Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:37

Dünya

«İnanmazdım ki, çeçenlərin qürurunu belə sındırmaq olar»

x
Yüklə
Şriftin ölçüsünü dəyiş - +
Çeçenistan prezidenti Ramzan Kadırovun, yaxud onun atası, keçmiş prezident Axmad Kadırovun portretlərinə Qroznıda hər addımbaşı binaların fasadında, yolların kənarındakı, meydanlardakı bilbordlarda rast gəlmək olar.

Çeçenistan müharibəsi zamanı darmadağın edilmiş Qudemes şəhərinin icra hakimiyyəti başçısının müavini Ramzan Adalayev deyir ki, şəhərdə gedən tikinti işlərinə yalnız "yenidənqurma", "bərpa" demək olmaz, faktiki olaraq əvvəlki Qudermesin yerində daha böyük şəhər qurulur.

İcra başçısının müavini buna görə, prezidentə və onun yaxın ətrafına minnətdardır. 

"Prezidentin gecəsi-gündüzü yoxdur, o, cavan, enerjilidir.

Hansısa tikinti proyektlərini həyata keçirmək üçün canını qoyur. O necə deyim sizə, əsl müsəlmandır, insanların rifahı naminə çalışır.

Həm iqtisadçıdı, həm menecer... Bilinmir ki, bu qədər iş görə-görə nə vaxt istirahət edir”.

"Qroznı – dünyanın mərkəzidir"

Meydanların birində nəhəng qlobusun üzərində belə yazılıb. Bu, Qroznıda Ramzan, yaxud Axmat Kadırovla bağlı olmayan tək-tük monumentlərdən biridir.

Qroznıda göydələnlərin sayı artmaqdadır, amma yeni binalardakı mənzillərin boş qalması bu sərmayələrin nə vaxtsa özünü doğruldacağına şübhə yaradır.

21 yaşlı tələbə Adam Axmatov Qroznıdakı gül-çiçəkli parkda Azadlıq Radiosunun rus xidmətinin əməkdaşına deyir ki, respublika rəhbərliyi qısa müddətdə çox böyük nailiyyətlərə imza atıb.

“Özü də söhbət təkcə tikintidən getmir, bizim premyer liqada öz futbol komandamız oynayır, öz voleybol komandamız var, inşallah tezliklə öz xokkey komandamız da olacaq. İdmanda da böyük nailiyyətlər əldə etmişik”.

Qroznının küçələrinə xüsusi maşınlar su səpib təmizləyir, parklardakı güllərə xüsusi qulluq edilir.

“Obyektiv” analitik-informasiya agentliyinin rəhbəri Xeda Saratova inanmır ki, çeçen xarakterini belə tez sındırıb dəyişmək olardı.

"Əvvəllər çeçenlərdə belə şey yox idi. Bəy yox idi ki, kimsə onun qarşısında baş əysin. Varli, yaxud kasıb olsun, hər bir çeçen məğrur adam idi".

Xeda Saratova deyir ki, federal hökumət pul verdiyi üçün hər şeyin yaddan çıxdığını söyləmək olmaz.

Sadəcə camaat düşünür ki,

İndi elə vaxtdı, başını aşağı sal, pulunu qazan.

"Pulu da necə qazanmaq olar? Ya kimisə satmalısan, yaxud ata və oğul haqda mədhiyyə deməlisən. Yaxud da Ramzanın xoşuna gələn başqa işlər tutmalısan".

Azadlıq Radiosunun rus xidmətinin əməkdaşı – Xeda Saratovadan onu da soruşub ki, mədhiyyələr, binalardan asılan portretlər Ramzanın xoşuna gəlirmi?

Saratova deyir ki, Kadırovun öz müsahibələrində bildirdiyinə görə, belə şeyləri xoşlamır. "Amma prezident onu da deyir ki, əgər şəkilərimi binalardan asırlarsa, deməli sevirlər".

Xeda Saratova əmindir ki, şəkil asanlar arasında Ramzanı sevməyənlər, ona nifrət edənlər də var.

Saratova deyir ki, vəziyyət ürəkaçan deyil, sadəcə çeçenlərdə qorxu hissi yaranıb və heç kəs həqiqəti kamera qarşısında demək istəmir.

...Ramzan sanki giqantamaniyaya aludə olub, göydələnlərdən başqa o Şimali Qafqazda ən böyük məscid tikir.

Qroznıda atası üçün - Axmat Kadırov muzeyi də tikdirib.

Hər kəs bilməlidir ki, o bütün sahələrdə liderdir. Firon kimi. Yəqin o gün uzaqda deyil ki, Kadırovu məscidlərdə ruhani lider də elan edəcəklər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Əli Haradan: Dərbənd
15.08.2010 19:28
Bu məktub XlX əsrin ortalarında yazılıb. Demək olar ki, bu gün də realdır. Eyni siyasət heç şübhəsiz ki, Azərbaycana qarşı da yeridilib.
___________________________

В одном из своих писем российскому царю генерал Ермолов делился своими злодейскими планами относительно будущего Чечни:




«Посеяв на Кавказе хаос, мы незаметно подменим их ценности на фальшивые, и заставим их в эти фальшивые ценности поверить. Путем подкупа, мы найдем своих единомышленников, своих помощников и союзников среди них. Пройдут годы, и свершится гибель этого самого непокорного на земле народа (имеются в виду чеченцы КЦ), необратимое и окончательное угасание его самосознания. Мы навяжем им светскую мораль и постепенно вытравим из них религиозную сущность.

Мы будем насаждать пьянство и разврат, насилие и воровство, стяжательство и мошенничество, доносительство и предательство, и растлим их так, что от этого народа сохранится лишь название. Мерилом порядочного образца для них станет соперничество в карьере, благоустройстве и накопительстве, так что они будут презирать друг друга. Среди них появятся гордецы и завистники.

Добропорядочность будет высмеиваться как непроходимая глупость, и они сами предадут ее забвению. Тот, кто дерзнет выступать против этого, будет объявлен простаком, и станет гоним. Цивилизацию мы будем насаждать ловко и незаметно. Начинать нашу затею следует с молодежи, и с малых лет разлагать, развращать и растлевать оную.

Мы состряпаем из них предателей, доносчиков, соглядатаев, и превратим их в личности без веры и покаяния. Таким образом, мы будем расшатывать чеченцев из поколения в поколение, до тех пор, пока не добьемся желаемого. В конце концов, Bеликий государь, не мы, так наши потомки узрят, как верно оные будут служить короне российской империи и верноподданнически воевать за то, чтобы именоваться россиянами».

Kimdən: Azeri American Haradan: New York
11.08.2010 07:23
Seddam Huseynin heykellerinin,resimlerinin sayina bunlarinki hec cata bilmez.Belke Stalinden cox olacag?.Goy oynasinlar,esebleshmiyin.
Cavab

Kimdən: Kucenin tininden
13.08.2010 13:42
Eshitdinizmi,Cecenstanda ulu onderin adina kuce verilib.Indi bildiniz cecenlerin qururunun sindirilmasi hardan qaynaqlanib.Yoxsa bosh-boshuna xeyirdimi,ilin-gunun bu vaxti kuceye kiminse adi verilsin.

Kimdən: Firudin Haradan: Keshlaburg
11.08.2010 01:40
Deməkdən yorulduq: xalqların fərqi yoxdur, idarəçilik sisteminin fərqi var!
Güney və Quzey Koreyaya baxın; 2000-ci ilin və 2010-cu ilin Gürcüstanına baxın... Belə aydın-aşkar şeyləri hər kəs bilməlidi. Kütlə plastilindi.
Azərbaycan xalqından 2-3 ilə elə xalq düzəltmək olar ki, lap "nemes kimi". Yetər ki, siyasi iradə sahibləri bunu istəsinlər. :)
Cavab

Kimdən: MAHIR KANDIL Haradan: LONDRA
12.08.2010 05:15
Dunya da ve tarihte bir gercek vardir ki "MILLETLER kendi kalitesine gore yonetilirler". Sen neysen yoneticilerin de odur. Bir Millet dusunebilirmisiniz ki ot gibi yasasin ot gibi olsun. Insan denilen varlik kiymetlidir. Ama insan oz kiymetini kendi istegiyle baskasinin iradesine verirse ona insan degil "KOYUN" derler. Turkler ilk cikis tarihinden bu yana onlarca Devlet kurmus ve yoneticilerini kendi iradelerine gore yonlendirmesini bilmis bir Millettir. Biz KOYUN / KUZU olmadik ki ustun irade sahibi bir Milletten geliyoruz. Biz nasil olurda Yoneticilerimize bizi GUTMESINI ve bunun hakkini veririz. Rus yada Amerika yada baskasi kim ne yaparsa yapsin.Gun ancak bizlerin gayret ve calismalari ve halki bilinclendirmeden once kendimizin bilinclenmesi ile mumkun olur. Kimse emri-vaki getirilen Diktatorleri kalici gormesin KADIROVmeselesi de boyledir.Kimse DUDAYEV i BASAYEV ve Digerlerini unutmadi. Hastaliklarimizi atip zinde ve kendine oz guven ile hareket etme zamanidir. GUN TARIH YAZILAN BIR ZAMANDIR. Ya Tarihi yazarsin/yazdirirsin YADA UNUTULURSUN bir hic gibi.
Cavab

Kimdən: Derdli Haradan: Derdistan
11.08.2010 12:47
Men sizinle tam raziyam Firudin bey. Amma yuxarida oturanlar ejdahadilar.
Xarici olkeden gelib baki aeroportuna dusen kimi esl azerbaycan (ya da esl yox qurama) gorsenir. Ozunden razi, gomruk iscileri, buguburma yekeqarin polisler... ve s dehshetli qorxunc nagil qehremanlari
Cavab

Kimdən: Maximus Haradan: Ganja
11.08.2010 10:13
Quyuya su tokmekle, quyu dolmaz
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
11.08.2010 07:35
Əlini sıxıram, Firudin.

Kimdən: Yurdsevər
11.08.2010 00:38
Eger Ramzan kadirov Estemirovani ve diger huquq mudafiecilerini oldurtdururse, Avstriyanin merkezinde ona muxalif olan cecenleri ovlatdirirsa, teeccublu deyil ki, sade cecenler kamera qarsisinda danishmaq istemirler.

Kimdən: AZR
11.08.2010 00:34
Butun muselmanlar chox tez satilan xalqlardir umumiyyetle.
Cavab

Kimdən: Anonim
11.08.2010 12:17
Muselman xalq deyil Islam dinine Allaha inanlardir.
Esl muselman ise hec zaman satilmir. Sen satliqsansa oz adindan danish.
Bir balaca dunya gorushun cox olsaydi bele yazmazdin.
Cavab

Kimdən: MAHIR KANDIL Haradan: LONDRA
11.08.2010 06:44
Sen kendin icin konus. Aramizdan senin gibi hainleriiz ciksada, Muslumanlar da Turklerde(TUM TURKLER DE), CECENLERDE satilik degillerdir. Rus Diktatoryasi bu kardeslerimiz uzerinde oyunlar oynamakta siz ve bir cok yerde oynadigi gib. Bu sozde yoneticilerin de getirilmesi , icerideki hainlarden basa kondurulmasi bu sebelpledir. Bu Rus Hegamonyasinin Kafkaslar ve TURK Devletlerine yada daha genel ifade ile Moskovadan doguya gelen Tum TURK DUNYASI ve kardeslerine uygulanan oyunlardir. Oyunlardirki buralari elinde tutabilsin.Haysiyetsiz Stalin kasabi gibi birbirlerine dusurerek bolerek YONETSIN. Bu oyunlar eskidi ve hrkes bunlari biliyor da sen neden uyanamadin bunu sana sormak lazim. Bir diger konu Sen Musluman ile duzenbazi karistirma. Musluman sozu bir Allahi ve adaleti bir hukuku bir demektir. Lafini tart oyle konus ki seni de adam sansinlar.

Kimdən: Bakili Haradan: Cexiya
10.08.2010 22:39
Yaziq cecenler, donecekler bizim gunumuze.Eynen hemen siyaset.Oqul ve ata.
Cavab

Kimdən: Yurdsevər
11.08.2010 00:40
Cecen xalqi doyushken xalq idi, onda bashinda Dudayev rehmetlik dururdu.
Indi ise Kadirov kimi quldur eyleshib. Xalqi da muti edib. Kim xoshuna gelmir, ogurlatdirib oldurtdurur,
Federal budceden pul sel kimi axir, teki sesleri cixmasin.

Ferqi gorursunuz?
Cavab

Kimdən: Azer Haradan: azerbaycan
21.08.2010 21:51
Temiz sohbet!

Kimdən: izzet
10.08.2010 22:29
hainler sevilmez.sadece tahammul edilir..o da ancak bir süre..

Kimdən: Muslim Haradan: Baki
10.08.2010 21:53
Inshallah mucahidler bu fironun axrina cixar.
Cavab

Kimdən: MrZulqerneyn Haradan: Baki
10.08.2010 23:49
inshallah.Amin