Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:02

Verilişlər / Kontekst

Neft Akademiyasındakı qətliamın məhkəməsi bitdi

Şriftin ölçüsünü dəyiş - +
Bahar Əliyeva
«Bu işi özü öz ağlıyla törətmişdi, məşq eləmişdi, özü təşkil eləmişdi. Axı nəyə görə bizim uşaqlar təşkilatçı olur? Nadirə nə qədər işgəncə vermişdilərsə, bu yaxınlarda da 3 həftə idi çölə çıxa bilmirdi».

ÜÇ NƏFƏRƏ ÖMÜRLÜK, BİR NƏFƏRƏ 11 İL

Dövlət Neft Akademiyasında bir il əvvəl törədilmiş qətliamla bağlı avqustun 10-da çıxarılan hökm təqsirləndirilən şəxslərin ailələri tərəfindən etirazla qarşılandı. Məhkəmə bu cinayətdə təqsirləndirilənlərdən Nadir Əliyevi, Cavidan Əmirovu və Nəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum etdi. Ömürlük cəzalandırılanlar cəzalarını qapalı həbsxanada çəkəcəklər.

Nadir Əliyevin anası Bahar Əliyeva deyir ki, onun oğluna cəza verməklə məhkəmə əslində zərərçəkmişləri susdurdu: «O yazıq ölənlərin də qanı ortada batdı getdi, vuranları tapa bilmədilər».

«GÖRDÜLƏR ARXASINDA DAYANANI YOXDUR...»


Nəcəf Süleymanovun anası Rəsmiyyə Süleymanova da məhkəmənin hökmü ilə razı deyil: «Mənim uşağım Fərdanı görməyib, uşağımı 15 günlüyə salmışdılar həbsə, gördülər arxasında dayanan yoxdur, başına bu oyunları açdılar».

Məhkəmənin hökmü elan olunarkən təqsirləndirilən şəxslər əsl cinayətkarların azadlıqda qalmasından təəssüfləndiklərini dedilər. Zərərçəkənlərsə hökmü sakit qarşıladılar. İclasdan sonra jurnalistlər zərərçəkmişlərdən hökmlə bağlı fikirlərini öyrənmək istədilər. Lakin zərərçəkmişlər fikir söyləməkdən
Rəsmiyyə Süleymanova
imtina etdilər.

Təqsirləndirilən şəxslərin vəkilləri də hesab edirlər ki, məhkəmə çox qaranlıq məqamların üstündən sakit keçdi. Süleyman Nəcəfovun vəkili Səyyarə Əliyeva danışır:

«Məhkəmə düzgün aparılmadı. Bu uşaqların heç birinin günahı yoxdur. 22-23 yaşında uşaqlar heç nədən həbs olunublar, nə var ki, bu iş açılsın».

HÖKMDƏN APELLYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

Ariz Qabulovun vəkili Səyyad Mirzəyev də hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır:

«Müdafiə etdiyim şəxsin əməlində bir vəkil kimi, hüquqşünas kimi cinayət tərkibi görmədim. Hətta olmuş olsaydı belə, ona verilən cəza həddindən yüksək idi».

Vəkillər deyir ki, məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər.

Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsində yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib.

İş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. 4 ay çəkən məhkəmə iclaslarında onlar cinayətin işgəncələr vasitəsilə boyunlarına qoyulduğunu deyirdilər. Məhkəmə onlara işgəncə verilib-verilmədiyini yoxlamaq üçün iki dəfə ekspertiza təyin edib. Onların üzərində işgəncə izlərinin olduğu təsdiqlənib. Amma ekspertlər həmin xəsarətlərin müddətini təyin edə bilmədiklərindən məhkəmə xəsarətlərin istintaq vaxtı yetirildiyinin təsdiqlənmədiyi haqda qərar çıxarıb.

QUMAŞYAN MƏSƏLƏSİ QEYRİ-MÜƏYYƏN QALDI

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

İttiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edir ki, Qumaşyan terrorçuluğu maliyyələşdirib. Məhkəmə hökmünə görə, Qumaşyanla bağlı cinayət işi ümumi işdən ayrılaraq onun həbs olunması üçün Gürcüstan hökumətinə göndərilib. İnterpol Qumaşyanı axtarır. Vəkillərsə deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qumaşyanla bağlı İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyiblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: SEHLA Haradan: LAHOR PAKISTAN
11.08.2010 19:52
DUSHUNUREMKI,O HAKIMLERIN PRAKRORUN USAGLARI VARMI GOREN.ONALAR ANLASA KI ANA USAGI DUNYAYA NECE ZORLA GETIRIB BOYUDUB SEVIB,MENCE YOXDUR ONLARIN EVLADLARI,OLSAYDI BELE HAQQSIZ EDALET CIXARMAZDILAR.MENDE EVVELDEN IZLEDIM MEHKEMENI DUZDUR ONLARIN XEBERI VAR IDI FERDA NE EDECEKDIR AMMA MENCE BU QEDER BULARA OMURLUK CEZA DUSMUR1YENE4 AZERBAYCANA QURBAN OLUM VETENIMDIR YENE BASKA OLKELERE BAXANDA BIZIM OLKEDE EDAM CEZASI YOXDUR
INANIN IRANDA BIZDEN BIR ADIM O TEREFDE SEHERIN HER TEREFINDE HER GUN ADAMLAR QADINLAR EDAM EDILIR.BAXMIRKI USAGI VAR QADINDIR HEC HORMET IZET YOXDUR BU INSANLARDA.YENE BIZE SHUKUR


Kimdən: banu Haradan: Baki
11.08.2010 15:28
Vallah dehsetdir.Cinayeti toreden, adamlari olduren melumdu/ Bu bicarelerin ne gunahi var?Ne prokuror, ne de hakimler Allahdan qorxmadi.
Vicdanlari (eger varsa) nece rahatliq tapir.

Kimdən: ölü adam
11.08.2010 11:23
Ay millet ne Ferda,ne Qumaşyan,hamısı avanturadı,men ölü ola ola bunu anladım,size ne olub.Özünüz fikirleşin de ondan bir neçe ay evvel daha bir terror hadisesi baş vermişdi,başınızı bunla ele qatdılar ki,o yaddan cıxdı.

Kimdən: Lufthansa
11.08.2010 10:57
Mesele qelizdir...bu ishde MTN-nin adini deyishib MMC qoymaq lazimdir Mehdud Mesuliyyetli Cemiyyet...mence MTN ozunun en biabirchi tarixini yashayir. Ayib olsun size ! Meselenin ustunu tarix achacaq...Xaricden terror yuxarida yazdiqlarimizi boynumuza alsaq qebul edilendir amma novbeti Haci Memmedovlardan olmasin inshallah... MTN - Sapojnik ! ( bunu men qishqiraraq dedim )

P.S. Neft Akademiyasinda Maqistraturani da nezere alsaq 7 il oxumusham .Mene chox dogmadir...Anam vaxtile hadise bash veren binada ishleyib... Olanlar dehshetli bir yuxudur menimchun...Dovlet bu meselede aciz qaldi.

Kimdən: Eloglu Haradan: Avropa
11.08.2010 05:07
Qumaşyanla müsahibəninin videosunu Yeni Musavat bir qədər əvvəl öz saytında yerləşdirmişdi. Yaşadığı kənddə rahat hərəkət edir, hətta Musavatın müxbirinə özüdə, ailə üzvləridə müsahibədə verirlər.

Kimdən: NECKIMNEN Haradan: NECHARDAN
11.08.2010 04:05
IGTIDAR HARA, MILLET HARA, INSANLAR HARA,HAG HARA???
VETEN BELE OLAR? BUDUR VETEN????

Kimdən: filankes
11.08.2010 03:12
Burda hech mentig var? Eger Ferda psix idise onda bunlar nece oldu psixa kemek gesterdiler? Neye gere? MOtiv var mi?
Bu 3 neferi ne sebebden turmeye basdilar?
Insan taleyiynen bu geder oynamag olar?
Bu garanlig ishdi.
Cavab

Kimdən: ahmed
11.08.2010 09:03
Insan insanin talehile oynamaz

Kimdən: Anar Haradan: dünya
11.08.2010 02:37
Meni teecüblendiren hebs olunanlarin hökme qarshi mehkemede hech bir etiraz etmemesidir.Yeqin ki, mehkemeden evvel hede-qroxu gelibler ki, bax artiq-eskik danishsaz sizi ölümüne döyeceyik...Hayif...Üreyim aghrayir her birine göre..

Kimdən: maygulu Haradan: Ulan-bator
11.08.2010 00:09
Bir sey qaranliq qaldi. Terrordan yrim saat sonra ans telekanali butun duyaya car cekdi ki DNA da ki terrorcunun meyidi Nadir Aliyeva mexsusdur. Ne qeder monqol basimi sindiriram hec bir sey basa dusmurem. Belke kimse anlada. Axi ans hardan taniyirdi Nadir Aliyevi, kim onlara bu adi soylemisdi.

Kimdən: BATYA
10.08.2010 22:20
Allah bu gaponların belasını versin. Hayıf oldu cavan ushaglara
Səhifə (2)
    Növbəti