çatmış və səfərdə olmayan hər bir müsəlmana vacibdir.
2. Kafir oruc tutmur. Əgər İslamı qəbul edərsə, o zaman tutmadığı orucların qəzasını da tutmur.
3. Həddi-büluğa çatmamış olanlara və az yaşlı uşaqlara oruc tutmaq vacib deyil. Lakin oruca vərdiş edilməsi üçün onlara əmr oluna bilər.
4. Yaşından asılı olmayaraq ruhi xəstələr oruc tutmurlar və onun kəffarəsini də vermirlər. Həmçinin yaşlı və ağıldan zəif olanlara da oruc tutmaq vacib deyildir.
5. Qocalıq səbəbiylə və əlacı olmayan xəstələr kimi, daimi olaraq oruc tutmaqdan aciz olan kimsələr, kəffarə olaraq, hər gün bir kasıbı yedirtməlidirlər.
6. Əlacı olan xəstəliyə tutulan kimsələr, oruc tutmaq çətin olduğu halda orucu poza bilərlər, lakin sağaldıqdan sonra oruc tutmadığı günlərin əvəzini tutmalıdırlar.
7. Hamilə və uşaq əmizdirən qadına oruc tutmaq çətin olarsa və orucun uşaqlara zərər verməsindən qorxarlarsa, oruclarını pozub, buraxdığı günlərin əvəzini oruc onlara asan olduğu zaman və qorxuları keçdikdən sonra tutmalıdırlar.
8. Heyz və nifas halında olanlar oruc tutmur və buraxdıqları günlərin orucunu bu hallar bitdikdən sonra tutmalıdırlar.
9. Boğulan və ya odda yanan insanın həyatını xilas etmək kimi zəruri hallarda orucu pozmaq olar, lakin sonra əvəzini tutmaq lazımdır. Həm, insan həyatını xilas etmək üçün həkimlərin qərarı ilə qan gərək olarsa, orucu pozub, sonradan əvəzini tuta bilər.
10. Buraxılan orucların əvəzini tutmaq şərti ilə, istər qısa səfərdə (məs, ümrə), istərsə də uzun müddətli səfərdə (məs, taksi və yük avtomobillərinin sürüculəri başqa ölkələrdə olduğu zaman) orucun tutulub-tutulması onların öz ixtiyarındadır.

Kimdən: hekari Haradan: baki
21.08.2010 18:40
Ramazan ayı ayların ən fəzilətlisidir. Quranın dünyaya nazil olması bu ayda başlayıb. Bu ay Allaha itaət və ibadət, yaxşılıq və ehsan, məğfirət və rəhmət ayıdır. Ramazan ayında min aydan xeyirli olan Qədir gecəsi var. Duaların daha çox qəbul edildiyi bir aydır. Ramazanın və bu ayda oruc tutmağın fəziləti ilə əlaqədar çox sayda hədislər var. Bunlardan bəziləri aşağıdakılardır:

- Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür.
- İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər.
- Ramazan ayı sizə bərəkət ayı olaraq gəlib. Allah Təala bu ayda sizi rəhməti ilə əhatə edər, məğfirət endirər, səhvləri silər, duaları qəbul edər. Uca Allah bu ayda xeyir işlərdəki yarışlarınıza baxaraq mələklərinə sizinlə iftixar edər. Allah üçün xeyirxah işlər edin. Çünki bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır.
- Ramazan ayı gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirlənər.
- Ramazan gecələrində Allaha inanaraq və mükafatını Allahdan gözləyərək ibadət üçün yuxudan duran insanın əvvəlki günahları bağışlanar.
- Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, axırı cəhənnəm alovundan azad olmadır.
- Allah buyurur ki; hər yaxşılığa on mislindən 700 mislinə qədər mükafat veriləcəkdir. Oruc bundan müstəsnadır. O, ancaq mənim üçündür, mükafatını da mən verəcəyəm.
- Oruc tutanın ağız iyi Allah qatında müşk iyindən daha xoşdur.
- Ramazan ayı səbr ayıdır. Səbrin savabı da cənnətdir.
- Bu ayda oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən azad olar. Oruclunun savabından heç bir şey azalmadığı halda onun tutduğu orucun savabı qədər də savab yazılar. Peyğəmbərimizin səhabələri soruşdular: "Ey Rəsulallah! Bizlərdən hər birimizin oruc tutana iftar yeməyi gücümüz çatmır". Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu: "Allah bu savabı bir xurma yaxud bir qurtum su ya da bir miqdar süd ilə iftar verənlərə də verəcəkdir".
- Bu ayda dörd şeyi çox edin! İkisi ilə Rəbbinizi razı edərsiniz, ikisi ilə də ehtiyacınızı təmin edərsiniz! Rəbbinizi razı edəcəyiniz iki şey bunlardır: Allahdan başqa tanrı olmadığına şəhadət etmək və Allahdan bağışlanmağınızı istəmək. Ehtiyacınız olanlar da bunlardır: Allahdan cənnəti istəmək, cəhənnəmdən Ona sığınmaq və oruc tutana su vermək. Kim oruc tutana su verərsə, Allah (c.c.) ona mənim hovuzumdan su içirdəcəkdir. Bu sudan içən cənnətə girənə qədər bir daha susamayacaqdır.


Kimdən: Milletci Haradan: Qala
17.08.2010 16:33
Muqeddes,on iki ayin sultani,temizlik ve pakliq ayi barede ne dushunursuz?Menim dushunce terzim tamam bashqa curdir.Ramazan ayini ozune qesd etme ayi kimi deyerlendirirem.Agilli insanlar,heftenin bir gununu yeni bazar gununu yungul gun kimi qeyd edir,ve ancaq iki alma ve su ile qidalanirlar.

Kimdən: Yusif Haradan: Istanbul
15.08.2010 13:48
Chobanla, alma aqacinin hekayesi.
Bir choban alma aqaci ekmeye qerar verir ve gunlerin birinde bu aqacin ekilmesini gerchekleshdirir. Her gun qoyun-quzusunu otararaq, ekdiyi aqaca vaxti vaxtinda su verib onu besleyir. Aqac boyudukche, choban da yashlahsir. Bir gun aqacin ilk bar verdiyini gorub Allaha shukur edir ve aqacin yanina gelib, ver gorum menim payimi deyir. Aqac da en gozel almasini chobana verir. Belelikle, her gun choban chekdiyi eziyyetin yorqunluqunu aqacin kolgesinde dincelerek, onun barindan lezzetle yeyir ve Allahina shukur edir. Bir gun, choban yene aqacin yanina gelib,onun boyuk olduquna heyranla baxir ve yene aqacdan alma payini isteyir. Aqac bu defe chobana almasindan vermir. Beli bukulen choban, bu boyuk alma aqacina baxaraq tekrar alma isteyir. Amma aqac bu defe de chobana alma vermeyir.Aqaci evladi kimi chox seven chobanin gozleri dolur ve goz yashlari, yanaqindan suzulerek beyaz saqqalini isladir. Qoyun-quzusunu qarshisina alib evine yollanir. Mescidin yanindan kecherken Quran oxuyanin avazli sesini eshidir ve tez aqacin yanina qacharaq onu qucaqlqyib, evladim! niye mene bu gun Ramazanin ilk gunu olduqunu demirsen! RAMAZANINIZ MUBAREK OLSUN!
Cavab

Kimdən: Ali Haradan: Baki
20.08.2010 19:13
Ay qardash bu ne nagildi? Hec bir mena gormedim bu nagilda. Menasi olmayan sheyleri danishmayin. Qoyun,quzu, Ramazan ayi, choban, alma agacini baglayan hec bir shey yoxdu sen danishdiginda. DIQQETLI OL.
Cavab

Kimdən: amiqo Haradan: baki
23.08.2010 15:08
ey ali nagildaki menani gore bilmek uchun gerek insanda bir az iman olsun, bir az da dusunce
Cavab

Kimdən: daimi oxucu
17.08.2010 15:38
lap gozlerin "doldu", Yusifin nagilindan sonra!

Sen lap dinbaz-nagilbazsan ay Yusif! Anderson senin yaninda gelet eliyir!
Cavab

Kimdən: kəmsavad
16.08.2010 20:53
@Yusif, qaqaş oyan. nağıl vaxtı deyil.

Kimdən: abdullah Haradan: turkiye
15.08.2010 12:34
Ilkin mullim, xahish edirem bu yazdiqim iradi qerezli olaraq qe"bul etmeyin. Iradim budur ki, Qedir gecesi Ramazan ayinda sadece bir gece olduqundan, yazdiqiniz metnde "Qedir geceleri" bashliqi "Qedir gecesi" olaraq deyishdirilmelidir. "Sheyxulislama" qalarsa, bizim mollalarin qazanci bol olsun deye, bu gecelerin sayini daha da choxaldib, gecenin adini da "Qelir gecesi"qoyar. Mollalarin sehv tebliqatidir! Teqvimdeki geceler de sehv tebliqatdir! Bir gece olmalidir! Saq olun.
Səhifə (2)
    Növbəti 

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı